Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə87/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   83   84   85   86   87   88   89   90   ...   158

184 
 
ucalda  bildiyi  kimi,  insanı  həm  də  çıxılmaz,  arzuolunmaz  vəziyyətlərə  düçar  edə 
bilər:
:  şair  ağulu  şərab  deyərkən  məhz  belə  bir  vəziyyəti  nəzərdə  tutur.  Şərbəti-
qatil  ismi  frazemi  də  bu  mənada  ağulu  şərab  frazeminin  məna  qarşılığıdır: 
məhəbbət, doğrudan da, şərbəti-qatildir, çünki onun səbəbindən çox – çox insanlar 
məhv  olmuş,  həyatlarını  itirmişlər.Məlumdur  ki,  şərab  çoxlarının  xoşladığı  içgi 
növüdür.  Bu  mənada  şərab  məhəbbət  sözünə  yaxın  düşünülə  bilər,  lakin  şairin 
fikrincə, məhəbbət adi, şirin şərab deyil – ağulu, ağu (zəhər) qatılmış şərabdır. Bu 
isə, bir – birini inkar edən anlayışlardır. Çox vaxt insanları məhv edir. Bu frazemin 
hikməti də budur.  
Dil bazarçısı,  əğridil  (yalançı); Dil bazarçısı  yalandır, varmazam bazarına, 
Gerçək olmaz əgri dil inanmazam iqrarinə;əgri göz,kəmnəzər (pis göz, pis gözlü): 
Münkirin  əgri  gözləri  yüzinə  baxmasın  anın,  Kəmnəzərin  yavuz  gözü  hüsni  – 
cəmalə  düşməsin!;Şair  əgri  göz  frazemi  ilə  insana  pis  nəzərlə,  “yavuz  gözlə” 
baxan,  qeyri  –  səmimi  insanları  nəzərdə  tutur  və  bu  zaman  kəmnəzər  sözünü 
semantik  mənada  həmin  frazemə  uyğun  hesab  edir,  çünki  kəmnəzər  sözünün  bir 
mənası da pis, yaman deməkdir. 
Feli sinonim frazeoloji vahidlər: 
“Feli  frazeoloji sinonimlər”  adı altında  mənaca  eyni  və  ya həddindən artıq 
yaxın mənalı frazeoloji vahidlər nəzərdə tutulur”. Lakin bunlar bir-birindən məna 
çalarları,  ya  üslubi  rəngarəngliyi,  ya  da  eyni  zamanda  hər  ikisinə  görə 
fərqlənir.Nəsiminin  dilində  zəngin  məna  xüsusiyyətləri  ilə  diqqəti  cəlb  edən 
rəngarəng sinonim feli frazeoloji vahidlər vardır. Bunlar incə məna çalarlıqları ilə 
bir-birindən fərqlənsələr də, ümumi bir məna ətrafında birləşirlər.
 
Qeyd  etmək  lazımdır  ki,  şairin  dilində  işlənmiş  sinonimlər,  ümumən  dildə 
olduğu  kimi,  şairin  dilinin  zənginləşməsinə  xidmət  edərək,  rəngarəng  poetik 
mənalara  malikdir:  şairin  dilində  mövcud  olan  feli  frazeoloji  sinonimlər  poetik 
ifadə qüvvəsini artırmağa xidmət edərək, şairin şeir dilinin daha bədii, daha obrazlı 
şəkildə zənginliyini təmin edir.Şair ağlamaq felinin məzmununu ifadə etmək üçün 
üç-dörd  obrazlı,  poetik  cəhətdən  daha  qüvvətli  feli  frazemlər  yaradır  və  beləliklə, 
beytlərin  bədii-obrazlı  yükünü  artırmış  olur;  yaş  axıtmaq,  mərcan  saçmaq,  gülab 
süzmək, dürdanə axıtmaq. Bu dörd feli frazemin ümumi və  onları birləşdirən cəhət 
ağlamaq  felinin  semantikasını  öz  bətnində  gizlətməsidir.Mətnlərdən  göründüyü 
kimi,  bu  feli  frazemlərdə  fərqli  cəhət  yalnız  formada,  sözlərin  müxtəlifliyindədir, 
bunları  bir  vahid  məna  ətrafınfda  birləşdirən  ümumi  məzmun,  daxili  bağlılıqdır: 
aləmə  çaxmaq,  faş  eyləmək,  aşıkar  olmaq,  (yaymaq,  hamıya  bildirmək);  Çaxdı 
sərvim aləmə, əsrarimi faş eylədi: Halıma həmdəm olandan dünyada sevdayi-eşq!; 
Çıxdı məğribdən günəş kəşf etdi eşqin rəmzini, Pərdəsi açıldı hüsnün dilbər oldu 
aşikar!;  qiymət  etmək,  baha  qılmaq,  (qiymət  qoymaq,  dəyərləndirmək):  Kövnü 
məkanə  vəslini  qiymət  edüb  bəha  qılan,  Yoxdur  anın  gözündə  nur,  bilməz  anın 
bəhasini; qəlbini bağlamaq, saçına dolaşmaq (sevmək, xoşlamaq): Möhnətdir anın 
dövləti həsrəti anın təşnəli, Müdbirdür ol kim, bağladı qəlbin anın iqbalinə!; Qalü 
bəladən  sidqilə  canım  dolaşdı  saçına;  yox  tutmaq,  heçə  saymaq  (mənasız  hesab 


185 
 
etmək): Mülk ilə mal, ey məlik, kimsəyə çün qalmadi, Yox tut anı, hecə say qalma 
anın  varına!;  peyman  tutmaq,  əhd  qılmaq  (əhd  peyman  etmək):  Tutmuşam 
mehrində  peyman,  qılmışam  hüsnünədə  əhd,  Mehri-eşqin  ləmyəzəl  biəhdü  iqrar 
olmuşam!;  söhbət  dutmaq,  ərz  qılmaq  (demək,  danışmaq):  Ey  pəripeykər  sənin 
eşqin  mana  olsun  haram,  Gər  dəxi  söhbət  dutarsam  sənsizin  bir  yarilən!;  Ey 
Nəsimi,  sübhdən  var,  ərz  qıl  dildara  kim,  Qəmziyə  versin  nəsihət,  yoxsa  çox  qan 
eylədi!;  bağrını  dəlmək,  qanımı  tökmək,  (öldürmək,  məhv  etmək):  Bağrımı  dəlür, 
navəki-hicrani-filani,  Qanımı  tökər  sehr  ilə  çeşmeani-filani!;  könlü  qaynamaq, 
içiyanmaq  (yüksək  emosional  hal  yaşamaq,  həyəcan  keçirmək,  daxili  təlatüm 
keçirmək);  Qəmin  narindən,  ey  dilbər,  könlüm  qaynar,içini  yanar!  Bu  zəncü 
möhnəti  gör  kim,  qəm  ucundan  çəkər  könlün!;  qanı  qaynamaq,  fəğanə  gəlmək 
(poetik  mənada  hiddətlənmək,  əsəb  keçirmək):  Çün  Nəsiminin  susamış  qanına 
yarın  ləbi!  Noldu, ey  münkir səna  kim,  qaynadı qanım yenə!  ;  Gəldi fəğanə, can 
yenə,  ney  kimi,  suzü  dərd  ilə,  Kim  nə  bilir  bu  xəstənin  dərdi  nədir,  dəvası  nə?; 
zəfərana  döndərmək,  zərd  etmək  (rəngi  saralmaq,  zəifləmək,  xəstələnmək); 
Zəfərana  bənzimi  döndərdi  ol  birəhm  yar,  Düşməni  xəndan  edüb,  dostunu  giryan 
eylədi;  Rəngi-çöhrəm  zərd  olubdur,  qamətim  həm  çü  hilal,  Ol  günəş  yüzlü 
həbibim,  ləli-xəndan  ayrılır!;  ocağa  atmaq,  oda  yandırmaq,  nara  yaxmaq  (poetik 
mənada  yandırmaq):  Yalançı  müddəinin  atqəlbini  ocağa!  Aşiqdir  ol  kişi  kim, 
kamil məhzər oldu.; Başdan ayağa külli vücudin oda yandı, Yarəb, yarıya dərdimə 
dərmani, filani!; Yandırıcı fəraqin yaxdı məni narinə, Könlüm ulaşmaq dilər yari-
vəfadarinə!  ədqiqatlar  göstərir  ki,  Nəsiminin  bir  tənqidçi  filoloq  kimi  hər  bir  dil 
vahidinə, xüsusən frazeoloji vahidlərə xəlqi təəssübkeşliyi ilə yanaşmış və onların 
xalq  dilində  geniş  yayılmış  variantlarını  ədəbi-bədii  dilə  gətirmiş  və  beləliklə  də, 
XIV  əsr  Azərbaycan  ədəbi  dilinin  xəlqiləşməsin,  milliləşməsini  sürətləndirmişdir. 
Nəsiminin  yaradıcılığı  həm  də  orijinal,    şairin  özünün  yaratdığı  obrazlı,  semantik 
yüklü  sinonim  variantlarla  diqqəti  çəkir.  Şair  öz  orijinal  frazeoloji  vahidləri  ilə, 
onların  sinonim  variantları  ilə  XIV  əsr  Azərbaycan  ədəbi-bədii  dilinin  vüsətini 
yüksəltmiş,  ədəbi  dili  yığcam,  obrazlı,  ekspressiv-emosional  söz  və  ifadələrlə 
zənginləşdirmişdir.  Nəsimi  xalqın  özündən  aldığı  çeşid-çeşid  belə  milli  koloritli 
frazeoloji  söz  və  ifadələrlə  XIV  əsr  Azərbaycan  ədəbi  dilini  xəlqiləşdirməklə 
yanaşı, eyni zamanda xalq dilinə ədəbi dil səlahiyyəti vermək məqsədini qarşısına 
məqsəd qoymuş və tədqiqatlar göstərir ki, bu sahədə Nəsimi kifayət qədər iş görə 
bilmişdir. 
 
ƏDƏBİYYAT 
1. Azərbaycan bədii dilinin üslubiyyatı. Bakı: Elm, 1970, 357 s.  
2. Dəmirçizadə. Ə. Azərbaycan dilinin üslubiyyatı. Bakı: Azərtədrisnəşr,1962,168 s. 
3. Гвоздев.А.Н. Современный русский литературный язык. 1958, 300 с. 
4.Məhərrəmova. R. Sasbirin söz dünyası. Bakı: Nurlan, 2009, 218. 
 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə