§ 2. Müəlliflik və əlaqəli hüquqların beynəlxalq hüquqi mühafizəsi
olunan əsərləri müəlliflik hüquqlarını tanımadan çap etmək çox ucuz
başa gəldiyindən həm xarici müəllifin, həm də xarici nəşriyyatın
mənafeyinə ciddi zərbə vurulurdu.
Bunun qarşısını yalnız bir üsulla - müəlliflik hüquqlarının
qarşılıqlı tanınması və mühafizəsi haqqında beynəlxalq müqavilələrin
bağlanması yolu ilə almaq mümkün idi. Belə müqavilələrə görə bir
razılığa gələn dövlətin ərazisində meydana gələn müəlliflik hüququ
digər razılığa gələn dövlətin ərazisində onun qanunlarına uyğun
olaraq tanmır və mühafizə edilir.
Müəlliflik hüquqlannın qarşılıqlı tanınması və mühafizə edilməsi
haqqında beynəlxalq müqavilələr ilk əvvəl ikitərəfli xarakter daşımış
və daha çox eyni dilli ölkələr arasında bağlanmışdır. XIX əsrin II
yarısında qısa müddət ərzində artıq Avropa dövlətləri arasında 33
ikitərəfli müqavilə bağlanmışdı. Lakin müəlliflik hüquqları sahəsində
ayrı-ayrı dövlətlərin qanunvericiliyindəki fərqləri ikitərəfli
müqavilələr aradan qaldırmağa qadİr olmadığından, bu sahədə
çoxtərəfli sazişə ehtiyac duyulurdu. Nəticədə 1886-cı ildə “Ədəbi və
bədii əsərlərin mühafizəsi haqqında” Bern Sazişi bağlandı. Sazişlə
müəlliflik hüquqları sahəsində maddi hüquq normaları unitlkasiya
edilmiş, bu da ona qoşulan dövlətlərin hüquq sistemləri arasında
ziddiyyətlərin aradan qaldırılmasına, mühafizə olunmaq şərti ilə
müəlliflərin əsərlərinin maneəsiz yayılmasına şərait yaratmışdır. 26
maddədən ibarət olan bu sənədə bir neçə dəfə əlavə və dəyişikliklər
(hazırda 24 iyul 1974-cii il Paris konfransında ona edilən redaktə ilə
qüvvədədir) edilmişdir. Dünyanın əksər dövlətləri ona qoşulmuşdur.
Azərbaycan Respublikası 27 noyabr 1998-ci İldən etibarən Bern
Konvensiyasının iştirakçısıdır.
Konvensiyanın l-ci maddəsinə gÖrə Konvensiya iştirakçıları
ədəbi və bədii əsərlərə müəlliflik hüquqlarının qorunması üçün öz
aralarında Bern İttifaqı yaradırlar. Konvensiyaya əsasən nəzərdə
tutulan mühafizə sistemi aşağıdakılara tətbiq edilir: !) İttifaqın üzvü
olan ölkələrdən hər hansı birinin vətəndaşı olan müəlliflərin həm çap
olunmuş, həm də çap olunmamış əsərlərinə münasibətdə;
149
Fəsil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ
İnsanların yaradıcı fəaliyyətinin nəticələri müxtəlif şəkildə
təzahür etdiyinə görə onların mühafizə sistemləri fərqləndirilir: 1)
müəyyən formada ifadə olunan nəticə müəlliflik hüquqları ile; 2)
mahiyyət xarakteri daşıyan nəticə isə patent hüququ ilə mühafizə
olunur. Birinci halda (müəlliflik hüquqları zamanı) əqli mülkiyyət
hüququnun mühafizəsi fakta görə (əsərin yaranması faktı), ikinci
halda (patent hüququ zamanı) isə onun qeydə alınmasına görə yaranır.
Elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar insanların əqli
fəaliyyətinin istiqamətləri genişləndiyinə görə mühafizə sistemlərini
obyekt baxımından axıra qədər fərqləndirmək qeyri-mümkündür.
Belə ki, faktoloji xarakter daşıyan əqli mülkiyyət obyektlərinin
qeydiyyatı hallanna və yaxud əksinə rast gəlinir.
Ümumiyyətlə, mühafizə vasitəsinə görə əqli mülkiyyət
obyektlərini aşağıdakı qruplara bölürlər: 1) müəlliflik hüququ ilə
mühafizə edilən obyektlər. Bura elm, ədəbiyyat və incəsənət əsərləri
aid edilir; 2) əlaqəli hüquqlar vasitəsilə mühafizə edilən obyektlər
(ifalar. fonoqramlar, efir və ya kabel yayımı təşkilatlannın verilişləri);
.İ) patent hüququ ilə hüquqi mühafizə edilən obyektlər. Bura sənaye
mülkiyyəti obyektləri (ixtiralar, faydalı modellər və sənaye
nümunələri) daxildir; 4) fərdiləşdirmə qaydasında mühafizə edilən
obyektlər (əmtəə nişanı, xidmət nişanı, fınna adları, coğrafi
göstəriciləri) və s.
§ 2. Müəlliflik və əlaqəli hüquqların beynəlxalq
hüquqi mühafizəsi
Müəlliflik hüquqlarının sırf ərazi xarakteri kəsb etməsi artıq .xıx
əsrin axırlarında ciddi problemlər yaratmağa başladı. Xüsusən eyni
dilli ölkələrdə (Fransa. Belçika, İsveçrə, Almaniya. Avstriya,
İngiltərə, ABŞ, Kanada) xaricilərin müəlliflik hüquqlarının mühafizə
olunmaması bu sahədə özünəməxsus "pirafçılığın meydana gəlməsinə
səbəb olmuşdur. Məsələ burasında idi ki, xaricdə çap
148
§ 1. ümumi müddəalar
beynəlxalq hüquqi mühafizəsini daha da aktuallaşdırır. Hər şeydən
əvvəl, əqli mülkiyyət hüququ ərazi xarakteri daşıyır. Konkret dövlətin
ərazisində yaranan əqli mülkiyyət hüququnun tanınması və
qorunması, əgər həmin dövlətin iştirak etdiyi beynəlxalq hüquqi
mühafizə sistemi yoxdursa, həmin dövlətin hüdudları ilə
məhdudlaşır. Başqa sözlərlə ifadə etsək, əmlak hüquqlarından fərqli
olaraq əqli mülkiyyət hüququ ilə bağlı məsələlər eksterritorial
xarakter kəsb etmir. Bir ölkənin qanunları əsasında meydana gələn
subyektiv əqli mülkiyyət hüququnun digər dövlətin ərazisində
tanınması üçün həmİn dövlətlər arasında müvafiq əqli mülkiyyət
hüququnun qarşılıqlı tanınması haqqında razılaşma olmalıdır.
İkincisi, xaricilər üçün əqli mülkiyyətlə bağlı hər hansı hüququn
tanınması yerli qanunlara əsaslanır. Bu zaman xaricinin şəxsi qanunu
heç bir əhəmiyyət kəsb etmir və onun tətbiqinə yol verilmir. Əqli
mülkiyyətlə əlaqədar xaricinin statusunun yerli qanunlara tabe
edilməsi, bir qayda olaraq, bu istiqamətdə kollizion problemini
aradan qaldırır. Ona görə də beynəlxalq xüsusi hüququn predmeti
kimi əqli mülkiyyət münasibətləri öyrənilərkən, əsasən yerli
qanunlarla bu sahədə xaricilərə verilən hüquqların dairəsi və
mühafizə imkanları üzərində dayanırlar.
Əqli mülkiyyət hüququ müstəsna hüquq hesab edilir. Bu onunla
izah olunur ki, əqli mülkiyyətin obyektlərini yaradanlar öz əqli
əməyinin bəhrəsi və yaradıcılıq nəticəsinə subyektiv hüquqlar əldə
edir'. Müstəsnalıq əqli mülkiyyət hüququnun yalnız onun subyektinə
məxsus olmasını ifadə edir. Müstəsna hüquq qeyri-maddi nemətə
mütləq hüquqdur. Ədəbiyyatda çox haqlı olaraq göstərilir ki,
qeyri-maddi obyektə münasibətdə müstəsna hüququn yerinə yetirdiyi
funksiya, maddi obyektlər üçün mülkiyyət hüququnun əhəmiyyəti
qədərdif.
1
Sabir Allahverdiyev. Aznrbaycan Respublikasının ınüəllinik va patenl hüququ. H.,
2000, S.215
2
ripaBa ııa pcayibraTbi ıııiTCj|JicKTya.nbut)ii üC)iTe.fibıi(x;TM. C6, ııopMaTiıuıibix
aKTOB, BcTyııUTCJibUiiH craibM B.A.flfnopneıta. M.. 1004, e.42
147
Dostları ilə paylaş: |