Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə35/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

108
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Malın çatdırılması şərtləri
Əlavə 5-1
INCOTERMS 2010
SATICI
İxrac Ölkəsi
Risklər
Xərclər
İdxal Ölkəsi
EXW
QARIŞIQ
FCA
QARIŞIQ
FAS
GƏMİ
FOB
GƏMİ
GFR
GƏMİ
CIF
GƏMİ
CPT
QARIŞIQ
CIP
QARIŞIQ
DAT
QARIŞIQ
DAP
QARIŞIQ
DDP
QARIŞIQ
İXRAC 
GÖMRÜYÜ
İDXAL 
GÖMRÜYÜ
ALICI
E QRUPU
F QRUPU
C QRUPU
D QRUPU
+ gömrük xərci (ixrac)
+ Sığorta
+ Sığorta
Gömrük xərcləri ödənilmədən (idxal gömrüyü)


MODUL VI 



111
İxrac  qiymətinin  müəyyənləşdirilməsi                     
MODUL VI. İXRAC QİYMƏTİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ                     
Dünya bazarlarında rəqabətin ildən-ilə artması, şirkətlərin marketinq alətlərindən biri olan qiymət 
faktorun əhəmiyyətini daha da artırır. Dəqiq hazırlanmış marketinq siyasəti və marketinq planı 
olmadan beynəlxalq bazarlarda məhsul və xidmətlər satmaq demək olar ki, mümkün deyil. Belə bir 
siyasətin və planın hazırlanması üçün hər şeydən əvvəl beynəlxalq bazarın araşdırılması və marketinq 
kompleksinin hazırlanması tələb olunur. Müxtəlif bazarlarda qiymətlərin müəyyənləşdirilməsi üçün 
müxtəlif amillərin nəzərə alınması vacibdir. Qiymət tələbata və satışa təsir edən əsas amillərdən biridir. 
Məhsul və ya xidmətlərini ixrac etmək və xarici bazarlarda müvəffəqiyyət qazanmaq istəyən iş adamı öz 
qiymət siyasətini düzgün müəyyənləşdirməlidir. Xarici bazarlar üçün qiymətin müəyyənləşdirilməsi 
zamanı həmin bazarda analoji məhsulların qiyməti, tələbat, rəqabət mühiti və s. faktorların öyrənilməsi 
və nəzərə alınması vacibidir. İxrac məhsullarının qiymətlərinə təsir edən amillər diqqətlə öyrənilməli və 
qiymət siyasəti düzgün müəyyənləşdirilməlidir. Əks təqdirdə şirkətin həmin bazarlarda uğur qazanması 
və istədiyi gəliri əldə etməsi demək olar ki, mümkün deyil.
Qiymət siyasəti
Xarici bazarlarda qiymət siyasətinin müəyyənləşdirilməsinə təsir edən əsas amillər aşağıdakılardır:
 
✓ Hədəf bazarında qiymətin rolu
 
✓ Qiymətin hesablanması metodu
 
✓ Yeni məhsullar üzrə qiymət siyasəti
 
✓ Müxtəlif bazarlarda eyni və ya müxtəlif qiymətlər
 
✓ Qiymətin məhsulun həyat dövrünə uyğunlaşdırılması
 
✓ Qiymət üzrə məhdudiyyətlər və s.
Qiymət siyasətini müəyyənləşdirərkən ixracatçı əsas iki yanaşmadan birini seçə bilər:
 
✓ aktiv qiymət yanaşması
 
✓ passiv qiymət yanaşması
 
Aktiv qiymət yanaşması
 – burada şirkət marketinqin əsas alətlərindən biri olan qiymətdən aktiv alət 
kimi istifadə etməklə hədəf bazarında qarşısına qoyduğu hədəflərə nail olmağa çalışır. Bu yanaşmada 
hədəf bazarlarının monitorinqi və bazardakı dəyişikliklərə çevik cavab vermək imkanlarından istifadə 
edilməli, şirkətin qiymət siyasəti hədəf bazarının tələblərinə uyğunlaşdırılmalıdır.
Passiv qiymət yanaşması
 – bu yanaşmadan daha çox əsas satış bazarı daxili bazar olan və məhsulunu 
yalnız ixrac etməklə kifayətlənən şirkətlər istifadə edirlər. Onlar hədəf bazarındakı biznes mühitindən 
əsasən xəbərsiz olur və xarici bazar üçün qiymətlərin müəyyənləşdirilməsi şirkətin xarici tərəfdaşlarının 
üzərinə düşür
Qiymət Beynəlxalq Ticarətin əsas elementlərindən biri olaraq aşağıdakı məsələlərlə birbaşa əlaqədədir:
 
✓ Düzgün kəmiyyət (miqdar) (kəmiyyət artdıqca qiymət enir)
 
✓ Düzgün müəyyənləşdirilmiş keyfiyyət (hədəf bazarının keyfiyyətə tələbi)
 
✓ Düzgün vaxt (hansı hədəf bazarına və nə vaxt girmək daha yaxşıdır)
 
✓ Düzgün xərclər və ya düzgün qiymət (qiymətin müəyyənləşdirilməsində xərclərin rolu və seçilən 
metodologiya)


112
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
İxrac qiymətinin müəyyənləşdirilməsi                     
Qiymətin marketinq aləti kimi əsas məqsədləri aşağıdakılardır: 
 
✓ Bazar payının qorunması və ya artırılması
 
✓ Qiymətin rəqiblərlə müqayisə edilməsi
 
✓ Rəqabətə davamlı olmaq
 
✓ Nəzərdə tutulan gəlirlərə nail olmaq və ya gəlirləri artırmaq
 
✓ İstehsal gücündən tam istifadə etmək
 
✓ Yüksək keyfiyyət imicini yaratmaq
 
✓ Biznesin davamlılığına nail olmaq
 
✓ Bütün yuxarıda sadalananlar düzgün qiymətin müəyyənləşdirilməsi üçün zəmin yaradır
İxrac qiymətləri çevik olmalıdır!
Düzgün qiymət nə deməkdir?
Qiymətin müəyyənləşdirilməsinə bir sıra amillər təsir edir. Bu amillərin bəzilərinə nəzarət etmək 
mümkündür və bu amillər daxili amillər adlanır. Nəzarət altında olmayan amillərə isə xarici amillər 
deyilir. 
Daxili amillər (nəzarət edilə bilən amillər)
Məhsulun maya dəyəri
Buraya məhsulun istehsalı və qablaşdırılması xərcləri də daxildir (xammal, işçi qüvvəsi, icarə, idarəetmə 
və inzibati xərclər)
Satış və çatdırma xərcləri
Beynəlxalq ticarətdə nəqliyyat və çatdırma xərcləri mühüm rol oynayır. Malların ixrac edilməsi zamanı 
bu xərclərin düzgün anlaşılması vacibdir.
Malların keyfiyyəti
Unikal və ya nadir məhsullar daha baha qiymətə satıla bilər.
Marketinq xərcləri
İnkişaf etmiş bazarlarda mal satmaq üçün bazara irəliləmə xərcləri nəzərə alınmalıdır.
Məhsulun tanınması və imici
Reklam və digər məlumatlar məhsulun cəlbediciliyini və tələbatını artıra bilər.
Xarici amillər (nəzarət altında olmayan amillər)
Hədəf bazarında qəbul olunmuş qiymətlər
Bəzi hallarda hədəf bazarlarında qiymət mövcud olan analoji məhsulların qiyməti ilə müəyyən olunur.  
 
Tələb və təklif
Bu hədəf bazarında məhsula olan tələbatla müəyyənləşdirilir. Məsələn mövsümi xarakter daşıyan meyvə 
və tərəvəz və s. 


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə