Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə94/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   90   91   92   93   94   95   96   97   ...   158

198 
 
 Həmin  dilçi  “qol”  (gül)  sözünün  təhlilinə  gəldikdə  belə  bir  qənaətə  gəlir: 
Hind-Avropa  dillərindən  olan  sanskrit  dilindəki  “vradəda”  sözü  əski  farscada 
“vərd” və müasir farscada “vərd” və “qol” (gül) olmuşdur (4, s. 276). 
Belə qəribə nəticəyə gələn dilçinin “gül” sözünün “vərd” sözünə necə çev-
rilməsi  haqqında  heç  bir  elmi  fakt  ortaya  qoymaması,  “gül”  sözünün  farscaya  aid 
olmaması  deməkdir.  Çünki  “Qurana”  da  daxil  olmuş  əski  fars  dilinə  aid  “vərd” 
sözü “gül” sözünə necə çevrilə bilər?! 
Yuxarıda  qeyd  edilənlər  bizi  belə  bir  qənaətə  gətirir  ki,  fars  dilində 
tərkibində  “l”  fonemi  (səsi)  olan  sözlərin  fars  dilinə  aid  olmasına  şübhə  ilə 
yanaşaq. 
Yuxarıda gəldiyimiz qənaətlərə əsaslanaraq Nizami, Qətran, Xaqani və bir 
çox  farsdilli  türk  şairlərinin  əsərlərində  tərkibində  “l”  səsi  olan  sözlərin  türk 
dillərinə  aid  olma  ehtimalı  güclənir.  Burada  bir  neçə  sözün  türk  dillərində  aid 
olduğunu örnəklərlə göstərməyə çalışacağıq. 
Kelid (دیلک): Qətran Təbrizi “kilid” sözünü açar mənasında  işlətmişdir: 
«
 ﻭا فک ار یمرخ رد    داب هلاس همه ﻭ دایز یداشب
دیلک
»
 
(Şadlığı uzun sürsün, illər boyu davam etsin,    Onun ovcu şadlığın açarıdır 
//kilididir ) 
Həmin  söz  Nizami,  həm  də  bir  çox  şairin  əsərində  gəlmişdir.  Yuxarıda 
göstərdiyimiz  kimi,  “kilid”  sözü  farsca  ola  bilməz.  «E.Əzizovun  faktlarla 
göstərdiyi kimi, əski “kelit //kilit//kilid” sözü Azərbaycan türkcəsində r>l, t>d səs 
dəyişməsinə  uğrayaraq  “kilid”  şəklini  almışdır»  (2,  s.  239).  Doğrusu,  keç  (mək) 
felindən keçid, um(maq) felindən umud sözü yarandığı kimi, gir(mək) felinə -it//-id 
şəkilçisinin  qoşulması  ilə  “girit//kirit//kilid”  sözü  yaranmışdır.  Həmin  məsələni 
هبلک” (kolbe) sözü haqqında deyə bilərik: 
Kole  (هلک).  Nizami  qədim  türk  sözü  olan  ev  və  çadır  mənasında  işlənən 
“kola”, “kil” və “gil” sözünün “kola” şəklini “kile” şəklində işlətmişdir: 
«
 زا رپ
هلک
 
اهراک هکس دش هنوگرگد     نزرب ﻭ یوک دش
( »
3, s. 119
)
.
 
Buradakı “kile”  (kola) sözü ev və  çadır  mənasındadır. Azərbaycan türkcə-
sində  atamgil  (atam+gil)  sözündə  ev  mənasında  (atamın  evi)  işlənmiş  gil//kil, 
Cənubi Azərbaycanda – Urmiya, Sulduz (Nağadey) və başqa şəhərlərdə indi də bu 
mənada- bağlarda ağacdan düzəldilmiş evlər haqqında işlədilir, hətta oba (çadır və 
ev  mənasında)  sözü  ilə  birlikdə  “kola-oba”  və  ya  “kalafa”  (kolaba 
//kolava//kolafa//kalafa)  şəklində  də  işlənməkdədir.  Amma  bu  kəlməni  farscanın 
fonetikası  əsasında  oxuduqda  “koləh”  (papaq)  mənasında  olur  və  bu  da  misranın 
tamam mənasını dəyişdirir.  Əlbəttə, bu misalları artırmaq da olar. 
Kolbe  (هبلک).  Bu  söz  Nizami  tərəfindən  çadır,  ev,  dükan  mənasında 
işlənmişdir:  
«
    یتشاد هر رس رب بدا مشچ
هبلک
 
یتشاد هگن  لاقب
»
 
(Yola nəzakətli göz tikərək       dükançının dükanını qoruyurdum)  


199 
 
Yuxarıda  göstərdiyimiz  kimi,  “kola”  (ev  və  çadır)  və  “oba”  (ev  və  çadır) 
sözlərinin  birləşməsi  nəticəsində  yarana  bilər:  kola+oba//kolaoba//kolaba//kolba 
//kolbe (ev, çadır, çardak, dükan və s. mənalarda).  
 “Külah” sözü haqqında da belə fikir ortaya qoymaq mümkündür. 
Çoğrat  (تارغچ).  Mövləvi  tərəfindən  suyu  çəkilmiş  torba  qatığı  mənasında 
işlənmiş “çoğrat” sözü oğuz qrupu türk dillərində yoğurd //yoğurt (qatıq) şəklində 
işlənməkdədir.  Qıpçaq  türkcəsində  y~c//ç  ləhcə  fərqini  nəzərə  alsaq,  indi  də 
“yoğurd” sözü “çuğrat” şəklində işlənir: 
«
 اب هرمخ   نینزان یاهنان ﻭ رینپ مه
یاهتارغچ
 
زان
نین
»
 
(Həm pendir, həm də yeməli çörəklər,   dadlı torba qatığı olan küpələr)     
Çəğrideəm  ( هدیرغچ
 
ما
).  Mövləvi  “Şəms  Divanı”nda”  bu  sözü  “çəğrideəm” 
şəklində işlətmişdir: 
«
هروغ ره
 
ایب یزیربت سمش یک  هدش نلاان یا
،
 
   
 نتشیوخ رد یتذل یب ﻭ یخلت زک
هدیرغچ
 
ما
»
 
 
(Hər  qora  ağlayaraq  “ey  Şəmsi-Təbrizi”-  gəl  deyir,  çünki  acımaqdan, 
dadsızlıqdan öz içimdə çərləmişəm) 
Bu düzəltmə fel Füruzanfərin 2006-cı ildə nəşr etdiyi Divanda “çəğzideəm” 
şəklində verilsə də, Riza Arastənin Mövləviyə həsr etdiyi əsərdə “çəğrideəm” kimi 
yazılmışdır.  Həmçinin  Mövləvinin  bu  qəzəlinin  qafiyələrinin  əksəriyyəti  “-idən” 
şəkilçisinin  köməyi  ilə  düzəldilmiş  düzəltmə  sözlərdir.  Bu  düzəltmə  fellərin 
əksərinin  kökü  farscadır,  ancaq  “çəğrideəm”  kimi  düzəltmə  felin  kökü  çağdaş 
Azərbaycan türkcəsində mövcud olan “çərlə(mək)” felidir. Amma bu felin Mövləvi 
dövründəki forması ola  bilsin ki,  dəyişmiş və  indiki  çərləmək  şəklinə  düşsün. Bu 
söz Mövləvinin əsərlərində forma baxımdan səhv yazılmış və ya mənası tam başa 
düşülməmiş türkcə sözlərdən biridir.  
Buradakı  “çəğrideəm”  feli  fars  dilində  cəli  (düzəltmə)  fel  sayılır.  Onun 
“çəğrə”  forması  türkcədir.  Una  su  vurandan  sonra  yoğurur  və  xəmirləşir,  bir 
müddətdən sonra xəmirin suyu çəkilərək acıyıb dadsız olanda onun təndirə yapıb, 
bişirmə  zamanı  çatır.  Bu  məsələni  Mövləvi  gözəl  şəkildə  təsvir  etmişdir.  Türk 
dilində “yoğun” sözü “qəliz” və “suyu çəkilmiş” əşya mənasındadır, digər tərəfdən 
də  südün  suyu  çəkilərək  bərkimiş  şəklinə  yoğurt  (qatıq)  deyilir.  Demək, 
“yoğurmaq”  və  “yoğrulmaq”  deyəndə  bir  şeyin  suyu  çəkilməsi  başa  düşülür. 
Qıpçaq  türkcəsində  y>c>ç  (yeddi//ceddi,  yaş//caş)  əvəzlənməsini  nəzərə  alsaq, 
“coğramaq”  və  ya  “çoğramaq”  və  “çəğrəmək”  sözünün  bir  insanın  fəaliyyətdən 
bədəninin  suyunun  çəkilməsi  və  həddən  artıq  tərləməsi  başa  düşülə  bilər.  Bizim 
fikrimizcə,  “yorulmaq”  felinin  də  əsas  kökü  “yoğrulmaq”  ola  bilər,  yəni 
fəaliyyətdən  bədənin  həddən  artıq  tərləyərək  suyunun  çəkilməsi  və  buradan  da 
çəğrəmək  və  ya  çərləmək  feli  yaranıb  və  onun  da  əsas  mənası  ortaya  çıxa  bilər. 
Mövləvi  də  “çəğrideəm”  dedikdə  həddən  artıq  yorulub  və  bezmişəm  demək 
istəmişdir (1, s. 179). 
Ədəbiyyat siyahısı 
1.
 
Filologiya məsələləri. “Elm və Təhsil” nəşriyyatı, Bakı: 2013, No1  


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə