Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə39/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

123
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
Gömrük anbarlarında saxlanc 
– Xarici mallar gömrük anbarı xüsusi gömrük proseduru altında 
gömrük orqanlarının nəzarəti ilə yerləşdirilə və saxlanıla bilər. Gömrük anbarı yalnız Gömrük orqanları 
tərəfindən müvafiq lisenziya aldıqdan sonra fəaliyyət göstərə bilər. Gömrük anbarı istənilən şəxs 
tərəfindən istifadə edilə bilən açıq tipli və ya müəyyən malların saxlanılması üçün nəzərdə tutulan 
qapalı tipli ola bilər. Gömrük orqanlarının icazəsi ilə gömrük anbarında daxili mallar yerləşdirilə və 
ya malların daxildə emal və ya son istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilərək, həmin 
prosedurlar üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq emal edilə bilər. Gömrük anbarında mallar 3 il 
müddətində saxlanıla bilər. Bu müddət ərzində mallar başqa gömrük proseduru altında yerləşdirilmək 
üçün bəyan edilir.
5
Sərbəst zona 
- gömrük ərazisində qapalı zona deməkdir, hansına giriş və çıxış gömrük nəzarəti 
altında həyata keçirilir. Sərbəst zonada mallarının yerləşdirilməsi, gömrük orqanlarının icazəsi ilə 
həyata keçirilir. Daxili mallar sərbəst zonaya gətirilə, orada saxlanıla, daşına, istifadə və emal oluna, habelə 
istehlak edilə bilərlər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş 
hesab edilmir. Xarici mallar sərbəst zonada olduğu müddətdə sərbəst dövriyyə üçün buraxılış gömrük 
proseduru, daxildə emal, müvəqqəti idxal və ya son istifadə xüsusi gömrük prosedurları altında 
yerləşdirilə bilər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş 
hesab edilmir. Bu rejim altında gətirilən və Azərbaycandan yerləşdirilən mallar sadələşdirilmiş gömrük 
rəsmiləşdirilməsindən keçirilməklə, yığım və ƏDV ödənilməklə satıla və digər əməliyyatlar keçirilə bilər. 
Gömrük orqanlarının icazəsi əsasında sərbəst zonaya gətirilmiş mallarla adi əməliyyatlar, o cümlədən 
onların qorunması, qablaşdırılması, keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə qablaşdırma yerlərinin 
qruplaşdırılması, çeşidlənməsi, markalanması və yenidən qablaşdırılması həyata keçirilə bilər. Sərbəst 
zonada malların saxlanması müddətlə məhdudlaşdırılmır. 
6
Xüsusi istifadə (müvəqqəti idxal və son istifadə)
 – təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar 
müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan gömrük rüsumlarından və vergilərdən 
tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük 
ərazisində istifadə olunur. Qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq mallar gömrük 
rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və aksizlərdən 
də azad edilirlər. Müvəqqəti idxal xüsusi gömrük prosedurundan qanunvericilikdə müəyyən edilmiş 
qaydada yalnız mallardan hər hansı başqa dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda, müvəqqəti 
idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildiyi zaman, onların 
eyniləşdirilməsini təmin etmək mümkün olduqda və prosedur sahibi gömrük ərazisindən kənarda təsis 
edildikdə istifadə olunur. Bir qayda olaraq, mallar eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında 
müvəqqəti idxal proseduru altında 24 aya yerləşdirilə bilər. 
Son istifadə xüsusi gömrük proseduru
 altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun 
olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Bu zaman 
həmin mallar gömrük nəzarəti altında qalır. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş 
mallar gömrük rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün istifadə olunduqda, mallar 
ixrac və ya məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda, mallardan gömrük 
rüsumlarından və vergilərdən azad olunmanın məqsədləri üçün istifadə edilmədiyi aşkar olunduqda 
və bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə, 
mallar gömrük idxal rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük 
ərazisində fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında satıldıqda həmin mallar üzərində gömrük 
nəzarəti bitir.


124
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
7
Daxildə emal
 - daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilən xarici mallar emal üçün 
Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti idxal edilir. Daxili emal proseduru altında 
yerləşdirilən mallar iqtisadi siyasət tədbirləri tətbiq edilmədən və idxal gömrük rüsumları və vergilər 
tutulmadan, xarici malların Azərbaycan Respublikası gömrük ərazisində müəyyən olunmuş qaydada 
bir və ya bir neçə emal əməliyyatında istifadə olunmasından ibarət gömrük rejimidir. Daxildə emal 
Gömrük orqanlarının verdiyi icazə əsasında həyata keçirilir. Daxildə emal xüsusi gömrük prosedurunun 
başa çatma müddəti malların prosedur altında yerləşdirildiyi tarixdən başlayır və 2 il müddətinədək 
davam edə bilər.
Xaricdə emal
  - Azərbaycan Respublikasının gömrük ərazisində sərbəst dövriyyədə olan mallarla 
emal əməliyyatlarının aparılması məqsədi ilə onların gömrük ərazisindən müvəqqəti aparılması və 
sonradan idxal gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla geri 
qaytarılmasından ibarət xüsusi gömrük proseduru.
Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən 
müvəqqəti ixrac edilir. Bu mallardan emal edilən emal məhsulları müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən 
azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal 
olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini 
müəyyən edir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal edildikdə, 
idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 
tamamilə və ya qismən azad olunurlar. Prosedur sahibin əsaslandırılmış müraciəti olduqda, bu müddət 
növbəti 1(bir) ilədək uzadılır. Prezidentin “Xarici ticarətin daha da liberallaşdırılması haqqında” 609 
saylı Fərmanına əsasən malların əlavə olaraq aşağıdakı ixrac əməliyyatları müəyyənləşdirilir: 
Kreditə ixrac
 - faktiki malların ixracından sonra haqqı müəyyən şərtlərlə və hər hansı müddət ərzində 
ödənilən malların ixracın nəzərdə tutur.
Konsiqnasiya yolu ilə ixrac
 - xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından 
kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur. Konsiqnasiya ticarəti 
üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər 
müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq 
ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən 
müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır.  Dövlət müəssisələri 
tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində 
qeydiyyatdan keçirilməklə aparılır.
Sərhədyanı ticarət
 - Sərhədyanı ticarət, müstəsna olaraq müvafiq sərhədyanı ərazi çərçivəsində istehsal 
olunan, eləcə də müvafiq sərhədyanı ərazi çərçivəsində istehlakı nəzərdə tutulan mallara münasibətdə 
yerli ehtiyacların ödənilməsi üçün Azərbaycan Respublikasının sərhədyanı ərazisində daimi yaşayış 
yeri olan bütün şəxslər tərəfindən Azərbaycan Respublikasının həmhüdud dövlətlərlə beynəlxalq 
müqavilələrində müəyyən olunmuş müvafiq sərhədyanı ərazidə xarici şəxslərlə həyata keçirilə bilər. 
Sərhədyanı ərazilər və sərhədyanı ticarət qaydaları İqtisadi İnkişaf Nazirliyinin rəyi ilə Azərbaycan 
Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
 
Təkrar ixrac  (reeksport) əməliyyatları 
-
 
Təkrar ixrac əməliyyatları Azərbaycan Respublikasının gömrük 
ərazisinə daxil olan xarici mənşəli malların yenidən işlənmədən digər xarici ölkələrə ixrac əməliyyatlarını 
nəzərdə tutur. Təkrar ixrac əməliyyatları üzrə bağlanmış müqavilələr, Azərbaycan Respublikasının 
beynəlxalq öhdəliklərində tələb olunan hallarda İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə, 
digər hallarda isə gömrük orqanlarında bəyan edilməklə icra olunur. Sərbəst dövriyyəyə buraxılışından 
1 (bir) il  ərzində gömrük  ərazisindən təkrar ixrac olunan mallar müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi şərtlərə cavab verdikdə, həmin malların idxalı üçün ödənilmiş gömrük rüsumları və 
vergilər qaytarılır.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə