143
Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə, Az R-nın ticarət siyasəti həyatsa
keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada Az R-nın gömrük sərhədindən keçirilən
mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azadetmə, rüsum
dərəcələrinin aşagı salınması, malın çıxarılması üçün tarif kvotaları şəklində verilən
güzəştlər başa düşülür.
Tarif güzəştləri ilə əlaqədar məsələlərin tənzimlənməsi zamanı ilk növbədə gömrük
güzəştləri və tarif güzəştləri anlayışları fərqləndirilməlidir. Belə ki, gömrük güzəştləri
dedikdə, gömrük qanunvericiliyi ilə müəyyən edilən qaydalara aid istənilən güzəştlər
nəzərdə tutulur. Məsələn, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti üzrə güzəştlər və s.
bu zaman gömrük güzəştləri gömrük sərhədindən keçirilən mallardan alınan gömrük
ödənişlərini də əhatə edir. Tarif güzəştləri dedikdə isə, gömrük tarifində müəyyən edilən
dərəcələrə uyğun olaraq gömrük rüsumlarının alınması ilə əlaqədar güzəştli vergi
tutulması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, gömrük güzəştləri tarif güzəştləri
anlayşından genişdir. Belə ki, gömrük güzəştləri özündə tarif güzəştləri də əks etdirir. Buna
görə də tarif güzəştləri tətbiq edilən mallara heç də bütün gömrük güzəştləri tətbiq
edilmir, eyni zamanda onlar heç də bütün gömrük ödənişlərindəən azad edilmirlər. Belə
ki, gömrük rüsumları gömrük ödənişlərinin yalnşz bir növü kimi çıxış edir.
Gömtük işi sahəsində fəaliyyət göstərilməsindən asılı olaraq gömrük güzəştləri
gömrük ödənişləri sahəsində, gömrük nəzarəti sahəsində, gömrük rəsmiləşdirilməsi
sahəsində güzəştlərdən ibarətdir. Gömrük ödənişləri sahəsində isə güzəştlər gömrük
rüsumları ilə tarif güzəştləri və digər gömrük yığımları (ödənişləri) ilə əlaqədar güzəştlər
formasında özünü büruzə verir.
Gömrük güzəştlərinin müxtəlif istiqamətlər üzrə müəyyən edilməsi beynəlxalq
müqavilələrdə də əks olunmuşdur.
Qeyd etmək lazımdır ki, tarif güzəştləri Az R-sı ticarət siyasətinin realizəsinin əsas
vasitəsi kimi çıxış edir. Qarşılıqlı əsasda bu, dövlərdaxili qanunvericiliklə, həm də
144
beynəlxalq müqavilələrlə müəyyəm edilir. Dövlətdaxili qanunvericilik və beynəlxalq
müqavilələrin nisbəti isə “Gömrük tarifi haqqında” Az R-sı Qanununun 37-ci maddəsində
əks olunmuşdur. Həmin maddədə göstərilir ki, əgər beynəlxalq müqavilələrdə bu
qanundan fərqli başqa normalar müəyyən edilmiçsə, bu zaman beynəlxalq müqavilələrdə
nəzərdə tutulan normalar tətbiq edilir. Tarif güzəştlərinin 4 əsas növü vardır:
- əvvəl ödənilmiş gömrük rüsumunun qaytarılması;
- - gömrük rüsum ödənilməsindən azadetmə;
- gömrük rüsum dərəcələrinni aşağı salınması;
- malın preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotalarının verilməsi.
Dünya dövlətlərinin təcrübəsi göstərir ki, ÜTT üzvü öz üzərinə müvafiq tarif
güzəştlərinin tətbiqi üzrə müvafiq öhdəlik götürmüşdür. QATT-ın XXVII maddəsi ilə ÜTT
üzvləri gömrük tariflərinin aşağı salınması haqqında danışıqlar qarşılıqlı faydalılıq əsasında
aparılması zəruriliyini qeyd edirlər. QATT sisteminin təkmiləəşdirilməsi prosesində Güzəştlər
Siyahısı daim tariflərin aşağı salınması istiqamətində inkişaf etmişdir.
QATT çərçivəsində əvvəlcədən tarif danışıqları gedişində tarif güzəştləri terminindən
istifadı edilir. QATT-ÜTT çərçivəsində çoxtərəfli ticarət qanışıqları gediçində iştirakçılar
gömrük tarif sahəsində ticarətin liberallaşdırılması üzrə bir sıra öhdəliklər götürülmüşdür. Bu
öhdəlik əsasən rüsum dərəcələrinin əlaqələndirilməsi, qüvvədə olan dərəcələrini
qaldırmamaqla rüsum dərəcələrinin aşağı salınması formasında həyata keçirilir.
ÜTT-yə daxil olmaq istəyən hər bir dövlət malların dünya bazarına çıxarılma
istiqamərində hər bir mal üçün idxal tariflərinni maksimal səviyyəsini razılaşdırmalıdır.
Birləşmədən sonra isə dövlət bundan yüksək rüsumlar tətbiq edə bilməz.
“Gömrük tarifi haqqında” Az R-sı Qanununun 35-ci maddəsində göstərilir ki, xarici
dövlətlərlə ticarət siyasi münasibətləri həyata keçirilərkən aşağıdalı mallar üzrə gömrük
rüsumlarından azadetmə , gömrük dərəcələrinin aşağı salınması, yaxud preferensial idxal
(ixrac) üçün kvotalar qoyulması kimi qüzəştlər verilə bilər:
145
- mənşəcə Az R-sı ilə gömrük ittifaqı və azad ticarət zonası yaratmış və ya bu cur
ittifaqın, yaxud zonanın yaradılmasına dair müqavilə imzalamış dövlətlərə
mənsub olan mallar;
- mənşəcə Az R-sı Nazirlər Kabineti tərəfindən bəş ildə bir dəfədən az olmamaq
şərti ilə dövri olaraq yenidən baxılan milli preferensiya sistemindən istofadə
edən inkişaf etməkdə olan ölkələrə mənsub olan mallar.
Gömrük rüsumlardan aşağıdakı qrup mallar azad edilir:
1) yüklərin, baqajın və sərnişinlərin beynəlxalq daşımalırını həyata keçirən
nəqliyyat vasitələri, habelə onların yolboyu dayanacaqlararası məntəqələrdə
normal istismarı üçün lazım olan və ya həmin nəqliyyat vasitələrinin qəzasının
(sınmasını) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-
texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və digər əmlak;
2) dənizdə balıq ovlayan Az R-sı gəmilərinin və Az R-nın hüquqi və fiziki şəxsləri
tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədilə Az
R-nın gömrük ərazisindən çıxarılan maddi, texniki təçhizat və tədarük malları; yanacaq,
ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Az R-nın gömrük ərazisinə gətirilən
vətəgəçilik məhsulları;
3) rəsmi, yaxud şəxsi istifadə üçün xarici ölkələrin nümayəndələri tərəfindən və
ya Az R-nın beynəlxalq müqavilələrinə və Az R-sı qanunvericiliyinə müvafiq sürətdə cür
malları rüsumsuz gətirmək və rüsumsuz çıxarmaq hüququna malık olan fiziki şəxslər
tərəfindən Az R-nın gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar;
4) Az R-sı qanunvericiliyinə uyğun olaraq, gömrük sərhədindən ərazisindən
çıxarılan Az R-nın valyutası və bu əraziyə gətirilən xarici valyutalar, qiymətli kağizlar;
5) Az R-sı qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlətin mülkiyyətinə
keçirilməli olan mallar;
Dostları ilə paylaş: |