İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya



Yüklə 1.05 Mb.
səhifə1/13
tarix26.09.2017
ölçüsü1.05 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Əlyazması hüququnda


ELXAN NƏRİMAN oğlu VƏLİYEV

MALİYYƏ TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATINDA MONETAR SİYASƏTİNİN PRİORİTET İSTİQAMƏTLƏRİ

İxtisas: 5301.01 - Daxili fiskal siyasət və dövlət maliyyəsi

İqtisad elmləri üzrə fəlsəfə doktoru

elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya

Elmi rəhbər: i.e.d., prof. Z.F.Məmmədov

BAKI – 2016

Dissertasiyanın məzmunu

GİRİŞ.................................................................................................................3-10

I FƏSİL. Maliyyə təhlükəsizliyinin təminatında monetar siyasətinin nəzəri –metodoloji əsasları...........................................................................................11-58

    1. Bank sistemində maliyyə təhlükəsizliyinin təminatının nəzəri əsasları................................................................................................................11-26

1.2.Pul və maliyyə sabitliyi siyasətinin əsas məqsəd və vəzifələri..............27-45

1.3.Maliyyə təhlükəsizliyinin təminatı çərçivəsində pul siyasətinin əsas prinsipləri...........................................................................................................46-58


II FƏSİL. Maliyyə təhlükəsizliyinin təminatında monetar siyasətin rolu.....................................................................................................................59-99

2.1.Pul siyasəti dizaynında yeni dəyişikliklər və meyllər............................59-76

2.2.Xarici kredit ekspansiyası və dollarlaşma prosesi maliyyə təh­lü­kə­sizliyini təhdit edən əsas amil kimi: xarici təcrübə və Azərbaycan reallığı....................77-88

2.3.Bank nəzarət sistemində maliyyə sabitliyinin əsas indikator­larının təhlili...................................................................................................................89-99


III FƏSİL. Makroiqtisadi çağırışlara uyğun olaraq monetar siyasəti

çərçivəsinin təkmilləşdirilməsinin prioritet istiqamətləri.........................100-135

3.1.Monetar siyasətinin tətbiqində şəffaflığının genişləndirilməsi istiqamətləri....................................................................................................100-109

3.2.Maliyyə təhlükəsizliyinin təminatında sistem əhəmiyyətli bankların fəaliyyətinin tənzimlənməsi və institusional model-lər....................................................................................................................110-118

3.3.Qlobal və makroiqtisadi çağırışlara uyğun olaraq pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi ........................................................................................119-135



Nəticə.............................................................................................................136-157

İstifadə edilmiş ədəbiyyat............................................................................161-171

Giriş
Tədqiqat mövzusunun aktuallığı. 1970-ci illərin sonundan etiba­rən pul-kredit sferası sahəsində aparılan araşdırmalarda maliyyə təhlükəsizliyinin monetar sabitliklə əlaqələndirən yanaşma üstünlük təşkil etməyə başladı. Bütövlükdə maliyyə sistemininin təhlükəsizliyinin təminatı sistemində monetar siyasətin rolunun zərurəti 2007-2009-cu illərin qlobal maliyyə böhranından və şokların yeni yayılma kanallarının qiymətləndirilməsindən sonra özünü daha əyani şəkildə nümayiş etdirməyə başladı. BVF-nun məlumatına görə qlobal maliyyə böhranından sonra dünyada təhlükəsiz aktivlərin azalması prosesi davam edir və 2016-cı ilin sonuna əlavə $9 trln. aktivin təhlükəli aktiv sırasına daxil olacağı gözlənilir. Bank sektorunda təhlükəsiz aktivlərin azalması tədbirləri monetar siyasətin tətbiqində əsas prinsiplərdən biridir.

Dünya iqtisadiyyatında baş verən hadisələr də sübut edir ki, maliyyə təhlükəsizliyini təmin etmədən bir çox iqtisadi problemlərin həllinə nail olmaq mümkün deyildir. Milli maliyyə bazarlarının inteqrasiyasının gücləndiyi bir şəraitdə monetar siyasətin tətbiqində innovativ tədbirlərə ehtiyac var. Böhrandan sonrakı dəyişikliklərin ən mühüm istiqamətlə­rindən biri milli Mərkəzi Bankların fəaliyyətinin məqsədləri, səlahiy­yət­ləri və alətlərinə yenidən baxılması oldu. Prioritet məqsəd kimi qarşı­da milli maliyyə sistemində sabitliyinin dəstəklənməsi qoyuldu ki, bu da mo­netar siyasətinin ənənəvi məqsədləri ilə makroprudensial məqsədləri bir araya gətirmək kimi mürəkkəb bir problemi gündəmə gətirdi. Onların xüsusən də böhranlı şəraitdə bir-biri ilə ziddiyyət təşkil edə bilməsi ehtimalının yüksək olması Mərkəzi Bankların və ya maliyyə stabilliyinin dəstəklənməsinə görə məsuliyyət daşıyan orqanların fəaliyyətində yeni təsisat formalarının axtarılmasına səbəb olurdu. Bəzi inkişaf etmiş öl­kə­lərdə makromaliyyə təhlükəsizliyinə qorunmasına görə məsul olan or­qan­lar artıq işlənib hazırlanmış, təsdiq olunmuş və yaradılmışdırsa, digər ölkə­lərdə bu işə hələ indi-indi başlanılır. Bəzi ölkələrin seçdikləri model­lərdə makromaliyyə stabilliyinin dəstəklənməsinə görə məsuliyyəti sahə­vi tənzimləyicilər üçün icbari olan qərarları qəbul etmək hüququna malik müstəqil orqan daşıyır. Başqa ölkələr makrostabilliyin dəstəklənməsinə görə məsuliyyəti milli Mərkəzi Bankların üzərinə qoydular. Hər iki qəra­rın öz üstünlükləri və çatışmamazlıqları var. Bu səbəbdən çox güman ki, ya­xın illərdə ayrı-ayrı ölkələr səviyyəsində təsisatla bağlı daha məh­suldar qərarın axtarışı davam etdiriləcəkdir.

Qeyd edək ki, maliyyə bazarlarının inteqrasiyası və qloballaşma yeni formalaşan bazar iqtisadiyyatlarının siyasət qurucuları qarşısında yeni çağırışları da ortaya qoyur. Eyni zamanda qlobal maliyyə böhranı göstərdi ki, maliyyə vasitəçiliyinin xeyli hissəsi dövlət tənzimlənməsinin təsiri altına düşmür və ya tətbiq olunan monetar siyasət tətbiqi yetərli deyil. Belə ki, böhran monetar orqanlarının nəzarətində maliyyə bazarının xeyli seqmentlərinin (məsələn, kompleks maliyyə məhsulları bazarlarının) fəaliyyəti, müxtəlif maliyyə vasitəçiləri arasında qarşılıqlı əlaqələr, təsərrüfat subyektlərinin transsərhəd əməliyyatlarının daxili maliyyə bazarındakı vəziyyətə təsiri və bir çox digər problemlər haq­qında adekvat informasiyanın olmadığını göstərdi. Qlobal maliyyə böh­ranı sübut etdi ki, bankların fəaliyyətinin tənzimlənməsi və onun üzə­rində nəzarət səmərəli olmayıb əsasən protsiklik xarakter daşımışdır. Pru­densial tənzimləmədəki və nəzarətdəki boşluqları doldurmaq məqsə­dilə Bank nəzarəti üzrə Bazel komitəsinin üzvü olan ölkələr yeni Bazel III beynəlxalq standartlarına keçid etməyə başladılar. Beynəlxalq Hesablaşmalar Bankı, Bank nəzarəti üzrə Bazel komitəsi, Maliyyə Stabil­liyi Şurası tərəfindən daha səmərəli makroprudensial tənzimləmə təd­birlə­rinin ümumiləşdirilməsi milli monetar və nəzarət orqanlarına bunları öz praktiki fəaliyyətində nəzərə almaq imkanı verəcəkdir.

Beləliklə, dünya maliyyə sistemlərində baş verən dəyişikliklər, dün­yanın bir çox ölkələrinin iqtisadiyyatında qeyri-stabil şəraitin mövcud­luğu maliyyə sistemlərin vəziyyətlərinin parametrlərinin və onların desta­bilizə edən amillərinin daimi monitorinqinə və təhlilinə kompleks yanaşma tələb edir.

Hal-hazırda Azərbaycan qarşısında dayanan sürətləndirilmiş inkişaf üzrə strateji məqsədlərlə əlaqədar bank sisteminin maliyyə təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb edir.

Qarşıda duran məqsədlərə çatmaq üçün ölkənin bütün imkanların­dan dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin maliyyə potensialının güclən­diril­məsinə şərait yaratmaq vacib şərtdir və qeyd edilən bütün xüsuslar “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmışdır.

Azərbaycanda davamlı iqtisadi artıma keçid milli maraqların və maliyyə təhlükəsizliyin təmin edilməsinin şərti olmaqla adekvat pul siyasətin aparılmasını tələb edir. Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək məqsədi ilə səmərəli pul və maliyyə sabitliyi siyasətinin tətbiqinin ön plana çəkilməsini zəruri edir.

Təqdim olunan dissertasiya işində maliyyə təhlükəsizliyinin təmin edilməsində monetar siyasətinin rolu və dünya iqtisadiyyatında kəskinləşən böhranlı hadisələrlə əlaqədar daxili və beynəlxalq bazarlarda məhz milli maraqların müdafiəsi problemlərini önə çəkən monetar siyasətin təhlilinə cəhd edilmişdir.

Göstərilən problemin aktuallığı, onun kifayət qədər işlənilməməsi dissertasiya işinin mövzusunun seçilməsini, tədqiqatın məqsədi, vəzifələri, predmeti və obyektini şərtləndirmişdir.

Problemin elmi işlənmə dərəcəsi. Ümumilikdə maliyyə təhlükəsizli­yi­nin təmin edilməsində pul siyasəti tətbiqindəki problemlərin tədqiqi iqtisadi ədəbiyyatda indiyədək aktual olaraq qalır. Tədqiqatın nəzəri əsası iqtisadi nəzəriyyənin, maliyyə və kredit nəzəriyyəsinin müddəaları, ma­liyyə hüququ, Azərbaycan Respublikasının maliyyə-bank qanun­veri­ciliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankın normativ-hüquqi aktla­rı­dır. Araşdırılan problem pul nəzəriyyəsinin inkişaf təkamülünü, mone­tar sferada maliyyə təhlükəsizliyin nəzəri və praktiki aspektlərini, mone­tar siyasətin alətlərini öyrənən bir neçə elmi cərəyanın qovşağındadır.

Maliyyə təhlükəsizliyi ilə bağlı problemlərin tədqiqi sahəsində ölkəmizin iqtisadçı alimləri, o cümlədən Ə.С. Muradov, A. Musayev, D.A.Bağırov, Z.F.Məmmədov, Ə.Əlirzayev, M.Əhmədov, M.M.Bağırov, N.M. İmanov, Ə.Ə.Ələkbərov, M.X.Həsənli, M.M.Bağırov, M.İ.Bərxuradarov, M.A.Ab­­bas­bəyli, F.F.Mürşüdlü, Ü.Q.Əliyev, A.Ş.Şəkərəliyev, C.B.Namazova, İ.Kərimli, E.M.Sadı­qov, A.E.Kərimov, Z.H. İbrahimov, Y.S.Əzizov, T.Paşa və başqalarının əsərlərini xüsusilə qeyd etmək olar.

Monetar siyasət məsələlərinə aparıcı Rusiya və xarici müəlliflərin tədqiqatları həsr olunmuşdur. Rusiya müəlliflərinin iqtisadi təhlükə­siz­liyin mahiyyətinin (V.K.Sençaqov, L.İ.Abalkin, Q.S.Veçka­nov, A.Arxi­pov, A.Qorodetski) və iqtisadiyyatların qloballaşması şəraitində maliyyə təhlükəsizliyi problemlərinin (L.N.Krasavina, M.B.Yerşov, M.Q.Del­yagin, K.V.Rudıy, V.V. İvanov, V.V.Kovalyov və b.) araşdırılmasına həsr olunan əsərləri təşkil edir. Bundan başqa, bu tədqiqatda monetar siyasətin nəzəriyyəsi sahəsində mütəxəssis olan müasir Rusiya müəllif­lərinin (S.Andryuşin, V.Burlaçkov, S.Moiseyev) konsepsiyaları­nın nəzə­ri əsasları öz əksini tapmıpşdır.

Tədqiq edilən dissetasiya işində maliyyə təhlükəsizliyinin təmin edilməsində monetar siyasətinin rolu və dünya iqtisadiyyatında kəskinləşən böhranlı hadisələrlə əlaqədar daxili və beynəlxalq bazarlarda məhz milli maraqların müdafiəsi problemlərini önə çəkən monetar siyasətin tətbiqi ilə bağlı elmi araşdırmaların aktivləşməsinin əhəmiy­yətinə dəlalət edir.



Tədqiqatın məqsədi və vəzifələri. Dissertasiya işinin məqsədi milli maliyyə təhlükəsizliyinin təmin edilməsi aləti olan monetar siyasətin inkişaf qanunauyğunluqlarını üzə çıxarmağa imkan verən bir sıra nəzəri və metodoloji yanaşmaları əsaslandırmaq, habelə bank sistemində maliyyə təhlükəsizliyinin təmin edilməsinə yönələn monetar siyasətin prioritet istiqamətlərini müəyyənləşdirməkdir.

Qarşıda qoyulan məqsədə çatmaq üçün bir-biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı vəzifələrin yerinə yetirilməsi tələb olunur:



  • Bank sistemində maliyyə təhlükəsizliyinin təminatının nəzəri əsaslarının araşdırılması;

  • Pul və maliyyə sabitliyi siyasətinin əsas məqsəd və vəzifələrinin araşdırılması;

  • Maliyyə qloballaşması və ona xas olan böhranlar şəraitində monetar siyasət konsepsiyasına yenidən baxılması;

  • Pul siyasətinin tətbiqində istifadə olunan alətlər və maliyyə təhlükəsizliyi siyasətinin əsas prinsiplərinin tədqiq olunması;

  • Maliyyə sferasında milli maliyyə təhlükəsizliyini təhdid edən neqativ tendensiyaların müəyyən edilməsi;

  • Dünya maliyyə böhranı şəraitində monetar siyasətin mahiyyəti, məqsədləri və alətlərinin araşdırılması;

  • Pul siyasəti dizaynında yeni dəyişikliklər və meyyllərin araşdırılması;

  • Dollarlaşma prosesinin maliyyə təhlükəsizliyini təhdid edən əsas amil kimi araşdırılması;

  • Monetar siyasətinin tətbiqində şəffaflığın genişləndirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi;

  • Qlobal və makroiqtisadi çağırışlara uyğun olaraq pul siyasəti çər­­çi­vəsinin təkmilləşdirilməsinin prioritet istiqamətlərinin əsaslandırıl­ması.

Dissertasiya işində tarixi və məntiqin vəhdəti prinsipini, analiz və sintez, ümumləşdirmə və sistemləşdirmə metodlarını daxil edən metodoloji kompleksdən istifadə olunmuşdur.

Tədqiqatın obyekti və predmeti. Dissertasiya işinin obyektini, bütövlükdə bank sistemi, Mərkəzi Bankın məqsəd və vəzifələrinin maliyyə sabitliyinin müdafiəsinə təsirinin təhlil olunmasıdır.

Tədqiqatın predmeti kimi, milli maliyyə təhlükəsizliyinin təmin edilməsi aləti olan monetar siyasətin çərçivəsinin təkmilləşdirilməsi ilə bağlı prioritet istiqamətləri müəyyənləşdirilməsidir.



Tədqiqatın məzəri-metodoloji və informasiya bazası. Dissertasi­yada aparıcı beynəlxalq mütəxəssis və ekspertlərin bank tənzimlənməsi və nəzarət sahəsində nəşrləri toplanıb ümumiləşdiril­mişdir. Bu zaman maliyyə təhlükəsizliyinin təminatında monetar siyasətin tətbiqi xüsusiy­yət­lərinə və praktikasına xüsusi diqqət yetirilmişdir.

Pul siyasətinin araşdırılması prosesində retrospektiv təhlil tətbiq edil­miş­dir. Maliyyə təhlükəsizliyinin təmin edilməsində pul siyasətinin ro­lu­nun təyin edilməsi zamanı sistemli yanaşmadan istifadə olunmuşdur. Ana­­liz və sintez, ümumiləşdirmə və sistemləşdirmə metodları aparılan pul si­yasətinin milli maraqlara adekvatlılığının qiymətləndirilməsini tə­min etdi.

Tədqiqatın informasiya bazasını xarici ölkələrin və ölkəmizin iq­tisadçı alimlərinin monetar nəzəriyyə və maliyyə təhlükəsizlik sahəsində monoqrafiyaları, dövri mətbuatda nəşrləri, elmi hesabat və məruzələri təşkil etdi. Təhlil üçün Azərbaycan Respublikasının norma­tiv-hüquqi və qanunvericilik aktları, AR Mərkəzi Bankının metodiki materialları, beynəlxalq maliyyə təşkilatlarının analitik işləmələri və ekspert rəylə­rindən istifadə olunmuşdur.

Tədqiqatın elmi yeniliyi. Dissertasiya işində ilk dəfə bank siste­mində maliyyə təhlükəsizliyinin təmin edilməsində monetar siyasətin nə­zəri və təcrübi əsasları təşkil edir və sistemləşdirilmiş şəkildə problemlər qeyd etməklə yanaşı maliyyə təhlükəsizliyin təmin edilməsində monetar siyasətinin təkmilləşdirilməsi ilə bağlı prioritet istiqamətlərinin əsas­landırılmasından ibarətdir.

Müəllifin müdafiəyə çıxardığı və araşdırılan sahədə elmi bilikləri artıran əsas nəticələri aşağıdakılardan ibarətdir:

– qloballaşma şəraitində maliyyə təhllükəsizliyini təmin edəcək monetar siyasətin rolu və məzmunu açıqlanmışdır;

– göstərilmişdir ki, müasir mərhələdə maliyyə təhlükəsizliyinin təmin edilməsində monetar siyasətinin tətbiqində şəffaflıq modelinin əsasları işlənib hazırlanmışdır;

– monetar sferada maliyyə təhlükəsizlik indikatorlarının hədd göstəricilərinin təhlili əsasında strateji təhdidlərin səciyyəsi verilmiş və maliyyə təhlükəsizlik sisteminin təmin edilməsində monetar siyasətin alətləri müəyyən edilmişdir;

– aparılan monetar siyasətin milli maraqlara uyğunluğunun qiymətləndirilmə-sində yeni yanaşma əsaslandırılmışdır;

– monetar siyasəti alətlərinin səmərəliliyinin yüksəldilməsi meyarları və mexanizmləri əsaslandırılmış, müasir monetar siyasətinin prioritetləri qeyd edilmişdir;

– müasir şəraitdə dollarlaşma prosesinin milli valyutanın dayanıq­lığına təsirinin nəticələrinin təhlili verilmişdir və onun aradan qaldırıl­ması yolları irəli sürülmüşdür;

– qlobal və makroiqtisadi çağırışlara uyğun olaraq pul siyasəti çərçivəsinin təkmilləşdirilməsinin prioritet istiqamətlərinin konturları əsaslandırılmışdır.

Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Tədqiqat bank sekto­run­da maliyyə təhlükəsizlik nəzəriyyəsi və maliyyə təhlükəsiz­liyinin tə­min edilməsində monetar siyasətin prioritet istiqamətlərin konturları kon­kretləşdirir. Bank sektorunda strateji təhdidlərin təhlili və onların qar­şı­sının alınması üzrə təklif olunan tədbirlər yaxın illər üçün iqtisa­diy­yatın strateji inkişafının əsaslarının daha dərindən işlənməsi üçün kon­septual baza ola bilər.

Dissertasiya işinin nəticələrindən pul və valyuta siyasətinin təkmilləşdirilməsi üzrə tövsiyələrinə işlənməsində, ölkənin maliyyə təhlükəsizliyinin təmin edilməsi mexanizm və alətlərinin işlənməsi üçün metodoloji baza kimi istifadə oluna bilər.

Dissertasiya işinin materiallarından müəllifin Azərbaycan Dövlət İqtisad Universitetində tədris etdiyi aşağıdakı kurslarda istifadə olun­muş­dur: «Bank işi», «Dünya maliyyə və valyuta–kredit siyasətinin müasir ar­­xitekturası», «Beynəlxalq valyuta-kredit münasibətləri», «Pul və banklar».

Dissertasiya işinin nəticələrinin aprobasiyası. Dissertasiya işinin əsas müddəları müəllifin beynəlxalq elmi-praktiki konfranslarda, eləcə də Rusiya, Türkiyə və Belarusiyada təşkil olunan beynəlxalq elmi kon­frans və seminarlarda etdiyi məruzə və çıxışlarında öz əksini tapmışdır.

Tədqiqatın nəticələri 30-dan çox elmi əsərdə öz əksini tapmışdır, о cümlədən, beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı şəkildə nüfuzlu hesab edilən xarici elmi jurnallarda nəşr olunan məqalələrin sayı 1, tədris proqramlarının sayı 3, xarici ölkələrdəki beynəlxalq simpozium və konfranslarda elmi əsərlərin sayı Rusiyada 2, Türkiyədə 2 və Belarusiyada 2, AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş beynəlxaq konfranslarda elmi əsərlərin sayı 20 və Azərbaycan Respublikasında dissertasiyaların əsas nəti­cə­lərinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərdə yayınlanan məqalələrin sayı 4 olmaqla ümumilikdə 20 çap vərəqi həcmindədi.



Dissertasiyanın həcmi və strukturu. Dissertasiya giriş, 3 fəsil, 9 paraqraf, nəticə və təklifdən, 150 adı əhatələyən istifadə olunmuş ədəbiyyat siyasından ibarətdir. Dissertasiyanın mətni 15 cədvəl, 3 sxem və 2 şəkil daxil olmaqla 171 səhifə həcmindədir.
FƏSİL I. MALIYYƏ TƏHLÜKƏZLIYININ TƏMINATINDA MONETAR SIYASƏTININ NƏZƏRI –METODOLOJI ƏSASLARI


    1. Bank sistemində maliyyə təhlükəsizliyinin təminatının

nəzəri əsasları
1970-ci illərin sonundan etibarən pul-kredit sferası sahəsində aparılan araşdırmalarda maliyyə təhlükəzliyinin monetar sabitliklə əlaqələndirən yanaşma üstünlük təşkil etməyə başlayır. Bütövlükdə maliyyə sistemini əhatə edəcək maliyyə tənizmlənməsi və nəzarətə makroprudensial yanaşmanın tətbiq edilməsi zərurəti 2007-2009-cu illərin qlobal maliyyə böhranından və şokların yeni yayılma kanallarının qiymətləndirilməsindən sonra özünü daha əyani şəkildə nümayiş etdirməyə başladı.

Qlobal maliyyə böhranı başladıqdan sonra bir neçə il ərzində mütəxəssislər arasında və Beynəlxalq Hesablaşmalar Bankının təşkil etdiyi konfranslarda maliyyə təhlükəzliyi siyasətin mahiyyəti və məqsədləri ilə bağlı canlı diskussiyalar gedirdi. Həm ekspertlər, həm də milli Mərkəzi Bankların nümayəndələri yekdilliklə bildirdilər ki, maliyyə təhlükəzliyi siyasəti həm milli, həm də qlobal səviyyələrdə maliyyə sabitliyinin dəstəkləmək məqsədini güdməlidir. Lakin müxtəlif yanaşmaları bir araya gətirmək çətin idi.

Maliyyə təhlükəsizliyi – iqtisadi və milli təhlükəsizliyin bir hissəsidir. Praktik olaraq milli təhlükəsizliyin elə bir aspekti yoxdur ki, maliyyə təhlükəsizlik səviyyəsindən bilavasitə asılı olmasın. Maliyyə təhlükəsizliyi haqqında daha dolğun təsnifat V. K. Sençaqovun əsərlərində işlənib hazırlanmışdır. O, hesab edir ki, «Maliyyə təhlükəzliyi siyasəti - sistematik maliyyə böhranı riskinin minimallaşdırılmasına yönəldilmiş preventiv tədbirlər toplusudur»[104].

BVF, Beynəlxalq Hesablaşmalar Bankı və Maliyyə Sabitliyi Şurası tərəfindən birgə hazırlanmış və 2009-cu ildə dərc olunmuş “Maliyyə institutlarının, bazar və alətlərin sistem əhəmiyyətliliyinin qiymətləndirilməsi üzrə Təlimat”da sistem riski “maliyyə sisteminin və ya onun bir hissəsinin vəziyyətinin pisləşməsi nəticəsində maliyyə xidmətlərinin göstərilməsinin pozulması riski1» kimi qeyd olunur.

Maliyyə təhlükəzliyi siyasətin obyekti kimi maliyyə vasitəçiləri, bazarlar, maliyyə bazarının infrastrukturu, eləcə də maliyyə sistemi və real iqtisadiyyat arasında qarşılıqlı əlaqələr çıxış edir.

Maiyyə təhlükəsizlik təhdidi dedikdə maliyyə sisteminin fəaliyyət mühitinin ətraf və daxili elementlərində dəyişiklik başa düşülür, hansılar ki təhlükəsizlik predmetinin (yəni təhlükəsizliyin (müstəqilliyinin) təmin edilməsi üçün maliyyə resurslarının və onların hərəkətinin) elə bir dəyişikliyinə gətirib çıxara bilər ki, bu zaman maliyyə sistemini dəyişikliksiz vəziyyətdə saxlamaq çətin olacaq.

Maliyyə təhlükəsizlik təhdidlərinin istənilən təsnifatının əsasında iki əlaməti qeyd etmək olar: onların yaranma səbəbləri; təhdidlərin maliyyə və iqtisadi sistemlərin parametlərinə təsiri. Bu, onların analizi, qiymətləndirilməsi, bank sistemin maliyyə təhlükəsizliyinin təmin edilməsi üçün təhdidlərin aşkarlanmasının nəticələri üçün olduqca vacibdir.

Təhdidlərin konkret reallaşdırıması nəticələri, sonda birbaşa və ya dolayı itki formasına malik olan ziyan şəklində üzə çıxırlar. Nəticə etibarilə, bank sistemlərin təhlükəsizlik təhdidlərinin gerçək reallaşdırılması mümkünlüyü, onların fəaliyyəti üçün birbaşa və ya dolayı itkilərə səbəb olma riskindən ibarətdir.

Maliyyə təhlükəsizliyi təhdidlərini müxtəlif əlamətlərə görə təsnifatlaşdırmaq olar: təhdidilərin gerçək və potensial növlərə təsnifatlaşdırılması onların yaranma ehtimalının qiymətləndirilməsi ilə bağlıdır.

Potensial təhdidlər daha böyük diqqətə layiqdirlər, çünki onlar çətin proqnozlaşdırılır və ölkə üçün daha təhlükəlidirlər.

Daxili və xarici, potensial və gerçək təhdidlər ola bilər:


  • Birbaşa və dolayı, bunlar ölkənin iqtisadiyyatına təsiri və ona ziyan vurma xarakteri ilə əlaqəlidirlər;

  • Ilkin və ya ikincili, onlar arasında səbəb-nəticə əlaqələrinin xarakterindən və ilkin təhdid ilə vurulan ziyandan asılı olan təhdidlərin ayrılması ilə əlaqəlidirlər;

  • Subyektiv və obyektiv, onların yaranma səbəbinə görə fərqlənirlər;

  • Iqtisadiyyat sahələrinə görə istehsalat sahəsində, xarici ticarət sahəsində, maliyyə, vergi sferasında və s. təhlükəsizlik təhdidərini qeyd edirlər.

Beləliklə, böhranın yayılmasını qabaqlamaqdan ötrü ölkənin maliyyə sisteminin vəziyyətinin, həmçinin onun stabilliyini müntəzəm əsaslarla analiz etməyə imkan verən bəzi indikator yığımı üzrə monitorinq sistemi yaratmaq lazımdır.

Maliyyə təhlükəsizliyinin təminat strategiyasının müəyyən edilməsi üçün maliyyə sahəsinin diaqnostikasının açar struktur elementləri: bank, maliyyə bazarının fəaliyyətinin diaqnostikası.

İqtisadi böhran şəraitində ölkənin maliyyə təhlükəsizliyi olduqca böyük əhəmiyyət daşıyır, çünki o, monetar orqanlara pul siyasətinin istiqamətləri üzrə qərarlar qəbul etməyə oriyentir verir. Bundan əlavə, təhlükəsizlik ənənəvi olaraq bank sistemin fəaliyyətinin normal şəraitini, bankların dayanığlınının resurs təminatını, bank likvidliyini dəstəkləmək qabiliyyətini müəyyən edən mühüm keyfiyyət xarakteristikası kimi baxılır.

Ölkənin maliyyə sektorunda ümumi vəziyyəti əks etdirən əsas makroiqtisadi indikatorlar aşağıdakı kimi qruplaşdırıla bilər:

İqtisadi artım tempi:


  • UDM artım tempi;

  • Sənaye istehsalatının dinamikası;

  • Tədiyyə balansı: Cari hesabın saldosu; Qizil-valyuta rezevrləri; Xarici borc; Ticarət şərtləri (idxal qiymətləri); Idxal və ixrac; Gerçək effektiv məzənnə; Kapital axını;

  • Faiz dərəcələri - daxili fazi stavkası illə LİBOR stavkası arasında fərq;

  • Kredit üzrə stavkaların depozitlər üzrə stavkalara nisbəti.

Pul indikatorları:

  • Monetizasiya;

  • Daxili kredit həcmi;

  • Pul multiplikatoru;

  • Depozit artımlarının tempi;

  • Qızıl-valyuta rezervlərinə pul kütləsinin münasibəti;

  • Pul təklifinin həcmi;

  • Dollarlaşma səviyyəsi.

Ölkənin təhlükəsizliyinə qarşı təhdidlər, ilkin olaraq qonşu ölkələrdə və yaxud digər kontinentlərdə yaranaraq, məsələn, maliyyə böhranı kimi, bir çox hallarda istər xaricdən, istərsə də daxildən baş qaldırırlar. Bunun üçün də maliyyə təhlükəsizlik göstərici-indikatorlarını müntəzəm olaraq izləmək və kompleks analiz aparmaqla ölkənin maliyyə bazarlarında maliyyə böhranını yaranması mümkünlüyünü müəyyən etmək lazımdır, xüsusən də əgər böhranlı ölkələrlə qarşılıqlı xarici iqtisadi və xarici ticarət əlaqələri vardırsa.

Məsələn, xarici və fiskal sektor müsbət saldoya malik olduğundan Azərbaycanın xarici maliyyələşməyə ehtiyacı (beynəlxalq standartlara görə) kifayət qədər azdır. 2013-cü ildəAzərbaycan Respublikasının xarici dövlət borcu 4 753.2 mln. manat, xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 8.2% təşkil etmişdir (müqayisə üçün 2012-ci ildə bunlar müvafiq olaraq 4 484.5 mln. manat və 8.3% olmuşdur). Korporativ sektorun maliyyələşməsi əsasən daxili vəsaitlər hesabına baş verir, xarici bankların Azərbaycanın bank sektoruna tələbləri aşağı səviyyədədir (bank sisteminin xarici borcunun ÜDM-də payı 2% təşkil edir). Bu səbəbdən qlobal maliyyə bazarlarında faiz dərəcələrinin ehtimal edilən artımının Azərbaycan bank sisteminə təsir etməyəcəyini proqnozlaşdırmaq mümkün oldu.

Beynəlxalq maliyyə-iqtisadi institutların, digər bazar strukturlarının səviyyəsində formalaşan beynəlxalq göstərici-indikatorlar dünyanın istənilən ölkəsinin maliyyə təhlükəsizlik səviyyəsinə təsir edir.

Bank sistemində maliyyə təhlükəzliyinin təmin edilməsində pul siyasətinin xüsusi rolunu şərtləndirir.

Bank sistemində maliyyə təhlükəzliyinin aşağıdakı göstəricilərin köməyi ilə qiymətləndirmək olar: iqtisadiyyatın monetizasiyasının səviyyəsi; pul vahidinin davamlılığı, pul dövriyyəsinin davamlılığı; inflyasiyanın səviyyəsi; pul və maliyyə sabitliyi siyasətinin həyata keçirilməsinin səmərəliliyi; milli pul sisteminin dünya iqtisadiyyatına inteqrasiya dərəcəsi.

İqtisadiyyatın monetizasiya göstəricisi pul kütləsinin milli iqtisadi sistemin tələbatlarına adekvatlığını əks etdirir. Bu nisbətin təhlili UDM-nin cari qiymətlərlə qanuni ödəmə vasitərlərindən istifadə etməklə həyata keçirilməsinin mümkünlüyü haqqında təsəvvürlər verir. Lakin milli iqtisadiyyatda pul axınlarının təhlili üçün bu göstəricinin daha çox nəyi-pula olan tələbimi yoxsa onların təklifini-əks etdirdiyini dərk etmək lazımdır. Inkişaf etmiş bazar münasibətləri və maliyyə bazarları şəraitində bu göstəricinin təhlili əsasən pula olan tələbin dinamikasından xəbər verir. Bu tələb pul təklifində müvafiq dəyişikliklərə səbəb olur, habelə milli valyuta və pul sisteminə inam dərəcəsindən xəbər verir.

İqtisadiyyat müsbət dinamika ilə inkişaf edirsə, yəni UDM və əhalinin gəlirləri artır və zərərə işləyən müəssisələrin xüsusi çəkisi azalırsa, bank sistemi möhkəmlənirsə, bankların kredir portfeli artırsa, ödəməmələrin həcmi azalırsa, onda bu son nəticədə pula olan tələbin artmasına və müvafiq olaraq pul təklifinin genişlənməsinə gətirib çıxarır. Bu proseslər bu an üçün müəyyən olunmuş tarazlı faiz stavkası fonunda və müvafiq olaraq kreditə müəyyən səviyyədə tələbin olduğu fonda baş verir. Nəticə etibarilə iqtisaidyyatın monetizasiya səviyyəsi yüksəlir, çünki UDM-nin artımı ilə pul kütləsinin artımı arasında asılılıq düz mütənasib olur. Belə bir fikir irəli sürülür ki, maddi istehsalın inkişafı və mübadilənin normal fəaliyyəti üçün UDM-nin minimal monetizasiya səviyyəsi (M2 aqreqatı üzrə hesablanmış) 25- 40%-dən az olmamalıdır.


: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə