122
müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən
45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Bəyannaməçi
sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı formada öhdəlik təqdim
edir.
Gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun
aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır (151):
- malların nəzərdə tutulan gömrük rejimi altında yerləşdirilərək gömrük
rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid
olmasını;
- gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük
qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu;
- gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər
qoyulmuş mallar haqqında məlumatın olub-olunmamasını;
- gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
tələblərə uyğunluğunu;
- gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu
(Gömrük Məcəlləsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu
hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab
verməsini.
Gömrük bəyannaməsi Gömrük Məcəllənin maddələri ilə müəyyən edilmiş şərtlərə
cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin
çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük
orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq
edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır.
123
Təsdiq edilməmiş gömrük bəyannaməsi və onunla birlikdə təqdim edilmiş
sənədlər təqdim edildiyi tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə
qaytarılır.
Gömrük bəyannaməsi müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin
bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir.
Gömrük bəyannaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
və müddətdə gömrük orqanının iş vaxtında təqdim olunur və təsdiq edilir. Təsdiq
edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik
sənəd sayılır.
Gömrük orqanları gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina edə
bilməzlər.
Gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların
bəyan edildiyi gömrük rejimin tətbiq olunduğu tarix hesab olunur.
Gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti
əsasında həmin bəyannamədə düzəlişlərin aparmasına və ya onun geri götürülməsinə
gömrük orqanları tərəfindən icazə verilir.
Aşağıdakı hallarda təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər
edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir:
- gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu
bildirdikdən sonra;
- gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını
müəyyənləşdirdikdən sonra;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla,
gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirdikdən sonra.
124
Gömrük bəyannaməsində aparılan düzəlişlər onun tətbiq sahəsini genişləndirə və
ya məhdudlaşdıra bilməz.
Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə
daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük
bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları
dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil.
Gömrük orqanları təsdiq olunmuş gömrük bəyannaməsini bəyannaməçinin
müraciəti əsasında aşağıdakı hallarda ləğv edirlər:
- mallar dərhal başqa gömrük rejimi altında yerləşdirilməli olduqda;
- fors-major halları ilə əlaqədar malların bəyan edildiyi gömrük rejimi altında
yerləşdirilməsi mümkün olmadıqda.
Gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətini bildirdikdə, gömrük
bəyannaməsinin ləğvi barədə müraciətə yalnız müvafiq yoxlama aparıldıqdan sonra
baxılır.
Gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv edilə bilməz.
Gömrük bəyannaməsinin ləğvi bəyannaməçinin qanunvericilikdə nəzərdə
tutulmuş inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üzrə tədbirlərin tətbiqini
istisna etmir.
4. Sadələşdirilmiş bəyannamələr (155)
Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək
məqsədi ilə malların və nəqliyyat vasitələrinin bəyan olunmasının sadələşdirilmiş
qaydalarını müəyyən edir.
Aşağıdakı hallarda gömrük orqanlarına sadələşdirilmiş bəyannamələr təqdim
edilir:
125
- səlahiyyətli iqtisadi operatorlar malları müvafiq gömrük rejimi altında
yerləşdirərkən; (səlahiyyətli iqtisadi operator - Ümumdünya Gömrük Təşkilatının
normaları və standartlarına uyğun olaraq, gömrük nəzarətinin sadələşdirilmiş forma və
üsullarından istifadə edilməsinə bu Məcəlləyə əsasən səlahiyyət verilmiş hüquqi şəxs;
- yardım yüklərinin gömrük rəsmiləşdirilməsi zamanı;
- fiziki şəxslər istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan,
lakin yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən keçirərkən.
Sadələşdirilmiş bəyannamələr gömrük orqanlarının bəyannaməçinin elektron
məlumat sistemindən məlumatlar əldə edə bilməsi və onların digər gömrük orqanları ilə
mübadiləsi üçün lazım olan tələblərə cavab verməsi şərti ilə, bəyannaməçinin mallar və
nəqliyyat vasitələri barədə hesabatı formasında ola bilər.
Səlahiyyətli iqtisadi operatorlara, istehsal və ya kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirən fiziki şəxslərə münasibətdə
vəyardım yükləri üçün sadəl əşdirilmiş bəyannamənin ayrı-ayrı formalarını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
Gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim
olunanadək qısa idxal bəyannaməsinin (113) verildiyi halları və onun formasını
beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin
düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsi
mallar gömrük ərazisinə gətirilməzdən əvvəl də elektron formada gömrük orqanlarına
təqdim edilə bilər. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən
əvvəl təqdim edilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
Dostları ilə paylaş: |