Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   2   3   4   5   6   7   8   9   10   ...   42

Teleqramımı hamıya élan etməyinizi xahiş edirəm. Hərbi
əməliyyat yerinə gedirəm.”
“Həlak olmuş Zəngəzur müsəlmanları sizə cansağlığı diləyirlər.
Zəngəzurlular nə qədər ağlasalar da, onların iniltisi cavabsız qaldı, heç
kəs onların köməyinə gəlmədi. Qadınların döşləri kəsilib, uşaqların başları
kəsilib, bədənləri qan içindədir. Ermənilərin əllərinə düşən gözəl qızlar
zorlanır. Zəngəzurda düşmənə müqavimət göstərmək üçün  kişilər həd-
dindən artıq azdır və onların kənardan köməyə bütün ümidlərini itiriblər”.
“Bu gün axşam vaxtı qəza rəisi ili birlikdə Cəbrayıla gəldim. Açıq səma
altında Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq
qaçqınları gördüm. Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla
gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada işti-
rak edən nizami erməni ordusunun sayı on minə çatır. Ermənilərin döyüş
meydanında qalmış ölüləri arasında bir necə ingilis əsgəri də vardı. Xoc-
ahan və Zabux arasındakı bütün yüksəkliklər ermənilər tərəfindən tutul-
muşdur. Əkərə çayının sağ sahili boyu üçüncü polis sahəsi tamamilə
toplarla və pulemyotlarla məhv edilmişdir. Bu gün Zəngəzur qəzasının
dördüncü polis sahəsinin sağ qalan hissəsini ermənilər mühasirə ilə kəsib
ayıraraq onun da axırına çıxırlar.
Zəngəzurda tam hakimiyyətsizlik hökm sürür. Döyüşmək və
müqavimət göstərmək üçün heç bir vəsait yoxdur. Hökumətin köməyinə
ümidini itirən əhali bütün Azərbaycan türk xalqına müraciət edir.
Aldığımız məlumata görə sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına
hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə
Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də
Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın Dağlıq hissəsinin
erməniləri surətlə üsyana hazırlaşırlar. Hökumətin cinayətkarcasına
fəaliyyətsizliyi Zəngəzur və Qarabağın məhvinə gətirib çıxarıb. Artıq
kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur
müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain xatisovların təntənəli
ziyafətləri, Azərbaycanın erməni təbəələrinin həyasızlığı yetər. Xahiş
edirəm təcili tədbir görün ki, heç olmasa Şuşa və Cəbrayıl qəzaları xilas
edilsin.  Hər dəqiqə qiymətlidir. Yubanmaq xalq və vətən qarşısında
cinayət və satqınlığa bərabərdir." (ARDA: f. 895, siy. 1, iş 299, vər. 18,
22, 26). 
Sonradan yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının


məruzəsindəki faktlardan göründüyü kimi, Cəbrayıl və Cavanşir
qəzalarında da hücum və qırğınlar eyni amansızlıqla davam etmişdir. İn-
gilis jurnalisti Skotland-Liddell həmin qanlı yanvar günlərində Zəngəzura
gəlib törədilən qırğınları şəxsən görüb yanvarın 30-da Tiflisdə bölgəyə
səfərində gördüklərini “Müsəlmanlarla müharibə, ermənilər yenidən
hücum edirlər” adlı məqaləsində vicdanlı obyektivliklə qələmə alıb.
Həmin məqalədən bir neçə sətir: 
“...hər iki hökumət tərəfindən Tiflisdə noyabrın 23-də müqavilə
imzalanmışdı və bütün mübahisəli məsələlər Böyük Dövlətlər tərəfindən
həll edilənədək hər iki tərəfin sülh şəraitində yaşayacağına ümid yaran-
mışdı. Lakin müqavilənin imzalanmasının ardınca ermənilər dərhal Azər-
baycan ordusunun geri çəkilməsindən istifadə edərək Zəngəzurda
qırxadək müsəlman kəndini darmadağın etdilər. ...doqquz müsəlman kən-
dini də Şuşa yolu üstündə darmadağın etmiş, əhalinin böyük əksəriyyətini
isə vəhşicəsinə öldürmüşlər...Azərbaycan Hökuməti bununla bağlı eti-
razını bildirsə də, Ermənistan Hökuməti bu faktları rədd edən cavab
aldı...Ermənistan ona görə bədbəxtdir ki, “Daşnaksütyun” partiyası orada
qüvvədədir. Bu uzun illər erməniləri müsəlmanlara qarşı hücum etməyə
sövq edən inqilabçı terror təşkilatıdır. Ermənilər bacarıqlı müntəzəm
təbliğat vasitəsilə layiq olmadıqları həddə rəğbət qazanırlar. Ermənistan
həmişə dava-dalaş aхtarır və ona nail olanda təbliğat məqsədilə deyirlər
ki, amandı qoymayın qırdılar bizi. Daşnak üçün öldürülmüş erməni daha
əzizdir. Bundan istifadə edərək, erməninin ölüsü qalхıb haray – həşir təpir
ki, ayə mən özüm ölməmişəm, məni müsəlmanlar öldürüblər...Londonda,
Fransa, Birləşmiş Ştatlarda erməni büroları mövcuddur, onların ən sevimli
metodu “xristian” sözündən istifadə etməkdir. İndi Zəngəzura hücum edən
ermənilər özlərinin müvəqqəti uğurlarına şübhə etmirlər. Lakin gün
gələcək ki, bütün müsəlmanlar bir nəfər kimi zülmkarlara qarşı qalxacaq
və həmin gün gələndə heç nə erməni xalqını xilas edə bilməyəcəkdir.”
Bunları ingilis jurnalisti canlı şahid olaraq görüb və yazıb.
Artıq Zəngəzur qəzası erməni nizami ordu hissələri tərəfindən
xarabazara çevrilib 10 mindən çox müsəlman əhalisi məhv ediləndən,
saysız teleqramlardan sonra nəhayət ki, 1920-ci il yanvarın 6-da keçirilən
iclasda Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsi
"Zəngəzurun müsəlman kəndlərinin ermənilər tərəfindən dağıdılmasının
davam etməsinə qarşı tədbirlər görülməsinin zəruriliyi haqqında" Daxili


İşlər Nazirliyinin məlumatını müzakirə edir.  Qərara alınır ki, dinc əhaliyə
qarşı ermənilərin bu hərəkətlərinin qarşısını almaq üçün müəyyən tədbir-
lər görülsün və bu haqda müttəfiq qoşunlarının bölgədəki nümayəndəsinə
məlumat verilsin. (ARDA. f. 897, siy. 1, iş 112, vər. 48). 
AXC –nin Baş naziri Fətəli xan Xoyskinin 4 fevral 1920-ci il tar-
ixdə Ermənistanın Baş naziri Xatisova ünvanladığı teleqramlar arxivlərdə
durur-ADA, 970-1-113. AXC Hökumətinin rəhbəri 4 fevral 1920-ci ildə
Ermənistanlı həmkarına yazırdı ki,  “Zəngəzur müsəlmanlarının tamamən
yox edilməməsi üçün” Azərbaycan Ordusundan bir miqdar əsgəri qüvvə
o bölgəyə göndərilmişdir və bu 23 noyabr 1919-cu il anlaşmasına zidd
deyildir... Həmin sözügedən anlaşmadan sonra Ermənistan Respub-
likasının Hökumət  qoşunları Dro komandanlığında  qanlı qırğınları daha
böyük vəhşiliklə davam etdirirdi. Öhdəsində 25 minlik silahlı qüvvəsi,
xeyli top-tüfəngi, silah sursatı olan, 1-ci vəzifəsi vətəndaşlarının can, mal
sağlığının qorunması, ərazilərinin mühafizəsi olan, 18 ay idi mövcud olan
AXC rəhbərliyinin belə  cəsarətsizliyi ürək ağrıdır... Axı may 1918-dən
28 aprel 1920-ci ilə qədər Ermənistana kənardan  silah sursat yardımı,
siyasi, diplomatik dəstək olsa da (Osmanlının AXC-yə yardımı daha
böyük idi!), rus, ingilis, amerika, fransız canlı qüvvəsi onların əvəzinə vu-
ruşmurdu. 
Artıq çox gec idi, daha əvvəlki Zəngəzur yox idi, olmayacaqdı.
Bu qərar da hələ söz idi, ortada qətiyyət, birlik, siyasi iradə yox idi, ona
görə də hərəkətə keçmək də xeyli vaxt apardı, artıq ruslar Qafqaza doğru
hərəkətə keçmişdilər, 28 aprelə sayılı günlər qalırdı. N.Nərimanov başda
olmaqla, Azərbaycan bolşeviklərinə Zəngəzur və Qarabağdan ağır miras
buraxılmışdı, mövcud  vəziyyət Zəngəzurun böyük bir hissəsinin Azər-
baycandan qoparılmasına, Qarabağda erməni muxtariyyətinin yaradıl-
masına, əsrin sonlarında Azərbaycanın həmin faciələri bir daha yenidən
daha ağır şəkildə yaşamasına təməl zəmin hazırladı. 
12 yanvar 1920-ci ildə erməni daşnak generalı Dro 600 nəfərlik
silahlı dəstə ilə Qubadlının Alyanlı obalarını mühasirəyə alıb bütün əhalini
körpəsinə qədər məhv etməyi əmr etmişdi. 5 kənddən ibarət Alyanlı ca-
maatı ətraf kəndlərdən kömək gələnə qədər ermənilərin qarşısını kəsmiş,
xeyli erməni qırmışdılar. Burada uğur qazanmağın nəticəsiz olduğunu
görən Dro yanvarın 22-də Dondarlıya hücum edib kəndi tamamən
yandırdı, 19-25 yanvarda Qubadlının 48 kəndi tamamən məhv edildi,


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə