Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə2/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   2   3   4   5   6   7   8   9   ...   42

Qaf, Qazan köklü 40-dan çox toponim var Zəngəzur ellərində. Doğulub
boya-başa çatdığım, 20 ildir həsrəti ilə yaşadığım Zəngəzurun əsrlər boyu
ayrılmaz parçası olmuş Qubadlının (türk tayfa, törəsinin adıdır) tək 33
yer-yurd, dağ-dərə, el-oba adı Ana Kitabımız “Kitabi-Dədə Qorqud”dakı
adlarla eynidir. “Oğuz yurdum Qubadlım” adlı məqaləmdə bunlar barədə
geniş yazmışam- “Azərbaycan” jurnalı, 1999, № 7).. 
Türk etnoslarının qədim və erkən orta əsrlərdə Azərbaycan
ərazisində Manna və Maday (e.ə.VII-XII əsrlər), Sak çarlığı (e.ə. VII-V
əsrlər), Atropatena (e.ə. IV eranın III əsrləri), Albaniya (e.ə. IV eranın
VIII əsrləri), Cənub-Şərqi Avropada Skif çarlığı (e.ə.VII-III əsrlər), Sannat
çarlığı (e.ə. III - eranın III əsrləri), Avar, Bolqar və Xəzər xaqanlıqları (e.ə.
VI-IX əsrlər), Mərkəzi və Orta Asiyada Hun xaqanlığı (e.ə. III-I əsrlər),
türk xaqanlıqları (VI-VIII əsrlər) və digər çoxlu türk dövlətləri Sünik-
Zəngəzuru da əhatə etmişdi və bunlar mövcud olanda ermənilərin bu
ərazilərdə heç bir dövləti yox idi.
Zəngəzur  Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər
hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən
qanlı döyüşlərin məkanı olmuşdur. Həm də ona görə ki, atəşpərəstliyin
ən məşhur məbədgahları bu yerlərdə idi və neçə-neçə abidədə izi yaşa-
maqda idi. Ərəblər məhz Cənubi Azərbaycan-Naxçıvan-Biçənək-Gorus-
Laçın-Bərdə istiqaməti ilə hərəkət edərək o vaxt Alban, Arran adlanan
Şimali Azərbaycanı zəbt etmişdilər.
1065-ci ildə Səlcuq-türk imperiyasının şanlı hökmdarı Alp-Arslan
Qafan şəhərini tutaraq Sünik knyazlığının mövcudluğuna son qoydu. 150
il davam edən səlcuqlu hökmranlığı  Zəngəzur ərazisində türk-islam nü-
fuzunu daha da genişləndirdi, bu yerlərdə çox sayda türksoylu tayfalar
məskunlaşdı. 
1236-cı ildə monqol-tatarlar Zəngəzuru da işğal etdi. Elxanilər,
Hülakilər, Şeyx Həsən Çoban, Məlik Əşrəf, Əmir Əxicud, Şeyx Üveys
Cəlairin hökmranlığı dövrlərinə aid bütün yazılı məxəzlərdə Zəngəzurdakı
yer-yurd adlarının adı keçir, bu yerlər qanlı savaşlar meydanına
çevrilmişdi. “ ...1359-cu ildə Varzaqun yaxınlığında Cəlairi əmiri Məhəm-
məd bin Müzəffər tərəfindən məğlub edilən Əxicuq böyük itki verərək
Qafana qaçmışdı. Çobanilərin Qafanda sığınacaq tapması hər şeydən
əvvəl Qafan qalasının hərbi-strateji baxımdan alınmaz mövqeyi ilə bağlı
idi....Əxicuq Qafana, ona ata kimi olan Sədrəddin Qafaninin yanına getdi.


Üveys elçi göndərib Əxicuqu gətirdi və onunla barışdı” (XIV əsr
salnaməçisi Zeynəddin bin Həmdullah Qəzvini, ”Zeylü-tarixi-güzidə”
əsərindən). Foma Mesoplu yazır: “...1386-cı ildə Qızıl Orda xanı Tox-
tamışın qoşunları Sünikin 12 vilayətini talan etdilər, əhalisinin çoxunu
qılıncdan keçirdilər və əsir götürdülər”. Salnaməçi onu da qeyd edir ki,
aprelin 7-də qəflətən güclü qar yağması əhalinin bir hissəsini labüd
ölümdən xilas etdi, çünki qoşunlar belə dağlıq ərazilərə çıxmağı, vuruş-
mağı bilmir, çoxlu itki verirdi.
1395-ci ildə Əmir Teymur Zəngəzuru özünə tabe etdi, bu ərazilər
daha sonra Qaraqoyunlu (1410-68), Ağqoyunluların (1468-1502), 1502-
ci ildə Səfəvi qızılbaşlarının  hakimiyyəti altına düşdü, Osmanlı və İran
xanədanları arasında bir neçə əsr savaş meydanına çevrildi. Zəngəzur bir
əsrə yaxın Naxçıvan bəylərbəyliyinə tabe oldu. 1748-ci ildə Qarabağ xan-
lığını yaradıb ilbəil güclənən Pənahəli xan 1750-ci ildə iti zəkası, hərbi
qüvvələrinin üstünlüyü sayəsində Zəngəzur ellərini-Bərgüşad, Tatev,
Sisian, Qafan, Meğrini Naxçıvan bəylərbəyliyindən qoparıb öz xanlığına
qatdı və bu ərazilər Qaraçorlu mahalı adlandırıldı. 
Türkiyə Cümhuriyyəti Başbakanlığına tabe olan Dövlət Arxivində
Osmanlı idarəçiliyi dövrünə-1593-cü ilə aid  “Gəncə-Qarabağ əyalətinin
icmal dəftəri” saxlanılır, 200-ə qədər kəndin bir neçəsinin adı istisna ol-
maqla hamısı türk mənşəlidir. Vergiləri yığmaq üçün tərtib olunan
sənədlərdə 50-dən artıq kəndin qarşısında  “heç kim yaşamır” qeydi var.
Fikrimizcə, bu vergi ödəməmək üçün qəsdən belə qeydə alınmışdır. 1727-
ci ilə aid sənədlərdə də 400 evlik (“xanə”) bu bölgə əhalisinin (bir qismi
də kürd olmaqla) daim vergilərdən yayındığı, üstlərinə əsgər göndəriləndə
isə dağlardakı sığnaqlara çəkildiyi, müqavimət göstərdikləri yazılıb.
Qaraçorlu mahalı 1840-cı ildə ləğv edilərək Şuşa qəzasının Zəngəzur
sahəsinə qatıldı. 
Rusiya Azərbaycanı ilhaq edəndən sonra da Zəngəzur  Qarabağın
tərkibində qaldı, 1861-ci ildə Zəngəzur qəzası yaradıldı, 1867-ci il
dekabrında Zəngəzur yeni yaradılan Gəncə (Yelizavetpol) quberniyasının
tərkibində ən böyük ərazi-inzibati vahidi olub dörd dairəyə (okruq) bölün-
müşdü: Hacısamlı, Alyanlı, Bərguşad və Həkəri dairələri. Zəngəzurun
qəza mərkəzi Gorus şəhəri idi. 
1886-cı ilin statistik məlumatlarına görə Zəngəzurdakı 326 kənd-
dən yalnız 81-də ermənilər yaşamışdı, həm də Rusiyanın imperiya plan-


larına uyğun sistemli şəkildə İran və Türkiyədən minlərlə erməni əhalisi
Qarabağa-Zəngəzura köçürüldükdən sonra. 1908-ci ildə Yelizavetpol qu-
berniyası üzrə əhalinin siyahıya alınması sənədlərində Zəngəzur qəzası
əhalisinin 294 min 753 nəfər olduğu göstərilir. Bunlardan 197 mini (67%)
müsəlman, 97 mini (32,9%) erməni idi (Müxtəsər xronoloji Ensiklope-
diya). 1920-ci ildə Zəngəzurda yaşayan 224.197 nəfər əhalinin 70 %-i
Azərbaycan türkləri idilər.
Zəngəzur 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin
tərkibində qəza olub ərazisi 113,895,97 km2 olmuş, Sovet hakimiyyətinin
ilk illərində 27 min km2 azalmışdır. Bu rəqəm Ermənistanın ərazisinin 90
%-ni təşkil edir. Bunlar Zəngəzur, İrəvan, Bəyazid, Şərur-Dərələyəz və
Göyçə mahalının Ermənistana verilən hissələrinin ərazisidir. 1921-ci ildə
Ermənistana verilən (Qafan, Gorus, Sisyan və Mehri) ərazisi bütövlükdə
4505,5 km2 olmuşdur, yəni Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar
Vilayətinin ərazisindən 105,5 km2-dən çox olmuşdur. 
XX əsrin əvvəllərində Zəngəzurun  ərazisi 7 min 892 kv.km idi. 
Ulularımızın bizə əmanət verdiyi, miras qoyduğu Zəngəzur elləri 20 ildir
ki,  bütünlüklə erməni işğalındadır. 
***
Osmanlı İmperiyasının çöküşü, Birinci Dünya savaşı 
və Zəngəzur hadisələri
1829-cu il oktyabrın 10-da Paskeviç imperator I Nikolaya yazdığı
raportunda göstərirdi: "Bayaziddə 2 min erməni bizim əsgərlərin
cərgəsində vuruşmuşdular, Ərzurumda xristian əhalisinin böyük hissəsi
bizim dini bayramı qeyd etmişlər; Qarsda ermənilərdən ibarət 800 nəfərlik
könüllü batalyon təşkil edilmişdi, onların ailələrindən - 10 min nəfərinin
başının üstünü labüd təhlükə almışdır. Bu bədbəxt qurbanlara diqqətinizi
yönəldin, Rusiyaya göstərdikləri məhəbbətə görə Osmanlıların onlardan
qisas almasına yol verməyin. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə