Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə9/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

sizliyi, ləngliyi, iradəsizliyi göstərdi-eynən 1992-93-cü illərdə olduğu
kimi. 
Bu arada bolşevik Rusiyası Gürcüstan və Azərbaycanın ardınca
Ermənistanın da sovetləşməsi üçün erməni əhalisini müxtəlif
şirnikləndirici addımlarla ələ almaq istəyirdi. Bu şirnikləndirici addımlar
isə  Azərbaycan ərazisinin bir hissəsinin dövlət yaratmaq üçün Er-
mənistana verilməsi ilə bağlı idi. Mikoyan başda olmaqla erməni liderləri
bolşevik Rusiyasının rəhbəri Lenini inandırmağa çalışırdılar ki, Zəngəzu-
run (eləcə də Naxçıvanın və Qarabağın) Ermənistana verilməsi erməni
xalqının sovet hakimiyyətinə inamını artıra bilər. 
Rusiyanın xarici işlər naziri Çiçerin 1920-ci il iyunun 2-də Leninin
“Zaqafqaziyanın fatehi” adlandırdığı Zaqafqaziya üzrə fövqəladə
səlahiyyətli şəxs (faktiki Qafqaz canişini) təyin olunmuş Orconikidzeyə
məktubunda bu məsələ ilə bağlı yazırdı: ”Daşnak Ermənistan hökuməti
ilə kompromisə nail olmaq bizə vacibdir”. 
1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbay-
canın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz
bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur
isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu.
Bolşevik Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanı
şirnikləndirmək və sovetləşdirmək siyasəti Azərbaycanın kommunistləri
tərəfindən etiraz doğurdu. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin
sədri Nərimanov buna qarşı çıxaraq Leninə məktub yazdı. Nərimanov
yazırdı ki, Mərkəzin çıxardığı qərarlar Azərbaycan əhalisi arasında
Rusiyaya və sovet hökumətinə inamı sarsıda bilər: “Zəngəzur və
Qarabağın neytrallaşdırılması, yaxud daşnaklara verilməsi… (Azərbaycan
müsəlman əhalisi tərəfindən) xəyanət sayılacaqdır… Müsəlman kütlələr
Sovet hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü qorumamasını
satqınlıq, ermənipərəstlik yaxud sovet hakimiyyətinin zəifliyi hesab
edəcəklər…“ 
(“К истории образования Карабахской автономной области
Азербайджанской ССР. 1918-1925. Документы и материалы. Баку,
Азернешр, 1989, с.56 ) .
Lakin bu etirazların faktiki nəticəsi olmadı. Çünki Azərbaycanın
sovet rəhbərliyində də ermənilər güclü qüvvəyə malik idilər. Nəri-
manovun yazdığı kimi, real idarəetmə Mirzoyanların əlində idi. Bolşevik


Rusiyası Azərbaycanın sovet hökuməti ilə və tezliklə qurulması gözlənilən
Ermənistan sovet hökuməti ilə ikitərəfli sazişlər hazırlayırdı. Azərbaycan
sovet hökuməti bu sazişdə ərazi bütövlüyü məsələsinin təmin olunmasına
da ümid bəsləyirdi. Erməni kommunistləri də Zəngəzur, Naxçıvan və
Qarabağ məsələsinin öz xeyirlərinə həllini gözləyirdilər. 1920-ci il
noyabrın 29-da Ermənistanda (Yerevanda) sovet hakimiyyətinin qurul-
duğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut et-
məmişdi. 
Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da
keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə
iclasının qəbul etdiyi qərarı ilə həll olundu. İclasda 3-cü məsələ kimi “Er-
mənistanda İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan
olunması haqqında teleqramı“ müzakirə edildi və qərar çıxarıldı. Bu birgə
iclasın qəbul etdiyi “tarixi” qərarlara aydınlıq gətirmək məqsədilə orada
iştirak edənlərin tərkibinə də mütləq diqqət yetirilməlidir: Q.Orconikidze,
Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov,
Ə.Qarayev, M.Hüseynov. 
Nərimanovun Bəyanatı
Sovet hakimiyyəti qurulduqdan sonra Zəngəzur mahalı Er-
mənistana verilib. Baxmayaraq ki, bu qədim Azərbaycan torpağıdır. Bu
da Azərbaycanın əsas ərazisi ilə Naxçıvanın ərazisini bir-birindən ayırıb-
dır. 
Heydər Əliyev
Qərarda həmçinin (“j“ və “i“ bəndləri) Nərimanova bütün bunlar
barədə bəyanat hazırlamaq və onu Bakı Sovetinin plenumunda elan etmək
tapşırılırdı.
S.Orconikidzenin təkidi ilə tarixin qara səhifəsinə düşəcək bu
bəyanatı N.Nərimanov 1920-ci il  dekabrın 1-də elan etdi: “ ...bundan belə
heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın-ermənilərin
və müsəlmanların bir-birinin qanını tökmək üçün səbəb ola bilməz,
Zəngəzur və Naxçıvan qəzaları Sovet Ermənistanının ərazisidir, Dağlıq
Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddaratını təyin etmək hüququ


verilir, Zəngəzurun hüdudlarından bütün hərbi əməliyyatlar dayandırılır,
Sovet Azərbaycanının qoşunları buradan çıxarılır.” 
(Mənbə: «Kommunist», 2 dekabr 1920). 
Serqo Orconikidze bu qərarı “bəşəriyyət tarixində nümunəsi ol-
mayan mühüm əhəmiyyətli tarixi akt”,  “Azərbaycan artıq yükdən xilas
olur” kimi təhqiramiz ifadələrlə dəyərləndirmişdi.
M.Ə.Rəsulzadə buna acıyaraq yazırdı: «Ermənistanda dəxi bolşe-
vik hökuməti təsis edər-etməz rus siyasətli Nəriman bəyin səxavətkar ağzı
ilə iki gün əvvəl müdafiə elədiyi Zəngəzur və Naxçıvan qəzasını Er-
mənistana hədiyyə etdi.» 
Az keçmiş N.Nərimanov yanıldığını, tarixi səhvə yol verdiyini an-
layır, ancaq çox şey artıq gec idi. 
Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, Azər-
baycan rəhbərliyində narazılıqlar olduğundan qəzanın Ermənistanın
idarəçiliyinə keçməsi dərhal baş verməmişdi. AK/b/P MK Siyasi və Təşk-
ilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında “Zəngəzurun müsəl-
man hissəsinin inzibati cəhətdən təşkili“ haqqında qərar çıxarıldı. Qərarda
Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi - əhalisinin
guya kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif
edilirdi. Kürdüstan qəzasının təşkili də növbəti bir səhv oldu. Nəticədə
Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən 3.105 kv.versti
Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Er-
mənistana verilmişdi. 
1921-ci ilin 3 iyununda RK/b/P MK Qafqaz Bürosu Stalinin işti-
rakı ilə iclas keçirib məxfi qrifli “Zəngəzur məsələsi”ni müzakirə etdi,
Zəngəzurun Ermənistana birləşdirilməsi barədə qərar çıxarıldı. Bu iclasda
bir nəfər də olsa azərbaycanlı, müsəlman yox idi. Əsas məqsəd də Azər-
baycanla Türkiyəni bir-birindən ayırmaq idi. 
Zəngəzurun Ermənistan SSR-ə verilmiş hissəsində  Qafan, Gorus,
Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvanın
digər Azərbaycan torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda
qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, 1933-cü ildə isə Zəngilan,
Qubadlı, Laçın rayonları yaradıldı. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə