Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə89/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   85   86   87   88   89   90   91   92   ...   158

188 
 
yazılma tarixi, yazı sistemi, qədim uyğur ədəbi dilinin qrammatikası, ümumilikdə 
uyğur  tarixi,  mədəniyyəti  haqqında  Almaniyada  müxtəlif  səpkilərdə  elmi 
araşdırmalar,  monoqrafiyalar,  təhlil  və  şərhlər  yazılmışdır.  1961-ci  ildən  Berlin 
Akademiyası  nəzdində  toplanlan,  sistemləşdirilən  və  xüsusi  şəkildə  mühafizə 
edilən  əski  türk  yazılarının,  o  cümlədən  uyğur  mətnlərinin  sistematik 
kataloqlaşdırılmağa  başlanılmışdır.  Türk  Turfan  mətnlərinin  nəşrinin  davamına 
yeni  bir  silsilə  ilə1971-ci  ildə  keçmiş  ADR  ElmlərAkademiyasınınQədimTarix 
vəArxeologiyaİnstitutunun 
nəzdindəbaşlanılmış, 
buseriyadan17cildnəşr 
olunmuşdur.1989-cu 
ildəAlmaniyanın 
birləşməsindənsonraTurfankolleksiyası 
yenidən  Berlin  Dövlət  Kitabxanasının  Şərq  Departamentinə  verilmiş  və  hazırda 
burada saxlanılır (27). 
İngiltərədə  qədim  uyğur  abidələrinin  öyrənilməsinə  xüsusi  diqqət 
ayrılmışdır.  1900-1901,  1906-1908  A.Steynin  (A.Stein)  başçılğı  ilə  Şərqi 
Türküstana edilən elmi ekspedisiyalar  nəticəsində Turfanda, Dunhuanqda tapılan 
yazılı abidələr Londonda  “British Library”  kitabxanasında  S.A.Steyn  kolleksiyası 
adı  altında  mühafizə  olunmaqdadır  (26).  Bundan  başqa  Macarıstan,  Polşa, 
Fransada da uyğurşünaslıq inkişaf edir, abidələr müxtəlif istiqamətlərdə araşdırılır. 
XX  əsrin  əvvəllərində  fransız  alimlərinin  Şərqi  Türküstana,  Turfan  vadisinə, 
Dunhuanqa  etdikləri  elmi  ekspedisiyaları  zamanı  əldə  olunan  yazılı  mətnlər  Paris 
Milli  kitabxanasında  (Biblioteque  Nationale)  Paul  Pelyo  kolleksiyası  adı  altında 
qorunur (26; 27).  
Türkiyədə  uyğurşünaslıq  müstəqil  türkoloji  sahə  kimi  XX  əsrin  birinci 
yarısından  canlanmağa  başlamışdır.  Bu  sahədə  atılan  addımlar  ümumdünya 
türkologiyası  üçün  çox  qiymətli  və  böyük  əhəmiyyətə  sahibdir.  Türk  alimləri 
müxtəlif  dövrlərdə  qədim  uyğur  abidələri,  qədim  uyğur  dili,  uyğur  mədəniyyəti, 
uyğurların  dünyagörüşü,  həyat  tərzləri,  etno-sosial  vəziyyəti  və  s.  haqqında  çox 
dəyərli elmi araşdırmalar etmişlər. Bu sahədə edilən araşdırmalar içində A.R.Rəh-
mətinin,  T.Təkinin,  F.Köprülünün,  A.Cəfəroğlunun,  Ş.Təkinin,  S.Çağatayın, 
O.N.Tunanın,  T.Banquoğlunun  və  başqalarının    XX  əsrdə  yazdıqları  məqalə  və 
elmi əsərlər ilkin araşdırma və ilkin qaynaqlar olaraq  indi də öz elmi əhəmiyyətini 
itirməmişdir.  Bu  gün  Türkiyədə  uyğur  abidələri  daha  konkret  bir  müstəvidə 
tədqiqata cəlb olunur, müxtəlif türk dilləri ilə müqayisəli şəkildə araşdırılır. Zeyneb 
Korkmaz, 
A.Erculasun,  S.B.Özender,  O.F.Sertkaya,  C.Kaya,  M.Ölmez, 
C.Alyılmaz  və  b.  alimlərin  bu  sahə  ilə  bağlı  apardıqları  tədqiqat  işləri  müasir 
türkologiyanın uğurları sayıla bilər (13; 14; 16). 
Yaponiya  Milli  Araşdırmalar  Akademiyasının  nəzdində  olan  Şərqiyyat 
bölməsində  qədim  türk  yazılı  abidələri,  müasir  türk  dilləri,  müxtəlif  mədəniyyət 
abidələri haqqında çox dəyərli elmi tədqiqat işləri  yazılmışdır. 1902-ci ildə yapon 
keşişi  Kont  Otani  Şərqi  Türküstana  ekspedisiyaya  gedir  və  Dunhuanqda  tapılan 
qədim  kitabxananın  mühüm bir qismini Yaponiyaya gətirir. Yapon alimləri uyğur 
abidələri  və  sanskrit  dillər  arasındakı  əlaqələr,  sənədlər,  qədim  əlyazmalara  aid 
müxtəlif yönümlü elmi tədqiqatlar aparmışlar (25). 


189 
 
Türk  yazılı  abidələrinin  öyrənilməsində  Çin  uyğurşünaslığının  xüsusi  yeri 
vardır. İlk növbədə onu demək lazımdır ki, qədim uyğur türkləri haqqında ilk tarixi 
məlumatlar  Çin  mənbələrindən  əldə  edilmişdir.  Bu  mənbələrdə  yuanhe,  veihe, 
huihe,  huige,  veivuer  kimi  müxtəlif  adlarla  adlandırılan  qədim  uyğur  türkləri, 
onların tarixi, mədəniyyəti, dini görüşləri, əlifbaları, yaratdıqları abidələr haqqında 
müxtəlif  səviyyələrdə  araşdırmalar  aparılmışdır.  Uyğur  tarixinin  müxtəlif 
dövrlərini əhatə edən tədqiqat işləri uyğurların qurduqları dövlətlər, dini inancları, 
həyat  tərzi,  müsiqisi,  arxeoloji  tapıntılar,  yazılı  dili  və  s.  haqqında  maraqlı 
məlumatlarla  zəngindir.  Bu  gün  Pekində  müxtəlif  dönəmə  aid  olan  uyğur  abidə-
lərinin minlərlə nüsxələri saxlanılır (26).  
Özbəkistan alimləri Q.Sodiqov, K. Omonov, M.İsxoqov və başqaları özbək 
ədəbi  dilinin  tarixi  ilə  bağlı  olan  araşdırmalarda  qədim    uyğur  abidələrinə  xüsusi 
yer  ayırmış,  müasir  özbək  dilinin  inkişafında  qədim  uyğurcanın,  eləcə  də  qədim 
uyğur yazılı abidələrinin rolunu xüsusi olaraq vurğulamışlar (17, 24). 
 Azərbaycanda  uyğur  abidələri  əsasən  Orxon-Yenisey  abidələri  ilə  birlikdə 
tədqiqata  cəlb  olundu.  XX  əsrin  əvvəllərində  B.Çobanzadə,  Ə.Muznib,  Ə.Abid, 
X.S.Xocayev,  Ə.Ağaoğlu,  Ə.Cəfər,  H.Zeynallı  və  başqaları  qədim  türkdilinə, 
ədəbiyyatına,  tarixinə,  mədəni  və  maddi  irsinə  dair  elmi  araşdırmalar  aparmışlar 
X.S.Xocayev  M.Kaşğarlının“Divanül  Lüğət-it-Türk”  əsəriniAzərbaycan  dilinə 
tərcüməetmiş,  lakin  işyarımçıqqalmış,  alim  repressiyaqurbanıolmuşdur.  Türk 
dünyasının  ədəbi  və  dil  tarixi  xəzinəsinə  dair  qiymətli  və  dəyərli  əsərlər  yaradan 
Ə.Müznib  və  onun  qardaşı  Ə.Abid  öz  məqalələrindəTurfandan  tapılan  əski  türk 
yazılı  abidələrinin  yazıldığı  dövrdən  XX  əsrin  əvvəllərinəqədər  türk  dilləri  və 
ədəbiyyatlarının  keçdiyi  tarixi  inkişaf  yolunu  tədqiq  etmiş,  ümumtürk 
ədəbiyyatının müxtəlif janrlarına aid əsərlərdən nümunələr vermişdir. XX əsrin 50-
ci  illərindən  başlayaraq  Azərbaycan  ədəbi  dilinin  türk  dilləri  arasındakı  mövqeyi, 
ədəbi  dilin  inkişaf  yolu,  tarixi  fonetika,  tarixi  qrammatika,  tarixi  dialektologiya, 
dilin müxtəlif kateqoriyalarını əhatə edən xüsusiyyətləri, ədəbi dil normaları, üslu-
biyyat  məsələləri  tədqiqata  cəlb  olundu.  F.Zeynalov,  M.Şirəliyev,  H.Mirzəzadə, 
A.Axundov,  S.Əlizadə,  T.Hacıyev,  E.Əzizov,  Ə.Şükürlü,  Y.Məmmədov, 
N.Cəfərov,  M.Qıpçaq,  N.Xudiyev,  K.Nərimanoğlu,  Ə.Rəcəbov,  B.Xəlilov, 
R.Əsgər,  Ə.Amanoğlu,  Ə.Rəcəbli  və  başqaları  türkologiyanın  müxtəlif 
istiqamətlərinə dair yazdıqları elmi araşdırmalarda ümumi türkoloji məsələlər, türk 
dillərinin  təsnifi,  türkologiyanın  əsas  prinsipləri,  qədim  və  orta  əsr  türk  yazılı 
abidələri,  o  cümlədən,  qısa  da  olsa  uyğur  abidələri,  onların  dil  xüsusiyyətləri 
haqqında  fikirlərini  bildirmişlər,  qədim  uyğur  yazılı  abidələrini  də  əhatə  edən 
dəyərli elmi monoqrafiyalar nəşr etdirmişdir (1, 2, 3, 4, 5, 6 və s.).  
Geniş bir coğrafiyada yaşayan türk tayfaları olduqca zəngin bir mədəniyyətə 
sahibdir  və  bu  zənginlik  həm  də  fərqli  dil  xüsusiyyətlərinin  meydana  gəlməsinə 
əsas  verən  amillərdir.  Bu  baxımdan  qədim  türk  dili,  yazı  sistemi,  onun  mənşəyi, 
xüsusiyyətləri  və  keyfiyyətinin  aydınlaşdırılması  üçün  qədim  uyğur  türklərinin 
yazılı  abidələrinin  tədqiq  olunması,  onların  sahib  olduqları  mədəniyyətin  bütün 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə