Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə86/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   82   83   84   85   86   87   88   89   ...   158

182 
 
ƏDƏBİYYAT 
1.
 
Albalıyev Ş. Ə.  Azərbaycan məişət nağıllarında şah obrazı : filol. elm. namiz. . 
dis. avtoref. AMEA Folklor İnstitutu. - Bakı, 2006. - 26 s.  
2.
 
Çobanzadə B. Türk ədəbiyyatı (xalq ədəbiyyatı xülasələri). Bakı, 1929,51 s. 
3.
 
Cəlil  F.  C.  Türk  və  slavyan  xalqlarının  folklorunda  mifoloji  elementlərin 
müqayisəsi: Azərbaycan və rus eposlarında : filol. elm. namiz. .dis. avtoref. AMEA Folklor 
İnstitutu. - Bakı, 2007. - 19 s. 
4.
 
Əliyev O. Azərbaycan nağıllarının poetikası. Bakı: Səda, 2001, 191 s. 
5.
 
Mustafa  Arslan.  Denizli  Yöresinden  derlenmiş  masallar.  İnceleme  –  metnler. 
Denizli: Zirve Yayınları, 2008, 34 s. 
6.
 
Xalıqov  F.  R.  Azərbaycan  dilinin  folklor  onomastikası  :  filol.  elm.  dok.  .  dis. 
avtoref.:  AMEA Nəsimi adına Dilçilik İnstitutu. - Bakı, 2004. - 55 s. 
7.
 
Xəlilova A.Ə. Azərbaycan – türk nağılları. Bakı: Nurlan, 2009, 160 s. 
8.
 
Бухарова  Г.Х.  Башкирский  народный  эпос  «Урал-Батыр»:  когнитивно-
дискурсивный и концептуальный анализ. Уфа: 2008, 352 стр. 
9.
 
Пропп В.Я. Морфология волшебной сказки. Исторические корни волшебной 
сказки. (Собрание трудов В. Я. Проппа.) Москва: 1998, 512 с.  
 
Türkan   Əsgərova

 
 
AZƏRBAYCAN  DİLİNDƏ SİNONİMİSMİ VƏ FELİ FRAZEOLOJİ 
VAHİDLƏRİN TARİXİ ASPEKTDƏ SEMANTİK-ÜSLUBİ 
ÖZƏLLİKLƏRİ (Nəsiminin dili əsasında) 
 
Bədii ədəbiyyatlarda sinonimlərin işlənməsindən bəhs edən Ə. Dəmirçizadə 
qeyd  edir  ki,  sinonimlərin  bir  qrupu  idiomatik  və  ya  məcazi  mənada  işlənən 
mürəkkəb  sözlərdən  ibarət  olur.  Belə  sinonimlərdə  məna  rəngarəngliyi  və 
ekspressiv-emosional çalarlıq daha çox və daha qüvvətli olur. Sinonimlərin üslubi 
məqamları  onların  malik  olduğu  məna  rəngliyi  və  emosional  çalarlıqları  ilə 
şərtlənir. A.J.Yefimovun fikrincə, sinonimlər bədii dilin rəngarəng, gözəl olmasına 
xidmət edir, onu yeknəsək, cansıxıcı olmaqdan qurtarır [1, 232]. 
Sinonimlərin  nəzəri  cəlb  edən  üslubi  xüsusiyyətlərindən  biri  də  oxucuda 
ekspressiv  –  emosional  hisslər  yaratmaq,  oxucunu  təəccübləndirməkdir.  Dəqiq, 
yerində  işlənmiş  hər  hansı  bir  sinonim  cütlük  qüvvətli  həyəcan  və  təsir  yaratmaq 
keyfiyyətinə malikdir [2, 66]. Hər hansı bir mənanı hərtərəfli izah və əks etdirmək 
gücünə malik olan sinonim cərgələr cümlə strukturunda (cümlə daxilində) həmcins 
üzvlər  kimi  çıxış  etməklə  dildə  xüsusi  poetik  və  obrazlılığın  əhatəli  olmasına 
xidmət edir və bu zaman heç bir ağırlıq yaranmır, əksinə, məzmun aydınlığı, əyani 
təsəvvür  qüvvətlənir  [2,  77].  Sinonimlərin  yaradılması  üçün  əsas  olan 
məcazlaşdırma
, çoxmənalılıq sabit söz birləşmələri, frazeoloji ifadələr, sadə danışıq 
                                                           

Əsgərova  Türkan  –  AMEA  Nəsimi  adına  Dilçilik  İnstititunun  Azərbaycan  dili  tarixi 
şöbəsinin əməkdaşı. 


183 
 
dili  sözləri,  dialekt  sözləri,  arxaik  sözlər,  evfemizmlərdən  yazıçılar  daha  çox 
istifadə  edirlər.  Bədiiəsərlərdə  hər  hansı  bir  söz  adi  informasiya  daşıyıcısı 
olmağından daha  çox  ekspressiv  məna  çalarlıqları qazanır [3,  120]. Belə  sinonim 
cərgələr  dilin  zənginləşməsi  baxımından  mühüm  əhəmiyyət  kəsb  edir.Sinonimlər 
eyni zamanda fikrin dəqiq, tam, ardıcıl olmasını təmin edir, məhz sinonim cərgələr 
bu və ya digər məqsəd və şəraitə müvafiq zəruri leksik vahidin seçilib işlənməsinə 
gözəl şərait yaradır. 
Frazeoloji vahidlərin sinonimliyi iki xətt üzrə istiqamətlənir; o bir tərəfdən, 
başqa bir frazeoloji vahidlə, digər tərəfdən isə sözlə sinonimlik təşkil edir. 
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  ədəbi  dilinin,  eləcə  də  XIV  əsr 
Azərbaycan ədəbi dilinin zənginləşməsində ərəb və fars dilindən alınma sözlər də 
əsas  mənbələrdən  biridir.Nəsimi  XIV  əsr  Azərbaycan  ədəbi  dilinin  ən  parlaq 
nümayəndəsi  olaraq,  dövrün,  ümumilikdə  Azərbaycan  ədəbi  dilinin  hərtərəfli 
zənginləşdirmək  üçün  ümumxalq  dilindən  geniş  miqyasda  istifadə  etdiyi  kimi,  bu 
dövrdə  mövcud  ictimai  –  mədəni  vəziyyətdən,  yəni  Azərbaycan  dilində  işlənən 
ərəb,  fars  dilli  sözlərindən  də  istənilən  qədər  istifadə  etmişdir  və  belə  alınma 
sözlərin əksəriyyəti bu gün də Azərbaycan dilində (həm ədəbi dildə, həm də xalq 
dilində) işlənməkdədir. 
Nəsimi  sinonim  ismi  frazeoloji  vahidlərin  yaranmasında  həm  Azərbaycan 
dilinin  öz  sözlərindən,  həm  də  ərəb  və  fars  dili  alınmalarından  istifadə  etmişdir. 
Bununla  da  böyük  şairin  bu  yolla  Azərbaycan  ədəbi  dilinin  zənginləşməsinə  xidmət 
etdiyini görürük. 
Nəsiminin  dilində  ismi  frazeoloji  vahidlərin  yaranmasında  şair  ana  dili  və 
alınma  sözlərdən  eyni  intensivliklə  istifadə  edərək,  müxtəlif  tərkibə  malik,  lakin 
yaxın mənaları ifadə edən ismi frazeoloji vahidlər yaratmışdır.  
İsmi frazeoloji vahidlər: 
İsmi  frazeoloji  vahidlər  Nəsiminin  dilində  “tolu-tolu”  işlənərək  sinonim 
cərgələr  əmələ  gətirir;  can  parəsi,  cənnətin  gülü  (sevgili,  dilbər,  lirik  qəhrəman), 
cism  evi(vicud  evi),  könlüm  şəhri  (ürək,  könül,  qəlb):Xəstə  olalı  könül,  ey  can 
parəsi!  İçərəm  qəm  mətbəxindən  dürlü  –  dürlü  aşlar!;  Darəssəlami  –  hüsnünə,  ey 
cənnətin gülü! Vardım əzəldə gör ki, nə gülzarə düşmüşəm!;Bu cism evinə, taliba, 
seyr  edərək  çün  can  gəlür,  Bu  evdə  baqi  sanma  kim,  bir  –  iki  gün  mehman 
gəlür;Çün doldu vücudim evi sənlik, Məhv oldu ey dost, məndə mənlik!
Şair  can  parəsi,  cənnətin  gülü  ismi  frazemləri  ilə  gül  qoxulu  sevgilisnin  – 
canının  parəsini,  vücüdim  evi  variantlarında  qəlbini,  ürəyini  nəzərdə  tutur.  Bu 
frazemlərdə can və vücud sözləri şairin qələmində onun özünün daxili, iç dünyası 
mənasında sinonimlik qazanır, həmin məna ətrafında bir – birinə yaxınlaşır. Hava 
cami,ağulu  şərab  (eşq,  sevgi,  məhəbbət):  Hava  camindən  əsrüksən,  həvəs  ardına 
düşmüsən, Bu ağulu şərabi qo kim, oldur şərbəti – qatil! 
Şair bu beytlərdə işlənmiş hava camı, ağulu şərab, şərbəti-qatil ismi frazeo-
loji  vahidləri  yazarkən  məhəbbət  anlayışının  həm  müsbət,  həm  mənfi  cəhətlərini 
nəzərdə tutur, həqiqətən, məhəbbət insanın ən ülvi duyğularının əksi olaraq insanı 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə