Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə34/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   30   31   32   33   34   35   36   37   ...   62

105
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Malın çatdırılması şərtləri
Y A D D A   S A X L A Y I N ! 
ÖHDƏLİKLƏRİN DƏYİŞİLMƏSİ:
E
 qrupu:
EXW 
– Ex Works Departure
 
✓ Satıcının öhdəlikləri - malı, müqavilə şərtlərinə uyğun olaraq təqdim etməli, lazımi lisenziyaların 
və icazələrin alınmasında yardım etməli. Başqa öhdəliklər yoxdur
 
✓ Mal göndərilənədək onun məhvi, zədələnməsi ilə bağlı risklər satıcının üzərinə düşür
 
✓ Alıcı malın dəyərini ödəməli və bütün daşınma və sığorta xərclərini və risklərini daşımalıdır
F
 qrupu:
FCA,FAS,FOB
“E”
 qrupu
Satıcının öhtəliklərini minimuma
endirir.
“F”
 qrupu
“C”
 qrupu
“D”
 qrupu
Alıcının öhdəliklərini minimuma endirir 
Mal
Risk
Xərclər
... dan daşınma                  Əsas daşınma                   ... sonra daşınma
Mal
Risk
Xərclər
... dan daşınma                  Əsas daşınma                   ... sonra daşınma


106
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Malın çatdırılması şərtləri
FCA- ixrac üçün gömrük vergi və rüsumları ödənilmiş, mal alıcının göstərdiyi yerdə, onun təyin 
etdiyi daşıyıcıya təhvil verir
FAS- mal göstərilmiş yüklənmə limanında gəminin göyərtəsi boyunca düzüldükdən sonra malın 
satıcı tərəfindən göndərildiyini bildirir
FOB- mal gəminin tutacağından göyərtəsinə ötürüldükdən sonra onun satıcı tərəfindən 
göndərildiyi bildirilir
Misal: Azərbaycan (satıcı) pambıqtəmizləmə zavodu ilə Bolqarıstan firması arasında xammal pambığın 
çatdırılması barədə müqavilə bağlamışdır. Çatdırmanın şərti: FAS (İnkoterms-2010).  Müqavilədə  satıcının 
məhsulu alıcıya harada verdiyi yer göstərilmişdir. (Gürcüstan, Poti limanı). Razılaşmada itirilmiş gəlirlərə, 
yaxud dəymiş ziyana görə də cərimələr nəzərdə tutulmuşdur.
Bolqarıstan firması öz növbəsində Bolqariyanın pambıq – parçalar kombinatları ilə xammal çatdırmaq 
barədə müqavilələr bağlamışdır. Məhsul satıcı tərəfdən təbii fəlakətlərdən sığorta edilibdir. Gürcüstan 
ərazisindən keçərkən yük ilə dolu nəqliyyat selə düşür və mal batır.
Vəziyyəti şərh edərkən görürük ki, satıcı təyin olunmuş yerə malı çatdıra bilməyib (Poti limanı). Bu halda 
satıcı təcili yeni bir partiya pambığı limana göndərməlidir. Eyni zamanda, o, nəzərdə tutmalıdır ki, gecikməyə 
görə cərimə ödəməlidir və Bolqar tərəfi itirilmiş gəlirlərə görə, yaxud dəymiş ziyana görə məhkəmə qarşısında 
iddia qaldıra bilər. Satıcı öz növbəsində əgər sənədləşmənin düzgün aparmışdısa, itirilmiş mala görə sığorta 
şirkətindən təzminat ala bilər. 

qrupu:
CFR, CIF, CPT, CIP
CFR- yüklənmə limanında gəminin tutacağından göyərtəsinə ötürüldükdən sonra. Satıcı malın 
təyinat limanına çatdırılması üçün zəruri olan bütün xərcləri və fraxtı ödəməlidir. Lakin, mal 
göndərildiyi andan etibarən onun məhvi (zədələnməsi) və digər hadisələr nəticəsində başverən 
xərclər alıcının üzərinə keçir.
CIF- satıcı həmçinin sığorta müqaviləsini minimal məbləğə bağlayır.
CPT- satıcı malı özü təyin etdiyi daşıyıcıya (dəmir ya avtomobil yolları, dəniz ya hava yolları ilə). 
Mal göndərilikdən sonra bütün risklər alıcıya keçir.
CIP- mal əlavə sığortalanır
Misal: Papua Yeni Qvineya-dan olan “P” şirkəti və Azərbaycan firması “A”,   CİF şərti ilə müqavilə imzaladılar. 
Buna əsasən, “P” xüsusi, papua ətirli şərab məhsullarının satıcısı kimi çıxış edir, “A” şirkəti isə alıcıdır. Məhsul 
təbii fəlakətlərdən sığorta olunub. “P” şirkəti «T» ekspeditor şirkəti ilə müqavilə bağlayıb. Bu müqaviləyə 
əsasən Papuadan Azərbaycana məhsul daşınacaq. 
Mal
Risk
Xərclər
... dan daşınma                  Əsas daşınma                  ... sonra daşınma


107
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Malın çatdırılması şərtləri
Kontinentdə məhsulu gəmidən avtonəqliyyata yüklədilər və bu zaman malın düzgün  qablaşdırılma 
aparılmadığından məhsulun bir hissəsi sındı. Yolda  məhsul daşıyanın diqqətsizliyi ucbatından malın daha 
bir hissəsi isə oğurlandı.
Vəziyyəti şərh edərkən aydın olur ki, CİF şərtlərinə görə satıcı malı Papuadan göndərəndən sonra öz 
öhdəliklərini yerinə yetirmiş sayılır və bütün mümkün risklər və xərclər alıcının üzərinə keçir. Eyni zamanda 
malın bir qismi düzgün qablaşdırılmadığından sındığından satıcının səhvidir, çünki hər bir halda satıcı 
yükün fiziki bütövlüyünü təmin etməlidir. Bu səbəbdən satıcı alıcının tələbi ilə ya çatışmayan hissəni yenidən 
göndərməlidir, yaxud onun əvəzinə təzminat ödəməlidir. Oğurlanan mallara görə isə satıcı məsuliyyət daşımır. 
Alıcı isə oğurlanan mallara görə nə sığorta şirkətindən təzminat ala biləcək, nə də ki, nəqliyyat şirkətini 
məhkəməyə verə biləcək. Belə ki, nəqliyyat şirkəti ilə müqaviləni satıcı tərəf bağlamışdır. 

qrupu:
DAT, DAP, DDP
DDP - “Rüsum ödənilərək çatdırılmışdır” termini – satıcının idxal üzrə gömrük vergi və rüsumları 
ödənilərək malı alıcının ölkəsində təyinat yerində alıcıya verilməsi.
Misal: Azərbaycan şirkəti “D” şərtləri əsasında Rusiyaya tərəvəz  ixrac etmək məqsədi ilə müqavilə imzaladı.  
Azərbaycan şirkəti Rusiyaya məhsulun çatdırılması ilə bağlı nəqliyyat şirkəti ilə müqavilə bağladı və iki maşın 
tərəvəz yüklədi. Çeçenistanda terror hadisəsi nəticəsində, yük maşının biri təsadüfən məhv oldu.   
Vəziyyəti şərh edərkən biz görürük ki, malın çatdırılması şərtlərinə əsasən Azərbaycan tərəfi təcili bir maşın 
tərəvəz Rusiyaya göndərməlidir. İtirilmiş məhsula görə sığorta şirkətindən təzminat yalnız o halda almaq olar 
ki, yük terrorist hücumlarına qarşı sığortalanıb və nəqliyyat şirkətinin heç bir günahı yoxdur.
Mal
Risk
Xərclər
... dan daşınma                  Əsas daşınma                  ... sonra daşınma
Mal
Risk
Xərclər
... dan daşınma                  Əsas daşınma                  ... sonra daşınma
DDP


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə