Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə100/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   96   97   98   99   100   101   102   103   ...   158

211 
 
beriyeki “cənubdakı”, quriyaqu “qərbdəki”. A.N.Kononov qədim türk dilində -dakı 
şəkilçili  sözlərin  asanlıqla  substantivləşə  bildiyini  göstərir:  balıqdaqı  tağıqmıs, 
tağdaqı  inmis  “şəhərdəki  dağa  çıxıb,  dağdakı  enib”  (10,109).  Qədim  uyğur 
yazılarında  az  hallarda  bu  şəkilçi  çıxışlıq  hallı  sözlərə  də  əlavə  olunmuşdur: 
yirdinki.  Deməli,  türk  dillərində  -ki  şəkilçisi  tarixən  əksər  məkani-qrammatik 
hallarla işlənə bilmiş, indi isə bu funksiya yalnız yerlik halda saxlanmışdır. 
Monqol  dillərində  də  bu  forma  geniş  yayılmışdır.  N.Poppe  monqol  yazı 
dilində  bu  şəkiçini  -daki,  -deki  (saitlə  və  sonor  samitlə  qurtaran  sözlərə  əlavə 
olunur) və  -taki, -teki (digər samitlərlə qurtaran sözlərə əlavə olunur) kimi göstərir. 
Belə  sözlərin  kökün  ifadə  etdiyi  obyektdə  yerləşmək  mənası  verdiyini  qeyd  edir: 
xotandaki  “şəhərdəki”,  gerteki  “evdəki”  (13,110).  B.X.Todayeva  bu  şəkilçinin 
müasir xalxa dilində -dax, -dex, -dox variantlarında işləndiyini göstərir: dornodox 
“şərqdəki”, ereqdex “sahildəki” (17,54). Bu şəkilçi monqol dillərində də yerlik hal 
şəkilçisi ilə -ki şəkilçisinin birləşməsi nəticəsində yaranmışdır. 
Tunqus-mancur  dillərində  bu  məqamda  -ki  şəkilçisi  işlənmir.  Bu  dillərdə 
eyni  məna  -di,-ti  şəkilçiləri  ilə  ifadə  olunur:  bira  “çay”  –  biradı  “çaydakı”,  amut 
“göl” – amuttı “göldəki”. V.Kotviç isə bu dillərdə -rgi şəkilçisinin işləndiyini və bu 
şəkilçinin monqol dillərində -raki şəkilçisindən yarandığını göstərir. Məsələn, dele 
“yuxarı” – dergi “yuxarıdakı”, dolo “içəri” – dorgi “içəridəki”.  Onun fikrincə, -rgi 
şəkilçisi -ra zərf şəkilçisi və -ki şəkilçilərinin birləşməsindən yaranmışdır (11,122). 
Buradakı  -ra  şəkilçisini  türk  və  monqol  dillərindəki  -ra,  -re  hal  şəkilçisi  ilə 
müqayisə  edə  bilərik.  Q.M.Vasilyeviç  bu  şəkilçini  -rqi  deyil,  -qu  şəkilçisi  kimi 
göstərir: xere “aşağı” – xerqu “aşağıdakı”, un “yuxarı” – uqu “yuxarıdakı” (6,76). 
-ki  şəkilçisinin  bu  funksiyası  türk  və  monqol  dillərində  birinciyə  nəzərən 
daha geniş yayılmışdır. 
Bu şəkilçinin ən çox fikir ayrılığı yaradan funksiyası üçüncü funksiya, yəni 
yiyəlik  hal  şəkilçisindən  sonra  işlənməsidir.  Altay  dillərinə  dair  aparılan  müxtəlif 
tədqiqatlarda  həmin  məqamda  -ki  şəkilçisi  mənsubiyyət  şəkilçisi,  yaxud  sifət 
düzəldən  şəkilçi  adlandırılmış,  bəzi  tədqiqatlarda  isə  bu  şəkilçiyə  toxunulmamış, 
yalnız onun iştirakı ilə yaranan əvəzlik formaları araşdırılmışdır. 
Türk dillərində bu mövqedə -ki şəkilçisi geniş işlənir və bütün yiyəlik hallı 
sözlərə  əlavə  oluna  bilir.  Bu  dillərdə  -ki  şəkilçisi  ilə  bağlı  müxtəlif  fikirlər 
söylənmişdir. M.Ergin bu şəkilçinin aidlik məzmunu ifadə etməsindən çıxış edərək 
onu aidlik şəkilçisi adı ilə qeyd edir və bu barədə yazır: “-ki şəkilçisi bu xarakteri 
ilə  burada  ikinci  bir  mənsubiyyət  şəkilçisi  kimi  mənsubiyyət  şəkilçiləri  sırasına 
daxil  olur”  (1,219).  M.Ergin  -ki  şəkilçisinin  mənsubiyyət  şəkilçiləri  ilə 
oxşarlıqlarından  biri  kimi  bu  şəkilçini  qəbul  edən  sözlərin  hallanmasının  da 
mənsubiyyət  şəkilçili  sözlərdə  olduğu  kimi  n  bitişdirici  samitinin  əlavəsi  ilə  baş 
verdiyini  göstərir.  A.N.Kononov  mənsubiyyət  anlayışının  ifadə  vasitələrindən 
danışarkən  morfoloji-leksik  üsulu  da  qeyd  edir  və  bu  üsulun  əvəzliklərin  və 
isimlərin  yiyəlik  halına  -ki  şəkilçisinin  əlavə  olunmasından  ibarət  olduğunu 
göstərir:  benimki,  bizimki,  Orhan'ınki,  babamınki  (9,77).  F.Zeynalov  da    bu 


212 
 
şəkilçini mənsubiyyət anlayışını ifadə etməyin bir yolu hesab edir: “Mənsubiyyət 
anlayışı  sahiblik  mənası  yaradan  -ki  şəkilçisi  ilə  də  əmələ  gələ  bilər.  Bu  yolla 
yaranan aidlik bir növ mücərrəd olur, mənsub əşyanın nədən ibarət olması məlum 
olmur”  (3,114).  N.K.Dmitriyev  mənsubiyyət  kateqoriyasının  iki  növünü  göstərir: 
konkret  mənsubiyyət  və  mücərrəd  mənsubiyyət.  O,  mücərrəd  mənsubiyyət 
dedikdə, yiyəlik hala -ki şəkilçisinin əlavə olunduğu formanı nəzərdə tutur və yazır 
ki, bu zaman mənsubiyyət anlayışı aid olduğu əşyadan ayrı ifadə olunur (7,55). 
Dilçilik  ədəbiyyatında  bu  şəkilçinin  əvəzliklərlə  işlənməsinə  daha  çox 
diqqət yetirilir. Bu da Avropa dillərindəki yiyəlik əvəzliyi anlayışının qeyd-şərtsiz 
türk  dillərinə  də  aid  edilməsi  ilə  bağlı  olmuşdur.  Azərbaycan  dilinə  dair  yazılan 
tədqiqat  əsərlərində  də  bu  formanın  yiyəlik  əvəzliyi  adlandırılması  müşahidə 
olunur.  Lakin  bu  fikir  düzgün  hesab  oluna  bilməz,  çünki  Avropa  dillərindəki 
yiyəlik  əvəzlikləri  xüsusi  formaya  malikdir  və  türk  dillərində  işlənən  mənimki, 
səninki kimi formalar digər dillərdəkindən  fərqli olaraq  mənsub əşyadan əvvəl də 
işlənə bilir, yəni həm meniki at, həm də at meniki formaları mövcuddur (8,40). 
-ki  şəkilçisi  qəbul  etmiş  əvəzlikləri  yiyəlik  əvəzliyi  adlandırdığımız  zaman 
bu  şəkilçini  qəbul  etmiş  isimlər  və  isimləşmiş  digər  nitq  hissələri  bu  bölgüdən 
kənarda  qalır.  Halbuki  -ki  şəkilçisi  həm  yiyəlik  halda  olan  əvəzliklərə,  həm  də 
isimlərə  artırıldıqda  eyni  funksiyanı  yerinə  yetirir,  yəni  həm  sahib  şəxsi,  həm  də 
mənsub  əşyanı  eyni  sözlə  ifadə  etməyə  kömək  edir.  Bu  mənada  həmin  sözləri 
substantivləşmiş  sifət,  say  və  ya  feli  sifətlərlə  müqayisə  edə  bilərik,  çünki 
substantivləşmiş  sözlər  də  həm  əlaməti,  həm  də  onun  aid  olduğu  əşyanı  bir  sözlə 
ifadə  etməyə  xidmət  edir.  Məsələn,  Oxuduğum  kitab  maraqlıdır  əvəzinə 
Oxuduğum maraqlıdır işlənə bildiyi kimi, Onun kitabı daha maraqlıdır əvəzinə də 
Onunku daha maraqlıdır da işlənir. 
Eyni  sözü  monqol  və  tunqus-mancur  dilləri  haqqında  da  deyə  bilərik. 
Monqol  dillərində  yiyəlik  halda  olan  sözlərə  -ki  şəkilçisinin  əlavə  olunması  geniş 
yayılmışdır. Bu dillərə dair aparılan tədqiqatlarda da türk dillərində olduğu kimi bu 
şəkilçinin  əvəzliklərə  artırılmasından  daha  çox  danışılır  və  bu  əvəzliklər  yiyəlik 
əvəzlikləri  adlandırılır:  “Qədim  monqol  dilində  xüsusi  yiyəlik  əvzlikləri 
olmamışdır. Şəxs əvəzliklərinin yiyəlik halına -*ğai/-*gei və ya -*qı/-*ki şəkilçisi 
artırılmaqla  ingilis  dilindəki  mine,  thine  və  s.  tipli  sözlər  yaranmışdır”  (2,219). 
Monqol  dillərini  digərlərindən  fərqləndirən  xüsusiyyət  belə  sözlərin  ikinci  yiyəlik 
formalarının da olmasıdır: manǟxi (ordos), manēxi (xalxa) və manǟxi (buryat). Bu 
sözlər  manúğai  sözünə  yenidən  -*qı/-*ki  şəkilçiləinin  artırılması  ilə  yaranır 
(2,219).  Lakin  qeyd  etmək  lazımdır  ki,  türk  dillərində  olduğu  kimi  monqol 
dillərində də -ki şəkilçisi yalnız əvəzliklərlə deyil, digər nitq hissələri ilə də işlənə 
bilir: Ene morinaqayinki “Bu at qardaşımınkıdır”. 
Tunqus-mancur  dillərində  bu  mövqedə  -ŋī  şəkilçisi  işlənir.  Bu  şəkilçinin 
Altay dilləri üçün ən qədim yiyəlik hal şəkilçisi hesab olunan -n şəkilçisi ilə -gi<-
*ki  şəkilçisinin  birləşməsi  nəticəsində  əmələ  gəldiyi  göstərilir  (2,157).  Mancur 
dilində  bu  şəkilçilərin  birləşməsi  -niŋqe,  -inqe  şəkilçilərini  əmələ  gətirir.  Bu 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə