Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə40/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   36   37   38   39   40   41   42   43   ...   62

125
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
Müvəqqəti ixrac əməliyyatları
 - müvəqqəti ixrac əməliyyatları xarici ölkələrdə xidmət göstərilməsi, 
lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların yenidən 
işlənmədən Azərbaycan Respublikasına qaytarılması şərtilə ixracı əməliyyatlarını nəzərdə tutur. 
Dövlət müəssisələri tərəfindən müvəqqəti ixrac əməliyyatları üzrə bağlanmış müqavilələr İqtisadi 
İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə, digər şəxslər tərəfindən isə gömrük orqanlarında bəyan 
edilməklə icra olunur. Dövlət müəssisələri tərəfindən müvəqqəti olaraq göndərilmiş mallar bağlanmış 
müqavilələrlə nəzərdə tutulmuş müddətlər bitdikdən sonra 30 gündən gec olmayaraq Azərbaycan 
Respublikasına qaytarılmalıdır. Həmin mallar İqtisadi İnkişaf Nazirliyinin icazəsi ilə istifadə olunduqları 
ölkələrdə satıla bilər. Bu satışdan əldə olunan valyuta ixracatçının Azərbaycan Respublikasındakı bank 
hesabına 10 gün müddətində daxil olmalıdır. Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən 
müvəqqəti ixrac olunmuş mallar bu Qaydalara və Azərbaycan Respublikasının digər qanunvericilik 
aktlarına uyğun olaraq müvafiq gömrük rüsumları ödənməklə istifadə olunduqları ölkələrdə satıla bilər. 
Digər halda bağlanmış müqavilələrlə nəzərdə tutulmuş müddətlər bitdikdən sonra həmin mallar 30 
gündən gec olmayaraq Azərbaycan Respublikasına qaytarılmalıdır.
Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan ixrac-idxal əməliyyatları
 - Azərbaycan 
Respublikasının Prezidentinin 609 Fərmanının 1-ci Əlavəsində qeyd olunan malların idxalı və ixracı 
müstəsna olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları əsasında həyata keçirilir. 
Həmin malların kreditə, konsiqnasiya yolu ilə, həmçinin sərhədyanı ticarət çərçivəsində ixracına yol 
verilmir.
Müvafiq dövlət orqanlarından rəy və lisenziya alınmaqla aparılan idxal-ixrac əməliyyatları
 - 
Azərbaycan Respublikasının Prezidentinin 609 Fərmanının 2-ci Əlavəsində göstərilən malların 
(xidmətlərin və əqli mülkiyyətin) ixracı və idxalı həmin əlavədə göstərilən müvafiq dövlət orqanlarının 
rəyi alınmaqla həyata keçirilir. Yuxarıdakı bənddə göstərilən malların kreditə konsiqnasiya yolu 
ilə, həmçinin sərhədyanı ticarət çərçivəsində ixracına yol verilmir. Azərbaycan Respublikasının 
Prezidentinin 609 Fərmanının 3-cü Əlavəsində göstərilən malların idxalını (ixracını) həyata keçirən 
rezidentlər müvafiq dövlət orqanlarından lisenziya almalıdırlar. Lisenziyanın verilməsi müddəti 15 
gündür.
Barter əməliyyatları
 - barter əməliyyatları dəyəri ödənilmədən ekvivalent məbləğdə qarşılıqlı mal 
(xidmət və əqli mülkiyyət) mübadiləsini nəzərdə tutur. Barter əməliyyatlarında ekvivalent məbləğdə 
malların göndərilməsi və alınması müddəti 90 günə qədər müəyyən olunur. Ekvivalent məbləğdə 
qarşılıqlı mal mübadiləsi bu müddətdə başa çatmazsa, hesablaşma müqavilədə göstərilən valyuta ilə 10 
bank günü ərzində yerinə yetirilməli və vəsait ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına 
köçürülməlidir. Barter əməliyyatları üzrə göndərilən və gətirilən malların gömrük bəyannamələrinin 
bir nüsxəsi mal bəyan olunduğu tarixdən etibarən 7 gün ərzində gömrük orqanları tərəfindən müvəkkil 
banklara və İqtisadi İnkişaf Nazirliyinə göndərilir. Dövlət müəssisələri və əmlakında dövlətin yekun 
payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən bağlanmış barter müqavilələri İqtisadi İnkişaf 
Nazirliyində qeydiyyatdan keçirilməklə, digər şəxslər tərəfindən bağlanmış barter müqavilələri gömrük 
orqanlarında bəyan edilməklə həyata keçirilir. Ekvivalent məbləğdə mal alınmadıqda və qarşılıqlı 
hesablaşma aparılmadıqda alınmayan malın dəyəri gizlədilmiş gəlir hesab edilir və mal göndərən şəxslər 
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Kooperasiya əməliyyatları 
- kooperasiya əməliyyatları xammal, yarımfabrikatlar və məhsulların bu 
və ya digər (təmir, emal, son məhsul şəklinə gətirmə, qablaşdırma və s.) məqsədlə müvəqqəti olaraq 
ixracını (və ya idxalını) nəzərdə tutur. Dövlət müəssisələri tərəfindən malların kooperasiya əməliyyatları 
ilə ixracını (və ya idxalını) nəzərdə tutan müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan 
keçirilməklə, digər şəxslər tərəfindən isə gömrük orqanlarında bəyan olunmaqla icra olunur.
İxracla əlaqəli rejimlər, onlara uyğun ödənişlər və azadolmaları, onlar arasında fərqlər, tətbiq olunan 
iqtisadi siyasət tədbirləri haqqında daha dəqiq və müqayisəli məlumat əldə etmək üçün aşağıdakı 
cədvələ diqqət  yetirin.


126
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
Rejimin adı
Xüsusiyyəti
Gömrük 
rüsumu 
ödənişi
(+ bəli, - 
xeyr)
Gömrük 
yığımı 
ödənişi
ƏDV 
ödənişi
1
İqtisadi 
siyasət 
tədbirləri
2
nin 
tətbiqi
Digər rejimlərdən 
əsas fərqləri
Sərbəst 
dövriyyə 
üçün 
buraxılış
Azərbaycan 
Respublikasının 
daxili bazarında 
satılması, 
istifadə ediliməsi 
və istehlak 
olunması üçün 
xarici malların 
gətirilməsi
+
+
+
+
Mallar daxili mal 
hesab edilir və 
malların satışı, 3-cü 
şəxslərə verilməsi, 
özgəninkiləşdirlməsi 
sərbəstdir.  
Təkrar idxal 
Azərbaycanın 
gömrük 
ərazisindən 
aparılmış 
Azərbaycan 
mallarının qanunla 
müəyyən edilmiş 
müddətdə geriyə 
gətirilməsi
-
+
 - 
-
Mallar idxalçı 
ölkədə alqı-satqı 
obyekti olur və 
mal satılmadıqda 
və digər səbəblər 
üzündən 3 il 
müddətinə geri 
qaytarıldıqda ixrac 
zamanı tutulan 
rüsumlar və vergilər 
geri qaytarılır. 
T r a n z i t 
(beynəlxalq 
və daxili)
Malların gömrük 
nəzarəti altında, 
iki gömrük 
orqanı arasında 
aparılması, xarici 
dövlətlərin 
ərazisindən 
keçdikdə isə 
həmin dövlətlərin 
gömrük rüsumları, 
vergilər və iqtisadi 
siyasət tədbirləri 
tətbiq edilmir 
-
+
       - 
-
Mal tranzit 
olunarkən çıxdığı 
yerdə deyil, fərqli 
təyinat ərazisinə 
gətirilməlidir
Müvəqqəti 
saxlanc
Mallar 
qanunvericilikdə 
müəyyən edilmiş 
qaydada saxlanca 
verildikdə gömrük 
rüsumları, vergilər 
və iqtisadi siyasət 
tədbirləri tətbiq 
edilmir
-
+
_
_
Malların bəyan 
ediləcək prosedurlar 
4 ay müddətində 
müəyyən edilməlidir 
və ya mallar 
gömrük anbarı 
proseduru altında 
yerləşdirilməlidir. 
1
 İxracda rüsum olmadıqda ƏDV malın rəmiləşdirilməsinə görə alınan gömrük yığımından tutulur.
2
 İqtisadi siyasət tədbirləri dedikdə idxal-ixrac olunan mallara kvotalaşdırma, lisenziyalaşdırma, limitləşdirmə, minimum və maksimum 
qiymətlərin müəyyən edilməsi, həmçinin güzəştlərin, azadolmaların və stimullaşdırıcı digər tədbirlərin tətbiqi nəzərdə tutulur.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə