Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə43/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

133
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
əsasında gömrük dəyərinin müəyyən edilməsi üsullarını ardıcıl tətbiq edərək, bəyan edilmiş malın 
gömrük dəyərini təyin etmək üçün gömrük qiymətləndirməsi aparır. 
İxrac olunan malların gömrük dəyəri onların alqı-satqı müqaviləsində bağlanmış ödənilmiş və ya 
ödənilməli olan faktura dəyəri ilə eynidir. Çünki, ixrac zamanı hələ digər xərclər yaranmadığından  və 
ümumiyyətlə əksər hallarda mallardan ixrac rüsumu tutulmadığından, faktura dəyəri gömrük dəyəri 
kimi götürülür. Ancaq buna baxmayaraq ixrac zamanı faktiki dəyərə digər xərclərin (komissiyon, 
broker, qablaşdırma və s. xərclər) də nəzərə alınması qanunvericilikdə əks olunub.
Gömrük Tarifi haqqında Azərbaycan Respublikasının Qanuna əsasən malların gömrük dəyəri aşağıdakı 
üsullardan biri ilə təyin edilir:
1.  gətirilən malların sövdələşmə qiyməti ilə 
2.  eyni malların sövdələşmə qiyməti ilə
3.  eynicinsli malların sövdələşmə qiyməti ilə 
4.  dəyərin çıxılması üsulu ilə
5.  dəyərin toplanması üsulu ilə 
6.  ehtiyat üsulu ilə
Yuxarıdakı üsulların hər biri haqqında qısa məlumat verək.
1
Sövdələşmə qiyməti üsulu
 Sövdələşmə qiyməti üsuluna əsasən malın gömrük dəyəri həmin malın 
ixrac olunması üçün satılarkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsasında 
müəyyən edilir. Ancaq alıcı ilə satıcı arasında razılaşdırılmış qiymətə aşağıdakılar da əlavə olunur: 
Nəqliyyat xərcləri 
Yükləmə, boşaltma və saxlama xərcləri 
Sığorta xərcləri 
Alıcının çəkdiyi xərclər 
Təkrar satışdan əldə edilən gəlir 
Qablaşdırma xərcləri və s.
Bu üsul dünyada və eləcədə Azərbaycanda ən geniş tətbiq edilən üsuldur. Ancaq bu üsulun tətbiqi mümkün 
olmadıqda ardıcıl olaraq digər üsullar tətbiq olunur. 
2
Eyni malların sövdələşmə qiyməti üsulu
 Eyni malların sövdələşmə qiyməti üsulundan istifadə 
olunduqda malın
;
 gömrük dəyərinin müəyyən edilməsi üçün eyni malların sövdələşmə qiyməti əsas 
götürülür. Eyni mallar dedikdə, qiymətləndirilən mallarla hər cəhətdən eyni olan mallar başa düşülür, 
o cümlədən:
fiziki xüsusiyyətlərinə görə
keyfiyyətinə və bazardakı nüfuzuna görə 
Eyni malların sövdələşmə qiyməti gömrük dəyərini müəyyən etmək üçün o vaxt əsas götürülür 
ki, bu mallar:
a) Azərbaycan Respublikasına ixrac üçün satılsın
b) qiymətləndirilən malların idxalı ilə eyni və ya təxminən eyni bir vaxtda gətirilsin
v) qiymətləndirilən mallarla eyni kommersiya səviyyəsində və təxminən eyni miqdarda satılsın


134
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
Aşağıdakı hallarda isə bu üsul tətbiq edilə bilməz: 
qiymətləndirilən və müqayisə edilən mallar eyni bir ölkədə istehsal edilməyibsə
həmin mallar eyni istehsalçı tərəfindən deyil, digər şəxs tərəfindən hazırlanıbsa
malların layihələri, dizaynları, eskizləri, çertyojları Azərbaycan Respublikasında hazırlanıbsa
3 
Eyni cinsli malların sövdələşmə qiyməti üsulu
 Eynicinsli mallar dedikdə, bütün xüsusiyyətlərinə 
görə eyni olmasa da, onlara qiymətləndirilən mallarla eyni funksiyaları yerinə yetirmək imkanı 
verən oxşar xüsusiyyətlərə və tərkib materiallara malik olan və kommersiya baxımından bir-birini əvəz 
edə bilən mallar başa düşülür. Malların eynicinsli olması onların keyfiyyətinə, əmtəə nişanının olmasına 
və bazardakı nüfuzuna görə müəyyən edilir.
4
Dəyərin çıxılması üsulu
  Dəyərin çıxılması üsulu ilə gömrük dəyərinin müəyyən edilməsi 
qiymətləndirilən eyni və ya eynicinsli mallar Azərbaycan Respublikasının ərazisində öz ilkin 
vəziyyəti dəyişdirilmədən satıldıqda tətbiq olunur.  Dəyərin çıxılması üsulu ilə malın gömrük dəyərini 
müəyyən etmək üçün mal vahidinin o qiyməti əsas götürülür ki, bu qiymətlə qiymətləndirilən malın 
gətirildiyi eyni və ya təxminən eyni tarixdə Azərbaycan Respublikası ərazisində qiymətləndirilən idxal 
edilmiş mallarla eyni və yaxud eynicinsli malların ən böyük məcmu miqdarı satıcı ilə əlaqəli olmayan 
sövdələşmə iştirakçısına satılsın.
5
Dəyərin toplanması üsulu
 Bu üsul malın aşağıdakıların toplanması yolu ilə hesablanmış qiyməti 
əsas götürülür:
idxal edilən malların hazırlanmasında istifadə olunan materiallara, həmin malların istehsalına və 
ya digər emalına çəkilən xərclər və ya bunların dəyəri 
nəqliyyat, yüklənmə yerinədək sığorta xərcləri və dəyərləri və sairə 
Azərbaycan Respublikasına ixrac etmək məqsədi ilə ixrac ölkəsində istehsalçılar tərəfindən 
hazırlanan və qiymətləndirilən mallarla eyni sinif və ya növdən olan malların satışı zamanı adətən 
nəzərə alınan mənfəətə və ümumi xərclərə bərabər mənfəət və ümumi xərclərin həcmi
 
6
Ehtiyat üsulu
 Yuxarıda qeyd edilən üsulların tətbiq edilməsi mümkün olmadıqda ÜTT-nin QATT 
Sazişinin prinsiplərinə uyğun olaraq digər vasitələrdən istifadə edərək malın gömrük dəyəri təyin 
olunur ki, buna da ehtiyat üsulu deyilir. 
Malın mənşə ölkəsinin təyin edilməsi 
İdxal-ixrac olunan mallara müxtəlif stimullaşdırıcı və məhsudlaşdırıcı tədbirlərin tətbiq edilməsi üçün 
malın hansı ölkəyə məxsus olmasını təyin etmək zəruridir. Bu məqsədlə də malın mənşə ölkəsi təyin 
edilir. Məsələn, Azərbaycanın mallarına ikitərəfli sazişə əsasən Rusiya ixrac zamanı gömrük rüsumu 
tətbiq olunmursa, bu halda Rusiya gömrük orqanları idxal olunan malların Azərbaycana məxsus olduğu 
haqqında dəlillərə malik olmalıdır. Belə olduqda Azərbaycanda Rusiyaya aparılan malın mənşə ölkəsi 
təyin edilir və mənşə sertifikatı verilir ki, bununla Rusiyanın gömrük orqanları istədikləri sübutu əldə 
etmiş olurlar və mala gömrük rüsumu tətbiq etmirlər. 
Ümumiyyətlə malların mənşə ölkəsi təyin edilməsi aşağıdakı məqsədlər üçün həyata keçirilir: 


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə