Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə88/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   84   85   86   87   88   89   90   91   ...   158

186 
 
Qətibə Vaqifqızı

 
 
QƏDİM UYĞUR ABİDƏLƏRİNİN TƏDQİQ TARİXİ VƏ MÜASİR 
UYĞURŞÜNASLIĞIN PROBLEMLƏRİ 
 
Uyğur  abidələrinin,  dini  məzmunlu  qədim  uyğurca  mətnlərin  nəşri  və 
tədqiqi    XIX  əsrin  20-ci  illərindən  başlanmışdır.  Bu  tədqiqatlar  əvvəllər  Orxon-
Yenisey  abidələrinin  tərkib  hissəsində  aparılmışdır.  XX  əsrin  baılanğıcında  Şərqi 
Türküstanda çoxsaylı uyğur abidələrinin tapılmasından sonra isə yeni bir epoxanın 
–  uyğurşünaslığın  təməli  qoyuldu.  XX  əsrin  ortalarından  başlayaraq  bu  sahədəki 
araşdırmalar daha konkret bir müstəvidə inkişaf etməyə başladı.  
XX  əsrin  əvvəllərində  dünyanın  bir  çox  ölkələrində  fəaliyyət  göstərməyə 
başlayan türkoloji araşdırmalar mərkəzlərində ümumtürk abidələri sırasında qədim 
uyğur  abidələri  də  tədqiqata  cəlb  olunurdu.  Uyğurların  tarixini,  mədəniyyətini 
öyrənmək üçün yaradılan Beynəlxalq Komitə və Sankt-Peterburq İmperator Elmlər 
Akademiyasının nəzdində əsası qoyulan onun Rusiya filialı əski uyğur abidələrinin 
toplanılması,  nəşri,  tərcüməsi  sahəsində  böyük  müvəffəqiyyətlər  əldə  etdi.  Bu 
sahədə  ilk  addımı  türk  dillərinin  qrammatik  quruluşu,  dil  mədəniyyəti, 
etnoqrafiyası,  mədəni  irsi  haqqında  elmi  araşdırmalar  aparan  Mirzə  Kazım  bəy 
atmışdır (18). Şərqi Türküstanda tapılan abidələrin nəşri, transkripsiyası, tərcüməsi, 
fonetik  və  qrammatik  quruluşunun,  leksik  tərkibinin  şərh  olunmasında  rus 
türkoloqlarından  V.V.Radlovun,  V.V.Bartoldun,  A.K.Borovkovun,  S.Q.Klyaş-
tornının,  L.Y.Tuquşevanın,  A.T.Kaydarovun,  L.V.Dmitriyevanın,  S.Y.Malovun, 
V.Q.Kondratyevin və başqalarının əməyi böyükdür (19; 20; 21; 22; 23 və s.). 
Uyğur  dövlət  sənədlərinin,  dini  səciyyəli  mətnlərin,  fərdi  xarakter  daşıyan 
mətnlərin  tədqiq  olunmasında  V.V.Radlov  böyük  rol  oynamışdır.  1899-cu  ildə 
V.V.Radlov D.A.Klementsin əldə etdiyi iki dini məzmunlu sənədi və 1905-1906-cı 
illərdə  isə  A.Qrünvedel  tərəfindən  toplanılmış  uyğur  dövlət  sənədlərinin  bir 
hissəsini  nəşr  etdirir.  1909-cu  ildən  başlayaraq  V.V.Radlov  uyğur  abidələrinin 
ardıcıl  olaraq  nəşrinə  başlayır.  1909-cu  ildə  V.V.Radlov  manixeyizm  dini 
dünyagörüşünü təbliğ edən “Xuastuanift” abidəsinin bir hissəsini (Sankt-Peterburq 
nüsxəsini) nəşr etdirir (7). Sonralar V.V.Radlovun bu istiqamətdə yazdığı bir neçə 
əsəri nəşr edilir  (15). Bu  əsərlərdə  alim bəzi  uyğur  mətnlərinin transkripsiyası və 
tərcüməsini  vermiş,  abidələrin  fonetik    xüsusiyyətlərinin  şərh  etməyə  çalışmış, 
mətnlərin  yazılma  tarixi,  dil  quruluşu  haqqında  öz  mülahizələrini  bildirmişdir. 
Rusiyada  türkoloji  araşdırmalar,  xüsusən  də,  uyğur  abidələrinin  tədqiqi  ilə  bağlı 
fəaliyyətlər II Dünya müharibəsindən sonra daha genişlənmiş, dəyərli elmi əsərlər 
yazılmışdır.  Bu  sahədə  aparılan  elmi  araşdırmalar,  yazılan  elmi,  bədii,  tarixi-
xronoloji, icmal tipli əsərlər artıq abidələrin transkripsiyası və tərcüməsi, abidələrin 
mənsub olduğu xalqların mədəni və siyasi tarixini, əlifba və dilinin mənşəyinə aid 
                                                           

Vaqifqızı Qətibə - AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi. 


187 
 
məsələləri deyil, həm də ayrı-ayrı abidələrin dilində əks olunan qədim türkcənin dil 
elementləri,  fonetik,  leksik,  qrammatik  xarakterini  də  əhatə  edir.  Rus  alimi 
S.Q.Klyaştornı  dini    mətnlərin,  eləcə  də  bütün    janrlarda  yazılan  qədim  uyğur 
abidələrinin  Şərqi  Türküstanın,  Mərkəzi  və    Orta  Asiyanın  tarixinin  tədqiq 
olunmasında böyük rolu olduğunu qeyd edir (20). D.M.Nasilov uyğur mətnlərinin 
tarixi  əhəmiyyətinə  toxunaraq,  müxtəlif  mövzularda  və  janrlarda  yazılan  uyğurca 
mətnlərin  təkcə  uyğur  ədəbi  dilinin  öyrənilməsində  deyil,  həm  də  ümumilikdə 
türklərin mədəniyyət tarixinin tədqiq olunmasında böyük  əhəmiyyət kəsb etdiyini 
yazır (23, 76).  
Ümumiyyətlə,  XX  əsrin  əvvəllərində  rus  türkoloqları  ilə  yanaşı  Avropa 
türkoloqlarının,  dilçi  alimlərinin  də  uyğurşünaslığa  marağı  və  diqqəti  artdı. 
Avropada  türk  yazılı  abidələrinin  tədqiqi  müxtəlif  səviyyələrdə  və  fərqli  istiqa-
mətlərdə araşdırmaya cəlb edilmişdir.  
XX əsrin əvvəllərində Almaniyada qədim uyğur yazılı abidələrinin geniş və 
əhatəli    tədqiqinə  başlanıldı.  MərkəziAsiyadavəTurfan  vadisinin  xarabalıqlarında 
qazıntı  işləri  aparan  çoxsaylı  ölkələrin  arxeoloji  ekspedisiyaları  arasında  dörd 
alman ekspedisiyası iştirak edirdi. Alman alimləri Albert Qrünvedel və Albert fon 
Le  Koqun  rəhbərliyi  altında  1903,  1904,  1905-1906,  1913-1914-cü  illər  ərzində 
Turfandaqazıntılar 
aparırdılar. 
Burda 
əldə 
ediləntapıntılararasında30yazı 
sistemində  və  15müxtəlif  dildəyazılan  çoxlu  sayda  əlyazmalar  vəblok  yazılar 
vardır (26; 27). Bumətnlərin əksəriyyəti  kağız, az hissəsi isə ipək, dəri, ağcaqayın 
qabığı və yataxtatablokimidigər materiallarüzərində yazılmışdır.İlkekspedisiya geri 
qayıtdıqdan  dərhal  sonra  bu  mətnlər  üzrə  elmi  tədqiqatlar  başladı.  F.V.K.Müller 
manixeycə  yazılan  bəzifraqmentlərin  oxunmasına  nail  olur.Onun1904-cü  ildənəşr 
etdiyiməqaləmanixeyizmin  tədqiqi  tarixində  yeni  birmərhələnin  başlanğıcı 
oldu.1904-cü  ildə  Riçard  Pisşel,  Karl  F.QeldnervəKarlFoykimi  alman  alimləridə 
bu  əlyazmalar,onların  mənşəyi  və  xüsusiyyətləri  haqqında  öz  ilkin  elmi 
nəticələrinidərc  etdirmişlər.  Bu  ilk  nəşrlərdən  sonra1912-ci  ilin  martında  Turfan 
Kolleksiyasıadlanan  və  30  mindən  çox  fraqmentin  araşdırılmasının  vahid 
koordinasiyasını  təşkil  etmək  üçün  Berlin  ElmlərAkademiyasınınŞərqşünaslıq 
Komitəsitəsis edildi (26). 
Bu  ekspedisiyalardan  toplanılan  bütün  materiallar  əvvəlcə  Berlin 
Etnoqrafiya 
Muzeyinin 
Hindistan 
Departamentinə, 
1926-cı 
ildə 
isə 
sistemləşdirilərək Prussiya Elmlər Akademiyasına verilmişdir.1904-cü ildən 1936-
cı  ilə  qədər  fasilələrlə  Mərkəzi  Asiyada  İdikutda,  Çin  Türküstanında,  Xotanda 
tapılan  türk  manixey  mətnləri  1911-1922-ci  illər  ərzində  3  cild  şəklində  nəşr 
olundu  (11);  1912-ci  ildə  A.fon  Le  Koq  manixey  dini  məzmunlu  “Xuastuanift” 
abidəsinin  bir  hissəsini  (Berlin  nüsxəsini)  tərcümə  edir  və  “Manixaika”  əsərinin 
birinci hissəsini nəşr etdirir (8;9), F.V.K.Müllerin “Uyqurika II” adlı  əsəri çapdan 
çıxır  (12).  “Türk  Turfan  mətnləri”(Türkische  Turfan-Texte)  adı  altında  mətnlərin 
nəşri  1940-cı  ilə  qədər  davam  etmişdir.  1954-cü  ildə  bu  seriyaları  A.fon  Qaben 
VIII  hissəni  nəşr  etməklə  bərpa  etdi.  Uyğur  mətnlərinin  öyrənilməsi,  oxunması, 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə