Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə34/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

81
IV FƏSİL
ERMƏNİLƏRİN NAXÇIVANA KÖÇÜRÜLMƏSİ VƏ
AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI
4.1. Çarizmin ermənilərin Azərbaycan torpaqlarına
köçürmə siyasətində Naxçıvan bölgəsinin yeri
Çar Rusiyası tərəfindən ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi rus-erməni
münasibətlərinin tərkib hissəsi idi. Onun mahiyyətini Şimali Azərbaycan torpaqlarının işğalı təşkil edirdi. Bu
məqsədin ideoloji təminatı üçün tarixi həqiqət təhrif edilir, Şimali Azərbaycan ərazisi erməni torpağı kimi
qələmə verilirdi.
1
Çar Rusiyası tərəfindən ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi I Pyotrun dövründə
(1682-1725) başlamışdı. I Pyotr ermənilərə 1724-cü il 10 noyabr tarixli Əlahəzrət fərmanı ilə onları rəsmən
işğal olunmuş Xəzərsahili torpaqlara məskunlaşmağa çağırır və bir sıra imtiyazlar verirdi.
2
 Rusiyanın
Xəzərsahili torpaqlardan çıxması ilə (1732-ci il Rəşt və 1735-ci il Gəncə müqavilələri) bu plan baş tutmadı.
Lakin çarizm ermənilərin  Rusiyanın digər torpaqlarında yerləşdirilməsi siyasətini davam edirdi. Burada diqqəti
cəlb edən cəhət ondan ibarətdir ki, 1768-1774-cü illər rus-türk müharibəsindən sonra Krımdan köçürülən
ermənilər üçün yaradılmış yaşayış məskəni Yeni Nax çıvan (Rostov əyalətində) adlandırıldı.
3
  Bu  da  təsadüfi
olmayıb, çarizmin ermənilərlə birgə tarixi Azərbaycan torpağı olan Naxçıvana əsassız iddiasından xəbər verirdi.
1801-ci ildə  Şərqi Gürcüstanla birlikdə, Azərbaycan torpaqlarının Rusiyaya ilhaqı başlandı. Rusiya
Qacarlarla apardığı 1804-1813 və 1826-1828-ci illər müharibələrində qələbələri ilə Şimali Azərbaycanın işğalını
başa çatdırdı. Çarizmin erməniləri Şimali Azərbaycan torpaqlarında məskunlaşdırması siyasəti bu işğal
prosesində yenidən araya gəldi. İlk vaxtlar Azərbaycanın digər ərazilərində pərakəndə halda yaşayan
ermənilərin artıq işğal edilmiş ərazilərə – Borçalı, Qazax, Gəncə, Qarabağ və b. cəlb edilməsi siyasəti həyata
keçirilirdi.
4
 Naxçıvan və İrəvan xanlıqlarının işğalından sonra, bu plan daha da genişləndirildi. İran və Osmanlı
dövlətlərindən ermənilərin sistemli şəkildə  Şimali Azərbaycana köçürülməsi siyasəti hazırlandı. Bu məsələ
Türkmənçay müqaviləsinin (1828-ci il) XV maddəsində təsbit olundu.
5
  Ədirnə müqaviləsindən (1829-cu il)
sonra Osmanlı dövlətindən də ermənilərin köçürülməsi başlandı. Köçürməni həyata keçirmək üçün müəyyən
tədbirlər (köçürmə komitəsi yaradılması və s.) görüldü.
6
Çar hökuməti erməniləri Şimali Azərbaycana köçürmə siyasətində Naxçıvan bölgəsinə də xüsusi yer
ayırmışdı. Rus çarizmi işğalçılıq və köçürmə siyasətinə bəraət qazandırmaq üçün İrəvan və Nxçıvan kimi tarixi
Azərbaycan ərazilərini erməni torpağı kimi qələmə verməkdə davam edirdi. Çar I Nikolay (1825-1855) İrəvan
və Naxçıvan xanlıqları əsasında qurama «Erməni vilayəti» yaradılması haqqında 1828-ci ilin martında fərman
vermişdi.
7
 Yeri gəlmişkən qeyd edək ki, çar hökuməti qısa bir müddət sonra, 1840-cı ildə bu vilayəti ləğv etmiş,
beləliklə, həmin ideyanın doğru olmadığı təsdiq olunmuşdu.
Çar hökuməti Naxçıvan bölgəsinin erməniləşdirilməsinə xüsusi bir önəm verirdi. Bunun nəticəsi idi ki, az  bir
zaman ərzində (1828-1831-ci illərdə) Naxçıvan bölgəsinə xeyli miqdarda erməni  köçürülmüşdü. Bu  həm  çap
olunmuş,  həm  də arxivdə saxlanılan təkzibedilməz sənəd və materiallarla təsdiq olunur. Onların içərisində dövlət
məmuru və qafqazşünas İ.Şopenin kitabı
8
mühüm yer tutur. Şopen ermənilərin Naxçıvan və  İrəvan torpaqlarına
köçürülməsinə haqq qazandırmaq üçün tarixi həqiqətləri təhrif edir, bu torpaqların qədimdən ermənilərə məxsus
olmasını «əsaslandırır», «yerli» erməniləri fərqləndirməyə çalışır və s. Kitabın bu konsepsiyası heç bir elmi dəyərə
malik deyildir. Ermənilərin Naxçıvan bölgəsinə köçürülməsinə dair faktlar isə həmin prosesin miqyasını müəyyən
etmək baxımından maraq doğurur (Cədvəl 13).
Şopenin məlumatlarından aydın olur ki, köçürməyədək Naxçıvan vilayəti və Ordubad dairəsində olan
ermənilərin sayı 930 ailə, yaxud 5078 nəfər (4048 kişi, 2.470 qadın) olmuşdur.
9
 Burada kişilər və qadınlar arasında
olan nisbət də Şopenin «yerli» kimi ayırdığı ermənilərin də, əslində gəlmə olduğunu sübut edir. Rusiya tərəfindən
ermənilərin Naxçıvana köçürülməsi ilə onların sayı da artır. Naxçıvan vilayəti və Ordubad dairəsinə İrandan 2387
ailə, yaxud 11992 nəfər (6339 kişi, 5653 qadın), Türkiyədən 8 ailə, yaxud 27 nəfər (17 kişi, 10 qadın) köçürülür.
10
Beləliklə, buradan aydın olur ki, köçürmədən sonra Naxçıvan bölgəsində ermənilərin sayı 3.325 ailəyə
[930+(2387+8)] çatdırılır.


82
Cədvəl 13
İ.Şopenə görə Naxçıvan əyaləti və Ordubad dairəsinin
 əhalisi içərisində ermənilərin payı
O cümlədən ermənilər
Bütün əhali
«yerli»
köçürülənlər
İrandan
Türkiyədən
Ərazi
ailələr
nəfər
ailələr
nəfər
ailələr
nəfər
ailələr nəfər
Naxçıvan əy.
Naxçıvan ş.
mahallar
1330
5470
156
719
265
1110
-
-
1. Əlincəçay
731
3582
123
683
208
1051
-
-
2. Naxçıvan
2070
9477
150
776
941
4507
-
-
3. Məvazixatun
498
2643
-
-
216
1146
-
-
4. Xok
335
1599
43
224
-
-
-
-
5. Dərələyəz
1574
7736
58
288
507
2838
8
27
cəmi
6538
30507
530
2690
2137
10652
8
27
Ordubad d.
Ordubad ş.
 mahallar
803
3444
-
-
36
182
-
-
1. Ordubad
196
843
36
215
14
76
-
-
2. Əylis
320
1886
214
1356
29
183
-
-
3. Dəstə
379
1879
62
346
-
-
-
-
4. Biləv
499
2.317
39
208
171
899
-
-
5. Cənənəb
128
606
49
263
-
-
-
-
Cəmi
2325
10975
400
2388
250
1340
-
-
Qaynaq: Şopen İ. İstoriçeskiy pamətnik sostoəniə Armənskoy oblasti. SPb., 1852, s. 635-638.
Nəticədə Naxçıvan bölgəsindəki erməni ailələri bütün ailələrin (8863) 37,5% təşkil etmişdi.
1831-ci il kameral təsvirinin materialları da
11
 işğaldan keçən qısa bir dövr ərzində ermənilərin Naxçıvan bölgəsinə
kütləvi şəkildə köçürülməsi və onun miqyası haqqında Şopenin məlumatlarını təsdiq edir.
Nəzərdən keçirilən xronoloji çərçivədə ermənilərin Naxçıvana köçürülməsi vəziyyətinin aydınlaşdırılmasında
bölgənin xüsusi statistik təsvirini hazırlamış V.Qriqoryevin araşdırması mühüm əhəmiyyət kəsb edir. Şopenin
məlumatlarından da göründüyü kimi Naxçıvana köçürülən ermənilərin coğrafi mənbələr içərisində İran üstün olmuşdu.
Qriqoryevin İrandan Naxçıvana köçürülən ermənilər haqqında cədvəli bu prorblemi daha dərindən öyrənməyə imkan verir.
Azərbaycan tarixşünaslığında bu məlumatlara əvvəllər də toxunulmasına baxmayaraq,
12
 onun öyrənilən problemin bir sıra
məsələlərinə aydınlıq gətirdiyini nəzərə alaraq, burada verilməsini məqsədəuyğun hesab etdik. (Cədvəl 14)
Qriqoryevin ermənilərin İrandan Naxçıvana köçürülməsinə dair faktları  Şopendən müəyyən qədər fərqlənir.
Şopen İrandan Naxçıvana köçürülənlərin ümumi sayının 2387 ailə (Naxçıvan əyaləti üzrə 2137, Ordubad dairəsi üzrə
250 ailə) olduğunu göstərirsə, Qriqoryevdə bu rəqəmlər müvafiq olaraq 2551 (+164), 2285 (+148) və 266 (+16) təşkil
edirdi. Qriqoryevin təqdim etdiyi cədvəl ermənilərin haradan haraya köçürülməsini də aydınlaşdırır. Cədvəldən aydın
olur ki, Naxçıvan əyalətinə köçürülən 2285 ailədən 416-sı (18,2 %) Naxçıvan şəhərində məskunlaşmışdı. Qalan ailələr
Naxçıvan əyalətinin 43, Ordubad dairəsinin 5 kəndində yerləşmişdi.
Qriqoryevin təqdim etdiyi cədvəlin mühüm cəhətlərindən biri də ondan ibarətdir ki, o Naxçıvana köçürülən
ermənilərin yaş və cins kimi vacib demoqrafik göstəriciləri haqqında təsəvvür yaradır. Köçürülən ermənilərin (13160
nəfər) 6954 nəfərini (52,8 %) kişilər təşkil edirdi. Kişilərə dair məlumat iki yerə bölünmüş, burada böyüklər və kiçik
yaşlılar ayrılmışdır. Bu rəqəmlər də əslində ciddi informasiya mənbəyidir. Köçürülən ermənilərin 4459 nəfəri (64,12 %)
böyüklər, 2495 nəfəri (35,88 %) kiçik yaşlılar idi. Bu fakt köçürülən ermənilər içərisində demoqrafik artım potensialını
göstərir. Köçürülən ermənilərin 6206 nəfərini (42,2 %) qadınlar təşkil edirdi.


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə