Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə96/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   92   93   94   95   96   97   98   99   ...   158

202 
 
1.
 
Müasir  Azərbayca  dillində  heç  bir  iz  buraxmadan  unudulmuş,  müasir 
Azərbaycan  dili  üçün  ölmüş  sözlər;  məs:  uçmaq  (cənnət),  əsən  (sağlam),  tamu 
(cəhənnəm),  tanuq  (şahid),  qaqımaq  (acıqlanmaq),  duş  (yuxu),  nəsnə  (şey),  sin 
(məzar), din (sakit), yavuz (bəd, sərt); 
Belə sözlərin ölməsini mübarizədə məğlub olmaq kimi başa düşmək lazımdır. 
Bu sözlərin çoxu, başqa tayfa dilllərinə mənsub sözlər olaraq, ümumxalq dili halında 
yenicə təşəkkül tapan Azərbaycan dilinin lüğət tərkibində başqa bir tayfa və ya xalqa 
mənsub  eyni  mənalı  sözlə  paralel  işlənmiş,  mübarizə  etmiş  və  nəticədə  məğlub 
olmuşdur. Buna görə də Azərbaycan dili üçün ölmüş olan bu sözərin bir qismi indi 
mövcud digər türk dillərində canlı surətdə işlənir. 
2.
 
Müasir  Azərbaycan  dilində  eyni  məzmun  və  eyni  şəkildə  ümumi  surətdə 
işlənməkdə olan sözlər; məs: görmək, gəlmək, oğlan, qız, su, olmaq, əl, yaxşı, sən, 
isə, ötrü, üçün və s. 
3.
 
Azərbaycan  dilinə  mənsub  hesab  edilən  sözlərin  müəyyən  bir  qismi  isə 
əsərdə geniş dairədə və ya eynən müasir Azərbaycan dilində işlənməsə də, müxtəlif 
dəyişikliyə uğramış və ya məhdud şivədə öz izini saxlamaqdadır: 
a).  Bunlardan  bəziləri  atalar  sözlərində,  nağıllarda,  bayatı  və  qoşmalarda  və 
ya ayrı-ayrı şivələrdə eyni məna, eyni şəkildə qalmaqdadır; məs:  
Arı (təmiz, saf) – Ağ qızım, arı qızım, 
                            Dağların qarı qızım  [1,144]. 
Yeg (yaxşı) – Mən aşıq qalınca bağ, 
                       Bar verməz qalınca bağ,  
                       Veyrana qalsa yegdir
                       Düşmənə qalınca bağ (bayatı) [1,144]. 
Yazı (çöl, səhra) – Evdə gül, yazıda gül, 
                              Gəlməsən, yaz dəgül (bayatı) [1,144]. 
Ağır (əziz, dəyərli, bahalı) – Gec gələn qonaq ağır gələr (atalar 
sözü) [1,145]. 
Varmaq (getmək) – Var get (Qazax şivəsi) [1,145]. 
b).  Belə  sözlərin  bir  qismi  isə  öz  əvvəlki  şəklini,  fonetik  tərkibini  eynilə 
saxlamaqla,  mənaca  dəyişərək  əvvəlki  mənaya  yaxın  başqa  bir  mənada 
işlənməkdədir;  məs:  “yaraq”  sözü  poemanın  dilində  ümumən  hər  cür  gərək,  alət, 
hazırlıq  görmək  mənalarında  işləndiyi  halda  müasir  Azərbaycan  dilində  ancaq 
“silah” mənasını ifadə edən bir söz kimi işlənir. Yazıq – poemanın dilində “günah”, 
“günahkar”  mənasında  işləndiyi  halda  müasir  Azərbaycan  dilində  “aciz,  kimsəsiz, 
zəif  ”  mənalarında  işənir.  Qat  –  əsərdə  qarşı,  qabaq,  yan  mənasında  işlənir,  lakin 
müasir  Azərbaycan  dilində  əksərən  “büküm”,  bəzən  isə  “dəfə”  mənasında 
işlənməkdədir. 
c). Bu qəbildən olan sözlərin müəyyən bir hissəsi isə öz müstəqil varlığını ya 
tamamilə itirib, ya da müstəqil formasını mühafizə etməklə bərabər, başqa bir sözün 
varlığında müəyyən iz buraxaraq yaşamaqdadır; məs: Al – hiylə (aldatmaq sözündə 
qalır). 


203 
 
“Yusif  və  Züleyxa”  poemasının  dilindəki  leksik  arxaizimlərin  bir  qisminə 
ayrı-ayrılıqda nəzər salaq.  
Aqmaq – meyil etmək, könül vermək; məs: 
Var ikən görüm, cəmalüm bağmadun, 
                    Bir zəman bəndən yana heç aqmadun [4,296]. 
Ayıtmaq –  Ayıtdı, bizüm dəftərimizdə xəbər 
                   Qıldı Yusif qissəsin mötəbər [1,214]. 
“Ayıtmaq”  sözü  Azərbaycan  yazılı  abidələrinin  dilində  aydır/aydur  şəklində 
“deyir,  söyləyir”  mənasını  ifadə  etmişdir;  məs:  Ol  qırq  namərdlər  aydılar  [3].; 
Aydım  qaşına işvə qıl, aydır ki, göz üstə (Xətayi) [2,230]. 
Al – hiylə, yalan, məkr, kələk, biclik, fənd; 
Al ilə Yusifi razı qıldılar,  
          Turdilər babalarına gəldilər [4,216]. 
Azərbaycan  ədəbi  dil  nümunələrində  də  “al”  sözü  eyni  mənada  işlənmişdir; 
Namərd  tayın  al  eyləmiş  [3].;  Alini  gör  nə  al  edər,  kimsə  irişməz 
alinə(Nəsimi)[2,231].;  müasir  Azərbaycan  dili  şivələrində  “al”  sözü  hiylə,  yalan 
mənsında  işlənir;  məs:  Məni  al  dilə  tutma,  nə  sözün  var  mərdanə  deynən  (Bərdə) 
[2,231]. 
Ari – təmiz, saf, duru; məs:  
Çevrə yanin ari eylə, ey zülfunun [4,245]. 
Poemanın  dilində  “ari”  və  “təmiz”  sözləri  paralel  işlənmişdir.  “Ari”  sözü 
müasir  Azərbaycan  dilində  “arıtmaq”  felinin  tərkibində,  həmçinin  atalar  sözü  və 
məsəllərdə qalmışdır; məs: Aydan arı, sudan duru
“Ari”  sözünə  digər  abidələrin  dilində  də  rast  gəlmək  olar;  məs:  Ari  sudan 
abdəst aldılar [3,50]. 
Bay – bəy, dövlətli , zəngin, xoşbəxt; məs: 
   
Bəzədilər gərdəgü gümiş saray, 
   
Ol dügünə gəldilər yoxsul, bay [4,228]. 
Digər  abidələrimizin  dilində  də  “bay”sözünə  rast  gəlmək  olar;  məs:  Dədəm 
Qorqut  gəlsün,  bu  oğlana  ad  qosun,  biləcinə  alıb  babasına  varsun.  Babasından 
oğlana bəglik  istəsün, təxt alı versün – dedilər [3,36]. 
Müasir  Azərbaycan  ədəbi  dilində  “bay”  sözü  fonetik  dəyişikliyə  uğrayaraq 
“bəy” kimi işlənməkdədir. 
Bilmək – tanımaq; məs: 
   
Bilmədi Yusif Züleyxa yüzini,  
   
Kim, nə surətlüdür anun özini [4,236]. 
“Dədə Qorqud”un dilində də “bilmək” sözü eyni mənada işlənmişdir; məs:  
   
Getdikdə yerin otlaqların keyik bilir. 
Kənəz yerlər çəmənlərün qulan biliür. 
Ayru-ayru yollar izin dərə bilür. 
Yedi dərə qoxuların dilxü bilür [3,32]. 
Varmaq – getmək; məs:  


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə