§ 2. Xarici investisiyaların hüquqi tənzimi
İnvestisiyalann hüquqi tənzimi ilə əlaqədar universal və regional
səviyyədə bağlanan çoxtərəfli müqavilələr mövcuddur. Belə
müqavilələrdən biri də Beynəlxalq Yenidənqunna və İnkişaf Bankının
təşəbbüsü ilə hazırlanan, 18 mart 1965-ci ildə Vaşinqtonda
imzalanmaq üçün açıq elan edilən, 14 oktyabr 1966-cı ildə qüvvəyə
minən “Dövlətlər və xarici şəxslər arasında investisiya
mübahisələrinin
tənzimlənməsi
haqqında”
Konvensiyadır.
Konvensiyaya uyğun olaraq xarici investisiya mübahisələrinin
tənzimlənməsi üzrə Beynəlxalq Mərkəz təsis edilmişdir. Mərkəzin
əsas məqsədi Razılığa gələn dövlətlərlə digər Razılığa gələn
dövlətlərin fiziki və ya hüquqi şəxsləri arasında investisiya
mübahisələrinin barışdırma və ya arbitraj yolu ilə həlli üçün imkan
yaratmaqdan ibarətdir. İnvestisiya ilə bağlı mübahisənin Mərkəzdə
baxılması üçün aşağıdakı müddəalara əməl edilməlidir; 1) Mərkəz
yalnız Razılığa gələn dövlətlə digər Razılığa gələn dövlətin fiziki və
ya hüquqi şəxsləri arasında mübahisəyə baxır; 2) İnvestisiya
mübahisəsində tərəflərin qarşılıqlı razılığı ilə istifadə edilən
beynəlxalq tənzimləmə metodu barışdınna və arbitraj imkanlarını
nəzərdə tutur; 3) İnvestisiya mübahisəsinin barışdırma və ya arbitraj
yolu ilə həllİ üçün Tərəflərin qarşılıqlı razılığı Tərəflərin üzərinə
banşdımıa ilə bağlı tövsiyələri lazımi qaydada öyrənmək və arbitraj
qərarlarını yerinə yetirmək öhdəliyi qoyan razılaşmada ifadə olunur;
4) hər hansı mübahisənin Mərkəzdə baxılması üçün müvafiq Razılığa
gələn dövlət tərəfindən Konvensiyanın ratifikasiya edilməsilə yanaşı,
həm də onun həmin mübahisə üzrə konkret razılığı tələb olunur; 5)
Beynəlxalq Mərkəzin yurisdiksiyası Razılığa gələn dövlətlə digər
Razılığa gələn dövlətin fiziki və ya hüquqi şəxsləri arasında
investisiya ilə bağlı bütün hüquqi mübahisələrə şamil edilir, bir şərtlə
ki, tərəflərin müvafiq mübahisəni Mərkəzə vermək haqqında yazılı
razılığı olsun. Belə razılıqdan birtərəfli imtina yolverilməzdir; 6)
Arbitraj məhkəməsi investisiya mübahisəsini tərəflərin razılığı ilə
seçilən hüquq normalarına uyğun həll edir. Tətbiq ediləcək hüquq
haqqında razılıq olmadıqda mübahisədə Tərəf olan
137