Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə45/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   41   42   43   44   45   46   47   48   ...   62

137
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
5.  İxrac olunan malların gömrük rəsmiləşdirilməsi.
6.  İxrac olunan mallara gömrük nəzarəti və gömrük məntəqələrindən keçidi.
Digər bölmələrdə ixrac marketinqi aparılması və ixrac strategiyasının hazırlanması, eləcədə ixrac 
sövdələşməsi və müqaviləsi əhatə olunduğundan burada onlar haqqında şərh verilməyəcək. Bu bölmədə 
əsasən ixraca dair prosedural məsələlər əhatə olunacaq.  
İxraca hazırlıq
İxraca hazırlıq mərhələsində aşağıdakı işlər yerinə yetirilir.
 
✓ Müqavilə əsasında məhsula sifarişin alınması və istehsalı
 
✓ İxrac üçün tələb olunan sənədlərin və sertifikatların əldə edilməsi
 
✓ İxracla bağlı digər hazırlıq işlərinin yerinə yetirilməsi
 
✓ Xarici ticarətin daha da liberallaşdırılmasına dair Prezidentin 609 saylı Fərmanına əsasən malların 
ixracı zamanı aşağıdakı sənədlər əldə olunmalı və gömrük orqanlarına təqdim olunmalıdır: 
 
✓ hüquqi şəxsin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu 
 
✓ xarici şəxslərlə bağlanmış müqavilə
 
✓ ixrac olunan malların mənşəyi haqqında sənədlər
 
✓ ixrac olunan malların haqqının qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə müvəkkil 
bankın sənədi 
 
✓ 609 saylı Fərmanda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadi İnkişaf 
Nazirliyinin müsbət rəyi 
 
✓ gömrük yük bəyannaməsi 
 
✓ Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarına 
keyfiyyət sertifikatı
 
✓ 609 saylı Fərmanda nəzərdə tutulan hallarda dövlət müəssisələrinin və ya əmlakında dövlətin 
payı 50%-dən yuxarı olan digər müəssisə tərəfindən bağlanmış müqavilənin İqtisadi İnkişaf 
Nazirliyində qeydiyyatdan keçməsinin təsdiq edən sənəd
Yuxarıdakı sənədlərdən birincisi ilk dəfə mal ixrac edən müəssisədən tələb olunur ki, bu sənəd Dövlət 
Statistika Komitəsi tərəfindən verilir. Nazirlər Kabinetinin sərəncamı və aidiyyəti nazirliklərin rəyi isə 
609 saylı Fərmanda göstərilmiş qaydada həmin sənədin 1 və 2 saylı əlavəsindəki məhsullar üçün verilir 
(Əlavə 7-1 və Əlavə 7-2). 
Qanunvericiliyə əsasən Azərbaycandan malların ixracı yalnız onların dəyərinin ixracatçıya qabaqcadan 
ödənilməsi və ödəmə ilə bağlı sənədin təqdim olunması, yaxud geri çağırılmayan akkreditiv açılması və 
ya birinci dərəcəli bankların zəmanəti olduqda icazə verilir. Buna görə gömrük orqanına 3 haldan (nağd 
ödəniş, akkreditiv və bankın zəmanəti) biri haqqında müvafiq sənəd təqdim edilməlidir. Akkreditivin 
açılması qaydaları digər bölmədə əks olunduğundan burada ona geniş yer vermirik. Birinci dərəcəli 
bankların zəmanətinə gəldikdə isə onu qeyd edək ki, bu beynəlxalq kredit reytinqi agentliklərinin 
məlumatına əsasən Milli Bank tərəfindən birinci dərəcəli təyin edilmiş bank tərəfindən verilir. 
İxracla bağlı əldə olunan sertifikatlara gəldikdə isə bu haqda müvafiq bölmədə geniş məlumat veriləcək. 
Lakin, burada onu qeyd edək ki, yuxarıdakı siyahıda malların ixracı ilə bağlı mənşə və keyfiyyət 
sertifikatının əldə edilməsi göstərilsə də, bu sertifikatların əldə edilməsinə qədər digərlərinin də 
alınması tələb olunur. Odur ki, sertifikatların sayı ixrac edilən ölkədən və məhsulun növündən asılı 
olaraq dəyişir. Ümumilikdə ixracla bağlı aşağıdakı sertifikatların əldə edilməsi lazımdır. 


138
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
Sertifikatın adı
Aid olduğu 
məhsul növü
Sertifikatı verən orqan
AB-nə 
ixrac 
zamanı
Digər ölkələr 
ixrac zamanı
Mənşə sertifikatı
Bütün 
məhsullar
İqtisadi İnkişaf Nazirliyi ya-
ninda Antiinhisar Siyasəti və 
İstehlakçıların Hüquqlarının 
Müdafiəsi Dövlət Xidməti
+
+
Keyfiyyət 
sertifikatı
AB-nə ixrac 
olan yeyinti 
məhsulları
İqtisadi İnkişaf Nazirliyi ya-
ninda Antiinhisar Siyasəti və 
İstehlakçıların Hüquqlarının 
Müdafiəsi Dövlət Xidməti
+
-
Baytarlıq 
şəhadətnaməsi
Diri heyvan, 
kəsilmiş ət və 
ət məhsulları
Dövlət Baytarlıq Xidməti
+
+
Gigiyenik 
sertifikat
Bütün 
məhsullar
Səhiyyə Nazirliyinin 
Gigiyena və Epidemioloji 
Mərkəzi
+
+
Fitosanitar 
sertifikat
Bitki və bitki 
məhsulları
Fitosanitar Nəzarət üzrə 
Dövlət Xidməti
+
+
Uyğunluq 
sertifikatı.
Bütün
Standartlaşdırma, 
Metrologiya və Patent üzrə 
Dövlət Komitəsi
+
+
Yuxarıdakı cədvəldən göründüyü kimi, ixrac üçün mənşə və keyfiyyət sertifikatın əldə edilməsinə 
qədər digər sertifikatlar (məhsulun növündən asılı olaraq baytarlıq, fitosanitar, gigiyenik və uyğunluq) 
da müvafiq dövlət orqanlarından alınmalıdır. Sertifikatların alınması üçün tələb olunan sənədlər və 
sertifikatlaşdırma prosesləri haqqında “sertifikatlaşdırma və qablaşdırma” bölməsində geniş məlumat 
verildiyindən burada onların yenidən şərh etmirik. 
Yuxarıda qeyd olunan sənədlərlə yanaşı malların avtomobil 
nəqliyyatı ilə ixracı zamanı aşağıdakı sənədlərin də gömrük 
orqanlarına təqdim olunması lazımdır: 
TIR karnet
 Bu malların avtomobil nəqliyyatı ilə daşınması 
zamanı nəqliyyatın təhlükəsizliyini və hər hansı risklərə qarşı 
sığortalandığını sübut edən və Beynəlxalq Yük Daşımalarına 
(BYD) dair 1975-ci il Konvensiyasına əsasən hazırlanan sənəddir. Daha doğrusu bu sənəd Azərbaycan 
Respublikasında malların yol nəqliyyat vasitələrində, nəqliyyat vasitələri qatarında və konteynerlərdə 
aralıq yüklənməsi həyata keçirilmədən, Razılığa gələn tərəflərdən birinin göndərən gömrük 
orqanlarından bir və ya bir neçə sərhəd keçməklə digər Razılığa gələn tərəfin təyinat gömrük orqanına 
daşınmasına aiddir. Bu şərtlə ki, BYD daşımalarının başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi 
avtomobil nəqliyyatı ilə həyata keçirilir. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının gömrük 
ərazisində BYD əməliyyatı zamanı mallar aralıq gömrük orqanında (idxal zamanı giriş, tranzit zamanı 
giriş) gömrük ödənişlərinin ödənilməsindən və ya depozitə qoyulmasından azad edilir. Eləcədə, 
Azərbaycan Respublikasının gömrük ərazisində BYD əməliyyatı zamanı plomblanmış yol nəqliyyat 
vasitələrində, plomblanmış nəqliyyat vasitələri qatarında və ya plomblanmış konteynerlərdə daşınan 
TİR karnet yalnız malların 
yol nəqliyyat vasitələrində, 
nəqliyyat vasitələri qatarında 
və konteynerlərdə daşındığı 
halda tələb olunur.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə