Riyaziyyat
2009
Gir. Riy. - 3
adekvatlığını təyin etmək; mümkün alternativlərin müzakirə və müqayisəsi
Problemlərin həlli
məsələnin məzmununu dərk etmək, məsələnin göstəriciləri və axtarılan kəmiyyətlərini
•
anlamaq - ayırmaq
poblemin müəyyən edilməsi və formalaşdırılması, eləcə də qeyri-standart vəziyyətdə
•
(məs. nə zaman ki, problemin həlli üçün lazımi riyazi prosedur bir məna ilə müəyyən
edilməyibdir)
kompleks (çətin) problemi pillələrə, sadə məsələlərə ayırmaq və mərhələlərlə, eləcə də
•
standart yanaşma və prosedurlardan istifadə etməklə həll etmək
problemin həlli üçün lazımi strategiya və resursları seçmək, onlardan istifadə etmək və
•
effektivlik monitorinqi
məlum olan faktlar və strategiyaları seçmək və onları çox çətin problemlərin həlli üçün
•
bir-biri ilə əlaqələndirmək
konteksti nəzərə almaqla alınan nəticəni tənqidi qiymətləndirmək və son hadisələri təhlil
•
etmək
problemin həlli zamanı adekvat köməkçi texniki vasitələr və texnologiyaları seçmək və
•
onlardan istifadə etmək
Münasibət
qrup işini yerinə yetirərkən əməkdaşlıq etmək; müəllim və yoldaşları ilə münasibətdə
•
nəzakətli olmaq
işin təşkili və planlaşdırılma üsulları və metodlarına
sahib olmaq
•
başqa-başqa fənlərdə, biznesdə, incəsənətdə və insan fəaliyyətinin müxtəlif sahələrində
•
riyaziyyatın yeri və əhəmiyyətini qiymətləndirmək
informasiya texnologiyalarından istifadə etdikdə etika/sosial xarakerli problemlərı anlamaq
•
və etika normalarına riayət etmək.
Milli Tədris Planında riyaziyyatın strukturu
Sadalanan vərdiş-bacarıqların formalaşması və inkişafı yalnız müvafiq məzmunun (anlayışların,
qanunların və prosedurların) istifadəsi ilə mümkündür.
Milli Tədris Planında şərti olaraq riyaziyyat dörd əsas istiqamətə bölünür: ədədlər və əməllər;
həndəsə və məkan anlayışı; göstəricilərin analizi, statistika və ehtimal; qanunauyğunluq və
cəbr.
Bu istiqamətlər şagirdin ümumtəhsil məktəbində təhsil aldığı müddətdə sahib olacağı bilik və
vərdiş-bacarıqlarla sıx əlaqədədir. Tədris planının istiqamətlərə əsasən bölünməsi kursun analoji
bölümü demək deyil, o, yalnız tədris materialının spektrini göstərir və təhsilin bu və ya digər
pilləsində diqqəti nəyə yönəltməyə təlimat vermək imkanını verir.
Riyaziyyat
2009
Gir. Riy. - 4
Ədədlər və əməllər:
1.
ədədlər, onların istifadəsi və ədədin ifadə vasitələri
•
ədədlər üzərində əməllər və ədədi uyğunluq
•
ədədlərin qiymətləndirilməsi və yaxınlaşdırılması
•
kəmiyyət, ölçü vahidləri və digər ədədi istifadələr
•
Həndəsə və məkan anlayışı:
2.
həndəsi obyektlər: onların xassələri, qarşılıqlı münasibətləri və quruluşu
•
ölçü və ölçmək vahidləri
•
çevrilmələr və fiqurların simmetriyası
•
koordinatlar və onların həndəsədə istifadəsi
•
Göstəricilərin analizi, ehtimal və statistika:
3.
göstəricilərin mənbələri və göstəricilərin əldə edilmə vasitələri
•
göstəricilərin qaydaya salınma üsulları və göstəricilərin təsviredilmə vasitələri
•
göstəricilərin cəmləşdirici ədədi xarakterləri
•
ehtimal modelləri
•
seçim metodu və seçimin ədədi xarakterləri
•
Qanunauyğunluqlar və cəbr:
4.
kəmiyyətlər, ifadələr, funksiyalar və onlardan istifadə
•
diskret riyaziyyatın elementləri və onlardan istifadə
•
alqoritmlər və silsilə
•
cəbri əməllər və onlardan istifadə
•
Tədris pillələrinə əsasən istiqamətlərin məqsədləri
Ümumtəhsil məktəbində tədris kursu üç pilləyə bölünür: ibtidai məktəb (I – VI siniflər), baza
məktəbi (VII –IX siniflər) və orta məktəb (X- XII siniflər). Riyaziyyatın tədris kursunun quruluş
prinsipi bu bölgünü nəzərə almalıdır və hər pillədə riyaziyyatın tədrisinin aydın formalaşdırılmış
məqsədləri olmalıdır.
Ədədlər və əməllər
Bu istiqamətinin əsas məqsədləridir - “ədəd duyğusu”-nun inkişafı, hesablama prinsiplərinin
mənimsənilməsi, riyazi əməllər və onların xassələrinin öyrənilməsi, hesablama üsullarının
mənimsənilməsi və nəticələrin qiymətləndirilməsi; qeydlərin müsbət sistemlərinin öyrənilməsi,
onların qarşılıqlı müqayisəsi və riyazi əməllərin yerinə yetirlmə və praktiki məsələlərin həll
edilməsində onların istifadə edilməsi; ədəd sistemlərinin öyrənilməsi.
İbtidai pillə. Bu pillədə ədədlərlə əlaqədar problemlərin həlli zamanı riyazi əməllər və onlardan
Riyaziyyat
2009
Gir. Riy. - 5
adekvat şəkildə istifadə edilmə bacarıqları formalaşdırılmalıdır; riyazi əməllərin xassələri və
onlar arasında əlaqələr göstərilməli; riyazi əməllərin nəticə və ədədi təsvirlərinin əhəmiyyətinin
qiymətləndirmə bacarığı inkişaf etdirilməlidir.
Bundan əlavə, şagirdlər arasında onluq müsbət sistem mükəmməl anlanılmalı və çoxişarəli
ədədlər üzərində əməlləri yerinə yetirərkən ondan istifadə etmək qabilliyyəti təkmilləşdirilməli;
kəsrin müxtəlif aspektləri (tam ədəd, birlik hissəsi, ədədi ox üzərində mövqeyi və bölünmə
nəticəsi) dərk edilməlidir.
Baza pilləsi. Bu pillədə şagird tam ədədlər, kəsrlər, onluq kəsrlər və faizlər haqqında bilyini
dərinləşdirməlidir ki, pillənin sonunda kəsrlərin ekvivalentliyini, onluq kəsri, proporsiya və
faizləri məsələlərin həllində və real vəziyyətdə istifadə edə bilsin. Ədəd anlayışının dərk edilməsi
rasional ədədlərə qədər genişlənməlidir. O, ədədi ox üzərində rasional ədədin təqribi mövqeyini
göstərə bilməli və irrasional ədədlər haqqında ilkin təsəvvürləri yarada bilməlidir.
Orta pillə. Ədədlər üzərində əməllərin yerinə yetirilmə bacarığı və onların xassələrəni bilmək/
istifadə etmək cəbri strukturkların və qanunauyğunluqların daha yaxşı anlanılması üçün əsas
olmalıdır. Bu pillədə şagird həm ədədi sistemi, eləcə də riyazi əməl anlayışını genişləndirməyi
bacarmalıdır, məs., vektorlar və matrisalar haqqında. Bundan əlavə, tam ədədlər sistemini daha
dərindən öyrənmək üçün ədədlər nəzəriyyəsinin elementlərindən istifadə etməlidir.
Qanunauyğunluq və cəbr
Bu istiqamətin əsas məqsədi şagirddə qanunauyğunluğu, cəbri yanaşmaları və funksional asılılığı
təyin etmək bacarığını formalaşdırmaq; eləcə də, onların vasitəsilə hadisələri modelləşdirmək və
problemi həll etmək bacarığıdır.
İbtidai məktəb. Bu pillənin istiqamətinin məqsədi sadə qanunauyğunluq və kəmiyyətlər
arasında münasibətləri təyin etmək vərdişinin inkişaf etdirlməsi, riyazi əməllərin xassələri və
hərfi qeydlərdən istifadə etməklə öyrənilməsidir.
Baza məktəbi. Bu pillənin məqsədi çoxluqlar arasında münasibətlərlə əlaqədar anlayışlar və
prosedurların öyrənilməsi, eləcə də onların təsvirinin müxtəlif üsullarını bir-biri ilə əlaqələndirmək
və müqayisə etmək bacarığının inkişafı; problemlərin həlli zamanı hərfi ifadələrin istifadəsi, eləcə
də tənliklərin tərtib edilməsi və həll edilməsi bacarığının inkişafı; çoxluq anlayışları və onlar
üzərində əməllər haqqında ilkin təsəvvürlərin yaradılmasıdır..
Orta məktəb. Bu pillənin məqsədi funksiyalar qruplarının, onların müqayisə və təhlili
metodlarının öyrənilməsi; müxtəlif kontekstdə mövcud olan münasibətlərin təsviri zamanı iterativ
və silislə formalarının istifadəsi bacarığının inkişafı; strukturu təsvir etdikdə və öyrəndikdə diskret
riyazi aparatın istifadəsi bacarığının inkişaf etdirilməsidir.
Həndəsə və məkan anlayışı
Bu istiqamətin əsas məqsədi həndəsi obyektlər və onların xassələrinin, ölçülərinin, həndəsi
çevrilmələrin və həndəsədə cəbr metodlarının istifadəsinin öyrənilməsidir.
İbtidai məktəb. Bu pillənin məqsədi həndəsi obyektlərin qarşılıqlı vəziyyətlərinin təsviri və
nümayiş etdirilməsi, həndəsi obyektlərin komponentlərinin təyin edilməsi və onların qarşılıqlı
yanaşmalarının təsviri, atributlara əsasən fiqurların qruplaşdırılması, şifahi təsvirə əsasən fiqurun
təyin edilməsi və onun modelinin yaradılması bacarığının inkişaf etdirilməsidir.
Baza məktəbi. Bu pillənin məqsədi həndəsi obyektlərin öyrənilməsi, həndəsi obyektlər