Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə32/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

96
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq ticarətdə alqı-satqı müqavilələri
Təsadüfi şərtlər
 
✓ Təsadüfi şərt – kontrakta tərəflərin tələblərinə uyğun daxil edilən şərtdir 
 
✓ Bu zaman həmin şərtlər qanuna zidd olmalı deyil
 
✓ Bu şərtlərin yerinə yetirilməsi mütləqdir
Alqı-satqı kontraktın strukturu:
1.    Giriş (adı, tarix, kontraktın nömrəsi, imzalanan yer və s.)
2.    Məqsədi
3.    Miqdar
4.    Keyfiyyət
5.    Malın göndərilməsi (şərtlər)
6.    Ödəniş forması
7.    Qablaşdırma 
8.    Zəmanətlər
9.    Cərimələr
10.  Sığortalanma
11.  Fors-major
12.  Arbitraj
13.  Digər şərtlər
“Nümunəvi” kontraktın misalı:
Giriş
Kontraktın adı, nömrəsi, tarix, yer və imza edən tərəflər (şirkətin adı, hüquqi statusu, yerləşdiyi ünvan)
Diqqət!
Müqavilənin imzalanma yeri o cəhətdən əhəmiyyətlidir ki, kontraktda hansısa məqam nəzərə alınmayıbsa, 
mübahisə zamanı həmin ölkənin qanunlarına uyğun olaraq həll ediləcəkdir
Kontraktın predmeti
Alqı-satqının predmeti olan malın dəqiq təsviri. Kontraktın predmetindən asılı olaraq müxtəlif növ 
kontraktlar mövcuddur (alqı-satqı, sığortalama, yük daşıma və s.).
Miqdar
Ölçü vahidi göstərilir və malın miqdarının müəyyənləşdirilməsinin ardıcıllığı təyin olunur (dəqiq və 
ya təxmini miqdar). Təxmini miqdar o hallarda göstərilir ki, göndərilən malın miqdarı dəyişilə bilər 
(məsələn, şəkər tozu rütubətə dözümlü deyil və rütubətli şəraitdə çəkisi arta bilər. Bu hallarda mümkün 
dəyişiklikləri faizlə göstərilir).
 
✓ Müqavilədə əlavə malın əldə edilməsinin mümkünlüyü qeyd olunur. (Müqavilədə alıcı hansı 
formada sifariş etməlidir və hansı həcmdə satıcı əlavə mal göndərə bilər)
Keyfiyyət
Malın təyinatı üzrə istifadə edilməsinin yararlığının müəyyənləşdirilməsi üçün, onun xüsusiyyətləri 
dəqiqləşdirilir. Keyfiyyəti müəyyənləşdirirlər: 


97
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq ticarətdə alqı-satqı müqavilələri
Standart üzrə
  (milli, istehsalçılar birlikləri tərəfindən müəyyən edilmiş, iri şirkətlərin standartları 
və s.). Müqavilədə standartın tarixinə və nömrəyə istinad edilir və standartın yaradıcısı-təşkilat 
göstərilir
Texniki tələblərə görə
 (standartlar olmadıqda). Kontraktda və ya əlavədə malın dəqiq xüsusiyyətləri 
göstərilir, materiallar təsvir olunur, onun yoxlanmasının qaydaları dəqiqləşdirilir)
Spesifikasiya üzrə
 – bütün texniki parametrlər detallıqla göstərilir
Nümunə üzrə
 (nümunələrin sayı və onların mal ilə müqayisənin qaydaları göstərilir. Adətən nümunənin 
biri alıcıda, digərləri isə satıcıda və neytral tərəfdə olur). Nümunə üzrə – malın axırıncı partiyası 
gələndən sonra nümunələrin saxlanma müddəti  də göstərilir
Malın keyfiyyətini “
Qabaqcadan baxma
” üsulu ilə də təyin edilməsi də mövcuddur – amma bu 
prinsip əksər hallarda  hərracda malın satışı zamanı istifadə olunur
Diqqət!
Hal-hazırda Avropa Birliyi Azərbaycandan idxal olunan  kənd təsərrüfatı mallarına gömrük rüsumlarını 
sıfıra endirib, o da bizim malların bazarda rəqabətə dözümlüyünü artırır. Lakin unutmayaq ki, Avropa 
bazarına daxil olma üçün digər maneələr də mövcuddur, ən önəmlisi də - keyfiyyət standartlarıdır.
Malın çatdırılma (MÇ) müddəti və tarixi
Malın çatdırılma müddəti, yəni onun satıcı tərəfindən alıcının ixtiyarına verilməsi məqamı göstərilir.
MÇ müddətinin təyin olunmasının müxtəlif növləri vardır:
 
✓ Dərhal – 2 həftə ərzində istənilən gündə 
 
✓ MÇ-nin konkret tarixinin müəyyən edilməsi
 
✓ Müəyyən müddətdə (ay, rüb). Adətən “ərzində” və ya “gec olmadan” ifadələri əlavə olunur
 
✓ Bəzi hallarda MÇ müddəti dəqiq göstərilmir. Bu zaman “hazır olduqda”, “naviqasiya açıldıqda” və 
ya “lazımi miqdar yığıldıqda” kimi şərtlər razılaşdırılır. 
Misal üçün alıcının satıcı tərəfdən xəbərdarlıq 
aldığı gündən 9 ay ərzində tədarük qrafikini qurmaq 
 
✓ Malın müddətdən əvvəl çatdırılması şərtləri əlavə razılaşdırılır 
Malın çatdırılma tarixi” çatdırılma növlərindən asılıdır və alqı-satqı predmetinə olan sahiblik 
hüququnun keçməsini təsdiq edən sənədin tarixi ilə müəyyənləşdirilir. 
Məsələn: Daşımalar ilə məşğul olan şirkətin verdiyi sənədin, anbar şəhadətnaməsinin, qəbul aktının 
imzalandığı tarixləri və s.
Qiymət və kontraktın ümumi məbləği
 
✓ Ölçü vahidi
 
✓ Qiymətin valyutası
 
✓ Qiymətin müəyyənləşdirilməsi prinsipi
 
✓  Güzəştlər və s. 
Müqavilə qiyməti 
-  bütün mal üçün pul vahidlərin sayı, satıcı tərəfindən təməl şərtlər əsasında 
çatdırılma. Təməl qiymətlərə malın çatdırılması, sığortası, saxlanılması və s. daxil edilib-edilməməsi 
əsasında müəyyənləşdirilir. 


98
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq ticarətdə alqı-satqı müqavilələri
Əsas element 
– qiymətin tənzimlənməsinin üsuludur (Sərt, sonradan tənzimlənmə, dəyişkən, sürüşkən):
 
✓ Sərt
 – müqavilə müddətində dəyişə bilməz (adətən təchizatın qısa müddəti üçün) 
 
✓ Sonradan tənzimlənmə
  – müqavilədə yalnız tənzimlənmə vaxtı göstərilir (məsələn, qiymətlər 
malın çatdırılmasından əvvəl müəyyənləşir)
 
✓ Dəyişkən 
– müqavilədə qeyd olunur ki, əgər əməliyyatın icrası ərəfəsində bazarda malın 
qiymətləri artar yaxud azalarsa, müqavilədəki qiymətlər ona uyğun dəyişir. Adətən müqavilədə 
bazar qiymətlərindən kənarlaşma qeyd edilir (2-6%) və bu çərçivədə bazarda qiymət dəyişərsə, 
müqavilədə qiymətə yenidən baxılmır
 
✓ Sürüşən
  – qəliz avadanlıqların satışı zamanı tətbiq olunur və istehsal zamanı malın maya 
dəyərindəki dəyişikliklərə tənzimlənir
Ödəmə
Ödəmə valyutası, mübadilə kursu
Valyuta risklərini azaldan qeydlər edilir  (xarici valyutanın milli valyutaya nisbətinin dəyişməsindən itki 
təhlükəsi) 
Ödəmə üsulları
 (nağd ödəmə, avans, tam ödəniş)
Nağd hesablaşma – satıcı üçün ən əlverişli üsul.
Avansla ödəniş – satıcının istehsalının qismən kreditləşməsi və eyni zamanda onun  maliyyə risklərini 
azaltmaq deməkdir.
Ödəmə növləri 
(bank köçürmələri, akkreditiv, inkasso)
Ödəniş forması – bir növ dilemmanın həlli yolunun axtarılması məqsədini daşıyır. Və son illər beynəlxalq 
ticarətdə qəbul olunmuş üsul– akkreditivdir.
Akkreditivlərin çox saylı növləri mövcuddur – qaytarılan və qaytarılmayan, təsdiqlənmiş və 
təsdiqlənməmiş, keçid, təminatlı və təminatsız olmayan, revolver və s.
Qablaşdırma və markalama
Üst və alt qablaşdırılmasının tələbləri izah olunur. Qabların alıcının sahibliyinə keçib-keçməməsi, onun 
qiymətinin ümumi məbləğə daxil edilib-edilməməsi və s. göstərilir.
Qablamaya ümumi tələblər – satıcı yükün fiziki bütövlüyünü təmin etməlidir.  Xüsusi tələblər alıcı 
tərəfindən müəyyənləşdirilir, məsələn xüsusi yerləşdirmə ilə bağlı.
Markalama özündə əks etdirir:
 
✓ Kontraktın nömrəsi, “yer”lərin çəkisi və ölçüləri barədə məlumatlar, “yer”in nömrəsi və ümumi sayı
 
✓ Mal ilə davranış qaydaları barədə daşımalarla məşğul olan şirkətlərə göstərişlər
 
✓ Mal ilə ehtiyatsız davranış nəticəsində yarana biləcək mümkün təhlükələr barədə xəbərdarlıq
Reklamasiya (Narazılıq)
Reklamasiya təqdim edilməsinin qaydaları və müddətləri, həll edilməsi yolları göstərilir
Zəmanətlər
Zəmanətlərin həcmi, onların müddətləri və zəmanətlərin qüvvədə olmadığı hal və şəraitlər. Əksər 
müqavilələr keyfiyyət təminatı maddələrini daxil edirlər. Alıcı müəyyən təminat dövründə keyfiyyətlə 
bağlı öz iddialarını irəli sürə bilərlər. Keyfiyyətsiz malın təchizatına görə sanksiyalar müəyyənləşdirilə 
bilər.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə