Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”


Daxili audit bölməsinin fəaliyyətinin təĢkili istiqamətləri



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   ...   16   17   18   19   20   21   22   23   ...   32
audit-son

 
3.2.Daxili audit bölməsinin fəaliyyətinin təĢkili istiqamətləri 
Müəssisələrdə daxili audit xidmətinin strukturuna Audit Komitəsi və 
müəssisənin DAB daxildir. Audit Komitəsinin üzvləri vəzifəyə Səhmdarların Ümumi 
Yığıncağı tərəfindən təyin olunurlar. Audit Komitəsi, banklarda mükəmməl nəzarət 
sisteminin mövcudluğunu və adekvatlığını təmin etməklə Müşahidə Şurasına və İdarə 
Heyətinə köməklik göstərir. Audit Komitəsinin Sədri Komitənin yığıncaqlarında 
iştirak etmək üçün İdarə Heyətinin Sədrini, İdarə Heyətinin digər üzvlərini, DAB 


57 
direktorunu və kənar auditorları dəvət edə bilər. Audit Komitəsinin vəzifələri 
aşağıdakılardır: 

DAB-ın Əsasnaməsinin hazırlanması (Audit Komitəsi tərəfindən təsdiq edilir); 

DAB-ın fəaliyyətinə nəzarət edilməsi, o cümlədən audit planlarının və resursların 
ayrılmasının təsdiqlənməsi; 

Kənar auditorlarla əlaqələr: audit işi planlarının, audit nəticələrinin və 
tövsiyələrinin qəbul edilməsi; 

Kənar auditorların seçilməsi ilə əlaqədar, Müşahidə Şurasına tövsiyələrin 
verilməsi; 

Nəzarət orqanları ilə görüşlərin keçirilməsi və onlara bankın idarəetmə strukturu 
və fəaliyyət sistemi haqqında məlumatın verilməsi; 

Müşahidə Şurası, İdarə Heyəti, DAB, kənar auditorlar və nəzarət orqanı arasında 
əlaqələrin təşkili; 

Müşahidə Şurasına müntəzəm olaraq komitənin fəaliyyət nəticələri barədə hesabat 
verilməsi. Daxili audit bölməsi müəssisınin daxilində daxili audit işini yerinə 
yetirir.
DAB audit planlarını tərtib edir, onları həyata keçirir və auditin nəticələri 
haqqında məlumat verir. DAB daxili nəzarət sisteminin bir hissəsidir və bankların 
tənzimləyici, idarəedici və nəzarət tələblərinə riayət etməsinin münasibliyini müstəqil 
olaraq qiymətləndirir. 
 
DAB müstəqil audit xidməti göstərən bank strukturudur və onun rolu bank 
işçilərinin və rəhbərliyin fəaliyyətinin yoxlanılması, qiymətləndirilməsi və bu barədə 
hesabat verilməsindən ibarətdir. DAB bankın bütün strukturlarının fəaliyyətini 
yoxlayır və qiymətləndirir. Daxili audit işinin miqyası, daimi olaraq daxili nəzarət 
sisteminin səmərəliliyinin və uyğunluğunun, eləcə də daxili nəzarət üzrə vəzifələrin 
yerinə yetirilməsinin qiymətləndirməsindən və yoxlanılmasından ibarətdir. DAB 
xüsusilə aşağıdakıları qiymətləndirir: 

Müəssisənin daxili qaydalara və risklərin idarəedilməsinə (ölçülə bilən və ölçülə 
bilməyən) əməl etməsini; 


58 

Maliyyə və idarəedici məlumatların, o cümlədən kənar istifadəçilərə verilən 
hesabatların etibarlılığını, tamlığını, düzgünlüyünü və vaxtlı-vaxtında 
hazırlanmasını; 

Elektron informasiya sistemlərinin fasiləsizliyinə və etibarlılığına xidmət edən 
bölmələrin fəaliyyətini. 
DAB müəssisənin təşkili və idarə edilməsi ilə əlaqədar nəzarət orqanı tərəfindən 
müəyyən edilmiş siyasət, prinsiplər, qayda və təlimatlar da daxil olmaqla bankın 
fəaliyyətini nizamlayan hüquqi və normativ tələblərə lazımi diqqət yetirir. DAB 
fəaliyyətinin geniş sahəli olmasına baxmayaraq, daxili nəzarət siyasəti istisna 
olmaqla, müəssisənin siyasətinin müəyyən olunmasında iştirak etmir və ümumiyyətlə 
bankın siyasətini və ya onun uyğunluğunu bilavasitə tənqid etmək səlahiyyətinə 
malik deyil. Lakin DAB-ın faktiki və ya potensial narahatlıq doğuran məsələlərlə 
üzləşdiyi zaman bu barədə Audit Komitəsinin sədrinə məruzə edir. 
DAB müəssisənin rəhbərliyinin hüquqi və normativ tələblərə və yaxud bankın 
daxili qaydalarına və prosedurlarına zidd qərarlar qəbul etdiyi və ya edəcəyi barədə 
xəbər tutarsa, Bölmənin rəhbəri dərhal İdarə Heyətinin və/və ya Müşahidə Şurasının 
sədrinə məlumat verir. DAB rəhbəri bütün bu cür hadisələr barəsində Audit 
Komitəsinin sədrinə məruzə etməlidir. DAB aşağıdakı hüquqlara malik olmalıdır: 

Audit işinə lazım olan əvvəlki dövrlər üzrə bütün məlumatları tələb etmək; 

Yoxlanılan və ya əvvəlki dövrlərdəki əməliyyatlarla bağlı bütün zəruri sənədləri 
əldə etmək; 

müəssisənin audit aparılan strukrur vahidində (filial, şöbə, nümayəndəlik) nağd 
vəsaitlərin, digər pul qiymətlilərinin, qiymətli kağızların, xüsusi qeyd olunmuş 
blankların, mal-materialların, əsas vəsaitlərin, avadanlıqların və digər aktivlərin 
mövcud olmasını yoxlamaq və təsdiq etmək

Hüquqi və fiziki şəxslərlə bağlanmış icarə müqavilələri, saxlanc müqavilələri, 
satış və s. üzrə hər hansı və ya bütün aktivləri yoxlamaq; 

Audit aparılan strukrur vahidin (filial, şöbə, nümayəndəlik) fəaliyyəti ilə əlaqədar, 
elektron və çap olunmuş şəkildə məlumatları təhlil və tədqiq etmək; 


59 

Hər hansı bir əməliyyatın uçotu və xüsusiyyəti ilə bağlı bankın rəhbər işçilərindən 
bütün zəruri izahatları tələb etmək; 

Müəssisənin işçiləri tərəfindən həyata keçirilən tədbirlərin və əməliyyatların cari 
qanunvericiliyə və normativ tələblərə uyğunluğunun adekvatlığını müəyyən 
etmək, bankın siyasətini və strategiyasını, qərar qəbul etmə prosedurlarını, uçot və 
hesabat vermə qaydalarını müəyyənləşdirən müəssisənin daxili qərarlarına dair 
yazılı sənədləri əldə etmək; 

Müəssisənin tərəfindən həyata keçirilən əməliyyatlar barədə Azərbaycan 
Respublikasının qanunvericiliyinə riayət etməklə, müştərilərə sorğular 
göndərmək. 
 
DAB-a dair tərəfsizlik tələbi, İdarə Heyəti Sədrinin DAB-ın daxili nəzarətlə 
bağlı xüsusi məsələlərə dair rəy bildirməsini istisna etmir. Məsələn, restrukturizasiya, 
mühüm və yeni müəssisənin məhsullarının tətbiqi ilə əlaqədar, risklərə nəzarət 
sistemlərinin yaradılması və ya yenidən təşkil olunması, idarəedici informasiya 
sistemləri, və s. məsələlərini nəzərdən keçirərkən DAB-dan rəy ala bilər. Bununla 
yanaşı, belə tədbirlərin tətbiq edilməsi və sonrakı inkişafı üzrə rəhbərlik məsuliyyət 
daşıyır. Məsləhətçi fəaliyyəti DAB-ın vəzifə və müstəqilliyinə mane olmayan 
köməkçi funksiyadır. Bundan əlavə, İdarə Heyətinin Sədri və yaxud onun razılığı ilə 
rəhbərliyin digər vəzifəli şəxsi DAB-ı daxili audit fəaliyyətinə aid olmayan işlərin 
yerinə yetirilməsinə cəlb edə bilər. Belə işlərə aşağıdakıları misal göstərmək olar: 

Müəssisənin iş əlaqələri olan müəssisələrin aktivlərinin qiymətləndirilməsi; 

Digər müəssisələrin maliyyə hesabatlarının təhlil edilməsi; 

Alınması nəzərdə tutulan hüquqi şəxslərin yoxlanılması və təhlili.
Bu kimi fəaliyyət üçün Müşahidə Şurası tərəfindən yazılı icazə verilməlidir və 
Audit Komitəsinin Sədri ilə razılaşdırılmalıdır. DAB bu işləri yerinə yetirmək üçün 
bacarıq və vaxt resurslarının mövcud olmasını dəqiqləşdirir. Belə işlər 
planlaşdırılmalı və adi audit işi ilə eyni keyfiyyət səviyyəsində icra edilməlidir. 


60 
Audit fəaliyyətini həyata keçirərkən DAB-ın işçi heyəti müəssisənin, onun 
rəhbərləri və işçiləri haqqında məxfi məlumatları əldə etmək hüququna malikdir. Bu 
cür məxfi məlumatlara aşağıdakıları aid etmək olar: 

Rəhbərliyin və digər işçilərin əmək haqları;
 

Müştərilərin maliyyə vəziyyəti haqqında məlumatlar;
 

Müəssisənin mülkiyyətində olan əmlak və investisiyaları haqqında məlumatlar;
 

Filialların gəlirliliyi;
 

Bankın (Baş rəhbərliyin) gələcək planları;
 

Saxtakarlıq hallarının təhqiqatı və mümkün hüquqi tədbirlər.
 
DAB-ın işçi heyəti peşəkar səriştəyə malik olmalıdır. DAB-ın həyata keçirdiyi 
işlər texniki və insanlarla əlaqə qurmaq bacarıqları kimi yüksək səviyyəli təcrübə 
tələb edir.DAB-ın işçi heyəti üçün tələb olunan vacib texniki bacarıqlara aşağıdakılar 
daxildir (10,72): 

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) haqqında anlayış və 
onların tətbiqi təcrübəsi;
 
Daxili audit prosesi üzrə bacarıqlar;
 

Daxili 
nəzarət 
sistemlərinin 
və 
prosedurlarının 
yaradılmasında 
və 
qiymətləndirilməsində yüksək səviyyəli səriştə;
 

Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında son 
biliklər.İnsanlarla əlaqə qurmaq üzrə mühüm bacarıqlara aşağıdakılar daxildir:
 

Müstəqilliyi qorumaq qabiliyyəti; 

Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı; 

Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı; 

Hesabatın hazırlanması və yazışma bacarığı. 
Daxili audit bölməsi audit planı tərtib edir, mövcud informasiyanı yoxlayır və 
qiymətləndirir, nəticələri bankın səlahiyyətli idarəetmə orqanı ilə müzakirə edir və 
tövsiyələr 
təqdim 
etməklə 
onlarin 
icra 
edilməsinə 
nəzarəti 
həyata 
keçirilir.Aşağıdakılarla məhdudlaşdırılmamaqla daxili auditin müxtəlif növləri vardır:


61 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə