126
Qısa idxal bəyannaməsinən istifadə edilməsi halları gömrük ərazisinin ərazi
sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan
mallara şamil edilmir.
Qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə
olunmaqla, elektron sənəd formasında təqdim edilir. Qısa idxal bəyannaməsi gömrük
orqanlarına kağız üzərində yazılı formada da təqdim edilə bilər. Həmin bəyannamə
risklərin idarə olunmasını, məlumatların gömrük orqanları arasında mübadiləsini
elektron formada verilən qısa idxal bəyannaməsinə analoji səviyyədə təmin etməsi şərti
ilə gömrük orqanları tərəfindən təsdiq olunur.
Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına
cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları
gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə
bilər.
Aşağıda göstərilən hallar istisna olmaqla, qısa idxal bəyannaməsi təqdim
edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bəyannamədə
düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir.
Aşağıdakı hallarda qısa idxal bəyannaməsinə düzəlişləri edilməsinə yol verilmir:
- gömrük orqanları qısa idxal bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq
niyyəti barədə məlumat verdikdən sonra;
- gömrük orqanları qısa idxal bəyannaməsindəki məlumatların düzgün olmadığını
müəyyənləşdirdikdən sonra;
- gömrük orqanları malların təqdim olunmuş yerdən aparılmasına icazə verdikdən
sonra.
Gömrük orqanları tərəfindən müəyyən edilmiş qısa idxal bəyannaməsinin
təqdim edilməsinin mümkünlüyünün son müddəti başa çatmazdan əvvəl onu əvəz edən
127
gömrük bəyannaməsi təqdim edildikdə, həmin gömrük bəyannaməsinin aid olduğu
mallar üçün qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilmir. Bu halda qısa
idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsində onun üçün zəruri olan
təfərrüatları əks etdirilməlidir.
5.Əlavə, dövri və natamam bəyannamələr. (156)
Gömrük Məcəllənin maddələrində nəzərdə tutulmuş hallarda sadələşdirilmiş
bəyannamə verildikdə, bəyannaməçi aidiyyəti gömrük rejimi üzrə gömrük
bəyannaməsinin tamamlanması üçün lazım olan digər məlumatları əks etdirən əlavə
bəyannamə təqdim etməlidir.
Gömrük orqanları eyni malları və nəqliyyat vasitələrini gömrük sərhədindən
müntəzəm olaraq keçirən şəxsə onları müəyyən müddət ərzində bir dövri bəyannamə
əsasında keçirməsinə icazə verirlər.
Bəyannaməçi gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura
bilmədikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər. Natamam bəyannamədə
gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilməlidir. Çatışmayan
məlumatlar bəyannaməçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada və müddətdə təqdim edilməlidir. Əlavə, dövri və natamam bəyannamələrin
formasını, təqdim olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması (157).
Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən
məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları
yoxlamaq, malların bəyan edildiyi gömrük rejiminin tətbiqi üçün Gömrük Məcəllənin
maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək,
128
malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna
malikdirlər.
Gömrük bəyannaməsində göstərilən məlumatların gömrük orqanları tərəfindən
yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir.
Yoxlamanın nəticələrindən malların yerləşdirildiyi gömrük rejiminin tətbiqi
məqsədi ilə istifadə olunur.
Malların yoxlanıldığı, prob və nümunələrin götürüldüyü, ekspertizasının aparıldığı
yerlərə daşınması, bununla əlaqədar yükləmə-boşaltma işləri və digər yük əməliyyatları
bəyannaməçinin özü tərəfindən, yaxud onun məsuliyyəti altında həyata keçirilir. Bu
zaman yaranan xərclər bəyannaməçi tərəfindən ödənilir.
Gömrük orqanları müəyyən edilmiş hallarda mallardan prob və nümunələri
bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların
nümayəndələrinin iştirakı olmadan götürmək hüququna malikdirlər.
6. Gömrük bəyannaməsində göstərilən məlumatların, müvafiq sənədlərin və
malların yoxlanılma müddətləri.
Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük
bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına,
mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin
təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 3 (üç) gündən gec
olmayaraq həyata keçirilir. Gömrük qanunvericiliyində sənədlərin və malların
yoxlanılması üçün daha qısa müddət müəyyənləşdirilə bilər.
Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-
ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar
haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, yuxarda
göstərilən müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri
Dostları ilə paylaş: |