Fəsil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ
Konvensiyada müəllifin müstəsna hüquqlarından olan tərcümə
hüququna da xüsusi diqqət verilmişdir. Əsərin tərcüməsi, tərcüməni
dərc etmək, tərcümənin dərc edilməsinə icazə vermək hüquqları
tərcümə hüququnun elementləri kimi göstərilir.
Konvensiya müəlliflik hüquqlanmn mühafizəsi ilə əlaqədar
xüsusi işarə (copyriqht) müəyyən etmiş, əsərin ilk dəfə çapdan çıxdığı
tarixini və müəlliflik hüququnun sahibinin göstərilməsini zəruri hesab
etmişdir. Əks təqdirdə sadalanan formal tələblərə cavab verməyən
əsər Ümumdünya Konvensiyasının iştirakçısı olan dövlətlərdə
mühafizə olunmayacaqdır. Belə işarəyə malik olan kitabın və ya digər
əsərin yenidən çapı zəaıri olduqda, maraqlı şəxs nəşriyyata və müəllifə
icazə üçün müraciət etməyə borcludur.
Nəhayət, Bern Konvensiyasından fərqli olaraq Ümumdünya
Konvensiyasının geriyə qüvvəsi yoxdur.
20 dekabr 1996-cı ildə Cenevrədə çağırılmış diplomatik
konfransda yeni, universal “ÜƏMT-nin müəlliflik hüquqlarına dair
Müqaviləsi” qəbul edilmişdir. Müqavilə müasir dövrün tələblərinə
müvafiq olaraq müəlliflik hüquqlarının obyektlərinin dairəsini
genişləndirmiş və onların mühafizəsini yeni səviyyəyə qaldırmışdır.
XX əsrdən etibarən isə elmi-texniki tərəqqinin İnkişafı ilə
əlaqədar meydana gələn insanların əqli fəaliyyətinin forma
baxımından yeni nəticələrinin mühafizəsi aktuallıq kəsb etdi.
Müəlliflik hüquqları ilə üst-üstə düşməyən, lakin ona oxşar olan
hüquqlar müxtəlif cür: "analoji", "əlaqəli", "qohum" hüquqlar
adlandırıldı.
Texniki vasitələr ifaçıların: rol oynayan, oxuyan, musiqi aləti
çalan aktyorun, müğənninin, musiqiçinin yaradıcılıq fəaliyyətinin
nəticələrini onların özündən ayırdı. Radionun, televiziyanın imkanları
ifaçıların iştirakı olmadan onların fəaliyyətinin nəticələrini geniş
tamaşaçı auditoriyasına çıxartmağa şərait yaratdı. Nəticədə ifaçının
razılığı olmadan onun əsərlərini, ifa fəaliyyətini təkrar-təkrar
verməklə külli miqdarda gəlir əldə edən təşkilatlar meydana gəldi.
Bütün bunların qarşısını almaq məqsədi ilə əqli mülkiyyət hüququnda
"əlaqəli hüquqlar" institutu yarandı.
152
Fəsil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ
2) İttifaqın üzvü olan ölkələrdən hər hansı birinin vətəndaşı olmayan,
lakin həmin ölkələrdə ilk dəfə və yaxud İttifaqın üzvü olan ölkə ilə
üzvü olmayan ölkədə eyni vaxtda əsəri çap olunan müəllifin həmin
əsərinə münasibətdə; 3) İttifaqın üzvü olan ölkələrdən hər hansı
birinin vətəndaşı olmayan, lakin onlardan hər hansı birində daimi
yaşayan müəlliflər həmin ölkənin vətəndaşı olan müəlliflərə bərabər
tutulduğundan onların əsərlərinə münasibətdə.
Konvensiyanın 5-ci maddəsi ilə İttifaqın üzvü olan dövlətlərdə
əsərləri mühafizə edilən müəlliflərə milli rejim verilir. Ümumiyyətlə,
Konvensiyada müəlliflik hüquqları iki qrupa bölünür: 1) İttifaqın
üzvü olan dövlətin milli qanunvericiliyi ilə nəzərdə tutulan müəlliflik
hüquqları; 2) Konvensiya ilə birbaşa nəzərdə tutulan müstəsna
hüquqlar. Bura əsərin tərcümə olunması, icrası, onun radio və ya
televiziya ilə nümayişi, onun yenidən işlənməsi və s. ilə əlaqədar
müəllifin müstəsna hüquqları aid edilir.
Konvensiyanın 7-ci maddəsinə görə müəlliflik hüquqlarının
qorunma müddəti müəllifin bütün ömrü boyu davam etməklə onun
ölümündən 50 il sonrakı dövrünü əhatə edir. Kinomatoqrafiya,
fotoqrafıya əsərlərinə, anonim və ya təxəllüslə çap olunmuş əsərlərə
münasibətdə isə nisbətən qısa müddət (əsərin yaradılmasından sonra
50 il həddində) müəyyən edilmişdir. Eyni zamanda, İttifaqın üzvü
olan ölkələr müəlliflik hüquqlarının mühafizəsi ilə əlaqədar daha
uzun müddət müəyyən edə bilərlər.
Hazırda Bern İttifaqının inzibati funksiyalarını Ümumdünya Əqli
Mülkiyyət Təşkilatı (ÜƏMT) yerinə yetirir.
Müəlliflik hüquqları sahəsində ikinci əsas çoxtərəfli müqavilə
1952-ci ildə Cenevrədə imzalanmış “Müəlliflik hüquqları haqqında"
Ümumdünya Konvensiyası hesab edilir. Konvensiyanın mətninə bir
neçə dəfə əlavə və dəyişikliklər edilmişdir. Hazırda 1971-ci il
redaktəsində qüvvədədir. Azərbaycan Respublikası 1996-cı ildən
Konvensiyanın iştirakçısıdır.
Bern Konvensiyasından fərqli olaraq Ümumdünya Konvensiyası
daha universal xarakter daşıyır. Hər
bir dövlət öz milli qanunve-
150