Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə95/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   91   92   93   94   95   96   97   98   ...   158

200 
 
2.
 
Tanrıverdi  Ə.  Kitabi-Dədə  Qorqud”un  söz  dünyası.  Bakı:  2006,  471 
səh. 
3.
 
Şükürlü Ə. Nizamidə türkçülük. Bakı: 2002, “kitab aləmi”, 247 səh. 
4
.
 
جاﻭ .یرقاب یرهم
 
 :نارهت ،یسراف نابز یخیرات یسانش
1831
 رشن ،
«
هرطق
»
 ،
804
 

 
 
 
                Nərgiz Nağıyeva

 
 
MUSTAFA ZƏRİRİN “YUSİF VƏ ZÜLEYXA” POEMASINDA 
LEKSİK ARXAİZMLƏR 
 
Uzun  əsrlərdir  ki,  azərbaycanlılar  Şərqi  Anadolunu  özləri  üçün  vətən  etmiş, 
bu qədim topağın  yerli və köklü əhalisinə çevrilmişlər.  
 Şair  M.Aslan  yol  qeydlərində  yazır:  “Dörd  saatdan  artıqdır  ki,  yol  gəlirik. 
Sağda,  solda  əhalisi  Azərbaycan  əsilli  kəndlər  səpələnib.  Burada    yaşayanların  ulu 
dədələrinin bu dağlara, bu torpaqlara haçan ayaq basıb, oba saldıqlarından xəbərləri 
yoxdur” [4,150]. 
Azərbaycan dilinin Şərqi Anadoludakı nüfuzu onun yazılı ədəbiyyat, yazılı dil 
sahəsində də üstünlüyünü, aparıcı mövqeyini təmin etmişdir. Bu dil tarixin müəyyən 
mərhələlərində    Şərqi  Anadoluda  yazıb-yaradan  sənətkarların  yaradıcılıq  vasitəsi 
olmuşdur. Prof. Ə.Dəmirçizadə  yazırdı ki,  Azərbaycan  ədəbi dili XIII  əsrin  sonları 
və XIV əsrdə Şərqi Anadoluda yetişən bir çox şairlərin şeir dili kimi işlənmiş və bu 
dildə  yazılan  şeirlər  osmanlı  türk  yazılı  ədəbi  dili  üçün,  demək  olar  ki,  ilk  örnək 
olmuşdur [1,88-89].  
Tarixən  Şərqi  Anadoluda  Azərbaycan  dilində  yaranmış  poeziya  o  dərəcədə 
qol-qanad  açmışdır  ki,  nəticədə  onun  təsiri  başdan-başa  Anadolunu  bürümüş,  şeir, 
sənət onun təsiri altına düşmüşdür. 
Şərqi Anadolu ədəbi məktəbini təmsil edən, yaradıcılığı bu mühitlə bağlı olan 
şairlərimiz,  onların  ədəbi  irsi,  dili  çox  az  öyrənilmişdir.  Bu  günə  qədər  ədəbi 
ictimaiyyətimiz  S.Fəqih,  M.Zərir,  Y.Məddah  kimi  XIV  əsr  şairlərimizlə  yaxından 
tanış  deyil.  Hələ  də  onların  yaradıcılığı,  dili  dərindən  öyrənilməmişdir.  Bu  şairlər 
kimdir,  hansı  xalqa  məxsusdur,  onların  yaradıcılığı  hansı  dilin  tarixi  inkişafını 
izləmək üçün dəyərli mənbədir və s. suallar özünün tam elmi həllini gözləyir. 
Şərq  Anadolu  ədəbi  məktəbinin  qüdrətli  nümayəndələrindən  biri  XIV  əsr 
Azərbaycan  şairi  Ərzurumlu  qazi  Mustafa  Zərirdir.  Lakin  təəssüflər  olsun  ki,  yeni 
istiqamətdə  inkişaf  edən  anadilli  ədəbiyyatımızın,  yazılı  ədəbi-bədii  dilimizin  ilk 
yaradıcılarından  biri  olan  M.Zəririn  adı  Azərbaycan  oxucularına  yaxşı  bəlli  deyil. 
Halbuki şairin bədii irsi qədim qaynaqlara malik doğma ana dilimizin və başlanğıcı 
                                                           

Nağıyeva Nərgiz – Bakı Slavyan Universitetinin magistri


201 
 
səhvən  XVI  əsrə  aparılıb  çıxarılan  nəsrimizin  keçmiş  olduğu  uzun  və  mürəkkəb 
tarixi inkişaf youlunu izləmək üçün ən etibarlı mənbədir. 
“Yusif  və  Züleyxa”poeması  M.Zəririn  yaradıcılığında  ilk  əsərlərdən  hesab 
edilir. Poema 2120 beytdən ibarətdir.  
Şərq  ədəbiyyatında  bir  neçə  məhəbbət  mövzusu  məşhurdur  ki,  onlar  şeirin, 
sənətin  zirvəsində  durmuş,  sənətkarlar  üçün  yaradıcılıq  imtahanı,  ölməzlik  vəsiqəsi 
verən  bir  sınaq  olmuşdur.  Həmin  mövzularda  yaranmış  əsərlər  öz  müəlliflərinə 
dünya şöhrəti gətirmiş və bəşəri mədəniyyətin bəzəyi olmuşdur. “Leyli və Məcnun”, 
“Xosrov və Şirin”, “Vərqa və Gülşah”  və s. onlarca sənət nümunələri canlı sübutdur. 
Bu  əsərlər  dünyəvi  məhəbbətdən  doğulmuşdur.  Lakin  elə  məhəbbət  mövzuları  da 
vardır ki, onların yaranışı, taleyi başqa cür olmuşdur. “Yusif və Züleyxa” mövzusunu 
misal göstərmək olar. Məlumdur ki, bu mövzu “Tövrat”dan, “Quran”dan gəlmişdir.  
Ona  görə  də  bu  mövzunu  işləyən  sənətkarlar  ilk  növbədə  mövzunu  dini-mistik 
boyalardan  təmizləyib,  ona  dünyəvi  məhəbbət  donu  geydirməli,  donuqluqdan 
qurtararaq,  din  əlində  silah  olmaqdan  xilas  edib  bəşər  övladının  xidmətinə  verməli 
idilər. 
Orta  əsrlərdə    Şərq  ədəbiyyatında  ənənə  xarakteri  almış  və  klassik  aşiqanə 
dastanlarda  olan  bir  sıra  cəhətlər  –  dibaçə,  tovhid,  nət,  meracnamə  dövrün 
hökmdarlarının şərəfinə söylənilmiş mədhlər yox dərəcəsindədir.  Yalnız poemanın 
başlanğıcında,  təxminən  iyirmi  misralıq  bir  parçada  Məhəmməd  peyğəmbər  və 
ondan sonra gələn xəlifələrin şərəfinə xoş sözlər deyilir. Müəllif ulu tanrıdan kömək 
diləyir,  bu  ağır  işdə  kömək  olmasına  ürəkdən  dua  edir.  Bütün  bunlar  M.Zəririn 
yaradıcılığının  xalqla  bağlılğına,  geniş  kütlənin  zövqünə,  dünyagörüşünə,  düşüncə 
tərzinə  yaxından  bələd  olmasını  göstərir.  Poemanın  dlinin  sadə  və  anlaşıqlı  olması 
buna sübutdur. 
Orta əsrlərdəki ərəb və fars dillərinin təsiri “Yusif və Züleyxa” poemasından 
da yan  keçməmişdir. Lakin buna baxmayaraq poemanın dilində türk  mənşəli  sözlər 
üstünlük təşkil edir. 
“Yusif və Züleyxa” poemasının dilində işlənmiş lüğət vahidlərini mənşəyinə 
görə şərti olaraq iki yerə ayırmaq olar: 
1.
 
Türk mənşəli sözlər 
2.
 
Ərəb mənşəli sözlər 
Türk mənşəli sözlər əsərin lüğət tərkibində öz tutumu ilə diqqəti cəlb edir. Bir 
qrup  sözlərin    böyük  çoxluğu  formaca  və  mənaca  heç  bir  dəyişikliyə  məruz 
qalmadan bu gün də Azərbaycan dilində işlənir, digər qismi ədəbi dildən çıxsa da, öz 
varlığını dialekt və şivələrimizdə, həmçinin danışıq dilində qoruyub saxlaya bilmiş, 
başqa bir qismi isə şəkilcə və mənaca müəyyən dəyişikliyə  məruz qalmışdır. 
Türk mənşəli sözləri öz övbəsində iki yerə ayırmaq olar: 
1.
 
Adlar: dügün, dişi, yazı, sin, nəsnə, kömlək, suç və s. 
2. Fellər: ayıtmaq, bilmək, varmaq, tanımaq, toylamaq və s. 
Abidənin  dilindəki  türk  mənşəli  sözləri  tarixi  inkişaf  nöqteyi-nəzərdən  bir 
neçə yerə ayırmaq olar: 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə