Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə37/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

116
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
İxrac qiymətinin müəyyənləşdirilməsi                     
Zərərsizlik nöqtəsinə əsasən qiymətqoyma
Zərərsizlik nöqtəsinə əsasən qiymətqoyma şirkətə alternativ qiymətlərin cəmindən əldə olunan 
gəlirlərin nəticələrini müqayisə etmək imkanı verir. 
Şirkət maksimum gəlirə nail olmaq üçün qiyməti satış həcminə görə müəyyənləşdirə bilər. Bizim 
misalda istehsala çəkilən sabit izafi xərclər 0,5 AZN təşkil edir.  Bu norma əsasında 10 min ədəd üçün 
izafi sabit xərclər (İX) 5000 AZN bərabər olacaq. Qiyməti (Q) bilmirik, istehsal üçün nəzərdə tutulan 
bir vahidə dəyişilən xərclər 3,0 AZN bərabərdir. Zərərsiz nöqtəsinin müəyyən edilməsi düsturundan 
istifadə edək və qiyməti hesablayaq.
10000 ədəd = 5000 Azn / (Q – 3 Azn)
Q = 3,5 Azn
Qeyd:
 Daxili bazarda çəkilən satış xərcləri bütün hallarda qiymətin müəyyən edilməsində nəzərə alınmır.
Bazara əsasən qiymətqoyma
Bazara əsasən qiymətqoymanın iki əsas üsulu vardır:
 
✓ Tələbata əsasən qiymətqoyma
 
✓ Rəqabətə əsasən qiymətqoyma
Tələbata əsasən qiymətqoyma
Bu üsul müştərilərin qəbul etdiyi dəyərin qiymətinə əsaslanır. Burada yüksək qiymət müştəri marağının 
yüksək olduğunu və aşağı qiymət müştəri marağının aşağı olduğunu göstərir.
Rəqabətə əsasən qiymətqoyma
Bu üsul rəqiblərin davranışlarının dəyişməsinə əsaslanır. Burada ixracatçılar qiymətlərini öz rəqiblərinə 
əsasən müəyyənləşdirir.
Bunun üçün əsas formalar aşağıdakılardır:
 
✓ Tariflərə uyğun qiymət 
– burada qiymət bazarın aparıcı şirkətləri tərəfindən müəyyənləşdirilir. 
 
✓ Təklif qiymətləri 
– şirkətlərin tenderlərdə qalib gəlmək üçün müəyyənləşdirdiyi qiymətləridir. 
Beynəlxalq ticarətdə istifadə olunan əsas qiymət növləri bunlardır:
 
✓ Bazis qiyməti 
– məhsulun növünün və keyfiyyətinin müəyyən edilməsi üçün istifadə olunur, alıcı 
və satıcı arasında danışıqlarda müəyyən olunur
 
✓ Alqı-satqı qiyməti 
– malların göndərilməsi şərtləri ilə müəyyən olunur (İncoterms);
 
✓ Dünya qiyməti
 – məhsulların növündən asılı olaraq müəyyənləşdirilir 
 
✓ Xammal 
– ixrac və ya idxal ölkələri tərəfindən müəyyənləşdirilən qiymət
 
✓ Aparıcı
 
dünya şirkətlərinin həmin mallar olan qiymətləri
 – birjalarda və ya auksionlarda 
müəyyənləşir
 
✓ Monopoliya qiyməti
 – bazardakı inhisarçılar tərəfindən müəyyənləşir
 
✓ Topdan satış qiyməti 
–  böyük kəmiyyətdə satılan malların qiymətlərini əks etdirir, müxtəlif 
mənbələrdə dərc olunur
 
✓ Pərakəndə satış qiyməti
 – kiçik həcmli satışlar üçün müəyyən olunur


117
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
İxrac  qiymətinin  müəyyənləşdirilməsi                     
Əsas qiymət strategiyaları:
 
✓ “Qaymaq yığma” strategiyası
 – əsasən təbii və süni inhisarçılar tərəfindən bu və ya digər 
məhsulların / xidmətlərin çox yüksək qiymətlər üzərindən təklif olunmasıdır. Şirkət bazardakı 
tələbatın böyük olduğundan istifadə edərək müəyyən bir müddət ərzində bu strategiyadan 
istifadə edə bilər
 
✓ Bazara uyğun qiymət strategiyası
 - əsasən bazarda artıq analoji məhsullara qiymət səviyyəsi 
müəyyənləşmiş olduqda və xarici bazarlarda rəqabətə davamlı olmaq üçün istifadə olunur. Bu 
strategiya şirkətdən istehsal xərcləri haqqında dərin biliklərinin olmasını tələb edir
 
✓ Bazara girmə strategiyası
 – mal və xidmətləri üçün müəyyən edilmiş aşağı qiymətlər, satış 
həcminin artması hesabına kompensasiya olunur. Bu strategiya daha çox iri bazarlarda və 
müştərilərin aşağı qiymətlərə həssas olduqları zaman tətbiq edilir
İXRAC QİYMƏTLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
İxrac qiymətlərinin fərqli olmasının əsas səbəbləri:
 
✓  İxracla bağlı xərclər
 
✓  İxrac bazarında tələbat
 
✓  İxrac bazarında rəqabət və s.
Bütün sadalanan amillərlə yanaşı qiymətin müəyyənləşməsinə təsir edən qeyri-qiymət faktorlarını da 
nəzərə almaq lazımdır. Əsas qeyri-qiymət faktorları aşağıdakılardır:
 
✓ Keyfiyyət və qiymət arasında əlaqə
 
✓ Satışdan sonrakı servis
 
✓ Satışdan əvvəlki servis
 
✓ Vaxtında çatdırma
 
✓ İddialar və tələblər
 
✓ Çeşid imkanları
 
✓ Satışın təşviq edilməsi (promotion) 
 
✓ Əl işləri üçün yüksək qiymətlər və s.
Qeyd olunduğu kimi ixrac qiymətlərinin müəyyənləşməsinə müxtəlif amillər də təsir edir. İxrac 
qiymətlərinin müəyyənləşdirilməsinə təsir edən əsas amillər aşağıdakılardır:
 
✓ Xüsusi qablaşdırma
 – qablaşdırma ilə bağlı idxal ölkəsinin tələbləri, idxal ölkəsinin ənənələri və 
ya xüsusi marketinq məqsədləri
 
✓ Bank xərcləri
 – İxrac əməliyyatının maliyyələşdirilməsi və ödəmə növündən asılı olaraq bank 
xərcləri də müxtəlif ola bilər
 
✓ İxrac ölkəsində daxili daşınma
 – ölkə daxilində malların daşınma şərtlərindən asılı olaraq 
müəyyənləşdirilir
 
✓ Daşınma xərcləri 
– alıcı ilə satıcı arasında razılaşdırılmış daşınma şərtləri ilə bağlıdır
 
✓ İxrac gömrük xərcləri 
– ixrac oluna məhsulların növündən və ixrac ölkəsinin gömrük qaydaları 
və rüsumları ilə müəyyənləşdirilir
 
✓ Əlavə sənədlər 
– mal və xidmətlərin bu və ya digər ölkələrə ixracı zamanı idxalçı və ya onun ölkəsi 
tərəfindən tələb olunan əlavə sənədləri nəzərdə tutur
 
✓ Satışdan sonrakı xərclər 
– belə xərclərə misal kimi şirkətin satdığı məhsullara zəmanət verməsini 
göstərmək olar
 
✓ Təbliğat / təşviqat (promotion)
 – ixrac bazarında aktiv siyasət aparan, reklam və təbliğat 
fəaliyyətinə xərclənən vəsaitləri nəzərdə tutur
 
✓ Yoxlama xərcləri (inspection) 
- (məsələn, keyfiyyət sertifikatı, baytarlıq sertifikatı və s.)
 
✓ Digər maneələr


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə