Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə5/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   2   3   4   5   6   7   8   9   ...   42

mənistan təcili öz nümayəndələrini verməlidir... Erməni qoşunları Qars
və Naxçıvanı, Şərur-Dərələyəz-Sürməlini tuta bilər... Azərbaycan ordusu
indi durduğu yerdən-Ağdam və Xankəndindən bu  tərəfə keçməyəcək...
Azərbaycan hökumətinin martın 19-da keçirilən iclasında qərar qəbul
edilmişdir ki, Daxili İşlər Nazirliyi 1300 nəfərlik piyada və 500 nəfərlik
erməni  süvari dəstəsinin Şuşa, Xankəndi, Əsgərandan keçib Ermənistana
getməsi üçün hərtərəfli səy göstərəcək. Mayor Monk Mezon mənə
məlumat vermişdir ki, Azərbaycan hərbi hissələri general Mehman-
darovun rəhbərliyi ilə onların sağ-salamat  keçməsi üçün bütün tədbirləri
görmüşdür...Azərbaycan Dağlıq Qarabağ və Zəngəzurun mübahisəli ərazi
kimi Paris sülh konfransında həll olunacağını gözləyəcəkdir".
Tomson Ermənistan hökumətinin rəhbərlərinə 5 milyon ədəd pa-
tron və pul da göndəriləcəyini də vəd edir, vədini də yerinə yetirir.
Erməni stenoqraf protokolda "General Tomson dediklərinin evin
divarlarından kənara çıxmayacağını bilərək açıq danışır..." qeydini etməyi
də unutmayıb. “Osmanlı belgelerinde Karabağ”, səh 365.
Rusiyada çar hökuməti devriləndən bolşeviklərin Azərbaycana
gəlişinə qədər Qafqazda cərəyan edən bütün proseslərdə  ingilislər əsas
ssenari müəllifi, rejissor və baş rolun ifaçısı idilər, Azərbaycandan
qoparılıb Ermənistana veriləcək torpaqların  sərhədlərini də ingilislər
cızmışdı. Tomsonun Ermənistan hökumətinin rəhbərləri Xatisov və
Tiqranyanla həmin iclasdakı dialoqları da çox mətləblərdən xəbər verir. 
Bu iclasdan 4 gün sonra - aprelin 2-də Gorusda Zəngəzur ermənilərinin
qurultayı keçirilir və qərar qəbul edilir: "Azərbaycanın Ermənistanın bir
hissəsi olan Zəngəzuru tutmaq cəhdlərinə qarşı silahla cavab verilsin". 
Qurultayın qərarı ilə Yepiskop Vahan və Erməni Milli Şurasının üzvü Ba-
hadurov Bakıya Müttəfiq Dövlətlərin Qafqazdakı baş təmsilçisi general
Tomsonun yanına gəlir və Qarabağa ermənilərinin bu tələblərini ona ye-
tirirlər: Qarabağın dərhal Ermənistana birləşdirilməsi və ya Qarabağın
Paris sülh konfransına qədər Ermənistana birləşdirilməsi; Qarabağda yerli
erməni idarəçiliyinin  təşkil edilməsi və Qarabağda ingilis general-quber-
natorluğunun yaradılması...
Erməni başbilənlərinin hər cür vəziyyətdən öz mənfəətləri naminə
yararlanmaq bacarığı qibtə edicidir...İngilislər gedib bolşeviklər gedəndə
də belə oldu, SSRİ dağılanda- 90-cı illərdə də eyni plan işə salındı və hər
dəfə  istədiklərinə, Azərbaycandan qoparmağa nail oldular. Biz bir xalq,


millət olaraq torpaq məsələsində yoxuq, görünmürük, müqavimətimiz 0
səviyyəsindədir.
Tomson  Mudros müqaviləsinin ertəsi günü də Bakıya nota
göndərərək 17 noyabrda saat 10.00-a kimi Bakının boşaldılmasını, Qafqaz
İslam Ordusu Komandanı Nuru paşadan rəsmən tələb etdi. Nuru paşa in-
gilislərə verdiyi cavabda, Bakının işğal edilməsi məsələsini Azərbaycan
hökuməti ilə müzakirə etmək lazım olduğunu söylədisə də, general Tom-
son belə bir hökuməti tanımadıqlarını bildirib belə demişdi: "Bizim bildiy-
imizə görə Azərbaycan xalqının səsverməsi ilə qurulmuş bir respublika
ortada yoxdur. Türk komandanlığının intriqaları ilə təşəkkül tapmış bir
hökumət vardır. Madam ki siz bunun əksini iddia edirsiniz, gəlib vəziyyəti
yerində araşdırar və ona uyğun qərar verərik". ABŞ və Böyük  Britaniya
Gürcüstan və Ermənistandan fərqli olaraq AXC-ni tanımamışdı.
Azərbaycan torpaqlarında son türk hərbi birliyi olan 15-ci piyada
diviziyası komandanı və qərargahı 30 noyabr 1918-ci il tarixində
Gəncədən Tiflisə, ordan ingilislərin nəzarəti altında olan Batuma yola
düşdü.
Böyük Britaniyanın Hərbi naziri Çörçill 1919-cu il martın 6-da
Qafqazla bağlı bir konfransda demişdi: “Heç şübhə yoxdur ki, Rusiyanın
gələcək hökuməti bu regiona (Qafqaza-H.N) yenidən qayıdacaqdır, indiki
fasilə məqamında baş verənlər əsas problem deyil, lakin Britaniya qoşun-
ları o ərazilərdə nə qədər çox qalacaqsa, bizim caynağımız bir o qədər
dərinə işləyəcəkdir.” 1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra,
bolşeviklərə qarşı "14 dövlətin yürüşü" planının müəllifinin  bu uza-
qgörənliyini, ingilis diplomatiyasının gücünü, anlamaq üçün bp şirkətinin
Azərbaycana-Xəzər regionuna gəlişi və burdakı fəaliyyəti, mənfəətlərini
yada salmaq kifayətdir.


Zəngəzur qırğınları
Beləliklə, XX əsrdə müxtəlif dövrlərdə 2 milyona yaxın soy-
daşımız öz tarixi vətənlərindən köçürülmüş, etnik təmizləmə siyasətinin
qurbanına çevrilərək öldürülmüş və didərgin salınmışdır.
Heydər  ƏLİYEV
Zəngəzur qırğınları Şərqi Anadolu torpaqlarında ermənilərin törət-
dikləri qətliamların davamı idi, eyni bir ssenarinin ardı idi, Amerika-İn-
giltərə, Fransa, Rusiyanın Anadolu limanlarına, Afrika sahillərindəki isti
sulara, dənizlərə, Qafqaza, Bakı neftinə sahib olmaq uğrunda savaşının
bir həlqəsi, nəticəsi idi. Müttəfiq qoşunları Rusiyanı sarsıdan inqilablardan
dərhal istifadə edib Qafqazda möhkəmlənmək istəmişdilər.  XX əsrin
əvvəlində də, sonunda da böyük dövlətlərin maraqlarının toqquşmasından
ermənilər məharətlə bəhrələndilər. Erməni kilsəsi, ardınca həm də daşnak
partiyası erməni hərəkatının yol göstərəni, ilhamvericisi olaraq qalır.
Zəngəzur qəzasında yaradılmış komissiyanın məruzəsində adlı
siyahı ilə göstərilən 115 kənd dağıdılmış, 3257 kişi, 2276 qadın və 2196
uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmış, yəni ən
azı 10 068 azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Məruzədə dey-
ilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam
məlumat vermir. Belə ki, erməni vəhşiliklərinin qurbanları daha çox ol-
muşdur. Bəzi kəndlər ümumiyyətlə yer üzərindən silinmiş, həmin
kəndlərin torpaqları ermənilər tərəfindən əkin üçün şumlanmışdır. 50
mindən yuxarı müsəlman qaçqını yaşayış yerini tərk edib aşağı Qarabağa
gəlmişdir. 
Ermənilərin xalqımıza qarşı yönəlmiş soyqırım və deportasiya
siyasətinin ən qanlı səhifələrindən biri də 1919-cu ilin dekabr, 1920-ci ilin
yanvarında  yazılıb. Acı təəssüflər olsun ki, üstündən bir əsrə yaxın vaxt
keçsə də, ictimaiyyət bu qanlı faciələrin əsil miqyasından, səbəb və
nəticəsindən hələ də yetərincə məlumatlı deyildir. 
Andranik Laçında Sultan bəyə biabırçı vəziyyətdə uduzandan
sonra 1922-də ABŞ-a sığınmış, 27-ci ildə ölmüş, Frezno şəhərində bas-
dırılmış, cəsədi 28-ci ildə Parisə, 2000-ci ildə Yerevana gətirilib.
Yuxarı Zəngəzurda Andranikin başçılığı ilə axıdılan qanların tor-


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə