Riyaziyyat
2009
Gir. Riy. - 1
Giriş
(Ümumtəhsil məktəbində riyaziyyatın tədris konsepsiyası)
Məktəbdə riyaziyyatın tədris rolu və məqsədləri
Müasir dövrdə riyaziyyat insan fəaliyyətinin bütün sahələrində: elmdə və texnologiyalarda,
tibbdə, iqtisadiyyatda, ətraf mühitin mühafizəsi və bərpaedilməsi-abadlığında, sosial qərarların
qəbul edilməsində geniş istifadə edilir. Eləcə də bəşəriyyatın inkişafında və müasir sivilizasiyanın
formalaşmasında riyaziyyatın xüsusi rolunu qeyd etmək lazımdır. İnformasiya və hesablayıcı
texnologiyaların inkişafı, məkan-zaman strukturunun daha yaxşı dərk edilməsi, təbiətdə mövcud
olan bir çox qanunauyğunluqların kəşf edilməsi və təsviri riyaziyyatın elmi və mədəni dəyərlərini
daha aydın şəkildə göstərir. Çox vacib haldır ki, riyaziyyat insanın əqli imkanlarının inkişafı
üçün imkan yaradır. O, effektiv, lakonik və ikimənalı olmayan kommunikasiya imkanlarını verir.
Riyaziyyatdan istifadə etməklə çətin vəziyyəti əyani təsvir etmək, hadisələri izah etmək və onların
nəticələrini şərh etmək mümkündür. Qanunauyğunluqları öyrənmək, vəziyyəti təhlil etmək və
problemləri həll etmək üçün riyaziyyatda yaranmış abstrakt sistemlər və nəzəri modellərdən
istifadə edilir.
Problemin həllində onun mahiyyətini dərk etmək, adekvat riyazi aparat seçmək, belə bir
problem olmadıqda isə, - onu hazırlamaq; öyrəniləcək prosesi və ya obyektin düşünülmüş modelini
yaratmaq, əldə edilən modelin vasitəsilə lazımi nəticələr çıxarmaq və sonra onların tətbiqi şərhini
etmək vacibdir. Praktiki və ya elmi problemlər, öz növbəsində, riyaziyyatı əhəmiyyətli və maraqlı
məsələlərlə təmin edirlər. Buna uyğun olaraq, tədris zamanı ətraf aləmin dərk edilməsində, sosial-
iqtisadi və ya texniki proseslərin idarə edilməsində, məişət və elmi problemlərin həll edilməsində
və riyazi biliyin məntiqi sistemdə formalaşdırılması və ötürülməsində riyazi metodların istifadəsinə
əsas diqqət yetirlməlidir. Bundan əlavə, riyaziyyatın tədrisi zamanı əsas fokusun (həm praktiki,
eləcə də elmi xarakterli) problemlərin həllinə yönəldilməsi, şagirdin entuziazmını gücləndirir və
onda riyaziyyata maraq oyadır.
Bundan irəli gələrək, ümumtəhsil məktəbində şagirdlər üçün riyaziyyatın tədrisinin
məqsədləridir:
düşüncə qabiliyyətinin inkişafı;
•
deduktiv və induktiv təhlilin, nəzərlərin əsaslanıdırlması, hadisələrin və faktların təhlili
•
bacarığının inkişafı;
aləmin təsviri və universal elmi dil kimi riyaziyyatın mənimsənilməsi;
•
riyaizyyatın ümumbəşər mədəniyyətinin tərkib hissəsi kimi anlanılması;
•
təhsilin növbəti mərhələsi üçün və peşəkar hazırlıq üçün hazırlıq;
•
həyat məsələlərinin həlli üçün lazımi biliyin verilməsi və həmin biliyin istifadə bacarığının
•
inkişafı.
Riyaziyyatın məktəb kursunun dəstək göstərdiyi əsas vərdiş-bacarıqların əldə
edilməsi
Riyazi bilik riyazi anlayışlar və prosedurlara malik olmağı, real problemin həll edilməsində
onlardan istifadə etmə bacarığını; eləcə də informasiyanın əldə edilməsi və riyazi dil və vasitələrdən
Riyaziyyat
2009
Gir. Riy. - 2
istifadə etməklə ötrülüməsi üçün lazım olan kommunikasiya vasitəsinə sahib olmağı bildirir.
Problemin həllinə yönəlmiş riyazi təhsilə xidmət edən formalaşmış əsas vərdiş-bacarıqlar,
bunlardır:
təhlil -əsaslandırmaq
ehtimal etmək və onu xüsusi misallar üzərində təhlil etmək
•
ilkin göstəricilərin seçilməsi və təşkili (eləcə də aksiomalar, yaxşı məlum olan faktlar),
•
mühüm xassələrinin və göstəricilərinin ayrılması;
isbat etmək, əsaslandırmaq metodlarını seçmək (məs. qarşılığa yol verilən metodların
•
istifadəsi, əsaslandırma zamanı evristk metod)
müxtəlif növ ifadənin adekvat, məs. şərti (“əgər….. o zaman”) və miqdar xarakterinin,
•
yol verilmənin, müəyyən edilmənin, teoremin, hipotezin, hadisələrin siyahısından istifadə
edilməsi;
seçilən strategiyanın yararlılığı və onun istifadə sərhədlərinin müzakirəsi;
•
müzakirə xəttinin inkişafı, alternativ yolun tapılması; qəbul edilən qərarın dəqiqliyi və
•
effektivliyinin əsaslandırılması; ümumiləşdirmə və ya deduksiya əsasında alınan nəticələri
izah etmək və əsaslandırmaq;
bir və ya bir neçə şərtin məhdudlaşdırılması, zəifləndirilmə-xaric edilməsi ilə teorem-
•
qanunların nəticələrinin təhlili;
istisna halların qeyd edilməsi və onların ümumiləşdirilməsinin qanunauyğunsuzluğunun
•
əks-misalını axtarmaqla əsaslandırılması.
Kommunikasiya
terminologiyanın, riyazi əlamətlərin və simvolların düzgün istifadəsi
•
informasiyanın təsviri üsul və metodlarına sahib olmaq, onlardan istifadə etmək; təsvir
•
edilən informasiyanı müxtəlif yollarla şərh etmək, onlar üzərində müzakirə aparmaq, onları
bir-biri ilə əlaqələndirmək
başqalarının fikirlərini anlamaq və təhlil etmək
•
auditoriyanı və məsələni nəzərə almaqla, informasiyanın əldə edilməsi və verilməsinin
•
münasib vasitələrini seçmək
informasiyanın verilməsi zamanı məsələnin mahiyyətinin (məs. obyektin mühüm xassələri)
•
irəli sürülməsi
Istifadə, modelləşdirmə
fiqur və obyektlərin ölçülərinin, eləcə də onlar arasında məsafənin, kütlənin, temperatur və
•
zamanın ölçülməsi üçün yollar və metodlar tapmaq və istifadə etmək; prosesin və ya real
vəziyyətin modellşədirilməsi üçün lazımi göstəriciləri seçmək və tapmaq
adi həyatda (gündəlik həyatda) riyazi obyektləri və prosesləri tapmaq və modelin
•
qurulmasında, praktiki (məişət) məsələnin həllində onlardan istifadə etmək
verilən modelin elementlərinin həmin kontekstdə şərhi, hansını o təsvir edir və əksinə -
•
real vəziyyətin müşahidəsi nəticəsində əldə edilən göstəricilərin modelə uyğun dildə şərh
edilməsi
verilən modelin təhlili və qiymətləndirilməsi, xüsusilə də, onun hərəkət arealı və modelinin
•