129
tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək
gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır.
Yoxlamanın nəticələri malların yerləşdirildiyi müvafiq gömrük rejiminin tətbiqi
üçün istifadə edilir.
Gömrük ərazisindən aparılması nəzərdə tutulan mallar həmin ərazidən
aparılmazdan əvvəl bəyan edilməlidir (125). Bəyanetmə aşağıdakı formalarda ola bilər:
- gömrük ərazisindən aparılan mallar gömrük bəyannaməsi tələb olunan gömrük
rejimi altında yerləşdirildikdə, müvafiq gömrük bəyannaməsi;
- Gömrük Məcəlləsində nəzərdə tutulan təkrar ixrac bildirişi;
- gömrük bəyannaməsi və təkrar ixrac bildirişi tələb olunmadığı hallarda, Gömrük
Məcəllənin maddəsində nəzərdə tutulan qısa ixrac bəyannaməsi.
Mallar gömrük ərazisindən aparılmazdan əvvəl təqdim olunan gömrük
bəyannaməsində ən azı qısa ixrac bəyannaməsi üçün tələb olunan məlumatlar əks
olunmalıdır.
Malların gömrük ərazisindən aparılmazdan əvvəl bəyan edilməsinin qaydasını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
7. Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın
gömrük orqanlarına təqdim edilməsi. (131)
Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul
şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o
cümlədən, elektron formada) aşağıdakılar barədə məlumatları gömrük orqanlarına
əvvəlcədən təqdim edə bilər:
- nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;
130
- nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;
- nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;
- təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində
boşaldılacaq yük;
- mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;
- nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.
Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs:
- nəqliyyat vasitəsi gömrük ərazisinin müəyyən olunmuş gömrük sahəsinə daxil
olarkən daxilolma haqqında məlumatı gömrük orqanlarına təqdim etməli;
- gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən icazə verilənədək heç bir şəxsin
nəqliyyat vasitəsini tərk etməsinə və ya oraya daxil olmasına imkan verməməli;
- nəqliyyat vasitəsinin gömrük sahəsi daxilində hərəkəti, malların nəqliyyat
vasitəsindən boşaldılması, heyətin və başqa şəxslərin nəqliyyat vasitəsindən
düşürdülməsi barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl
etməlidir.
Nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olduqdan sonrakı 1 (bir) saat
müddətində gömrük orqanlarına daxilolma haqqında məlumat verilməlidir. Nəqliyyat
vasitəsi gömrük ərazisinə gömrük orqanlarının iş vaxtından kənar saatlarda daxil
olduqda, bu məlumat onların növbəti iş vaxtı başlandıqdan sonrakı 1 (bir) saat
müddətində verilməlidir.
Tələb olunan məlumatlar gömrük orqanlarına nəqliyyat vasitəsinə görə məsul
şəxslərin adından onların nümayəndəsi tərəfindən də təqdim oluna bilər.
131
Nəqliyyat vasitələri gömrük ərazisinə yüksüz və şərnişinsiz daxil olarkən, Gömrük
Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir.
Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin sahibləri, heyət üzvləri və
sərnişinləri gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitəsi, onun hərəkət
marşrutu, təyinat yeri, daşınan sərnişinlər, yaxud mallar barədə suallarını
cavablandırmalı, Gömrük Məcəlləyə uyğun olaraq tələb olunan sənədləri təqdim
etməlidirlər. (132).
Gömrük ərazisindən yola düşməsi nəzərdə tutulan nəqliyyat vasitəsinə görə
məsul şəxs bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada və formada (o cümlədən, elektron formada) gömrük orqanlarına əvvəlcədən
təqdim edə bilər.
Gömrük orqanı bu məlumatı qeydə almaqla, sonrakı rəsmiləşdirmənin aparılması
üçün nəqliyyat vasitəsinin yola düşəcəyi vaxtı və yeri müəyyən edir.
Nəqliyyat vasitələri gömrük ərazisindən yüksüz və sərnişinsiz yola düşərkən
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq gömrük orqanına
bəyan edilməlidir.
Gömrük orqanları gömrük ərazisində olan nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi
aparılmadan onun bu ərazidən yola düşməsinə imkan verməməlidirlər. Bu maddənin
müddəaları Azərbaycan Respublikasının ərazisində yerləşən dəniz, çay və ya hava
limanlarında dayanmayan, gömrük ərazisindən keçən dəniz, çay və hava gəmiləri
barəsində tətbiq edilmir.
Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxsə həmin
nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd verilməzdən əvvəl həmin şəxs
aşağıdakı tələbləri yerinə yetirməlidir:
132
- yola düşmə haqqında məlumatı onu təsdiq edən sənədlərlə birlikdə gömrük
orqanlarına təqdim etməli;
- gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun heyət
üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu barədə verilən
sualları cavablandırmalı;
- gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun heyət
üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu ilə bağlı tələb
olunan sənədləri təqdim etməli;
- nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət
istiqaməti, marşrutu ilə bağlı bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik
aktlarının tələblərinə əməl etməlidir.
Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədin verildiyi nəqliyyat
vasitəsinə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə həmin
sənədi yoxlamaq üçün onlara təqdim etməli, nəqliyyat vasitəsi, onun heyət üzvləri,
sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqamətləri, marşrutu ilə bağlı suallarını
cavablandırmalıdır.
7. XİF gömrük tarif tənzimlənməsi.
Suallar:
1.
Gömrük tarifinin mahiyyəti.
2.
Gömrük tarif tənzimləmələrinin hüquqi və iqtisadi əsasları.
3.
Gömrük rüsumları və rüsum dərəcələrinin növləri.
4.
Tarif güzəştləri.
5.
Gömrük rüsumunun hesablanmasında “mənşə ölkəsi” anlayışı.
6.
Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsində gömrük tariflərinin rolu.
Dostları ilə paylaş: |