Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə33/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   29   30   31   32   33   34   35   36   ...   62

99
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq ticarətdə alqı-satqı müqavilələri
Cərimə sanksiyaları və itirilmiş gəlirin (itkilərin) ödənilməsi
 
✓ Maksimal cərimələr adətən vaxtında çatdırılmamış malın qiymətinin 8-10% təşkil edir
 
✓ Kontraktda cərimə sanksiyaların qeyd edilməsi, itirilmiş gəlirin və ya itkilərin ödənilməsi barədə 
iddiaların irəli sürülməsinə maneələr törətmir
 
✓ Adətən cərimələr təchizatın ləngiməsi ilə bağlı böyüyür. Ödənişin ləngiməsi ilə bağlı da cərimələr 
nəzərdə tutulur
Diqqət!
Eyni zamanda müqavilənin şərtləri pozulanda tərəflər ya bəzi itkilərlə rastlaşırlar, yaxud gözlənilən 
gəlirdən məhrum olurlar və bununla əlaqədar gələcəkdə məhkəməyə müraciət edirlər.  Bu səbəbdən adətən 
ixracatçılar müqavilədə dolayı itkilərin ödənilməməsini göstərən maddəni daxil etməyə çalışırlar.
Sığortalama
Müqavilədə göstərilməlidir sığortanın predmeti, risklərin siyahısı və kimin xeyrinə mal sığortalanır. 
Adətən bu bənd İnkoterms-də qeyd olunan malın çatdırılma şərtləri ilə uyğunlaşdırılır. 
Diqqət!
Unutmayın ki, əgər alıcı tərəfindən xüsusi tələblər irəli sürülmürsə satıcı çalışır malı minimal məbləğdə 
sığortalamaq (“A” bəndi ilə). Bu isə yalnız təbii fəlakətləri nəzərdə tutur.
Diqqət!
Sığorta müqaviləsi imzalanarkən sığorta şirkətinin tələbləri ilə tanış olmaq lazımdır. Sığorta hadisəsi baş 
versə hansı müddətdə, hansı xəbərdarlıqlar və kimlərə göndərilməli və hansı addımlar atılmalıdır. Eyni 
zamanda malı göndərərkən nəqliyyat şirkətinə bu məlumatlar mütləq çatdırılmalıdır. 
Fors-major 
Bu bənd kontraktın icra olunması müddətinin uzadılması və ya tam dayandırılması (tərəflərin öz 
öhdəliklərindən azad edilməsi) hallarını nəzərdə tutur.
Diqqət!
Fors-major halları mütləq neytral təşkilat tərəfindən qeydə alınmalı və təsdiq edilməlidir. 
  
Arbitraj
Tərəflər arasında yarana biləcək mümkün mübahisələrin həll edilməsi müddətləri və qaydaları göstərilir. 
 
✓ Bundan əlavə arbitraj xərcləri hansı tərəf və hansı məbləğdə ödəniləcəyi qeyd olunur 
 
✓ Adətən Arbitraj məhkəməsinin qərarları digər instansiyalarda təkrar baxışa çıxarılmır   
Diqqət!
Tərəflər mübahisələrin hansı ölkənin arbitraj məhkəməsində baxılacağına aydınlıq gətirirlər. Arbitrların 
seçilməsi və təyin edilməsi qaydası təsvir edilir, qərarların hansı müddətdə müəyyənləşdirilməsi qeyd edilir.  
Hansı tərəf və hansı qaydada arbitraj xərclərini ödəməsi də müəyyənləşdirilir. Adətən razılaşdırılır ki, 
arbitrajın nəticələri sonuncudur və məhkəmədə yenidən baxıla bilməz.



MODUL V 



103
Malın çatdırılması şərtləri
     MODUL V. MALIN ÇATDIRILMASI ŞƏRTLƏRİ
Malın Çatdırılması Şərtləri (Incoterms – 2010)
Müəssisə və şirkətlər öz fəaliyyətləri zamanı hansı risklərlə qarşılaşa biləcəyini yaxşı anlamalıdır ki, 
maliyyə itkiləri ilə üzləşməsinlər.
«Incoterms» abreviaturası ingilis dilindən tərcümədə «Beynəlxalq ticarət şərtləri» deməkdir. 
«Incoterms» ixracatçının malların göndərilməsi zamanı nəqliyyat və sığorta öhdəliklərini tənzimləyən 
beynəlxalq səviyyədə razılaşdırılmış ticarət şərtləridir. 
1936-cı ildə Beynəlxalq Ticarət Palatası beynəlxalq ticarətdə praktiki üsulları standartlaşdıran tövsiyələri 
qəbul etmişdir. 
2010-ci ildə «Incoterms»ə son əlavə və düzəlişlər edilmişdir. Hazırda «Incoterms» şərtləri  4 qrupa və 
11 ticarət bəndinə bölünür (Əlavə 5-1).
Xüsusiyyətlər üzrə qruplaşma:
E qrupu:
EXW – Ex Works Departure (…named plase)
İstehsal sahəsindən satış (…yeri göstərilməklə)
F qrupu:
 
Əsas daşınma xərclər ödənilmir
 
FCA – Free Carrier Main carriage unpaid 
Malın daşıyıcıya təslim edilməsi (… yeri göstərilməklə)
FAS – Free Alongside Ship (… named port of shipment).
Malın limanda təhvil verilməsi (…göndərilmə limanı göstərilməklə)
FOB Free on Board
Malın gəminin göyərtəsində  təhvil verilməsi (…göndərilmə limanı göstərilməklə)
C qrupu: Əsas daşınma xərcləri ödənilir
CFR – Cost and Freight. Main carriage paid (…named port of destination)
Dəyər və Daşınma xərci daxil (…çatdırılma limanı göstərilməklə
CIF – Cost, Insurance and Freight 
Dəyər, Sığorta və Daşınma xərcləri daxil (… çatdırılma limanı göstərilməklə)
CPT – Carriage Paid To (…named port of destination)
Daşınma xərci ödənilmişdir (… çatdırılma yeri göstərilməklə)
CIP – Carriage and Insurance Paid To
Daşınma xərci və sığorta ödənilmişdir (… çatdırılma yeri göstərilməklə)


104
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Malın çatdırılması şərtləri
D qrupu: Çatdırılma
DAT – Delivered At Terminal (…named place)
Terminala çatdırma (…adı və yeri göstərilməklə) 
DAP – Delivered AT Point (…named place)
Məntəqəyə çatdırma (…çatdırılma məntəqəsi göstərilməklə)
DDP – Delivered Duty Paid (…named port of destination).
Rüsumlar ödənilərək çatdırılma  (… çatdırılma yeri göstərilməklə)
Diqqət!
Bəzən tərəflər malın dəniz yolu ilə daşınması üçün istifadə olunan terminləri daşınmaların digər üsullarına 
səhvən tətbiq edirlər. 
CPT və CIP –şərtlərlə “adi nəqliyyat sənədləri”
CFR və CIF – “dəniz qaiməsi” olmalıdır
Diqqət!
Sərhəd deyərkən – həm satıcının, həm alıcının, yada hansısa ayrı ölkənin sərhədi ola bilər.
Mal ilə əlaqədar risklərin və xərclərin keçməsi
Satıcı malın göndərilməsi üzrə öhtəliklərini yerinə yetirdikdən sonra yükün itirilməsi (zədələnməsi) 
riski, habelə bunlarla əlaqədar yaranan xərclərin ödənilməsi öhdəliyi alıcının üzərinə keçir.
Diqqət!
Belə ki mal yalnız yükləndikdən, göndərildikdən (ikinci və üçüncü qrup terminlər) və təyinatı üzrə 
çatdırıldıqdan (dördüncü qrup) sonra alıcı üçün təyin olunmuş sayılır.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə