Ziyaos-salehin
az.ziaossalehin.ir
uydurduqları böhtan, yalan və cahillikdən başqa bir şey
deyildir.
Bu kimi hədislərin sayı çoxaldıqca onun nəqli və yayılması da
genişlənirdi. Bununla da bütün həqiqətləri dəyişdirib biabırçı
vəziyyətə saldı. Onun da nəticəsi bu oldu ki, hakim təbəqənin
icad etdiyi yanlış İslam, Əməvi və Əbbasi xəlifələrindən
Osmanlı imperatorluğunun zamanına kimi davam etdi.
səh:36
1
-
[
1
. ]
İslam cəmiyyətində bu kimi rəvayətlərin yaranması bir
cəmiyyəti məhvə və süquta çəkməkdən ötrü bəs edir. Daha
Əməvi və Əbbasi xəlifələrinin cinayətlərini və dinə zidd olan
hərəkətlərini xatırlatmağa yer qalmır. Onlar İslam
Peyğəmbərini bu rəvayətlərdə olduğu kimi tanıtdırırlar.
Peyğəmbər, onların hədislərində gələn nöqsanlı sifətlərdən pak
və üstündür .
2
-
[
2
. ]
Seyyid Murtəza Əsgəri- “Əbdullah ibn Səba” 1-ci
bölümdə; “Mənşəul-qissə” 7-9, çap-2, Misr .
Bütün dövrlərdə olduğu kimi İslam tarixində də hədis uyduran
və yalan hədis düzəldən muzdurların qarşısında bir qrup
şəxsiyyətli, pak insanlar olmuşlar. Onlar öz canları bahasına
Peyğəmbərin (s) həqiqi sünnəsini, yəni o Həzrətin bəyanlarını
müsəlmanlar
arasında yayaraq həqiqəti çatdırırdılar.
Peyğəmbərin səhabələrindən biri olan Əbuzər bu gözəl və
haqsevər insanların öncülü olmuşdur. Bir gün “Mina” dağında
“Cəməreye vusta”-ya yaxın oturmuşdu. Camaat onu dövrəyə
alıb din barədə ondan suallar soruşurdular. Birdən Əməvi
hökumətinin muzdurlarından biri camaatın çoxluğunu görüb
Ziyaos-salehin
az.ziaossalehin.ir
yaxınlaşdı. Əbuzərin başının ütsündə durdu və ona dedi: Məgər
sənə
camaatın
suallarına
cavab
verməyi
qadağan
etməyiblərmi? Əbuzər dedi: Sənə əmr ediblər ki, mənə nəzarət
edəsən? Sonra boynunun arxasına işarə edərək dedi: Əgər
qılıncı bura qoysan, mənim başımı kəsincə güman etsəm ki,
Peyğəmbərdən (s) eşitdiyim bir məsələni deyə bilərəm, canım
çıxıncaya qədər şübhəsiz onu söyləyərəm
)1(
.
Rəşid Hicri də belə şəxslərdən biri idi. İbn Ziyad Kufənin
hakimi olan zaman onun əl-ayağını kəsdirib evinə göndərdi.
Camaat da onun görüşünə gələrək ağlayırdılar. O isə
ağlayanlara belə deyirdi: -Ağlamağı yığışdırın. Yazmaq üçün
bir şey gətirin. Mövlam Əlidən (ə) eşitdiklərimdən sizlərə
söyləyim. Camaat da qəbul etdilər. Elə ki, bu xəbər İbn Ziyada
çatdı, əmr etdi onun dilini də kəssinlər
)2(
.
Meysəm Təmmar da bu yolun yolçusu idi. İbn Ziyad onun əl-
ayağını kəsdirib dar ağacından asdırdığı zaman, mənbər
səh:37
1
-
[
1
. ]
Bax:- *Darəmi-“Sunən” kitabında 1-ci cild,səh-
132.**Məhəmməd ibn Səd- “Təbəqatul Kubra” 2-ci cild; səh-
354; Bu hədis o hədislərdəndir ki, cinayətkarların əli ilə bəzi
hədis kitablarında hissə-hissə gətirmişlər .
2
-
[
2
. ]
Məhəmməd ibnil Həsən Tusi - “İxtiyaru mərifətir-rical”,
Ricali Kəşşi adı ilə mərufdur. Əllamə Məclisi “Biharul ənvar”
9-cu cild, səh-632 .
Ziyaos-salehin
az.ziaossalehin.ir
üstünə çıxmış kimi uca səslə fəryad edərək deyirdi: Eşidin ey
camaat! Hər kəs Əlidən (ə) nəql olunan hədisləri eşitmək
istəyirsə yaxın gəlsin.
Camaat onun başına toplaşdılar. Meysəm söhbətə başladı. Bu
xəbər İbn Ziyada çatan kimi onun dilinin kəsilməsini əmr etdi.
Meysəm dili kəsiləndən sonra bir saatdan artıq tab gətirə
bilmədi. Dar ağacında qanına qəltan canını tapşırdı
)1(
.
Əsrlər boyu xilafət məqamının nüfuzu çoxalırdı. Allah və
Peyğəmbərin (s) qoyduğu halal və haram haqqında olan
qanunları dəyişdirib, özləri qanun təyin edirdilər ki, nə olar və
nə olmaz. Onların çıxardıqları yanlış və zalımanə qanunlar
Allahın adalətli qanunlarının yerinə qoyuldu. Əlbəttə bu
vəziyyət Osmanın xilafətinin axırlarına qədər davam etdi.
Camaatın narazı qalması və inqilabı az-çox olsa bu işin
üzərindən xətt çəkdi. Bir müddət keçdikdən sonra növbə
Müaviyəyə çatdı. O, öz təbliğatçı heyətinin köməyi ilə -
qondarma hədis düzəldənlərlə - keçmiş işləri davam etdirdi
)2(
.
Lakin, İmam Hüseynin (ə) şəhadəti ilə bu plan həmişəlik olaraq
pozuldu. Daha xilafət əvvəlki vəziyyətində qala bilmədi. Buna
görə də yeniliklər və rəsmi İslamı həqiqi İslamdan ayırmış olan
bidətlər bundan sonra daha çoxalmadı. Xəlifələr daha təzə
bidətləri din adı ilə cəmiyyətə məcburən qəbul etdirə
bilmədilər
)3(
.
səh:38
1
-
[
1
. ]
Tusi-”həmin kitab” səh-76-87
Dostları ilə paylaş: |