146
6) Qəza və daqıntıların, təbii fəlakətlərin nəticələri aradan qaldırılması məqsədi
ilə və ya humanitar yardım kimi Az R-nın gömrük ərazisinə gətirilən və bu ərazidən
çıxarılan mallar;
7) Texniki yardım da daxil olmaqla təmənnasız yardım və xeyriyyə məqsədi ilə
dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Az R-nın gömrük ərazisinə
gətirilən və ya bu ərazidən çıxarılan mallar;
8) Üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Az R-nın gömrük ərazisindən tranzit
proseduru ilə gömrük nəzarəti altında keçən mallar;
9) Az R-nın Gömrük Məcəlləsinə uyğun olaraq Az R-nın gömrük ərazisindən fiziki
şəxslər tərəfindən istehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün
cıxarılan mallar;
10)
Istehsalın təşkili üçün Az R-nın gömrük ərazisinə gətirilən texnika,
texnoloji avadanlıq və qurumlar, investisiya təyinatlı digər məhsullar.
5. Malın mənşə ölkəsinin müəyyən edilməsinin hüquqi əsasları “Gömrük tarifi
haqqında” Az R-nın Qanunu ilə (24-32 maddələr) təsbit edilmişdir. Onlar gömrük
əməliyyatlarının sadələşdirilməsi və unufukasiyası Kyoto Konvensiyasında öz əksini tapmış
beynəlxalq təcrübəyə əsaslanır.
Gömrük qanunvericiliyi “mənşə ölkəsi” anlayışının daha geniş mənada, yəni mənşə
yeri mənasında istifadəsinə yol verir.
Mənşə ölkəsi tərmini bununla yanaşı malın tamamiylə istehsal edildiyi, yahud kifayət
qədər emal edildiyi ölkə başa düsülür.
Beynəlxalq gömrük hüququnun mühüm mənbələrindən biri olan gömrük
əməliyyatlarının sadələşdirilməsi və harmonikləşdirilməsi barədə Kyoto Konvensiyasında
mənşə ölkəsinin təyini üçün beynəlxalq ticarət təcrübəsində istifadə edilən üç əsas məyar
müəyyən edilmişdir.
147
1.
Emaledilmə meyarı idxal malların verilmiş ölkələrin ərazisində elə yenidən
emal dərəcəsini nəzərdə tutur ki, malın əmtəə təsnifatında mövqeyini dəyişir, yəni
gömrük tarifinin tətbiq edildiyi bir mal mövqeyindən diqərinə keçirir. Malın onu yeni
təsnifat mövqeyinə keçirən yenidən emalı əsas verir ki, emalın (yenidən emalın) həyata
keçirildiyi ölkənin ərazisindən çıxmış yeni mal kimi baxılması və bu ölkənin mənşə
ölkəsi kimi hesab edilməsi mümkün olsun.
2.
Faiz tərkibi meyarı mehsulun axır dəyərində xarici material və komponentlərin
son hədlərini müəyyən edir.
3.
Mənşə ölkəsinin yalnız malın tam istehsal edildiyi ölkə hesab ediləcək malların
siyahısının müəyyən edilməsi. Belə mallara faydalı qazıntılar, canlı heyvanlar, heyvan
mənşəli məhsullar, balıq məhsulları, həmcinin sadalanan məhsullardan istehsal edilən
bütün mallar.
Gömrük tarifi haqqında Az R-nın Qanunun 26-cə maddəsində tamamilə həmin
ölkədə istehsal edilmiş sayılan malların siyahısı verilmişdir.
Bununla yanaşı malın mənşəyinin təyin edilməsində kifayetedici emal meyarından
malın istehsalında iki və daha artıq ölkə iştirak etdikdə istifadə edilir. Bu meyara görə
malın mənşəyi onun axırıncı kifayət qədər emala məruz qaldığı, yəni mala səciyyəvi
xassələr verilə bildiyi qədər emala məruz qaldığı ölkə hesab edilir.
Kifayət qədər emal dilmə meyarının ifadə formaları aşağıdakılar ola bilər:
1.
mal mövgeyinin dəyişilməsi qaydası – emal nəticəsində əmtəə
nomenklaturası üzrə təsnifat kodunun hər hansı ilk dörd rəqəm
səviyyəsində dəyişılməsi;
2.
advalor hissə qaydası – malın dəyərinin istifadə edilən malların və ya
əlavə edilmiş faiz payının qiymətin müəyyən hissəsinə çatdığı səviyyədə
dəyişməsi;
148
3.
malın müəyyən mənşə ölkəsindən olduğunu hesab etməyə kifayət edən,
yaxud kifayət etmədən istehsal və ya texnoloji proseslərin siyahısının
tərtib edilməsi.
Malın hər hansı ölkənin gömrük ərazisindən mənşələndiyinin təstiqi kimi gömrük
orqanlarına malın mənşə sertifikatı təqdim edilməlidir.
6.
İqtisadi təhlükəsizliyin təmin olunması hər bir dövlətin mühüm milli prioritet
göstəricilərindəndir. Ənənəvi olaraq iqtisadi təhlükəsizlik iqtisadi sistemin zəruri keyfiyyət
göstəricisi kimi qiymətləndirilir ki, bu da əhalinin yüksək həyat səviyyəsinin təmin edilməsini,
müxtəlif tənzimləmə vasitələrilə iqtisadiyyatın inkişaf etdirilməsini, habelə milli dövlət
maraqlarının ödənilməsini nəzərdə tutur. Iqtisadi təhlükəsizlik göstəricisi mürəkkəb daxili
struktura malıkdir ki, bunun da 3 əsas ünsürunu qeyd etmək lazımdır:
1)
İqtisadi azadlıq mütləq məna daşımır, ona görə ki, beynəlxalq əmək bölgüsü
müxtəlif ölkələrin milli iqtisadyyatını bir-birindən aslıl vəziyyətə salır. Belə bir şəraitdə
iqtisadi azadlıq milli sərvətlərə nəzarət edilməsinin, müəyyən bir məhsulun istehsalının,
səmərəliliyinin və keyfiyyətinin elə səviyyəyə çatdırılmasıdır ki, həmin məhsul beynəlxalq
ticarətdə bərabər şərtlərlə iştirak etsin və rəqabət qabiliyyətliyini saxlasın.
2)
Milli iqtisadiyyatın sabitliyinin, müxtəlif mülkiyyət formalarının və sahibkarlıq
fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradılmasını təmin etmək, qeyri-sabitliyə səbəb ola
bilən neqativ halların və sosial partlayışlar yarada bilən amillərin qarşısının alınması.
3)
Investisiya və innovasiya proseslərinin inkişafı, istehsalın modernləşdirilməsi üçün
münbit şəraitin yaradılması, işçilərin ixtisaslaşması və təhsil səviyyəsinin yüksəldilməsi.
Iqtisadi təhlükəsizlik dedikdə, milli iqtisadiyyatın dinamik inkişafına şərait yaradan,
dövlətin, cəmiyyətin və onun hər bir üzvünün tələbatını ödəmək qabiliyyətində olan, daxili
və xarici bazarda rəqabət qabiliyyətini təmin edə bilən, müxtəlif təhlükə və itkilərin
təmanatçısı kimi çıxış edən daxili və xarici amillərin məcmusu başa düşülür.
Dostları ilə paylaş: |