Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə23/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

70
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Qablaşdırma və sertifikatlaşdırma
Azərbaycanda və inkişaf etmiş ölkələrdə, xüsusilə Avropa Birliyində qablaşdırma üçün aşağıdakı 
xüsusiyyətlər əsas götürülür ki, həmin ölkələrə mal ixrac edən iş adamları öz məhsulların həmin 
xüsusiyyətlə əsasında qablaşdırmalıdırlar.
Fiziki gücü
 Qablaşdırma elə fiziki gücə malik olmalıdır ki, o malların normal daşınması və saxlanması, 
temperatur dəyişikliyi, titrəyişə məruz qaldığı zamanı malın ilkin tərkibinin mühafizəsinə imkan versin. 
Maneələrdən mühafizə
 Qablaşdırma elə olmalıdır ki, malın tərkibin xarici mühitin təsirindən (oksigen, 
günəş, radiasiya, rütubət, hava axını) qoruya bilsin və məhsulun ətraf mühitə əks təsirinin qarşısını 
alsın. Nəticədə malın nəzərdə tutulmuş müddətdə istehlaka yararlı vəziyyətdə qalmasını təmin etsin. 
Məhsula və ətraf mühitə mənfi təsir etməməsi
  Qablaşdırma, xüsusilə malla birbaşa təmasda olan 
qablaşdırma gigiyenik cəhətdən elə olmalıdır ki, onunla məhsul arasında hər hansı zərərli kimyəvi proses 
getməsin və ətraf mühitlə də eyni tip reaksiya baş verməsin. Məhsulun qablaşdırmasında istifadə edilən 
qablaşdırma materialının məhsullun tərkibindən asılı olaraq hər hansı bir reaksiyaya girmə ehtimalı 
varsa, onda onun məhsulla təmasda olan daxili səthinə əlavə izolyasiya vasitəsi çəkilməlidir.  
Açılma və təkrar açılma
  Qablaşdırma nəzərdə tutulan sayda onun açılmasına və təkrar açılmasına 
imkan verməlidir.
İnformasiyanın ötürülməsi 
Qablaşdırma məhsul, ondan istifadə və  təhlükəsizliyi haqqında zəruri 
məlumatları istehlakçılara ötürməlidir. 
Qablaşdırmanın qeyd edilən xüsusiyyətləri onun növünə 
(1-ci, 2-ci və 3-cü dərəcəli olmasına) görə seçilir
Qablaşdırma ömrünün yetərliliyi
  Qablaşdırmanın ömrü məhsulun istismar müddəti bitənədək 
olmalıdır və bu müddətdə məhsul və ətraf mühitin təsirindən məhsulu qorumaqla bağlı öz funksiyasını 
yerinə yetirmək qabiliyyətini itirməməlidir. 
Asan istifadəyə yararlığı 
Qablaşdırma malın götürülməsi, əldə saxlanması, daşınması, yerləşdirilməsi 
və qabdan asan çıxarılmasına imkan verməlidir. 
İstehlakçıların düzgün təəssüratı
 Qablaşdırma elə olmamalıdır ki, istehlakçılarda məhsulun mahiyyəti, 
kəmiyyəti və keyfiyyəti haqqında düzgün təəssürat yaratsın. Ona görə qablaşdırma malın çəkisinə uyğun 
olmalı, öz funksiyalarını (təhlükəsizlik, kənar təsirlərdən mühafizə və s.) yerinə yetirmək qabiliyyəti 
olmaq şərtilə onda istifadə olunan materiallar minimum miqdarda olmalıdır.  
İnsan sağlamlığı və təhlükəsizliyinə təsiri 
Qablaşdırmada istifadə olunan materiallar onunla təmasda 
olan insanların sağlamlığına, təhülkəsizliyinə zərərli olmamalıdır.
Ətraf mühitə təsiri 
Qablaşdırmada istifadə olunan materialların ətraf mühitə də zərərli təsiri olmamalı 
və onlar maksimum təkrar istifadəyə, bərpa edilməyə və təkrar emal edilərək istifadə edilməyə yararlı 
olmalıdır, eləcədə məhsul istehlak edildikdən sonra onun qablaşdırmasından ətraf mühitə minimum 
tullantı çıxmalı və tullantı enerji məqsədləri üçün istifadə edilə bilməlidir. 


71
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Qablaşdırma və sertifikatlaşdırma
İstifadə qaydaları 
Qablaşdırma ondan istifadə qaydaları, hər hansı təhlükələr, açılması, bağlanması və 
saxlanması qaydalarını özündə əksini etdirməlidir. 
Qablaşdırma üsulları 
Məhsulun qablaşdırma üsulu onun növündən, xüsusiyyətindən, kənar təsirlərə reaksiyasından və 
tərkibindən asılı olaraq təyin edilir. Hazırda bir çox qablaşdırma üsulları mövcuddur ki, onlarda əsas 
istifadə olunanları aşağıdakılardır: 
 
✓ mexaniki qablaşdırma
 
✓ vakuum qablaşdırması
 
✓ qab konfiqurasiyası
 
✓ doldurma
 
✓ presləmə və s.
Qablaşdırma materialları və avadanlıqları 
Məhsulun xüsusiyyətindən, qablaşdırma növündən və xüsusiyyətindən asılı olaraq qablaşdırmada 
istifadə olunan materiallar təyin edilməlidir. Əgər qablaşdırma materialı yuxarıda qeyd edilən hər 
hansı xüsusiyyətə malik deyilsə o məhsulun qablaşdırılması üçün yararlı hesab edilə bilməz. Hazırda 
ölkəmizdə və xaricdə qablaşdırma zamanı əsasən aşağıdakı materiallardan istifadə olunur: 
Qablaşdırmada ən çox istifadə olunan  materiallar aşağıdakılardır: 
 
✓ Metal 
 
✓ Kağız və karton
 
✓ Plastik 
 
✓ Şüşə 
 
✓ Taxta 
 
✓ Alüminium 
 
✓ Tekstil 
 
✓ Polietilen 
 
✓ Polipropilen və s.
Qablaşdırma avadanlıqlarına gəldikdə isə indi müasir texnologiyalar əsaslanan qablaşdırma 
avadanlıqlarında istifadə olunur ki, onlar insan əli dəymədən məhsulun birinci və ikinci dərəcəli 
qablaşdırmasın aparmağa imkan verir. Hazırda yüzlərlə qablaşdırma avadanlıqları mövcuddur ki, 
onlardan bir neçəsini aşağıda qeyd edirik:
 
✓ Vakuum qablaşdırma maşınlar
 
✓ Butulka qabağı üçün avadanlıq, qapağı bağlayan və açan maşınlar
 
✓ Tara, qutu qablaşdıran, açan, ağzın bağlayan maşınlar
 
✓ Karton maşını
 
✓ Təmizləyici, sterilizəedici və qurulayıcı maşınlar
 
✓ Konversiya maşınları
 
✓ Doldurucu maşınlar
 
✓ Yoxlayıcı maşınlar
 
✓ Markalayıcı maşınlar  


72
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Qablaşdırma və sertifikatlaşdırma
Qablaşdırmanın mərhələləri  
Hazırkı dövrdə qablaşdırma əsasən avtomatlaşdırılmış aparıldığından mərhələlər də istifadə olunan 
avadanlıq tərəfindən tənzimlənir. Ancaq ümumilikdə qablaşdırmanın mərhələləri aşağıdakı kimi 
təsnifləşdirmək olar. 
 
✓ Müvafiq məhsulun qablaşdırılmasına dair milli və məhsul ixrac ediləcək ölkələrin tələblərinin 
müəyyənləşdirilməsi
 
✓ Həmin tələblərə uyğun qablaşdırma materiallının seçilməsi və ya istehsal edilməsi
 
✓ Tələblərin yerinə yetirilməsinə imkan verən qablaşdırma avadanlıqlarının əldə edilməsi 
 
✓ Qablaşdırmanın məhsullar təmasda olmasına və təyinatına görə onun növünün seçilməsi
 
✓ Məhsulun növündən və tərkibindən asılı olaraq qablaşdırma üsulunun seçilməsi;
 
✓ Qablaşdırmanın tələblərə uyğun aparılması 
 
✓ Qablaşdırmanın tələblərə uyğunluğunun yoxlanması və keyfiyyətinə nəzarət
 
✓ Qablaşdırmanın markalanması
Qablaşdırmaya dair Azərbaycanda və Avropa Birliyində mövcud olan tələblər 
Ölkəmizdə məhsulların qablaşdırılmasına dair tələblər özünü əsasən aşağıdakı mənbələrdə tapıb: 
 
✓ Müvafiq qanunvericilik aktında- məsələn, Yeyinti məhsulları haqqında, İstehlakçıların 
hüquqlarının müdafiəsi haqqında və digər normativ hüquqi aktda 
 
✓ Qablaşdırmaya dair ümumi standartlarda və digər normativ sənədlərdə 
 
✓ Hər məhsula aid standartda və ya texniki şərtdə 
 
✓ Müəssisə daxili təlimatlarda və standartlarda 
Qanunvericilikdə qablaşdırma haqqında tələblər yalnız  “müvafiq normativ-texniki sənədin tələblərinə 
uyğun həyata keçirilməlidir” kimi öz əksini tapmışdır ki, bu da normativ sənədlərə istinad deməkdir. 
Deməli, əsas tələblər standartlarda öz əksini tapmışdır. Azərbaycanda qablaşdırma ilə bağlı standartlarda 
müəyyənləşdirilən tələblər 2 formada mövcuddur: 
Hər məhsula dair standartın müvafiq bəndində. Məhsula dair standartın bəndində qablaşdırma üsulları 
və materialları ilə bağlı aşağıdakı məsələlər öz əksini tapır: 
 
✓ İstifadə olunmuş materiallarla yanaşı məhsulun qablaşdırmaya hazırlıq qaydaları
 
✓ İstehlak nəqliyyat tarası, o cümlədən təkrar istifadəli tara, qablaşdırmada istifadə olunan köməkçi 
vasitələr 
 
✓ Daşınma şəraitindən asılı olaraq (tarada, tarasız) qablaşdırma üsulları
 
✓ Məhsulun düzülmə üsulları və yerləşdirilmə qaydaları
 
✓ Qablaşdırma zamanı tarada yerləşdirilən sənədlərin siyahısı və onların qablaşdırılma üsulları və s. 
Qablaşdırma ilə bağlı ümumi standartlarda. Qablaşdırmaya dair ümumi tələblər isə müvafiq QOST 
standartlarında öz əksini tapmışdır ki, bu tələblər bütün növ məhsulların qablaşdırılmasına şamil edilə 
bilir. Bu cür standarta misal QOST 14192-96 standartını göstərmək olar ki, istehsalçılar bu standartı 
internet saytdan (
www.tehlit.ru
) götürülə bilər.
Avropa Birliyinin qablaşdırma ilə bağlı tələblərinə gəldikdə isə burada əsas tələblər qablaşdırmanın ətraf 
mühitə mənfi təsirinin qarşısının alınması, eləcədə tullantıların miqdarının minimuma endirilməsi ilə 
bağlıdır. Ona görə də Avropa Birliyində qablaşdırmanın təkrar istifadə, emal edilərək təkrar istifadə 
və enerji məqsədləri üçün bərpa edilməyə yararlılığı əsas götürülür. Bununla bağlı aşağıdakı hədəflər 
müəyyənləşdirilib: 


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə