§ 1. Əşya hüququnun kollizion məsələləri
əsaslarına fərqli hüquqi qiymət verİr, mülkiyyət hüquqlarının həcmi,
mülkiyyət hüququnun keçmə momenti ilə əlaqədar Özünəməxsus
mövqedən çıxış edirlər. Nəticədə eyni vəziyyətə ayrı-ayrı hüquq
sistemləri müxtəlif qiymət verir.
Xarici elementli əşya hüquq münasibətləri zamanı meydana çıxan
kollizion problemin həlli üçün əsas kollizion norma lex rei sitae
(əmlakın olduğu yerin qanunu) hesab edilir.
Tarixən əmlakın olduğu yerin qanununun tətbiqi daşınmaz
əmlaka münasibətdə nəzərdə tutulmuş, sonralar İsə onun tətbiq dairəsi
genişlənmiş və daşınar əmlakın hüquqi statusunun da bu koIlizi- on
bağlanma
ilə
müəyyən
edilməsinə
üstünlük
verilmişdir.
Ümumiyyətlə, daşınmaz əmlaka münasibətdə onun olduğu yerin
qanununun tətbiq edilməsi müəyyən səbəblərdən irəli gəlmişdir.
Əvvə- la, daşınmaz əmlak müəyyən ərazi üzərində qərar tutur.
Əraziyə malik olma dövlətin əsas atributlarından biridir və hər bir
dövlət öz ərazisinin hüquqi statusunu müəyyən etməkdə xüsusi
maraqlıdır. İkincisi, dövlətin yurisdiksiyası onun ərazisinə şamil
edildiyindən, orada yerləşən daşınmaz əmlakı həmin yurisdiksiyadan
kənar təsəvvür etmək məntiqsizlik olardı. Üçüncüsü, torpaq, yerin
təki, meşələr və s. bu kimi daşınmaz əmlak öz-özlüyündə ərazinin
tərkib hissələridir və onlar ərazidən kənar təsəvvür edilməzdir.
Bir qayda olaraq, aşağıdakı məsələlər əmlakın olduğu yerin
qanunu ilə müəyyən edilir: 1) əşya hüququnun obyektlərinin dairəsi;
2) əşya hüquqlarının həcmi və məzmunu; 3) əşya hüquqlarının əmələ
gəlməsi, keçməsi və xitamı qaydaları və s. Bu məsələ bir sıra
beynəlxalq xüsusi hüquq haqqında qanunlarda birbaşa təsbit
edilmişdir. Məsələn, hazırda Çexiyada qüvvədə olan !963-cü il
beynəlxalq xüsusi hüquq və proses haqqında Çexoslovakiya
qanununa görə daşınar və daşınmaz əmlaka əşya hüquqları qanunda
digər hallar nəzərdə tutulmayıbsa, əşyanın yerləşdiyi Ölkənin hüququ
ilə müəyyən edilir. Daşınar əmlak üzərində əşya hüquqlannın əmələ
gəlməsi və xitamı, əşya hüququnun əmələ gəlməsi və xitamı üçün əsas
olan fakt baş verdiyi zaman həmin əşyanın yerləşdiyi
131
II
B O L M Ə
X Ü S U S İ H İ S S Ə
Fəsit 8. Əşya hüquqları
§ I. Əşya hüququnun kollizion məsələləri
Qeyd etdiyimiz kimi, beynəlxalq xüsusi hüquq mülki dövriyyədə
baş verən xarici elementli ınünasibətləri tənzimləyir. Mülki dövriyyə,
hər şeydən əvvəl, insanlar arasında əşyaların dövriyyəsidir. Əşyalar
əşya hüququnun obyektləridir. Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin 135-ci maddəsinə görə yalnız fiziki obyektlər əşya
sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır.
Əmlak və mülkiyyət münasibətləri əşya hüququ ilə tənzimlənir.
Əmlak istənilən əşyalann və qeyri-maddi əmlak nemətlərin
toplusudur. Əmlak daşınar və daşınmaz ola bilər. Azərbaycan
Respublikasının qanunvericiliyinə görə torpaq sahələri, yerin təki,
ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular,
torpaqla bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər
vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər
daşınmaz əmlak hesab edilir. Daşınmaz əmlaka aid edilməyən bütün
əşyalar daşmar əmlak hesab edilir.
Əmlak bu və ya digər mülkiyyət formasında mövcuddur.
Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə
mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə
mülkiyyəti növündə ola bİlər.
Hər bir dövlətin qanunvericiliyində əşya hüququ və onun
elementləri ilə əlaqədar olan məsələlər spesifik qaydada nizamlanır.
Bu da xarici elementli xüsusi hüquq münasibətlərinin tənzimlənməsi
zamanı mürəkkəb kollizion situasiyaların meydana gəlməsinə səbəb
olur. Milli hüquq sistemləri əşyalann təsnifatını, o cümlədən daşınar
və daşınmaz əşyaların dairəsini müxtəlif qaydada müəyyən edir,
mülkiyyətin formalanna, mülkiyyət hüququnun əmələ gəlmə
130
§ 3. Dövlət immunitetinin məzmunu və növləri
rədə keçirilən əlli birinci sessiyasında BMT Baş Məclisinin sorğusuna
əsasən hazırladığı hesabatda göstərirdi ki, əqdin xüsusi-hüquq
xarakterliliyinin müəyyən edilməsi üçün dəqiq meyarlar yoxdur. Hər
bir halda məsələyə konkret yanaşılmalıdır. Bu zaman məhkəmə işin
bütün hallannı nəzərdən keçirməli və əqdin ümumi və ya xüsusi
hüquq xarakter daşıması ilə bağlı yekun nəticəyə gəlməlidir.
İmmunitetin üçüncü növü kimi qeyd etdiyimiz məhdud immunitet
funksional immunitetdə olduğu kimi immunitetin tam həcmdə qəbul
edilməsini inkar edir. Eyni zamanda, funksional immunitetdən fərqli
olaraq məhdud immunitet formal meyarlardan deyil, konkret
situasiyalardan çıxış edir. Bu zaman dövlət müəyyən edilmiş konkret
situasiyalar mövcud olduqda immunitetdən istifadə etmir. Belə
situasiyalann siyahısı dövlətlər arasında bağlanan ikitərəfli, regional
və universal müqavilələrlə müəyyən edilə bilər,
16 may 1972-ci il “Dövlət immunitetləri haqqında” Avropa
Konvensiyası məhdud immunitet mövqeyindən çıxış edərək
immunitetin şamil olunmadığı konkret halları göstərmişdir. Bura
aşağıdakı hallar aiddir: 1) əgər dövlət xarici məhkəmədə iddiaçı və ya
üçüncü şəxs kimi çıxış edirsə və yaxud qarşılıqlı iddia verirsə; 2)
dövlət işin mahiyyəti üzrə qərar çıxarıldıqdan sonra immunitetə
istinad edirsə; 3) dövlət xarici məhkəmə yurisdiksiyasını tanıması
haqqında bu və ya digər fonnada öhdəlik götürübsə; 4) əgər bağladığı
kontrakta əsasən üzərinə götürdüyü öhdəliklər üzrə onların icra
olunduğu yerdə məhkəmə araşdırması keçirilirsə; 5) bağladığı əmək
müqavilələri zamanı işin icra olunduğu və ya icra olunacaq yerdə
məhkəmə araşdırmaları keçirilirsə və s.
129
Dostları ilə paylaş: |