Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə17/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   13   14   15   16   17   18   19   20   ...   62

54
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
 Xarici bazarlara giriş
 
✓ Kənd təsərrüfatı məhsullarına dair qanunvericilik bazasının Avropa Birliyinin müvafiq qanun-
vericilik bazası ilə uyğunlaşdırılması
 
✓ Məhsulların müvafiq qrupları üzrə keyfiyyət və təhlükəsizlik göstəricilərinin Avropa Birliyinin 
standartlarına uyğunluğunu təyin edəcək analizləri aparan laboratoriyanın olması 
 
✓ İdarəetmədə keyfiyyətə nəzarət sistemlərinin formalaşdırılması
 
✓ Ekoloji təmizliyin araşdırılması üçün (su, torpaq, hava) monitorinqlərin keçirilməsi
Yuxarıda qeyd edilən tələbləri yerinə yetirən ixracatçı aşağıdakı mərhələlər üzrə Avropa Birliyinə mal 
ixrac edə bilər: 
1-ci mərhələ -
 Məhsulun GSP+ proqramına aid olduğun təyin edilməsi. Bunun üçün ixrac ediləcək 
məhsulun GSP + proqramına daxil edilən məhsulların siyahısında
2
 olub olmaması müəyyən edilməlidir. 
Əgər həmin siyahıda ixrac ediləcək məhsul yer alıbsa onda mallar tətbiq olunacaq güzəşti təyin etmək 
lazımdır.
2-ci mərhələ -
 Düzgün GSP dərəcəsinin (advalor, spesifik və ya kombinə edilmiş rüsumlara uyğun) 
təyin edilməsi. Rüsumların təyin edilməsi mala tətbiq edilən rüsumun növündən (advalor, spesifik 
və ya kombinə edilmiş) asılıdır. Əgər mal həssas maldırsa və advalor rüsum tətbiq edilirsə, onda 
maldan gömrük rüsumu tutulmur. Bu halda digər ödənişlər edilir (məsələn, ƏDV). Ancaq mal həssas 
mal kateqoriyasına aiddirsə onda malın advalor rüsumundan 3.5% çıxılır (məsələn,7.5%-3.5%=4% 
rüsum), spesifik rüsumdursa, göstərilən məbləğin 30 % çıxılır (məsələn 6 avro- 30%= 4.2 avro). Əgər 
mala kombinə edilmiş (məsələn, 6%+7 avro/100 Kq) rüsum tətbiq edilirsə, bu halda malın advalor 
rüsumundan verilən güzəşt (həssas mal olduqda 3.5 %, qeyri həssas olduqda 100%) çıxılır, spesifik 
rüsumu isə ödənilir (məsələn, həssas malın kombinə edilmiş rüsumu 6%+7 avro/100 kq olduqda, onda 
onun hesablanması 6%-3.5%+7 avro=2.5%+7 avro kimi olur). Qeyd etdiklərimizi daha başa düşülən 
edilmək üçün aşağıdakı cədvəlləri daxil edirik:
 
✓ Həssas malın advalor rüsumun hesablanması 
HS kodu
Malın təsviri
MFN dərəcəsi
Tarif endirimi
GSP dərəcəsi
03049047
Digər balıq ətləri
7.5 %
3.5
3.0%
 
✓ Həssas malın spesifik rüsumun hesablanması
HS kodu
Malın təsviri
MFN dərəcəsi
Tarif endirimi
GSP dərəcəsi
0714209000
Pomidor
6.4 avro/100 kq
30 %
4.4 avro / 100 kq
 
 
✓ Həssas malın kombinə edilmiş rüsumu olduqda 
HS kodu
Malın təsviri
MFN dərəcəsi
Tarif endirimi
GSP dərəcəsi
0714209000
Pomidor
7.5% + 6.4 avro/100 kq
3.5%
4%+ 6.4 avro / 100 kq
3-cü mərhələ 
- GSP + proqramı ilə idxala dair AB-nin tələblərinin təyin edilməsi. Bu mərhələdə Avropa 
Birliyinin GSP rejimi altında idxalına dair digər tələbləri (sağlamlıq, təhlükəsizlik, sertifikatlaşdırma və 
s.) araşdırılıb yerinə yetirilməlidir. 
4-cü mərhələ 
- Malın mənşə tələblərinin yerinə yetirilməsi. Bu mərhələdə malın mənşə tələblərinə 
uyğun gəlməsi üçün göstərilən tələbləri öz məhsulunun istehsalında nəzərə alır. 
2
 GSP-yə daxil edilən malların siyahısın və onlara verilən güzəştləri  http://exporthelp.europa.eu/thdapp/index_ru.html 
saytından əldə edə bilərsiniz.


55
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
 Xarici bazarlara giriş
5-ci mərhələ 
- GSP+ proqramı ilə ixraca dair sənədlərin əldə edilməsi (Əlavə 2-1 və invoys deklarasiyası). 
Bu mərhələdə ixracatçı İstehlak Bazarına Dövlət Nəzarət Xidmətindən sertifikatı – Forma A alınır və 
lazım olduqda İnvoys deklarasiyası doldurulur və bununla məhsul ixraca hazır vəziyyətə gətirilir. 
Mühafizə tədbirləri, anti dempinq və kompensasiya rüsumları 
Malların ixracı zamanı onların idxalçı ölkədə ticarətinə təsir edən tarif tədbirlərindən, eləcədə GSP+ 
rejimi zamanı verilən güzəştlərin aradan qaldırılmasına təsir edən amillərdən biri də idxal olunan 
mallara mühafizə, anti dempinq və kompensasiya rüsumunun tətbiq edilməsidir. Belə ki, idxal olunan 
malların həcmi və qiyməti daxili bazara və yerli istehsalçılara zərər verdikdə və ya zərər vurma təhlükəsi 
törətdikdə, eləcədə yerli istehsalçılara dəyən zərərlə idxal arasında səbəb-nəticə əlaqəsi olduqda, yəni 
yerli istehsalçılara dəyən zərərin məhz idxaldan olduğu sübut edildikdə idxalçı ölkə kimi Avropa Birliyi 
də Ümumdünya Ticarət Təşkilatının müvafiq sazişlərinin tələblərinə uyğun olaraq mallara tətbiq olunan 
rüsumları aradan qaldırır və xüsusi rüsum tətbiq edir. Bu tədbirlərin hər biri haqqında qısa məlumat 
verək.
 Mühafizə tədbirləri
 Ölkəyə idxal olunan hər hansı malın həcmində kəskin artım müşahidə olunduqda 
və bu artım daxili bazarda eyni məhsul üzrə yerli istehsala ciddi zərər vurduqda (yəni daxili bazara 
dəyən zərərlə idxal arasında səbəb nəticə əlaqəsi olarsa) və ya ciddi zərər vurma təhlükəsini törətdikdə 
onda bütün ölkələrdən (malın mənşə ölkəsindən asılı olmayaraq) idxal olunan mallara mühafizə 
tədbirləri tətbiq olunur. Mühafizə tədbirlərinə verilmiş güzəştlərin aradan qaldırılması, kvotanın tətbiqi 
və idxal gömrük rüsumların dərəcələrinin yüksəldilməsi daxildir. Mühafizə tədbirləri 4 il müddətinə 
tətbiq  bütün idxalçı ölkələrə tətbiq olunur, ancaq bu müddət 8 ilə qədər uzadıla da bilər. Mühafizə 
tədbirləri yalnız idxalçı ölkənin özəl sektorunun müraciəti əsasında araşdırılma aparıldıqdan və sübuta 
yetirildikdən sonra, eləcə də ÜTT üzvləri məlumatlandırıldıqdan sonra tətbiq oluna bilər. Kəmiyyət 
məhdudiyyətlərinin (kvotalar) səviyyəsi isə üç ən son ildəki faktiki idxalın orta dərəcəsindən aşağı 
olmamalıdır. Eləcədə,  mühafizə tədbirləri müvəqqəti tədbir kimi də tətbiq edilə bilər və maksimum 
müddəti 200 gün olmalıdır. Avropa Birliyində 2008-ci ildə hər hansı mala mühafizə tədbiri tətbiq 
edilməmişdir.
Anti – dempinq rüsumu
 Malın idxalı dempinqlə müşayiət olursa və eyni yerli malların istehsalına zərər 
vurarsa və ya zərər vurmaq təhlükəsini törədirsə, onda həmin malın idxalına xüsusi rüsum dərəcəsinin 
tətbiq edilməsi ilə anti dempinq tədbiri tətbiq edilə bilər. Anti dempinq tədbiri yalnız konkret malı 
dempinqlə ixrac edən ölkəyə cavab tədbiri kimi tətbiq edilir. Ancaq mühafizə tədbirlərində olduğu 
kimi anti dempinq rüsumunun tətbiqi üçün idxal olunan məhsulların qiymətinin aşağı olması ilə yerli 
istehsala dəyən zərər arasında səbəb – nəticə əlaqəsi sübuta yetirilməlidir. Bunun üçün malın normal 
dəyəri müəyyən edilməli və qiymətin ucuzlaşdırılması sübuta yetirilməlidir. Avropa Birliyi 2008-ci ildə 
128 anti dempinq rüsumu tətbiq etmişdir. 
Kompensasiya rüsumu
 Malın istehsalı, ixracı və ya daşınması zamanı xarici dövlət tərəfindən spesifik 
subsidiyalardan istifadə edildikdə və aparılan araşdırma nəticəsində bu cür malın dövlətin ərazisinə 
idxalı nəticəsində yerli istehsala maddi zərər vurulduqda, zərərin vurma təhlükəsi törədildikdə və ya yerli 
istehsalın yaranmasının maddi ləngiməsi müəyyən edildikdə həmin mallara münasibətdə kompensasiya 
tədbirləri tətbiq edilir. Kompensasiya rüsumu da konkret malı subsidiyalaşdırılan dövlətlərə tətbiq 
edilir. Bunun üçün ixracatçı dövlətdə araşdırma aparılmalı, həmin dövlətin subsidiyalaşdırma siyasəti 
öyrənilməli və sübut edilməlidir. Araşdırma 1 il müddətində aparılmalı və qərar haqqında idxalçı ölkə 
məlumatlandırılmalıdır. 
 


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə