Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə38/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   34   35   36   37   38   39   40   41   ...   51

90
dagıtmağa təşəbbüs edirdilər. Müsəlmanlar isə  əvvəlcə bunları bilməyib sonralar gözlərini açdılarsa da, ermənilər
Türkiyədən və İrandan əsgər yığıb müsəlmanları əzməyə çalışırdılar.
15
Bakıdan sonra ermənilərin hücumuna Naxçıvan bölgəsi məruz qalmışdı. Bu Naxçıvanın strateji mövqeyi ilə
bağlı idi: «Naxçıvan şəhəri Sisyan mahalının əhəmiyyətli bir keçidi, hər saatda əsgər toplanışına əlverişli
olduğundan, ermənilər lazımi qədərində Naxçıvanda milli partiyalardan saxlamışdılar. Erməni əsgərləri əsla dinc
oturmayıb, müsəlmanları hər saatda müharibəyə çağırırdılar».
16
 Bu fikir bizim üçün ciddi əhəmiyyətə malikdir.
Buradan aydın olur ki, ermənilər hücum üçün əlverişli şərait gözləyirdilər. Belə olduğu halda Svietaxovskinin
müsəlmanları «bütün mövcud məlumatlara uyğun olaraq», adətən hücum edən tərəf kimi təqdim etməsi
yanlışdır.
17
Ermənilərin Naxçıvanda törətdikləri vəhşiliklər iki mərhələdən ibarət olmuşdur: 1905-ci il 5-12 may və
26-30 noyabr.
Əvvəlcə, 1905-ci il 5-12 mayda baş vermiş hadisələr üzərində dayanaq. Faktlar bir daha sübut edir ki,
ermənilər ciddi hazırlıq görərək, çoxlu silah-sursat toplamış və müsəlmanları qırmaq üçün hücum xətti seçmişdilər:
«may ayının 5-də gündüz saat üç radələrində üç nəfər Cəhri kəndinin sakini müsəlmanlar erməni kəndi Şıxmahmud
adlı yerdən keçdikləri vaxt ağır surətdə yaralanırlar». Digər bir fakta görə «may ayının 7-də Tunbul adlı erməni -
müsəlman kəndini keçdikdə bir müsəlmanı vurub öldürürlər». Müsəlmanların mövqeyi ondan ibarət olur ki bu işlərə
qarşı qanuni tədbirlər görülsün. M.S.Ordubadi də bu hala xüsusi diqqət yetirərək yazmışdır: «May ayının 8-də İrəvan
vitse-qubernatoru Baranovski İrəvandan şəhər qlavası Ağamalov ilə, daha bir ay qabaq Peterburqa getmiş  şəhər
qlavası Cəfərqulu xan Naxçıvanski ilə Naxçıvana daxil oldular. Onların gəlməsini eşitdikdə camaat qapıya tökülüb
ermənilərin bu işindən şikayətə başlayırlar». Bu arada şikayətlərin məzmunu və nəticəsi bəzi mühüm mülahizələrə
əsas verir. Müsəlmanlar faktik olaraq ermənilərlə barışığa can atır və hökumətdən mühafizə arzu edirdilər. Hökumət
isə heç bir tədbir görməmişdi. Bunun nəticəsi idi ki, ermənilər cinayətlərini davam etdirir. Bu dəfə cinayətlər daha
amansız şəkil alır. Bir fakta görə «ayın 11-də Kültəpə adlı erməni kəndinin varlısı erməni fədailəri tərəfindən ailəsilə
qətlə yetirildi. Ermənilər bunu da müsəlman camaatına nisbət verdilər. Lakin axırıncı təftişdə yuxarıda adı çəkilmiş
partiya (Daşnaksütun - Z.Ş.) tərəfindən cəzalandığı məlum oldu». Deməli, öldürülən varlı Xaçatur ermənilərin özləri
tərəfindən cəzalandırılmışdı. Onun qətlindən də azərbaycanlılara qarşı istifadə etməyə çalışırdılar. Mayın 12-də
ermənilərin hücumu zamanı törətdikləri cinayət, vəzifə borcunu yerinə yetirməli olan polisin qızışdırıcı rolu ilə daha
kəskin şəkil alır. M.S.Ordubadi yazırdı: «Müharibə vaxtı polis qulluqçusu naçalnik Angil qətlə mane olmayıb «Tez
vur, oğlum! Tez ol, oğlum!» deməklə könüllü cavanları cinayətə təşviq edirdi. Talan vaxtı «Tez olunuz! Tez
aparınız!» deyib camaatı qızışdırırdı».
18
  Əgər 5-12 may hadisələri zamanı naxçıvanlılar özlərini müəyyən qədər
müdafiə etməyə nail ola bilmişdilərsə, 26-30 noyabr hadisələri fəlakətli miqyas almışdı. M.S.Ordubadi hadisələri belə
təsvir edir: «Noyabrın 26-cı gecəsi müsəlmanlara böük müsibət üz verib, hökumətin də hiyləsini hamıya bildirdi.
həmin gecəni Naxçıvanda müsibət gecəsi, odlu-alovlu gecə adlandırmışlar. Həqiqətən də o gecə atəşli, ürəkdağlayan,
yanğılı bir gecə idi... Camaat evlərindən çıxıb bazara getmək istəsələr də, kazaklar hər tərəfdən atəş açır mane
olurdular». Beləliklə, kazaklar ermənilərlə əlbir olub, müsəlman bazarını qarət edib, ona od vurmuşdular. Noyabrın
29-da erməniləri müdafiə edən kazaklar şəhərin ikinci hissəsində bir müsəlman evini atəşə tutmuşdular. Noyabrın 30-
da isə Cəhri kəndi onlar tərəfindən yandırıldı.  Beləliklə, 26-30 noyabr hadisələri zamanı hökumət qüvvəlləri ermə-
nilərin tərəfinə keçmiş, nəticədə naxçıvanlılara qarşı qırğın daha geniş miqyas almışdı.
19
Mir Möhsün Nəvvab da öz əsərində Naxçıvan hadisələrinə yer vermişdir. Burada da ermənilərin dinc
sakinlər üzərinə hücumu, onları qətlə yetirməsi təsvir edilmişdir. Lakin burada çox maraqlı bir epizod verilir.
Özlərini müdafiə edən müsəlmanlar Böyük Badamlı kəndinə yaxınlaşdıqda “həmin kəndin bütün erməniləri
gənc və qoca, böyük və kiçik öz külfətləri ilə müsəlmanların qarşısına çıxdılar. Tam ehtiramla kəlməyi-şəhadəti
deyib, müsəlmanlığı qəbul etdiklərini bildirdilər. Müsəlmanlar onları sevinclə sakitləşdirib, böyük ehtiramla
oradan geri qayıtdılar”. Bu hadisə hakimiyyət dairələrində böyük təşviş yaradır. İrəvan qubernatoru ora gedərək
onlara hədə-qorxu gəlir. «Yeni islam dinini qəbul etmiş ermənilər cavab verdilər ki, bizi heç kəs zor və hədə-
qorxu ilə müsəlman etməyib. Əksinə, biz özümüz könüllü olaraq, öz razılığımız və rəğbətimizlə islam dinini
qəbul etmişik».
20
Ermənilərin Naxçıvanda 1905-ci ildə törətdikləri soyqırımından bəhs edərkən yuxarıda bəhs edilənlərə bu
və ya digər dərəcədə toxunulmuşdur. Lakin Oxçu-Şəbadək, yaxud Qapan dərəsi hadisələrinin Naxçıvan, konkret
olaraq Ordubadla bağlı çox ibrətamiz səhifələri də nəzərə alınmalıdır. Zəngəzura həsr edilmiş tədqiqatlarda
geniş yer tutan bu hadisələr
21
 göstərilən istiqamətdə də araşdırıla bilər.
M.S.Ordubadi «Qanlı illər»də «Zəngəzurda Oxçu-Şəbadək, yaxud Qapan dərəsi hadisələrinə dair» adlı bölmə
vermişdir.
22
 Ermənilərin 1906-cı ilin iyul-avqust aylarında Zəngəzurda törətdikləri vəhşiliklər misilsiz həddə çatdı.
Ermənilər bir sıra kəndləri ələ keçirdikdən sonra
  “
Zəngəzuru bir nişana almış məqamında duran Oxçu, Şəbadək,
Purdavud, Atqır köyləri ermənilərin həyati-mülkiyyətlərini dəhşətə salmağa (terrora) başlamış idi. Zira, Oxçu və ətraf
köylərin islamları ən cəsur, ən şücaətli adamlar olduğundan əlavə, bir-birinə bağlı köylərin camaatı islamın ən müqəddəs
əsəri olan ittifaq üzrə yaşamaqda idilər”. Ermənilər 1906-cı il avqustun 9-da bu kəndlərə hücum çəksə də uğur qazana
bilmir. Avqustun 14-də isə ermənilər daha böyük qüvvə ilə hücuma keçdilər, müsəlmanlar Caqqarsuya çəkildi.


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə