Zeynalova lalə VĠdadġ qızı “Audit xidməti sahibkarlığın növü kimi”



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix25.05.2022
ölçüsü1,48 Mb.
#87892
1   ...   18   19   20   21   22   23   24   25   ...   32
audit-son

 
Qeyd: 
Əgər İdarə Heyəti illik audit planının həcmindən kənara çıxan və ya adi 
audit tədbirləri ilə üst-üstə düşməyən xüsusi layihənin keçirilməsinin zəruriliyini 


63 
bəyan edərsə, üstünlük xüsusi layihəyə verilməlidir. DAB rəhbəri audit planında 
düzəlişlər edilməsini tələb edən (məsələn, audit planında xüsusi layihə üçün ayrılmış 
vaxtın artırılması) xüsusi layihənin həyata keçirilməsinin zəruriliyi barədə Audit 
Komitəsinin Sədrinə məlumat verməlidir. DAB rəhbəri, qeyri-adi və yaxud çətin 
tələblər olduğu halda, Audit Komitəsinin Sədri ilə məsləhətləşir.
DAB rəhbəri həyata keçiriləcək bütün layihələr üzrə illik audit planı 
hazırlamalıdır. Planlaşdırılan audit yoxlamasının vaxtı və keçirilmə müddəti audit 
planında göstərilməlidir. Bu plan daxili auditorun bankın əhəmiyyətli fəaliyyətləri və 
əlaqədar riskləri barədə anlayışını təsdiqləyən nəzarət risklərinin ardıcıl 
qiymətləndirilməsinə əsaslanır. DAB rəhbəri, risklərin qiymətləndirilməsi 
metodologiyasının prinsiplərini yazılı şəkildə müəyyən edir və daxili nəzarət 
sistemində və ya iş prosesində baş verən dəyişiklikləri əks etdirmək və fəaliyyətin 
yeni sahələrini daxil etmək üçün, onlarıa müntəzəm olaraq yeni əlavələr edir. Risk 
təhlili, müəssisənin bütün fəaliyyətini və strukturlarını, o cümlədən ümumi daxili 
nəzarət sistemini əhatə edir. Risk təhlilinin nəticələrinə əsasən, bank üçün 
yoxlanılacaq fəaliyyətə aid olan risk dərəcəsini nəzərə almaqla, illik audit planı tərtib 
edilir.
Risk-əsaslı audit, həm bankın maliyyə və əməliyyat risklərini əhatə edir, həm 
də resursları məhdud olan DAB-ın işini daha da səmərəli edir. Bu yanaşmanın 
məqsədi, DAB-ın resurslarını yüksək riskli və ya auditin aparılmasından daha çox 
faydalanacaq sahələr üzərində cəmləşdirməkdir. 
Aşağı riskli sahələrin auditi 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə