Fəsil 8. Əşya hüquqları
Ölkənin hüququ ilə müəyyən edilir. Qeyd olunan
məsələ Azərbaycan
Respublikasının qanunvericiliyində hərtərəfli nəzərdə tutulmuşdur.
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası
Oanununun 20 və 21-ci maddələrinə əsasən aşağıdakı məsələlər
qanunla müəyyən edilən xüsusi hallar istisna olmaqla əmlakın
yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur; 1) daşınmaz əmlaka
mülkiyyət və digər əşya hüquqları; 2) daşınar əmlaka mülkiyyət və
digər əşya hüquqları; 3) əmlakın daşınar və ya daşınmaz olması; 4)
əmlakın digər hüquqi kvaliflkasiyası; 5) əmlak üzərində əşya
hüquqlannın əmələ gəlməsi və xitamı.
Əmlakın daşınar və daşınmaz növlərə bölünməsi hüquqi
əhəmiyyət kəsb edir. Daşınmaz əmlakdan fərqli olaraq daşınar əmJak
yerdəyişmə xüsusiyyətinə malikdir. Bu da onlar üzərində yurİsdİk-
siyaların dəyişməsi ilə nəticələnə bilər. Daşınar əmlakın
özünəməxsus xüsusiyyətləri mülki dövriyyədə onlara münasibətdə
əlavə kollizion məsələlərin meydana gəlməsinə səbəb olur. Məsələn,
dövlət sərhədini keçmə daşınar əmlak üzərində əşya hüquqlannın
həcminə necə təsir göstərir və yaxud xarici dövlətdə yerləşən daşınar
əmlak üzərində mülkiyyət hüququnun bir şəxsdən digərinə keçməsi
hansı qanunla tənzimlənməlidir və s.
Daşınar əmlaka münasibətdə uzun müddət xüsusən Avropa
dövlətlərində mülkiyyətçinin şəxsİ qanunu tətbiq edilib. Lakin mülki
dövriyyənin intensivliyinin artması, çox vaxt mülkiyyətçinin yaşayış
yerini və onun şəxsi qanununu müəyyən etməkdə meydana gələn
çətinliklər sonralar həmən kollizion bağlanmadan imtina edilməsinə
gətirib çıxarmışdır. Hazırda demək olar ki, Avropa dövlətlərinin
hamısında daşınar əmlaka münasibətdə əmlakın olduğu yerin qanunu
tətbiq edilir. Yəni daşmar əmlak üzərində əşya hüquqlarının həcmi
əmlakın olduğu yerin qanunu ilə müəyyən edilir, daşınar əmlakın
dövlət sərhədini keçməsi onun üzərində əşya hüquqlarının
məzmununa və həcminə təsir göstərir, əşya üzərində qanunauyğun
şəkildə əmələ gələn mülkiyyət hüququ
digər dövlət
lərdə tanınır və s.
132