Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə38/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   34   35   36   37   38   39   40   41   ...   62

118
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
İxrac qiymətinin müəyyənləşdirilməsi                     
Əlavə 6-1
Xərclərə əsasən qiymətqoyma modeli


MODUL VII 



121
Gömrük və gömrük yük bəyannaməsi
MODUL VII. GÖMRÜK VƏ GÖMRÜK YÜK BƏYANNAMƏSİ
Bu bölmədə malların ixracına qərar verilməsindən onların Azərbaycanın gömrük məntəqələrindən 
keçirilməsinə qədər olan mərhələlər və onlara aid məsələlər haqqında məlumat verəcəyik. Malların 
ixracı müxtəlif rejimlərdə və müxtəlif vasitələrlə həyata keçirilə bilər ki, biz burada onlardan yalnız 
bir qismi haqqında bəhs edəcəyik. İxracdakı payın nəzərə alaraq biz burada yalnız normal ixrac rejimi 
altında avtomobil nəqliyyatı vasitəsilə ixracı nəzərdə tutulan məhsullarının Azərbaycandan ixracı 
proseduraları haqqında şərh verəcəyik. Eləcə də, bu bölmədə malların idxal proseduraları və şərtləri, 
dövlət müəssisələri tərəfindən aparılan idxal-ixrac proseduraları haqqında danışmayacağıq.
 
Onu da qeyd edək, malların ixracı ilə bağlı bəzi məsələlər (müqavilələr, İNCOTERMS, ixrac marketinqi, 
transport və daşıma, ödənişlər və s.) haqqında digər bölmələrdə məlumat verildiyindən biz onları bu 
bölmədə izah etməyəcəyik. 
İdxal proseduraları, digər nəqliyyat vasitələri ilə ixrac proseduraları və ixraca dair digər məsələlər haqqında 
məlumat əldə etmək istəyirsinizsə gömrük sahəsində müvafiq qanunvericilik aktlarına, Dövlət Gömrük 
Komitəsinin sayıtına 
(www.customs.gov.az)
 
və bu təlimatın digər bölmələrin müraciət edin.
Gömrük və gömrük prosedurları 
Məlum olduğu kimi gömrük işinin əsas məqsədi malların və nəqliyyat vasitələrinin digər ölkələrə 
aparılması və gətirilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirib icra etmək, eləcədə 
ölkənin iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının müdafiəsidir. Malların və nəqliyyat 
vasitələrinin gömrük məntəqələrindən keçirilməsinin şərtləri və proseduraları seçilən gömrük 
prosedurlarından asılıdır. Odur ki, gömrük proseduru malların idxal-ixracı şərtləri və qaydaları, eləcədə 
gömrük orqanlarının fəaliyyətində həlledici rola malikdir. Bunu nəzərə alaraq bu bölmədə əsas diqqəti 
gömrük prosedurlarına yönəldəcəyik. Gömrük prosedurlarından isə yalnız ixracla əlaqəli olanları 
haqqında məlumat verəcəyik. 
Qanunvericiliyə əsasən gömrük proseduru gömrük məqsədləri üçün Azərbaycan Respublikasının 
gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların 
məcmusudur. Daha sadə dildə desək, gömrük proseduru sərhəddən malların keçirilməsinin 
şərtlərini müəyyənləşdirən bir mexanizmdir. Yəni, idxal-ixrac edilən mallara dair gömrük ödənişləri, 
gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti şərtləri həmin malların hansı prosedur (rejim) altında 
gətirilməsindən və aparılmasında asılıdır. Mövcud Gömrük Məcəlləsinə əsasən aşağıdakı gömrük 
prosedurları və xüsusi gömrük prosedurları müəyyənləşdirilib: 
1) sərbəst dövriyyə üçün buraxılış
2) təkrar idxal
3) tranzit (beynəlxalq və daxili tranzit)
4) saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc)
5) sərbəst zona


122
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Gömrük və gömrük yük bəyannaməsi
6) xüsusi istifadə (müvəqqəti idxal və son istifadə)
7) emal (daxildə və xaricdə emal)
Yuxarıda qeyd edilən rejimlərdən ixracla əlaqəli olanlarının mahiyyəti haqqında şərh verək.
1
Sərbəst dövriyyə üçün buraxılış
  - Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə 
tutulan xarici mallara dair bütün gömrük ödənişləri ödənildikdə və xarici mallar üzərində ticarət 
siyasət tədbirləri başa çatdıqda həmin mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında 
yerləşdirilir. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallara 
daxili mal gömrük statusu verilir.
2
Təkrar idxal
 - Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış Azərbaycan mallarının 3 
il ərzində gömrük rüsumları və vergilər alınmadan, həmçinin bu mallara iqtisadi siyasət tədbirləri 
tətbiq edilmədən geriyə gətirilməsindən ibarət gömrük proseduru. Bir qayda olaraq, mallar təkrar 
idxal proseduru altında ixrac olunarkən ixrac gömrük rüsumu, yığımı və vergiləri ödənilir və mal 3 il 
müddətində idxalçı ölkədə satılmadıqda və digər səbəblər üzündən geri qaytarılarsa və üzərində heç bir 
dəyişiklik aparılmazsa, ödənilən gömrük rüsumları və vergiləri geri qaytarılır. Təkrar idxal proseduru 
ilə geriyə qaytarılan mallar tam və ya qismən qaytarıla bilər.  Sərbəst dövriyyədə olmuş və ya daxildə 
emal edilmiş mallar da təkrar idxal gömrük proseduru altında yerləşdirilə bilər. Daha ətraflı məlumatı 
Nazirlər Kabinetinin 12 oktyabr 2012-ci il tarixli 229 saylı qərarından əldə edə bilərsiz.
3
Tranzit (beynəlxalq və daxili)
  - malların gömrük nəzarəti altında, iki gömrük orqanı arasında 
aparılması deməkdir. Tranzitlə göndərilən mala gömrük rüsumları, xarici dövlətlərin ərazisindən 
keçdikdə isə həmin dövlətlərin gömrük rüsumları, vergilər və iqtisadi siyasət tədbirləri tətbiq edilmir. 
Tranzit göndərişləri zamanı mallar göndərən gömrük orqanları tərəfindən müəyyən olunmuş müddətə 
təyinat gömrük orqanına çatdırılmalıdır. Beynəlxalq tranzit göndərişlərində, mal bir ölkədən müəyyən 
edilmiş qısa müddət ərzində idxalçı ölkəyə çatdırılmalıdır. Malların tranziti Dövlət Gömrük Komitəsinin 
icazəsi ilə həyata keçirilir. Mal daşıyıcısı malı təyinat gömrük orqanına çatdırmadıqda və ya itirdikdə, 
həmin malı digər gömrük proseduru altında yerləşdirir və seçdiyi rejimə müvafiq gömrük ödənişlərini 
ödəyir. 
4
Saxlanc
  - bu xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından 
ibarətdir. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal 
üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və 
müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Daxili malların saxlanc xüsusi 
gömrük proseduru altında yerləşdirilməsi halları və şərtləri Dövlət Gömrük Komitəsi tərəfindən 
müəyyən edilir.
Müvəqqəti saxlanc 
– Gömrük ərazisinə gətirilən mallar(sərbəst zonaya gətirilənlərdən başqa), sərbəst 
zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar, barəsində beynəlxalq  tranzit xüsusi 
gömrük proseduru başa çatmış mallar mal sahibinin müraciəti(qısa idxal bəyannaməsi və ya tranzit 
sənədi əsasında) əsasında Gömrük orqanları tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru 
altında yerləşdirilə bilər. Bir qayda olaraq, malların müvəqqəti saxlanc gömrük proseduru altında 
qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Gömrük orqanları ayrı-ayrı malların xassələrindən 
və xüsusiyyətlərindən asılı olaraq həmin mallara daha qısa müddət müəyyən edə bilərlər. Saxlanc 
proseduru altında qalan malların sahibi saxlanc müddəti bitənədək başqa gömrük proseduru altında 
yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir.  


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə