Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə93/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   89   90   91   92   93   94   95   96   ...   158

196 
 
 
ЯДЯБИЙЙАТ 
1.
 
Азярбайъан дилинин диалектоложи лцьяти. Азярбайъан ССР Елмляр Академийасы 
няшриййаты, Бакы. 1964, 479 с. 
2.
 
Азярбайъан ядябиййаты ХВЫЫ-ХВЫЫЫ ясрляр. Бакы: Elm. 1988, 517 с 
3.
 
Азярбайъан ядябиййаты. М.Фцзули. Бакы: Elm, 1986, 482 с. 
4.
 
Ъяфяров С. Мцасир Азярбайъан дилинин лексикасы. Бакы: АДУ няшриййаты, 1958, 
168 с. 
5.
 
Ялибяйзадя  Е.  Азярбайъан  дилинин  тарихи.  Ики  ъилддя.  Азярбайъан  тяръцмя 
мяркязи. Бакы, 2007. 660 с. 
6.
 
Хятаи Ш.И. Ясярляри,  ики ъилддя. Бакы: Шярг - Гярб, 2005. сящ.384 
7.
 
Имадяддин Н. Сечилмиш ясярляри. Ики ъилддя.  Бакы: Лидер, 2004. 376 с. 
8.
 
«Китаби-Дядя  Горгуд»  енсиклопедийасы.  Ы  ъ.  Бакы,  Йени  Няшрляр  Еви.  Бакы, 
2000, 622 с. 
9.
 
 Гурбанов А.М. Мцасир Азярбайъан ядяби дили. Ы ъ. Бакы, 2003 
10.
 
 Мящяррямова Р. «Китаби-Дядя Горгуд» ун сюз хязиняси. «Елм вя Тящсил», 
Бакы,   2009, 189 с. 
11.
 
 Мяммядова  А.  «Дядя  Горгуд  Китабы»нын  лексикасы.  Бакы,  Нурлан,  2009, 
175 с. 
12.
 
 Мясищи «Вярга вя Эцлша» Азярбайъан Дювлят Няшриййаты. Бакы, 1977,.285 s. 
13.
 
 Мирзяйева Щ. Азярбайъан дилиндя фел. Бакы: Маариф, 1986, 318 с. 
14.
 
 Ряъябли  Я.  Эюйтцрк  дилинин  морфолоэийасы.  Бакы  Университети  няшриййаты. 
2002, 475 с.   
 
Mirəli Rizai
 

 
 
FARSDİLLİ TÜRK ŞAİRLƏRİNİN ƏSƏRLƏRİNDƏ BƏZİ TÜRK 
MƏNŞƏLİ SÖZLƏRİN ETİMOLOGİYASI 
 
Fars dili ilə türk dillərinin əlaqəsi və bu iki dil arasındakı əlaqələrin tədqiqi 
bir çox tədqiqatçının diqqətini özünə cəlb etmişdir. Hərdən farscada türk dillərinə 
aid sözlər, hərdən də türk dillərində farsca sözlər haqqında bir çox elmi tədqiqatlar 
həyata  keçirilmiş  və  bu  proses  əsasında  farsdilli  türk  şairlərinin  əsərlərində  də 
türkcə  ünsürlər  haqqında  bir  çox  tədqiqat  aparılmışdır.  Ancaq  bu  günə  kimi  bəzi 
sözlərin hansı dilə aid olması məsələsi konkret şəkildə öz həllini tapmamışdır. Bu 
məsələ bəzi tədqiqatçıların bu mövzu ilə bağlı keçmiş dövrün indiki dövrlə müqa-
yisədə  dilçilik  sahəsi  üzrə  məhdud  elmi  nailiyyətlərinə  əsaslanaraq  bu  iki  dilin 
tarixi  fonologiya,  fonetika  və  fonotaktikalarını  nəzərə  almadan  tədqiqat  apardıq-
larından asılı olmuşdur.  
Qədim fars dilinin fonotaktikasını dərin öyrənmədən və türk dillərinin tarixi 
fonologiya,  morfonologiya  və  fonotaktikasını  nəzərə  almadan  bəzi  sözlərin  soy-
kökünü  dəqiq  təyin  etmək  mümkün  olmayacaq.  Azərbaycan  Respublikasında 
                                                           

 Rizai Mirəli - Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktorantı. 


197 
 
“Azərbaycan  tarixi  fonetikası”  (1973)  A.M.Axundov,  “Azərbaycan  dilinin 
morfonologiyası” (1986) F.Cəlilov və “Azərbaycan dilinin tarixi dialektologiyası” 
(1999) əsəri E.Əzizov tərəfindən, həmçinin İranda da bu yaxın illərdə “Fars dilinin 
tarixi fonologiyası” (2001) əsərinin Mehri Baqiri tərəfindən nəşr edilməsi bəzi türk 
sözlərinin etimologiyası üçün əlverişli şərait yaratmışdır. 
Bu  məqalədə  fars  dilinin  tarixi  fonologiyası,  eləcə  də  onun  tarixi  fonotak-
tikası(səsdümüzü)  aspektindən  bəzi  sözlərin  etimologiyasına  yanaşaraq,  farsdilli 
türk  şairlərinin  dilində  işlənmiş  bəzi  sözlərin  türk  dillərinə  aid  olduğunu 
göstərməyə çalışacağıq.  
M.Baqiri  “Fars  dilinin  Tarixi  fonologiyası”nda  qeyd  edir  ki,  qədim  fars 
dilində “l” fonemi (səsi) mövcud olmamışdır. Buna görə qədim farscada tərkibində 
“l” səsi olan sözlər ya alınmadır, ya da ”r” səsinin inkişafı nəticəsində “l” səsinə, 
eləcə  də  “l”  foneminə  çevrilmişdir  (4,  s.  268).  Məsələn,  “Əlvənd”  çay  adı  əski 
farscada  “Aurvant”  və  orta  farscada  “Arvant”  kimi  verilmişdir  (Ərvənd  çayının 
mənası “sürətli”, iti” gələn çay deməkdir) və “Babil” sözü əski farscada “Babiru”, 
“Di-iq-lat”  sözü  “Tigra”  (l~r)  şəklinə  düşmüşdür.  Sonra  qeyd  edir  ki,  bəzi  sözlər 
eyni ilə bu günə kimi dəyişməmiş şəkildə qorunmuşdur. Məsələn, sankrit dilindəki 
“qələ”  və  latın  dilindəki  “qula”  sözü  müasir  farscada  “qəlu”  (boğaz)  kimi 
işlənmişdir (4, s. 282). 
M.Baqiri  “pələng”  sözünün  etmimologiyasını  verdikdə  həmin  prinsipə 
əsaslanmışdır: sanskrit dilində “pradaku” olan söz orta farscada və müasir farscada 
“pələng” olmuşdur (4, s. 276). 
Yəni  burada  “pradaku”  sözündə  “r~l”  dəyişməsi  baş  vermiş  və  “pladaku” 
yaramışdır, sonra da “pələng” forması ortaya çıxmışdır. Elmi sübutu zəif olan belə 
hallar  bu  əsərdə  çoxdur.  Amma  bizi  maraqlandıran  məsələlərdən  biri  türk 
dillərində  “müxtəlif  variantları  ilə  mövcud  olan  “qaplang”  sözüdür.  Bu  söz  əksər 
türk  dillərində  mövcud  olmuşdur:  az.  qaplan//pələng,  tür.  kaplan,  kaz.  “kabılan” 
(jolbarıs), özb. “käplän”, türkm. “qaplaŋ” və s. Bizim fikrimizcə, burada “pələng” 
sözü  “qaplang”  sözünün  “k”  səsinin  düşməsi  (aplnag)  və  “p”  səsi  ilə  “a”  səsinin 
yerdəyişməsi  nəticəsində  “palang”,  sonra  isə  a~ə  dəyişməsi  nəticəsində  “pələng” 
şəklində düşməsi daha doğru ola bilər.  
Həmin  dilçi  sonda  belə  bir  nəticəyə  gəlir  ki,  müasir  fars  dilində  mövcud 
olan  «l»  fonemi  ya  alınma  sözlərə  aiddir,  məsələn.  “felfel”  (bibər),  “Lubnan” 
(Livan),  “”Babel”  (Babil),  ya  da  inkişaf  nəticəsində  “l”  foneminə  çevrilmiş  bəzi 
fonemlərin  qalığıdır  (4,  s.  283).  Məsələn,  müasir  farscadakı  “kəlağ”  sözü  əfqan 
dilindəki” karqa” sözündən alınmışdır. 
Əlbəttə,  həmin  dilçi  həmin  səhifənin  ətək  yazısında  belə  bir  fikir  ortaya 
qoyur:  «Elə  biləsən,  “qarqa”  sözünün  əfqan  variantı  ilə  eyni  olan  azəri  dilindəki 
tələffüzü  “kalaq”  sözünə  nisbətən  daha  qədim  formanı  göstərməkdədir  ki,  burada 
“r~l” dəyişməsi nəticəsində “kalaq” olmuşdur» (4, s. 283). 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə