Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə24/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

73
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Qablaşdırma və sertifikatlaşdırma
 
✓ 60 % qablaşdırma tullantılarının enerji məqsədləri üçün bərpası
 
✓ 55 % qablaşdırma materialı təkrar emala yararlı olmalıdır
 
✓ 60 % şüşə, 60 % kağız, 50 % metal, 22, 5 % plastik və 15 % taxta qablaşdırma materialının emal 
edilməsi
Birlikdə qablaşdırmaya dair tələbləri “Qablaşdırma və qablaşdırma üzrə tullantılara” dair Direktivlə 
(94/62/EC) və digər normativ sənədlərlə müəyyənləşdirilir. Digər sənədlər isə aşağıdakılardır: 
 
✓ Direktiv 2004/12/CE- Qablaşdırma üzrə terminlər
 
✓ Direktiv 2005/20/CE
 
✓ Qablaşdırma ilə bağlı EN standartları
 
✓ Qablaşdırma və ətraf mühit üzrə Avropa Birliyinin sənədləri
 
✓ Milli qanunvericiliklər
Markalanma 
Markalanma dedikdə məhsulun qabının üzərinə yerləşdirilən yazılar, işarələr və digər kombinasiyalı 
elementlərin müxtəlif üsullarla yerləşdirilməsi nəzərdə tutulur. Markalanmanın əhəmiyyəti ondan 
ibarətdir ki, məhsul, onun tərkibi, istifadə qaydaları, təhlükəsizlik göstəriciləri və digər zəruri məsələlər 
haqqında informasiyalar istehlakçılara və digər tərəflərə məhz markalanma vasitəsilə daşınır. 
Markalanmaya dair tələblərə əsasən markalanmanın məzmunu, dili, markalanma yeri və üsulu ilə bağlıdır. 
Azərbaycanda markalanma ilə bağlı tələblər qablaşdırmadan fərqli olaraq müvafiq qanunvericilik 
aktlarında açıq şəkildə göstərilib. Bura aşağıdakılar daxildir: 
 
✓ Markalanmada məhsulun adı, növü və tərkibi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və 
yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və normativ sənədlərdə tələb 
olunan digər məlumatlar əks olunur
 
✓ Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki 
etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan 
Respublikasına idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə 
qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət 
olunmalıdır
 
✓ Kimyəvi və bioloji preparatlarla işlənmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq 
xəbərdarlıq yazıları və nişanları olmalıdır.
 
✓ Müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş yeyinti məhsullarına əmtəə nişanları və ştrixli 
kodlar vurulur
 
✓ Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın 
adı, zəruri hallarda onun sertifikatlaşdırılması (AZS), xüsusi tələblərə cavab verən mallar (işlər, 
xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir
 
✓ Ekoloji təmiz məhsullar sertifikatlaşdırıldıqdan sonra “ekoloji təmiz” markası vurulur
 
✓ Yeyinti məhsuluna "müalicəvi", "pəhriz” və onlara bərabər tutulan adların verilməsinə və reklam 
xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə yol verilmir
Markalanmada istifadə olunan işarələr gəldikdə isə onlar təyinatından və məhsulun istehsal edildiyi 
regiondan asılı olaraq dəyişir və 100-lə bu cür markalar mövcuddur. Maraqlı olan müvafiq internet 
saytlara müraciət edə bilərlər (məs. 
www.labelsourceonline.co.uk
). Biz burada yalnız qablaşdırmaya 
dair işarələr haqqında məlumat verəcəyik ki, onlarda aşağıdakılardan ibarətdir: 


74
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Qablaşdırma və sertifikatlaşdırma
– təkrar emal olunmağa yararlılıq
–1-ci dərəcəli partlayıcı maddə 
– günəşdən altında saxlamayın 
–  kövrəkdir
– təkrar istifadə üçün yararlı
Avropa Birliyində markalanmaya dair tələblərə gəldikdə isə burada tələblər məhsulun növündən asılı 
olaraq dəyişir. Yeyinti məhsullarının markalanmasına dair tələblər Birliyin 79/112/EEC Direktivində 
öz əksini tapmışdır. Yeyinti məhsulları ilə bağlı əsas tələblər aşağıdakılardır: 
 
✓ yeyinti məhsulunun satılarkən adı
 
✓ məhsulun tərkibi
 
✓ məhsulun tərkibinin miqdarı
 
✓ məhsulun qablaşdırmadan qabaq çəkisi
 
✓ məhsulun istismar müddəti
 
✓ saxlanma və istifadə şəraiti
 
✓ istehsalçının adı, ünvanı və əlaqə vasitələri
 
✓ məhsulun mənşə ölkəsi
 
✓ məhsulun istifadə qaydaları
 
✓ məhsulu xüsusi tərkibi – GMO, təhlükəli maddələr və s. 
 
✓ məhsullara dair spesifi k tələblər- Ət və süd məhsulları, içkilər və s. 
Sertifi katlaşdırmanın məqsədi və əhəmiyyəti 
Məlum olduğu kimi məhsulların sertifi katlaşdırılmasında məqsəd onların qoyulmuş tələblərə, eləcədə 
insan, heyvan və bitkilərin sağlamlığına və təhlükəsizliyinə, ətraf mühitin mühafi zəsinə dair tələblərə 
uyğun olduğunu təsdiq etməkdir. Məhsulların sertifi katlaşdırılması onların sərbəst dövriyyəsinə, 
məhsulların təkrar sertifi katlaşdırma aparmadan idxal-ixracına şərait yaradır. 
Azərbaycanda məhsulların sertifi katlaşdırılması onların istehsalı, emalı, idxalı və ixracı səviyyəsində 
aparılır. Bəzi sertifi katlar hər mal partiyasına, bəzi sertifi katlar isə istehsalata verilir. Ona görə hər mal 
partiyasına satış, idxal və ixrac edilmək üçün ayrıca, istehsalata isə müəyyən müddət üçün verilir ki, bu 
müddət ərzində istehsal olunan mallar həmin sertifi kat əsasında satıla bilər. 
Azərbaycanda malların ixrac olunması üçün və ümumiyyətlə daxili bazarda satılması üçün aşağıdakı 
sertifi katların alınması tələb olunur: 
 
✓ Mənşə sertifi katı 
– bütün məhsullar üçün
 
✓ Keyfi yyət sertifi katı
 – Avropa Birliyinə ixrac olunan yeyinti məhsulları üçün
 
✓ Baytarlıq şəhadətnaməsi
 – diri heyvan və kəsilmiş ət üçün
 
✓ Gigiyenik sertifi kat
  bütün məhsullar üçün
 
✓ Fitosanitar sertifi kat
 – bitki və bitki mənşəli məhsullar üçün;
 
✓ Uyğunluq sertifi katı
 – əksər məhsulları üçün 


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə