Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə85/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   81   82   83   84   85   86   87   88   ...   158

180 
 
və  türk  nağıllarında  real  və  irreal  gerçəklikdə  mifoloji  obrazların  adları  (həmin 
obrazın  mənfi  və  ya  müsbət  olmasından  asılı  olmayaraq)  yüksək  söz  sənəti 
səviyyəsində  əks  etdirilir  və  mətnin  təsir  səviyyəsindən  asılı  olaraq  güclü  estetik 
mövqeyə  malik  olurlar  (Məsələn:  Azərbaycan  və  türk  nağıllarının  hamısında 
qəhrəmanlar  öz  məqsədlərinə,  muradlarına  çatmaq  üçün  pərilərin  və  divlərin 
yaşadığı  “Qaf”  dağına  üz  tuturlar.  Bu  coğrafi  obyektin  varlığı  haqqlnda  qəti  bir 
fikir  söyləmək  mümükün  deyil,  lakin  mifoloji  obraz  kimi  iştirak  etdiyi  nağılların 
mərkəzində  dayanır.  Və  yaxud  da  anadan  yetim  qalan  və  ögey  ananın  öhdəsinə 
keçən qızların köməyinə  Küpəgirən qarı və  Cin qarı gəlir, onları mükafatlandırır, 
pisləri isə cəzalandırır. Maraqlıdır ki, haqq-ədalət  müdafiəçisinə öz semantikasına 
görə mənfi təsəvvür yaradan adın verilməsi onun mətn daxilindəki ekspressivliyini 
artırmağa  xidmət  edir).  Mətnin  estetik  səviyyəsi  isə  bir  tərəfdən  dilin  ekspressiv, 
emosional  və  üslubi  vasitələri  ilə  yaradılırsa  da,  digər  tərəfdən  obrazlılıq  və 
emotivliklə  bağlıdır.  Obrazlılıq  irreal  (mifoloji)  və  real  aləmin  estetik  idealı 
mövqeyindən  realilər  haqqında  müəyyən  təsəvvürlər  yaratmaqla  (Məsələn: 
Azərbaycan nağıllarında Zümrüd (Simurq) quşu, türk nağıllarında isə Zümrüdanka 
quşu qəhrəmanı qaranlıq, sehirli, irreal dünyadan işıqlı,  mövcud və  yaxud da real 
dünyaya  gətirir...),  emotivlik  isə  obrazların  hisslərinin,  onların  daxili  aləminin, 
emosional  vəziyyətinin  təsviri  ilə  yaradılır.  Mövcud  linqvistik  və  ekstralinqvistik 
amillərin  təsiri  ilə  nağıllardakı  onomastik  vahidlər  adresatda  qarşılıqlı  lirik 
emosiyalar  yaratmaqla  ona  güclü  təsir  edir.  Amma  nağılların  əsas  funksiyası 
estetik  təsirdən  çox,  mifo-ritual  təsirdir.  Təbii  ki,  müasir  dövrdə  nağıllar  bu 
funksiyasını  itirmişdir  və  bu  səbəbdən  də  yalnız  şifahi  ədəbiyyatın  bir  nümunəsi 
kimi qəbul edilir və estetik təsiri əsas funksiya kimi götürülür. 
Kommunikativ  mövqedən  asılı  olaraq  eyni  bir  nağıl  fərqli  formalarda 
(variantlarda) aktuallaşa bilər. Bu fərqli formalar isə onomastik vahidlər vasitəsilə 
yaradılır. Bizim fikrimizcə həmin nağıllardan biri adların ilkin formasını qoruyub 
saxlayır, digərlərində isə sosial, iqtisadi, mədəni - tarixi dəyişiklər  öz izini qoyan 
zaman məhz adlara təsir edərək, onları dəyişdirirlər. Bu mövqedən yanaşdıqda hər 
bir adın etimologiyasının açılması eyni bir nağılın müxtəlif formalarından hansının 
qədim  olduğunu  müəyyənləşdirməyə  imkan  verir  –  bu  müasir  onomastikada 
çoxdan  təsdiqlənmiş  bir  teoremdir.  Lakin  bu  etimologiyanın  adın  üslubi 
ekspressivliyinin,  obrazlılığının  artmasına  nə  dərəcədə  təsir  etdiyini  isə  
müəyyənləşdirməyə  ehtiyac  vardır.  Nağıl  mətnlərində  onomastik  vahidlər  sadəcə 
obrazın adı kimi çıxış etmirlər, onlarda  kontekstdən asılı olan  müəyyən bir  məna 
ümumiləşmiş  olur  ki,  bununla  da  onlar  türlkərin  mifoloji  təsəvvürlərinin  simvolu 
kimi çıxış etmiş olurlar.  
Mətn daxilində onomastik vahidin semantik sahəsi eynicinsli deyil. O bir 
neçə təbəqədən ibarətdir və bunları aşağıdakı kimi müəyyən etmək olar: konseptual 
(fəlsəfi,  dünyəvi  anlamlı),  denotativ  (ad  vasitəsilə  ötürülən  məlumat)  və  emotiv 
(yüksək  dərəcədə  emosionallıq  yaratma).  Bu  qütblər  adın  müstəqil  kateqoriya 
olmasından irəli gələrək yaranır ki, onlar da adların nağıllardakı funksiyasını təhlil 


181 
 
etməyə  imkan  verir.  Bu  zaman  mətn  adın  məna  interpretasiyası  üçün  açar 
mövqeyində  çıxış  edir.  Nağıl  mətninin  ümumi  məzmununa  söykənərək  (mətn 
vasitəsilə  çatdırılacaq  məlumatın  səviyyəsindən  asılı  olaraq)  adın  eksplisit  və  ya 
inplisit  mənasını  açmaq  mümkündür.  Onomastik  vahidin  semantik  sahəsinin 
denotativ  qütbü  hadisə  xarakterlidir.  Yəni  nağılda  təqdim  edilən  mifoloji 
təsəvvürlərin  daha  inandırıcı  çatdırılması  üçün  ad  özünün  semantik  sahəsinin 
denotativ qütbünə keçir. Bu əlaməti bir neçə modeldə müşahidə etmək olar: 
1.
 
Reallığın  konkret,  mövcud  olan  onomastik  vahid  (real)  vasitəsilə  əldə 
edilməsi (“Kal Əli bəy”(5,314)); 
2.
 
Mifoloji təsəvvürlərin real onomastik  vahidlə  ifadə olunması. Bu zaman 
onomastik  vahid  mifopoetik  sahənin  əsas  elementinə  çevrilir  (“Dəli  Osman  bəy”, 
“Xatməciklə Yusufcuq”(5,203), “Tan-tan qabaq”(5,266) nağılında Yusif və Fatma, 
“Noxud Məhməd” - türk nağılları; “Fatma”, “Ağ atlı oğlan” nağılında Məhəmməd 
– Azərbaycan nağılları). 
3.
 
Rellığın  uydurulmuş,  mifoloji  onomastik  vahidlə  ifadəsi  (Kaloğlan, 
Keçəl); 
4.
 
Mifoloji  təsəvvürlərin  uydurulmuş  onomastik  vahidlə  ifadəsi  (Zümrüd 
quşu,  Zümrüdanka  quşu,  Qaf  dağı,  ,  “Eşmenap”,  “Fatma  və  Kiyavi”(7,12) 
nağılında Quruqumaş, Dazqız, Keçəl Aşır, Yekədiş Başxanım...).  
Modellərə  diqqət  yetirsək  görərik  ki,  nağıllarda  hər  bir  model  çərçivəsində 
zaman  və  ad  kateqoriyaları  qarşı-qarşıya  dayanır:  birinci  modeldə  zaman  və  ad 
kateqoriyaları  bir-birini  izləyir;  ikinci  modeldə  ad  zaman  kateqoriyasının 
sərhədlərinin  genişləndirir,  daha  dəqiq  desək  dağıdır;  üçüncü  modeldə  onomastik 
vahid  kateqoriyası  zaman  kateqoriyasının  sərhədlərindən  kənara  çıxır;  dördüncü 
modeldə isə nə zaman, nə də ad kateqoriyalarının sərhəddi olmur.  
Denotativ qütbdən keçən onomastik vahidlərin bir çoxu emotiv qütbə  keçə 
bilirlər.  Bu  halda  isə  onomastik  vahidin  ekspressiv  imkanları  daha  da  genişlənir. 
Folklor  nümunələrindən  bir  qrupu  –  atalar  sözlərində  biz  bu  halın  daha  qabarıq 
şəkildə  ifadə  olunduğunu,  yəni  əgər  denotativ  qütbdə  adın  semantik  sahəsinin 
genişlənməsi  üçün  bəzən  bütöv  bir  mətn  lazım  olursa  da,  emotiv  qütbdə  ad 
metaforik  və  ya  frazeoloji  birləşmənin  tərkib  hissəsinə  çevrilərək  böyük  mənalar 
ifadə  edə  bilir.  Məsələn:  “Fatma  və  Kiyavi”  nağılında  ağ,  qara  suların  sehirinin 
gücü  belə  ifadə  edilir  –  “...Fatmanın  əndamı  Savalan  dağının  qarı  kimi  ağappaq 
oldu. Sonra qara suda onun saçlarını yudu, qaşların, kirpiklərinə çəkdi. Qızın qaşı 
gözü Həcər daşı kimi qapqara oldu”(7,16). 
Nağılların  onomastik  sahəsi  özündə  müxtəlif  növ  adları  birləşdirir.  Nağıl 
mətninin  ümumi  semantik  sahəsində  onomastik  vahidlər  universal  mənaların 
formalaşmasında iştirak edir, müəyyən bir kodlaşmış informasiyanın, simvolun və 
ya  mənanın  daşıyıcılarına  çevrilirlər.  Bu  məna  kodlarının  açılması  bütün  mətnin 
adekvat  qəbul  olunmasına  və  interpretasiyasına,  ideya  məzmununun  dərk 
olunmasına kömək edir. 
 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə