Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə104/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   100   101   102   103   104   105   106   107   ...   158

220 
 
Alə,  mənə,  mən  qoçu  Həsənquluya  üçlük  atırsan?  (Elçin.  Bülbülün  nağılı, 
s.163)
Bu,  frazeoloji  ritorik  sual  cümləsidir.  Semantik  cəhətdən  sualla  yanaşı, 
qarşısındakı qarşı hədə, qorxu intonasiyası da olduğu üçün cümlədə əmr çaları da 
özünü göstərir. 
6.  Xoruz  yox  idi,    sabah  açılmırdı?  -  Bu  frazeoloji  sual  cümləsi  kinayə 
məqsədi ilə dildə işlədilir. 
7.  Soruşmaq ayıb olmasın?... - Bu frazeoloji ifadə icazə almaq məqamında 
işlədilir.  Azərbaycan  dilində  bu  ifadənin  birinci    komponenti  eyib  şəklində  də  
işlənir. 
Bağışlayın,  soruşmaq  ayıb  olmasın,  mənə  neçə  yaş  verərsiz  (S.Qədirzadə, 
Sarmaşıqlı aynəbənd)
8. Mənə gəlirsən? - frazeoloji vahidi ələ salmaq  mənasında  işlənir. Mənə 
gəlirsən ifadəsinin bir variantı da ifadənin tərkibində əsas sözə izahedici söz əlavə 
etməklə düzəlir. Bu ifadənin mənə gəliş gəlirsən? kimi variantı vardır. 
Azərbaycan danışıq dilində belə bir frazeoloji sual  cümləsi də vardır: Mənə 
gəlirsən?Bu  frazeoloji  vahid  mənə  kələk  gəlirsən?  cümləsinin  mənasına  müvafiq 
gəlir. Anarın «Adamın adamı» adlı satirik yönlü əsərindən kiçik bir mətnə müraciət 
edək: 
Əli-Adə, numra, mənə badalaq gəlirsən? 
Soltan - Mən ölüm, yoxumdu... 
Əli-Adə, mənə üçlük gəlirsən? Adə, mənə beşlik gəlirsən? Bir dənə ölçərəm 
qulağının dibindən, bir dənə solaxay qoyaram əngindən... 
İstər  mənə  badalaq  gəlirsən,  istərsə  də  mənə  üçlük  gəlirsən?  mənə  beşlik 
gəlirsən?  frazeoloji  sual  cümlələri  izahedici  söz  artırılmaqla  yaranmış  və  mənə 
gəlirsən?  idiomatik  ifadəsinin  ekvivalenti  kimi  çıxış  edir.  Şəxs  əvəzliyi  vasitəsilə 
ilə yaranmış bu ifadə ritorik səciyyə daşıyır. Çox vaxt II şəxs təkdə özünü gösrtərir. 
Bəzi hallarda III şəxsə də şamil edilir: O mənə gəlir? Bu ifadə həm II və həm də III 
şəxsdə işləndikdə frazeoloji sual cümləsi kimi çıxış edir. 
9.  .Xəncərinin  qaşı  düşər?  -  Bu  frazeoloji  ifadə  özünə  alçaqlıq  saymazsan 
və  ya  heysiyyətinə  toxunmaz  mənasını  ifadə  edir,  dildə  zəngin  bir  informativ  yük 
daşıdığından xəbər verir.  Xəncərinin qaşı düşməz frazeoloji sual cümləsi II şəxsə 
müraciət şəklində dildə işləklik tapmışdır. 
Bu frazeoloji cümlənin digər variantları da dildə mövcuddur. Məlumdur ki, 
dildə  olan  mövcud  ifadə  əsasında  yeni  frazeoloji  ifadələrin  yaranması  müsbət  hal 
kimi  qiymətləndirilir.  Məlumdur  ki,  frazeoloji  ifadələrdə  variantlılıq  istər  leksik, 
istərsə  də  qrammatik  dəyişikliklə  yaranır.  Xəncərinin  qaşı  düşməz  frazeoloji  sual 
cümləsində də həm qrammatik, həm də leksik dəyişiklik aparmaqla yeni variantlar 
meydana gəlmişdir. 
Bu  frazeoloji  cümlədə  fel  qrammatik  cəhətdən  dəyişərək  qəti  gələcək 
zamanda da işlənir: xəncərinin qaşı düşəcək? Felin qəti-gələcək zamanda işlənməsi 
ifadədə olan qətilik hökmünü artırır və sual intonasiyasını qüvvətləndirir. Bu cümlə 


221 
 
də  yenə  sual  məqamında  işlənir  və  semantik  cəhətdən  əvvəlki  mənaya  müvafiq 
gəlir.  Ritorik  sual  cümləsi  kimi  özünü  göstərən  bu  ifadə  danışıq  dilində  çox 
işlədilir. Doğrudur, bəzən ifadənin ki ədatı ilə işlənən variantına da təsadüf edilir. 
Bu  zaman  cümlədəki  hökm  qüvvətlənir,  daha  qətiyyətli  olur  və  cümlə  daha  çox 
məlumatvermə xarakteri daşıyır: Qalarıq aşağıda, xəncərimizin qaşı düşməyəcək ki, 
nolar, verərik evləri bir mərifətli adama (Elçin, Dolça, s. 48) 
Bu  frazeoloji  ifadədə  leksik  dəyişiklik  etməklə  yeni  variantlar  alınmışdır. 
Canlı  danışıq  dilinin  təsiri  ilə  xəncərinin  qaşı  düşər  ifadəsindən  oxşarlıq  prinsipi 
əsasında üzüyünün qaşı düşmər  ifadəsi yaranmışdır. 
Çox  demirəm,  heç  olmasa  bircəsini  İçərişəhərdə  qoysalar  nə  olar  bəyəm, 
üzüklərinin qaşı düşər? (K.Əfsəroğlu, Hamam hamam içində. Azərb. j.,2001, № 1, 
s.139.) 
Bu ifadənin parçalanması nəticəsində də yeni frazeoloji vahidlər yaranır. Bu 
zaman yeni yaranmış ifadə leksik tərkibcə mövcud ifadədən fərqlənir. Professional 
leksikanın  köməyi  ilə  paqonun  düşər  kimi  yeni  frazeoloji  vahid  yaranmışdır.  Bu 
frazeoloji  vahid  yeni  üslubi  xüsusiyyət  kəsb  edir.  Bu  ifadənin  I  komponentinin 
sinonim olmayan başqa sözlə əvəz edilməsi ilə medalın düşər variantı yaranmışdır, 
amma bununla ifadənin mənası pozulmamışdır. 
Bu  ifadələr  qrammatik  quruluşca  və  leksik  tərkibcə  ilkin  ifadələrdən 
fərqlənsə  də,  bu  variantlar  biri-birini  tamamlayır  və  dilimizin  frazeoloji  leksik 
qatını zənginləşdirir. 
10.  Göydən  düşmüsən?  -    frazeoloji  sual  cümləsi  II  şəxsə  müraciət  ifadə 
edir.  Heç  kimdən  artıq  olmayan  mənasına  müvafiq  gələn  göydən  düşmüsən 
ifadəsinin  də  dildə  variantı  vardır.  İfadənin  tərkibindəki  əsas  sözlərdən  birinə 
izahedici    söz  əlavə  etməklə  göydən  zənbillə  düşmüsən  frazeoloji  sual  cümləsi 
yaranmışdır.  Frazeoloji  ifadəyə  izahedici  söz  əlavə  etməklə  onun  təsir  gücü 
artırılır, ona yeni bədii keyfiyyət verilir. Bu ifadə başqa şəxslərə şamil edilmir. 
11. Arşın udmusan? Aclıqdan çıxmısan? kimi frazeoloji  cümlələrdə də sual 
kateqoriyanın yeganə göstəricisi sual intonasiyasıdır. 
Arşın udmusan? - dim-dik durmaq, aclıqdan çıxmısan? - ac olmaq, meşədən 
çıxmısan? kobud adam mənasında işlənir. 
Hər  üç  misalın  fel  komponenti  indiki  zaman,  II  şəxs  təkdə  işlədilir.  Bu 
frazeoloji sual cümlələrinin  nəqli variantlarını da yaratmaq olur. Arşın udmusan? - 
arşın udub. 
Elə bil arşın udmusan, aclıqdan çıxmısan? - elə bil aclıqdan çıxmısanyunu 
yelə vermisən? elə bil yunu yelə vermisən, meşədən çıxmısan? - elə bil meşədən 
çıxmısan. 
Misallardan  da  göründüyü  kimi,  müqayisə  mənalı  elə  bil  bağlayıcısı 
artırmaqla frazeoloji sual cümləsinin nəqli variantı yaranır. 
İntonasiya  vasitəsilə  sabitləşmiş  digər  frazeoloji  sual  cümlələri  də  vardır: 
Adə,  mənim  qabağıma  doqquz  qoymaq  istəyirsən?  (Anar,s.285);  Deməli,  belə, 
Fərəc, mənə doqquz qoyursan (Anar,s. 316); Adə, atam qardaşım, sənin başına at 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə