ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə17/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   13   14   15   16   17   18   19   20   ...   60

 
52
yola salınmasıyla bağlı problem yaranıbdı, təcili ora getməli-
sən. Dedim: yaxşı, səhər tezdən gedərəm. Səhər tezdən nədi, 
şef dedi, pencəyini geyin, düş  aşağı, maşın səni həyətdə göz-
ləyir, bilet də  şoferdədi. Arvada dedim ki, təcili getməliyəm. 
Nə olub, qaçhaqaç deyil ki, arvad dedi, bir az ləngi, yeni ili bir 
yerdə qarşılayaq, sonra gedərsən. Dedim: yox, mümkün deyil, 
elə bu dəqiqə getməliyəm, yoxsa təyyarəyə gecikərəm. Getdim. 
Qayıdıb gələndə gördüm arvad yoxdu – gedib. Mənə də bir vi-
da məktubu yazıb: “Əlvida, əzizim! Mənə belə həyat lazım de-
yil.” Məktubu bir də oxudum, oturub ağladım, sonra da getdim 
işimin dalınca. Əslində, işim elədi ki, ailə həyatıyla düz gəlmir: 
ömrüm yollarda, vağzallarda, özgə  şəhərlərin mehmanxanala-
rında keçir. Çətindi. Ona görə bir də evlənmədim. 
Kədərli  əhvalatdı. Başları söhbətə qarışıbdı  və bir də 
baxdılar ki, gəlib çatıblar. Moskvalı dedi: “Düz gəlmişik, elə 
buradı. Düşək, çörək yeyək, sonra da gedərik aeroporta.” Bakılı 
çətin vəziyyətə düşübdü: bunlar nə danışır, restoran nədi, özü 
də ən bahalı? Yox, baş tutan iş deyil: cibindəki olub-qalan pu-
lunu restoranda xərcləyib, vağzalda yatmaq fikri yoxdu. 
– Bilirsiniz, gəlin belə eləyək, siz gedin, çörəyinizi ye-
yin. Mənim iştahım yoxdu, özüm də tələsirəm, elə bu maşınla 
gedəcəm aeroporta. – Şoferə müraciət elədi: – Qardaş, sən mə-
ni aeroporta aparsaydın yaxşı olardı. Hörmətindən çıxaram. 
Şofer dedi ki, mənə deyiblər sizi hara istəsəniz, ora apa-
rım, aeroporta istəyirsiniz – apararam. 
–  Aeroporta bir yerdə getsək, yaxşı olardı, – moskvalı 
dedi. 
Bunlara necə desin ki: “Sizin satıb, milyonlar qazandı-
ğınız neftdə işləsəm də, heç vaxt restoranda nahar eləmək im-
kanım olmayıb. Mühəndisəm, şöbə rəisinin müavini vəzifəsin-
də çalışıram və ilin üç yüz altmış beş gününü istirahətsiz işlə-
mək məcburiyyətindəyəm. Bizimki heç, quru hambalçılıqdı. 
Mənim restoranda nə işim var? Söz var, deyir: düzəlib hər ya-


 
53
rağım, qalıbdı saqqal darağım. Restoran nədi? Gedib, aero-
portda bilet məsələsini həll eləyəndən sonra özümü verəcəm 
ucuzvari yeməkxanaların birinə.” 
– Yox, bilirsiniz, vəziyyət elədi ki, mən sizinlə gedə bil-
məyəcəm . Xahiş edirəm, üz vurmayasınız . 
– Sən bizimlə gedəcəksən, – avstriyalı  yəhudi dedi və 
cavab gözləmədən şoferə müraciət elədi: – Sən qayıt geri, biz 
burda ləngiyəsi olduq. Rəisin tapşırıb ki, şoferə pul vermə. 
Onun sözünə  əməl eləyəcəm, amma səni  əliboş da yola sala 
bilmərəm, – belə deyib, çantasından bir blok “Marlboro” si-
qareti çıxartdı  və  şoferə verdi. –Hə, yaxşı, sağ ol! Mənim tə-
şəkkürlərimi rəisə çatdırmağı unutma. Hələlik, – dedi, sağ əlini 
yuxarı qaldırıb yellədi, sonra da həmin əlini bakılı mühəndisin 
çiyninə qoydu: – Gedək. 
Yox, bu kişinin sözündən çıxa bilməyəcək: istəməsə də, 
restorana getməlidi. 
Heç Estoniyada da restorana getmək istəmirdi, məcbur 
oldu: bərk acmışdı, hər gün nahar elədiyi yeməkxana isə bağ-
lıydı, dedilər, iki-üç saatdan sonra açılacaq. Qarşıda onu uzaq 
səfər gözləyirdi– avtobusla Tallinə getməliydi, oradan da təy-
yarəylə Bakıya uçacaqdı. Odur ki, vaxt itirmədən nahar eləmə-
liydi – məcbur olub restorana getdi. Əslində, ezamiyyəti uğur-
suz alınmışdı: gəlmişdi ki, görsün kimya kombinatının rəhbər-
liyi niyə müqavilə şərtlərinə əməl eləyib, toluol göndərmir. Baş 
direktorun müaviniylə söhbət zamanı  yəqin elədi ki, Bakıya 
əliboş qayıtmalı olacaq. Bax bunu istəmirdi: ona ümid eləyib 
göndəriblər ki, zavod dayanmaq üzrədi, get, bəlkə, sən bir şey 
eləyə bildin, heç olmasa ikicə sistern toluol ala bilsən, o da bö-
yük işdi. Ən müxtəlif variantlar təklif eləyib, vəziyyətdən çıx-
mağa çalışırdı. 
–  Nəhəng bir kimya kombinatı burda, o boyda neft 
emalı zavodu da orda, – dedi, – Moskvasız da iqtisadi əlaqələr 


 
54
qurmaq olar. Məsələn, barter müqaviləsi bağlayıb, sizə lazım 
olan neft məhsulları verərik, əvəzində isə toluol alarıq. Olarmı? 
Baş direktorun müavini bu təklifi bəyəndi dedi ki, vaxt 
itirmədən bir niyyət protokolu yazıb hazırlamaq lazımdır, ge-
dəndə özünüzlə aparın Bakıya, sizin direktor razılıq versə, biz 
tərəfdən heç bir əngəl olmayacaq.  
Bakıya vur-tut bir niyyət protokolu aparırdı, amma yü-
kü ağırdı:evə lazım olan bəzi  şeylər alıb, uşaqlara pal-paltar 
alıb. Heç bilmirdi bu qədər yükü Bakıya necə aparıb çıxaracaq. 
Ölkə dağılırdı, baltikyanı respublikalar artıq faktiki ola-
raq mərkəzi hökuməti tanımırdılar. Elə həmin o vaxtlar Tallin 
şəhərinin adına bir “n” hərfi də əlavə olunmuşdu və Tallinn ya-
zılırdı. Estoniyada yaşayan rusların xoşuna gəlmirdi bu, ironi-
yayla deyirdilər ki, “n” lərin sayını artırmaqla, guya, iş düzə-
ləcək, məsələ ondadır ki, Estoniyanın heç nəyi yoxdur, Rusiya-
sız bir gün də yaşaya bilməz. Müstəqillik uğrunda mübarizə isə 
günbəgün güclənirdi, estonlar öz dediklərini inadla yeridirdilər 
və bütün qəzetlərdə “Tallinn” yazılırdı. 
Restorana getməliydi və  dəqiq bilir ki, orda “nemetski 
şot” olacaq. Gələndə zavoddan aldığı ezamiyyət pulundan ci-
bində bilet pulu qalıb, beş-on manat da artıq olar, – bu pulla 
restorana, özü də  ən bahalı restorana necə getsin? Çox çətin 
məsələdi, hər halda, bir təhər eləyib, vəziyyətdən elə  çıxmaq 
lazımdı ki, yəhudilərin yanında biabır olmasın: bifşteksdən, 
qulyaşdan nəsə bir xörək yeyib, bir butulka mineral su içəcək, 
vəssalam. İçki-filan, elə şeylərə əl də vurmayacaq, deyəcək ki, 
bilirsiniz, məndə qara ciyər, öd kisəsi problemi var, vəziyyət 
elədi ki, içki olmaz, qətiyyən olmaz. Bir qulyaşla bir butulka 
mineral su lap özünü öldürsə də, on manatdan artıq eləməz və 
bunu ödəməyə gücü çatar.  
Nəyə görəsə, heç kim “almansayağı hesablaşma” demir, 
hamı “nemetski şot” deyir və bunun da mahiyyəti ondan ibarət-
di ki, hər kəs hesabını özü ödəməlidi. “Nemetski şot”un nə de-


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə