Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə42/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   38   39   40   41   42   43   44   45   ...   62

131
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
İxrac olunan malların əksəriyyəti üçün bütün dünya ölkələrində olduğu kimi Azərbaycan da ixrac 
gömrük rüsumları nəzərdə tutulmayıb. Lakin, ölkədə mövcud olan xammalın ölkə daxilində istifadə 
olunmasını stimullaşdırmaq məqsədilə qara və əlvan metal qırıntıları və tullantıları üçün ixrac gömrük 
rüsumları nəzərdə tutulmuşdur. Spesifik növ olmaqla müəyyənləşdirilən bu rüsumlar Nazirlər 
Kabinetinin 2002-ci il 80 saylı qərarı ilə təsdiqlənmişdir ki, onlarında miqdarı 1000 kq qara və əlvan 
metal üçün 5-7 Dollardır. Ancaq Prezidentin 2001-ci il 457 nömrəli fərmanı ilə qara və əlvan metal 
qırıntılarının və tullantılarının ixracı qadağa olunduğundan bu rüsumların tətbiqi mümkün olmur. 
 Əlavə dəyər vergisi (ƏDV)
Azərbaycana idxal və ixrac olunan mallardan Əlavə dəyər vergisi (ƏDV) tutulur. Hazırda ƏDV-nin 
dərəcəsi 18 %-dir. ƏDV-nin tutulması üçün baza kimi malın gömrük dəyəri, aksiz vergisi, gömrük 
rüsumu, yığımı  və digər ödənişlərin məcmusu götürülür, yəni ƏDV həmin məbləğlərin cəminin 18 
% - olaraq tutulur.  Məsələn, 1000 manat gömrük dəyəri olan malın rüsumu 10 % olduqda, eləcədə 10 
manat yığım tutulduqda ƏDV aşağıdakı kimi hesablanır.
ƏDV  =  (1000+100+10)x                     =  199.8  AZN
Nazirlər Kabinetinin 2005-ci il 11 saylı qərarına və Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən bəzi 
məhsullar idxal olunan zaman ƏDV-dən azad edilib. 
 
Gömrük rəsmiləşdirilməsinə görə alınan yığımlar
 Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən idxal-
ixrac olunan mallar gömrük rəsmiləşdirilməsindən (malın müəyyən rejimdə sərhəddən keçirilməsi 
üçün zəruri sənədlər təqdim edilməsi və gömrük orqanları tərəfindən baxılaraq icazə verilməsi) 
keçərkən gömrük orqanlarının rəsmiləşdirmə xidmətinin müqabilinə yığım tutulur. Yığımların miqdarı 
aşağıdakı kimidir: 
Azərbaycanda əksər hallarda ixrac zamanı malın gömrük dəyəri kimi faktura dəyəri götürülür.
Gömrük rəsmiləşdirilməsinə görə yığımlar
Məbləğ
1.  Gömrük rəsmiləşdirilməsi yığımları (idxal və ixrac)

Gömrük dəyəri 1000 Manata qədər olduqda 
10 manat

Gömrük dəyəri 1001 Manatdan 10000 Manata qədər 
olduqda 
50 manat

Gömrük dəyəri 10001 Manatdan 100000 Manata qədər 
olduqda
100 manat

Gömrük dəyəri 100001 Manatdan yuxarı olduqda 
275 manat
2.  Aşağıdakıların gömrük rəsmiləşdirilməsi zamanı hər bir yük 
gömrük bəyannaməsi üçün:

Mənfəət karbohidrogenlərinin neft kəmərləri vasitəsilə ilk 
ixracı 

Dövlət zəmanətli kreditlərlə alınmış uçuş aparatlarının idxalı 

Pasport və şəxsiyyət vəsiqəsi blankları 

İxrac məqsədli neft – qaz fəaliyyəti ilə bağlı avadanlıq və 
materialların ixracı. 
275 manat
18
100


132
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
Gömrük rəsmiləşdirilməsinə görə yığımlar
Məbləğ
3.  Tranzit gömrük rejimi altında keçirilən malların gömrük 
rəsmiləşdirilməsinə görə 
30 manat
4.  Hər əlavə tranzit yük bəyannamələri üçün gömrük yığımı
10 manat
5.  Gömrük rəsmiləşdirilməsinə görə yığım (iş vaxtından kənar 
vaxtlarda və iş yerindən kənarda)
İki qat gömrük yığımı 
6.  Gömrük bəyannamələrinin hər əlavə vərəqinə görə 
10 manat
7.  Nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə 
verilməsinə görə (yük və minik avtomobilləri, mikroavtobus 
və avtobuslar)
20 manat
8.  Digər nəqliyyat vasitələri üçün
15 manat
Aşağıdakı hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədini 
keçərkən gömrük yığımına cəlb olunmurlar. 
 
✓ Qrant haqqında müqaviləyə (qərara) əsasən qrant kimi alınan maddi yardımlar
 
✓ Humanitar yardımlar
 
✓ Texniki yardımlar
 
✓ Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların 
heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallar və nəqliyyat vasitələr
 
✓ Elektrik enerjisinin qarşılıqlı ötürülməsi
 
✓ Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi 
dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kq-dan artıq olmayan mallar
 
✓ istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, beynəlxalq poçt göndərişlərində 
ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kq-dan artıq olmayan mallar
 
✓ qeyri rezident fiziki şəxslər (şəxsiyyəti təsdiq edən sənəddə iki təqvim ilindən yuxarı xarici ölkədə 
yaşadığı barədə müvafiq qeydlər olduqda) daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasından 
keçib gedərkən) 20.000 ABŞ dollarına ekvivalent dəyər həcmində ailə üçün zəruri olan məişət 
əşyalarını özləri ilə gömrük sərhədindən keçərək, gömrük orqanlarına bəyan etməklə, müşayiət 
olunan baqajla və ya müşayiət olunmayan baqajla gətirildikdə (aparıldıqda)
 
✓ zəruri ehtiyacların ödənilməsi üçün şəxsi əşyalar gömrük qaydalarına əməl etməklə, müvəqqəti 
olaraq gətirildikdə (aparıldıqda)
 
✓ açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş malları (gətirilməsi və aparılması qadağan edilmiş 
mallardan başqa) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə
 
Gömrük qiymətləndirilməsi 
İdxal və ixrac olunan mallardan gömrük rüsumları tutumaq məqsədilə malın gömrük dəyərini təyin 
edirlər. Çünki, malın gömrük dəyəri onun idxalçı ilə ixracatçı arasında bağlanmış müqavilədə göstərilən 
faktura dəyərindən əlavə malın daşınmasına, sığortasına, saxlanmasına, bir sözlə malın alıcıya gəlib 
çatmasına qədər ortaya çıxan bütün xərclər də daxil olmaqla müəyyənləşdirilir. Məsələn, malın idxalı 
zamanı onun faktura dəyəri 10.000 AZN olduğu halda, gömrük dəyəri 11000 AZN ola bilər və rüsum 
da bu məbləğdən tutulur. Qanunvericiliyə əsasən malın gömrük dəyərini mal gətirən gömrük dəyəri 
bəyannaməsini doldurmaqla gömrük orqanlarına göstərir. Ancaq bəyannaməçi tərəfindən bəyan 
edilmiş malın gömrük dəyərinin təyin edilməsinin düzgünlüyünü təsdiq edən məlumat yoxdursa, yaxud 
bəyannaməçinin təqdim etdiyi sənədlərin düzgün olmadığına əsas varsa, bu zaman sərhəd gömrük 
orqanı onda olan məlumatlar (o cümlədən eyni və eynicinsli malların qiymət barədə məlumatlar) 


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə