Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə44/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   40   41   42   43   44   45   46   47   ...   62

135
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
Azərbaycanda malların mənşə ölkəsinin təyini  və mənşə sertifikatının verilməsi fəaliyyətini qeyd 
edilən prinsiplər əsasında İqtisadi İnkişaf Nazirliyi yaninda Antiinhisar Siyasəti və İstehlakçıların 
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir.
 
Qanunvericiliyə əsasən malın mənşəyi o ölkə hesab olunur ki, mal ya tamamilə həmin ölkədə istehsal 
olunsun və ya müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qalsın
Bir ölkədə tam istehsal olunmuş mallara aşağıdakılar aid edilir: 
 
✓ onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı 
qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa)
 
✓ onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları
 
✓ orada doğulub və bəslənilmiş heyvanlar
 
✓  həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar
 
✓ orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları
 
✓ dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə 
ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları
 
✓ həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar
 
✓ həmin ölkəyə məxsus olan və ya onun icarəyə götürdüyü kosmik gəmilər vasitəsilə açıq kosmosda 
alınmış yüksək texnologiya məhsulları
Ə ər malın istehsalında iki və daha çox ölkə iştirak edirsə, malın mənşə ölkəsi kifayət qədər emal 
meyarına uyğun olaraq müəyyən olunur. Müəyyən bir ölkədə malların kifayət qədər emalının 
meyarları aşağıdakılardır:
 
✓ emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal 
mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi
 
✓ malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji 
əməliyyatların yerinə yetirilməsi
 
✓ advalor pay qaydası
1
—istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyərin göndərilən 
malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi
1
 Hazırda malın üzərinə gələn dəyər, advalor pay kimi 50 % +1 müəyyənləşdirib. Yəni, malın üzərinə bu qədər əlavə dəyər 
gəldikdə Azərbaycan mənşəli hesab olunur. 
Mallara aşağıdakı tarif 
preferensiyaların tətbiq
edilməsi üçün:
İkitərəfli və çoxtərəfli sazişlə-
rə əsasən malların idxal rü-
sumun dan azad edilməsi və ya 
gü zəşt lərin  tətbiqi;
GSP və GSP + proqramları 
çərçi vəsində inkişaf etmiş öl-
kələrə id xal və s.
Mallara aşağıdakı 
məhdudiyyətlərin
 tətbiqi üçün:
Kvotaların tətbiqi;
Tarif kvotalarının tətbiqi;
Qadağaların tətbiqi;
Qoruyucu tədbirlərin, anti 
dempinq və mühafizə 
rüsumlarının tətbiqi və s.


136
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
Deməli, Azərbaycana gətirilərək burada emal olunan mallar o halda Azərbaycan mənşəli hesab olunacaq 
ki, ya həmin malın əmtəə nomenklaturasındakı ilk 4 rəqəm səviyyəsində (məsələn, təzə pomidor 
gətirilərkən mal mövqeyi 07 02 olduğu halda ondan hazırlanan tomatın mal mövqeyi 20 02 –dir ki, bu 
malın mənşəyinin dəyişməsi deməkdir) dəyişiklik olsun, ya da malın gətirilməsi zamanı mövcud olan 
dəyərinin üzərinə onun emalı nəticəsində 50 %-dən çox dəyər gəlsin (məsələn, 1000 manatlıq gətirilən 
xammalın emalı nəticəsində onun dəyəri 1550 Manata yüksəlsin). 
Mənşə ölkəsi təyin edilmiş mallara mənşə sertifikatı verilir ki, gömrük orqanları bu sertifikat əsasında 
mala müvafiq idxal rüsumun və digər tədbirləri tətbiq edirlər. Mənşə sertifikatının alınması proseduru 
haqqında müvafiq bölmədə məlumat verildiyindən burada təkrara yol vermirik. 
Gömrük nəzarəti 
Malların gömrük sərhədindən keçirilməsi zamanı onların tələb olunan sənədlərə məxsus olması, 
sənədlərdə göstərilən formada malların yerləşdirildiyini və tələblərə uyğun olduğunu müəyyənləşdirmək 
məqsədilə mallar gömrük rəsmiləşdirilməsindən sonra gömrük nəzarətindən keçirilir. Qanunvericiliyə 
əsasən gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirilirlər: 
 
✓ malların və nəqliyyat vasitələrinin yoxlanılması
 
✓ şəxsi yoxlama
 
✓ gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda 
sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən 
keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə) 
müşayiət olunmasının yoxlanılması
 
✓ gömrük auditi
 
✓ şəxslərin sorğu-sual edilməsi
 
✓ gömrük nəzarətindən keçməli olan mallara  və nəqliyyat vasitələrinə, onların yerləşdiyi ərazilərə 
və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə və 
binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi 
digər yerlərə gömrük baxışının keçirilməsi
 
✓ keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması
Göründüyü kimi gömrük nəzarətinin keçirilməsi zamanı malların yük bəyənməsində göstərildiyi kimi 
yüklənməsi, yüklənmiş mallara baxışın keçirilməsi, nəqliyyat vasitələrinin xüsusi nəzarət aparatlarından 
keçirilməsi, onlardan hər hansı şübhələr ortaya çıxdıqda malların boşaldılması, aktlaşdırılması, malın 
gömrük məntəqələrindən keçirilməsi və s. əsas fəaliyyətlərə daxildir. 
Dövlət Gömrük Komitəsinin strukturunda əsas idarələrdən biri Gömrük Nəzarəti Baş İdarəsidir ki, 
malların vahid pəncərə prinsipi ilə gömrük məntəqələrindən keçirilməsinə və gömrük yoxlamasına, 
eləcədə gömrük brokeri lisenziyasının verilməsinə və digər səlahiyyətlərə malikdir. 
Malın ixracının mərhələləri 
Bu bəndən etibarən malların Azərbaycandan ixracına dair daha praktiki məsələlər haqqında məlumat 
veriləcək. Belə ki, əvvəldə qeyd edildiyi kimi bu bölmədə avtomobil nəqliyyatı vasitəsilə Azərbaycan 
mənşəli malların ixrac rejimi altında ixrac olunması proseduraları mərhələlər üzrə şərh ediləcək. 
Malların avtomobil nəqliyyatı ilə ixracına dair mərhələləri aşağıdakı kimi təsnifləşdirmək olar: 
1.  İxrac marketinqinin aparılması və ixrac strategiyasının hazırlanması 
2.  İxrac sövdələşməsinin edilməsi və ixrac müqaviləsinin imzalanması.
3.  İxraca hazırlıq və zəruri sənədlərin hazırlanması. 
4.  Gömrük yük bəyannaməsinin doldurulması.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə