Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə20/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   16   17   18   19   20   21   22   23   ...   62

61
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
 Xarici bazarlara giriş
Konosament 
– Gəmi ilə daşıma zamanı malın limanda alınmasını təsdiq edən sənəddir. Bu limanda 
malın gəmi sahibi tərəfindən alınmasını sübut edir və idxalçıya çatdırılır. 
Gömrük ödənişlərinin hesablanması
  AB-də bizdə olduğu kimi aşağıdakı gömrük ödənişləri 
mövcuddur: 
 
✓ İdxal gömrük rüsumları 
 
✓ ƏDV 
 
✓ Aksiz  vergi
 
✓ Gömrük rəsmiləşdirməsinə görə yığım
 
✓ Anbar xidməti üçün yığım 
 
✓ Digər spesifik yığımlar 
Gömrük idxal rüsumları 
Malın gömrük rüsumu kombinə edilmiş nomenklaturada hər mal mövqeyi 
üçün təyin edilmiş rüsumlardır. AB-də də gömrük rüsumu advalor, spesifik və qarışıq olaraq təyin 
edilmişdir. 
Gömrük rüsum dərəcələri AB-nin saytındakı elektron məlumat bazası (
http://exporthelp.europa.eu

vasitəsilə təyin edilə bilər. Rüsumun hesablanma qaydasını başa düşmək üçün aşağıdakı cədvələ diqqət 
yetirək. 
Malın adı
Faktura 
dəyəri
Sığorta 
və 
daşınma
Gömrük 
dəyəri
Gömrük 
rüsumu
ƏDV 
üçün  
dəyər
ƏDV
Ümumi 
ödəniş
Rəqəmsəl 
kamera
300
30
330
0 %
330
21.5 %
71.6
71.6
Ayaqqabı
450
56
506
17 %
86.02
592.02
21.5 %
127.28
213.3
Əlavə dəyər vergisi 
AB-də normal ƏDV dərəcəsi minimum 15 % -dir. Ancaq üzv ölkədən ölkəyə 
dərəcələr dəyişir (15-25 % arası). ƏDV malın gömrük dəyərinin, gömrük rüsumunun və digər gömrük 
ödənişlərinin cəmindən tutulur. Bəzi hallarda endirilmiş ƏDV tətbiq oluna bilər. Endirilmiş ƏDV 5-15 
faiz arası ola bilər. Aşağıdakı mallar üçün endirilmiş rüsum tətbiq edilir:
 
✓ Qida məhsulları
 
✓ Su məhsulları 
 
✓ Dərman vasitələri
 
✓ Tibbi avadanlıqlar
 
✓ Kitablar və digər nəşr materialları
 
✓ Sərgilərdə, muzeylərdə, yarışlarda istifadə məqsədilə gətirilən mallar və s.  
Yuxarıda qeyd olunan sənədlər hazırlandıqdan, malların inspeksiya nəzarətindən keçirildikdən və 
gömrük ödənişləri edildikdən sonra mal gömrük sərhədindən keçirilə bilər. Mal birinci girişi ofisində 
bütün sənədlər təqdim edildikdən və ödənişlər ödənildikdən sonra rəsmiləşdirmədən keçir və buraxılış 
üçün icazə verilir. Gömrük rəsmiləşdirməsindən keçərkən hər sənəddən zəruri nüsxələr götürülərək 
orijinalları və ya nüsxələri geri qaytarılır.  Sonra mal gömrük nəzarətindən keçirilir. Burada maşınlar 
xüsusi zonaya daxil edilərək rentgen aparatında keçirilir. Hər hansı şübhəli bir şey olmadıqda buraxılır, 
əks halda gömrük nəzarəti altında açılır.


62
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
 Xarici bazarlara giriş
Əlavə 2-1
Avropa Birliyinin GSP+ proqramına daxil edilən mallara tətbiq edilən güzəştlər
HS 
kodu
Mal qrupları
Əhatə dairəsi
Güzəştsiz  
tariflər*
GSP+
1
diri heyvanlar
məhdud
11,5
0
2
ət və əlavə ət qida məhsulları
məhdud
15,4
0
3
balıqlar və xərçəngkimilər, digər su onurğasızları
100%
22
0
4
süd məhsulları, quş yumurtası, təbii bal və 
heyvan mənşəli digər ərzaq məhsulları
məhdud
17,3
0+spesific
5
heyvan mənşəli sair məhsullar
100%
5,1
0
6
canlı ağaclar və sair bitkilər, kəsilmiş çiçəklər
100%
11
0
7
tərəvəzlər, meyvəköklülər və kök yumruları
geniş
11,5
0+spesific
8
yeməli meyvələr və qoz-fındıq, sitrus bitkiləri
geniş
20,8
0+spesific
9
qəhvə, çay, mate (paraqvay çayı) və ədviyyatlar
100%
12,5
0
10
dənli bitkilər
1008 90 90
37Avro
11
un üyütmə və yarma sənayesi məhsulları, maya, 
nişasta
məhdud
12,2
0
12
yağlı toxum və meyvələr, digər toxum, dərman 
bitkiləri
100%
8,3
0
13
bitki qarışıqları və ekstraktlar
100%
19,2
0
14
bitki mənşəli sair məhsullar
100%
0
0
15
heyvan və ya bitki mənşəli piylər və yağlar
geniş
12,8
0+spesific
16
ətdən və balıqdan alınan hazır məhsullar
geniş
20
0
17
şəkər və şəkərdən hazırlanan qənnadı 
məmulatları
məhdud
18,7
0+spesific
18
kakao və ondan hazırlanan məhsullar
100%
9,6
0+spesific
19
taxıldan, undan və ya süddən alınan hazır 
məhsullar, unlu qənnadı məmulatları
100%
24,8
0+spesific
20
tərəvəz, meyvə, qoz-fındıq və bitkilərin emalı 
məhsulları
100%
25,6
0+spesific
21
sair müxtəlif ərzaq məhsulları
100%
17,3
0+spesific
22
spirtli və spirtsiz içkilər, sirkə
100%
9,6
0+spesific
23
yeyinti sənayesinin qalıqları və tullantıları
məhdud
12
0
24
tütün və tütünün sənaye əvəzediciləri
100%
74,9
0+spesific
25
duz, kükürd, torpaq və daş, əhəng və sement
100%
0
0
26
filizlər, şlaklar və kül
100%
0
0
27
mineral yanacaq, neft və neft emalı məhsulları
100%
0
0
28
qeyri üzvi kimyanın məhsulları, qiymətli 
materiallar
geniş
5,5
0
29
kimyəvi üzvi birləşmələr
geniş
6,5
0
30
əczaçılıq məhsulları
2 mal növündən 
başqa 100%
0
0
31
gübrələr
geniş
6,5
0
32
aşılayıcı və boyayıcı ekstraktlar, boyalar və laklar
100%
6,5
0
33
efir yağları, ətriyyat kosmetik və tualet vasitələri
100%
17,3
0
34
sabun, yuyucu vasitələr və analoji məmulatlar
100%
6,5
0
35
zülal tərkibli maddələr, nişasta və yapışqan, 
fermentlər
geniş
9
0


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə